Bildirişlər
1. Qiyamətdə müşriklərlə onların məbudları arasında böyük bir fasilə olar.
2. Allah qiyamətdə müşriklərə imkan verir ki, öz məbudlarından yardım istəsinlər. Amma bunun nə faydası?
3. Cəhalət, əsassız təsəvvürlər şirkin köküdür.
● Ayə 53:
﴿وَرَأَى الْمُجْرِمُونَ النَّارَ فَظَنُّوا أَنَّهُم مُّوَاقِعُوهَا وَلَمْ يَجِدُوا عَنْهَا مَصْرِفًا﴾
“Günahkarlar (qiyamətdə) cəhənnəm odunu görərlər. Anlayarlar ki, bu oda düşəcəklər və qurtuluş yolu tapmayacaqlar.”
Nöqtələr
● Günahkarların qiyamətdə qurtuluş yolu yoxdur. Çünki yalnız iman sayəsində xilas olmaq mümkündür. Allahın əfvi üçün tövbə və saleh əmələ ehtiyac var. Onlarınsa əli boşdur. Onların şəfaət dilədiyi bütlər çarəsiz olduğundan hökmən cəhənnəmə düşəsidirlər.
Bildirişlər
1. Ötən ayədə vəd edilmiş fəlakətli yer cəhənnəmdir.
2. Şirk günahdır, müşrik isə günahkar.
3. Odu görmək əzabdır. Odda yanmaq isə növbəti bir əzab olasıdır.
4. Günahkarlar qiyamətdə odu uzaqdan gördükdə belə onun hənirtisi səbəbindən odda olduqlarını düşünərlər.2
5. Şirk əbədi əzabdır.
6. Qiyamətdə günahkarın heç bir qurtuluş ümidi, çıxış yolu yoxdur.
Dostları ilə paylaş: |