● Ayə 54:
﴿وَلَقَدْ صَرَّفْنَا فِي هَذَا الْقُرْآنِ لِلنَّاسِ مِن كُلِّ مَثَلٍ وَكَانَ الْإِنسَانُ أَكْثَرَ شَيْءٍ جَدَلًا﴾
“Əlbəttə, Biz bu Quranda xalq üçün müxtəlif məsəllər çəkdik. İnsan isə hər şeydən öncə höcətləşəndir.”
Nöqtələr
● “Sərrəfna” dedikdə müxtəlif bəyanlar mənası anlaşılır. Yəni, Biz təsir göstərə biləsi hər bir dil və məntiqlə onlarla danışdıq. “Cidal” sözü isə üstünlük əldə etmək istəyi ilə müşayiət olunan danışıq mənasındadır.
● İnsan ilahi ruhu, mələklərdən üstünlüyü, mələklərin ona səcdəsi, varlıq aləminə hakimliyi kimi müsbət səciyyələrlə yanaşı, bir çox mənfi səciyyələrə də malikdir. Quran ayələrində bu ayələrə işarə olunmuşdur. Zalımlıq, cahillik, höcətkeşlik bu səciyyələrdəndir.
Dostları ilə paylaş: |