Nöqtələr
Bu ayə salehlərə müjdə, xətakarlara xəbərdarlıqdır. Bildirilir ki, hər bir əməl artırılıb-əskildilmədən dəyərləndirilər. Feyz Kaşani deyir:
Ayıq ol, burada zərrə hesabda,
Hesab var, kitab var, belədir qayda.
Xardal kiçik və qara toxumu olan bitkinin adıdır. O, kiçikliyinə görə misal çəkilir.
“Mizan” dedikdə ölçü vasitəsi nəzərdə tutulur. Bu söz Quranda dəfələrlə işlədilmişdir. Məlum məsələdir ki, hər bir şey özünə münasib vasitə ilə ölçülür. Məsələn havanın dərəcəsi termometrlə, uzunluq metrlə, çəki kiloqramla ölçülür. Şübhəsiz ki, insan və onun əməlləri üçün də münasib ölçü vasitəsi mövcuddur. Əgər uzunluq üçün metr, çəki üçün kiloqram ölçü kəmiyyətidirsə, insan üçün ölçü kamil insandır. Necə ki, rəvayətdə deyilir: Məsum imamlar, peyğəmbərlər və onların canişinləri ədalət ölçüsüdür.1 Əmirəlmöminin Əlinin (ə) ziyarətnaməsində oxuyuruq: “Salam olsun sənə, ey əməl mizanı!”2
Sual: Əgər Allah bu sayaq dəqiq hesab aparırsa, Onun əfv və kərəmini necə başa düşək?
Cavab: Hesab-kitab bir prinsip, lütf və bəxşiş isə digər prinsipdir. Hər prinsipin öz yeri var və onlar bir-birinə zidd deyil.
Sual: Bəzi ayələrdə buyurulur ki, Allah bəziləri üçün mizan qurmur. Yoxsa mizan xüsusi fərdlərə aiddir?
Cavab: Xeyr, mizan bütün insanlar üçün qurulasıdır. Amma mizan əməllərin hesabı üçün qurulduğundan başdan ayağa günah içində olan cəhənnəm əhli üçün mizan qurmağa dəyməz.3
Dostları ilə paylaş: |