Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə18/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   14   15   16   17   18   19   20   21   ...   621

● ayə 8:


﴿عَسَى رَبُّكُمْ أَن يَرْحَمَكُمْ وَإِنْ عُدتُّمْ عُدْنَا وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا﴾

Ümid var ki, Rəbbiniz sizə rəhm etsin. Əgər geri dönsəniz (ikinci dəfə fitnə törətsəniz), Biz də geri dönərik (qəhr-qəzəbimizi göndərərik). Biz cəhənnəmi kafirlər üçün zindan qərar vermişik.”



Nöqtələr


● “Həsr” sözündən olan “həsir” sözü çıxılmaz vəziyyət, mühasirəyə düşmək mənalarını bildirir. Bəzi döşənəcəklər toxunmaqla hazırlandığından “həsir” adlanır.

Bildirişlər


1. Allahın rəhmətindən ümid üzmək rəva deyil. Allah fəsad əhli üçün də geriyə yol qoymuşdur.

2. Tərbiyəçinin işi rəhmət və məhəbbətə əsaslanmalıdır.

3. Doğru yola yönəldərkən öncə rəhm və mehribanlıqdan danışaq, sonra xəbərdarlıq və hədədən istifadə edək.

4. İlahi qəhr-qəzəb bizim öz əməllərimizdən asılıdır.

5. Fəsaddan sonra tövbə edilməzsə, iş küfrlə nəticələnər.

6. Cəhənnəm əhli üçün heç bir qurtuluş yolu yoxdur.




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin