Bildirişlər
1. Allahdan qeyrisinə pərəstiş abid və məbudu cəhənnəmə sürükləyir.
2. Cəhənnəmin yanacağı kafirlər və onların uydurma məbudlarıdır.
● Ayə 99:
﴿لَوْ كَانَ هَؤُلَاء آلِهَةً مَّا وَرَدُوهَا وَكُلٌّ فِيهَا خَالِدُونَ﴾
“Əgər bunlar (həqiqi) tanrı olsaydılar, (cəhənnəmə) daxil olmazdılar. Halbuki həmişəlik orada qalacaqlar.”
● Ayə 100:
﴿لَهُمْ فِيهَا زَفِيرٌ وَهُمْ فِيهَا لَا يَسْمَعُونَ﴾
“Onlar cəhənnəmdə ah-nalə, fəryad içindədirlər və orada (heç bir cavab) eşitməzlər.”
Nöqtələr
Adətən, ərəb dilində sədalar “fəil” vəznində bəyan olunur. Məsələn, zəfir, şəhiq, zəir, hərir. “Zəfir” dedikdə nəfəs verməklə müşayiət olunan səs nəzərdə tutulur.
“La yəsməunə” dedikdə cəhənnəm əhlinin heç bir səs eşitməməsi nəzərdə tutulmur. Söhbət cəhənnəm əhlinin fəryadına heç bir cavab verilməməsindən gedir. Quranda cəhənnəm əhlinin səs eşitməsini təsdiqləyən ayələr var. Onlar əzab məmurundan möhlət istəyər və ya Allahdan qurtuluş diləyərlər. Cəhənnəm əhli verilən sualları da cavablandırar.
Dostları ilə paylaş: |