● Ayə 108:
﴿قُلْ إِنَّمَا يُوحَى إِلَيَّ أَنَّمَا إِلَهُكُمْ إِلَهٌ وَاحِدٌ فَهَلْ أَنتُم مُّسْلِمُونَ﴾
“(Onlara) de ki, mənə vəhy olunan yalnız budur: «Sizin məbudunuz yalnız vahid Allahdır. Təslim olursunuzmu?!»”
Nöqtələr
İmam Rza (ə) Nişapurda minlərlə aşiq qarşısında xalqın istəyinə cavab olaraq silsilə qüdsi hədislər bəyan etdi: “Tövhid elə bir ilahi qaladır ki, bu qalada olan hər tərəfdən sığortalanmışdır;” “Həyatda olan imama tabeçilik bu tövhid üçün şərtdir.”1
Bildirişlər
1. Tövhidə dəvət ilahi rəhmətdən bir cilvədir.
● Ayə 109:
﴿فَإِن تَوَلَّوْا فَقُلْ آذَنتُكُمْ عَلَى سَوَاء وَإِنْ أَدْرِي أَقَرِيبٌ أَم بَعِيدٌ مَّا تُوعَدُونَ﴾
“Əgər üz çevirsələr, de ki, «hamınıza eyni şəkildə elan etdim. Mən sizə verilən vədin yaxın və ya uzaq olduğunu bilmirəm.»”
Nöqtələr
Sual: Ayə və rəvayətlərdən məlum olur ki, İslam Peyğəmbəri (s) geniş qeyb elminə malik idi. “Nüdbə” duasında oxuyuruq: “Pərvərdigara! Sən Öz Peyğəmbərinə (s) keçmişin və gələcəyin elmini öyrətdin.” Amma yuxarıdakı ayəyə oxşar digər ayələrdə belə bir elmin mövcud olmadığını bəyan edən ifadələrlə rastlaşırıq. Uyğun ayə və rəvayətlər arasında ziddiyyət var, yoxsa hansısa açıqlama verilir?
Cavab: Qeyb elmi iki hissədir. Onun bir hissəsi Allahın zatına aiddir. Kiminsə bu elmə yol tapması mümkünsüzdür. Qiyamətin nə vaxt bərpa olacağı da bu qəbil məlumatlardandır. Duada oxuyuruq: “Pərvərdigara! Səni yalnız Özünə aid etdiyin elmə and verirəm.” Qeyb elminin digər bir hissəsi Allah tərəfindən Onun istədiyi kəslərə, peyğəmbər və övliyalara əta olunur.2 Qurandakı bir çox məsələlər qeybi işlərlə bağlıdır.
Allah kafirlərə həm müharibələrdə məğlubiyyət, həm də Qiyamət əzabı vəd etmişdir.
Dostları ilə paylaş: |