Bildirişlər
1. Quran öz xəbərdarlıqları ilə müxtəlif əsr və nəsillərdə milyonlarca qəlbi özünə cəzb etməyə qadir olan kitabdır.
2. Quranın bərəkəti inkar olunmazdır.
● Ayə 51:
﴿وَلَقَدْ آتَيْنَا إِبْرَاهِيمَ رُشْدَهُ مِن قَبْلُ وَكُنَّا بِه عَالِمِينَ﴾
“Həqiqətən, Biz bundan öncə İbrahimi öz kamalına çatdırdıq. Biz ondan agah idik.”
● Ayə 52:
﴿إِذْ قَالَ لِأَبِيهِ وَقَوْمِهِ مَا هَذِهِ التَّمَاثِيلُ الَّتِي أَنتُمْ لَهَا عَاكِفُونَ﴾
“Bir zaman atası (əmisi) və qövmünə dedi: “Daim pərəstiş etdiyiniz bu cansız heykəllər nədir?”
● Ayə 53:
﴿قَالُوا وَجَدْنَا آبَاءنَا لَهَا عَابِدِينَ﴾
“(Onlar cavab olaraq) dedilər: “Biz atalarımızı onlara pərəstiş edən halda gördük!”
● Ayə 54:
﴿قَالَ لَقَدْ كُنتُمْ أَنتُمْ وَآبَاؤُكُمْ فِي ضَلَالٍ مُّبِينٍ﴾
“(İbrahim) dedi: «Həqiqətən, siz və atalarınız aşkar azğınlıqda idiniz (və bu gün də həmin haldasınız!)»”
Dostları ilə paylaş: |