Nöqtələr
İnsan dünya həyatında rifah içində yaşasa da, istər-istəməz acı hadisələrlə rastlaşır. Qiyamətdə isə behişt əhli bütün pis xəbərlərdən, ah-nalədən uzaq, ləzzət içində ömür sürər.
Əmirəlmöminin Əli (ə) “Nəhcül-bəlağə”nin 183-cı xütbəsində buyurur: “Allah-təala behişt əhlini o qədər əziz tutmuşdur ki, hətta onların qulaqları cəhənnəm odunun və cəhənnəm əhlinin səsini eşitməz.”1
Quranda behişt nemətlərinin kəmiyyət və keyfiyyətindən danışan çeşidli ayələr var. Ayələrdən birində buyurulur: “ İnsanın meyli çəkən hər şey və gözünü oxşayan hər şey!”2 Hazırkı ayədə oxuyuruq: “Onlar qəlblərindən keçən hər şeylə daim bəhrələnərlər.” Başqa bir ayədə oxuyuruq: “Behişt əhli üçün hansı ləzzətlər hazırlandığını kimsə bilməz.”3
Həzrət Peyğəmbər (s) buyurur: “Behişt nemətləri ilə bağlı nə qulaq bir şey eşidib, nə göz bir şey görüb.”4
Dostları ilə paylaş: |