● Ayə 95:
﴿وَحَرَامٌ عَلَى قَرْيَةٍ أَهْلَكْنَاهَا أَنَّهُمْ لَا يَرْجِعُونَ﴾
“(Fəsad və günahına görə) həlak etdiyimiz məmləkət əhlinin qayıdışı haramdır.”
● Ayə 96:
﴿حَتَّى إِذَا فُتِحَتْ يَأْجُوجُ وَمَأْجُوجُ وَهُم مِّن كُلِّ حَدَبٍ يَنسِلُونَ﴾
“O vaxtadək ki, Yəcuc və Məcuc üçün yol açılsın və onlar hər yüksəklikdən çaparaq sürətlə ötüb keçsinlər.”
Nöqtələr
“Kafirlərin qayıdışı” dedikdə nəzərdə nə tutulur? İmam Sadiq (ə) buyurur: “Dünyada Allahın qəzəbi ilə həlak olanlar bir daha dünyaya qayıda bilməz. Təbii ölümlə dünyasını dəyişən kafirlərin isə qayıdışı (rəcəti) mümkündür.1 Demək, “qayıdış” dedikdə dünyaya qayıdış nəzərdə tutulmuşdur.
“Kəhf” surəsinin 93-98-ci ayələrində Yəcuc və Məcuc qövmlərindən danışılır. Onlar qonşu məntəqələrə hücum çəkərək fəsad törədir, abadlıqları xaraba qoyurdular. Nəhayət, Zül-Qərneynin tikdiyi səd onların qarşısını kəsdi.
Bu səddin dağılması və həmin qövmlərin yeni hücumları Qiyamətin və yer üzündə həyatın sona çatma nişanələrindəndir.
Hər halda bu ayələr təcavüzkarların yürüşünü, onların bütün məntəqələrə hücumunu öncədən xəbər verir.
Dostları ilə paylaş: |