Bildirişlər
1. Qiyamətdə behişt əhli əziyyət və əziyyətə düşənlərin naləsindən kənarda kam almağa məşğuldur.
2. İnsanın istəkləri yalnız behiştdə gerçək təmin olunur.
3. Behiştdə nə nemət məhdudiyyəti var, nə də zaman məhdudiyyəti.
● Ayə 103:
﴿لَا يَحْزُنُهُمُ الْفَزَعُ الْأَكْبَرُ وَتَتَلَقَّاهُمُ الْمَلَائِكَةُ هَذَا يَوْمُكُمُ الَّذِي كُنتُمْ تُوعَدُونَ﴾
“(Həmin günə aid) ən böyük dəhşət onları qəmləndirməz. Mələklər onların görüşünə çıxar. (Deyərlər:) «Bu sizə vəd olunmuş gündür.»”
Nöqtələr
Rəvayətlərə əsasən, ayədə düzgün əqidəyə malik olmaqla yanaşı Allah və Onun rəsulu tərəfindən təyin olunmuş rəhbərlərin yolunu gedənlər nəzərdə tutulmuşdur.1
Bildirişlər
1. Şərin dəf olunmuş mənfəət əldə etməkdən uzaqdır. Bu səbəbdən də öncə qəm-qüssədən uzaqlıqdan, sonra xeyir əldə olunmasından danışılırlar.
2. Dünya acılıqları nə qədər böyük olsa da, axirət müsibətləri ilə müqayisədə heç bir şeydir.
3. Qiyamətdə mələklər insanlarla danışar.
4. Möminləri qarşılamaq və onlarla görüş mələklərə xas xüsusiyyətdir.
5. Bu gün dünyanın zalım qüvvələrin əlində olması bizi qəmləndirməsin. Möminlərin də dövrü gəlib çatacaq.
6. Allahın vədləri qətidir.
Dostları ilə paylaş: |