Bildirişlər
1. Saleh bəndələrin yer üzünə hakim və varis olması ilahi sünnədir.
2. Quranın öncə görmələri qətidir.
3. Quran gələcəkdən xəbər verir.
4. Gələcək salehlərindir.
5. Din siyasətdən ayrı deyil.
6. İbadət təklikdə bəs etmir, saleh əməl də lazımdır.
7. Yer üzünə varislik və hakimliyin iki şərti var: Allaha bəndəlik və saleh əməl.
● Ayə 106:
﴿إِنَّ فِي هَذَا لَبَلَاغًا لِّقَوْمٍ عَابِدِينَ﴾
“Həqiqətən, bunda (öncə görmədə) ibadət edən qövm üçün aşkar bildirişlər var.”
Nöqtələr
Ötən ayədə oxuduq ki, yalnız Allaha xalis bəndəlik və saleh əməl şərti ilə yer üzünə hakim və varis olmaq mümkündür. Bu ayədə növbəti dəfə təkid olunur ki, bəndələr uyğun bildirişi nəzərdə saxlayıb, həm xalis bəndəlik, həm də saleh əməl üçün çalışmalıdırlar.
Həzrət Əli (ə) buyurur: “Allaha xatir, Allaha xatir! Quran göstərişlərini nəzərdə saxlayın. Məbada başqaları onun göstərişlərinə əməl etməkdə sizi qabaqlayalar!”
Dostları ilə paylaş: |