● Ayə 56:
﴿وَمَا نُرْسِلُ الْمُرْسَلِينَ إِلَّا مُبَشِّرِينَ وَمُنذِرِينَ وَيُجَادِلُ الَّذِينَ كَفَرُوا بِالْبَاطِلِ لِيُدْحِضُوا بِهِ الْحَقَّ وَاتَّخَذُوا آيَاتِي وَمَا أُنذِرُوا هُزُوًا﴾
“Biz peyğəmbərləri yalnız (möminlərə) müjdə verən və (günahkarları) qorxudan kimi göndəririk. Amma kafirlər batil yolla höcətləşib, düşmənçilik aparırlar ki, haqqı məhv etsinlər. Onlar bizim nişanələrimizi və qorxudulduqları şeyi məsxərəyə qoydular.”
Bildirişlər
1. İlahi sünnələrdən, peyğəmbər risalətindən, xalqın reaksiyasından və inadkar qövmün aqibətindən xəbərdarlıq peyğəmbər üçün bir növ təsəllidir.
2. Peyğəmbərlərin işi xalqı məcbur etmək yox, müjdə və xəbərdarlıqdır.
3. Allah xalqa höccəti tamamlayır, yetərincə dəlil gətirir. Din xalqa məcburi qəbul etdirilmir.
4. Kafirlərin məqsədi haqqın məhvi, bu məqsədə çatmaq üçün vasitələri höcət və istehzadır.
5. Haqla batil arasında tarix boyu müharibə olmuşdur.
6. Kafirlər haqqın qarşısını batil vasitəsi ilə almaq istəyirlər. Onlar anlamırlar ki, batil müvəqqətidir.1
7. Peyğəmbərlərin müjdə və xəbərdarlıqları gerçəklikdir və kafirlər onun məhvi üçün səy göstərirlər.
8. İlahi ayə və hökmlərin məsxərəyə qoyulması kafirlərin həmişəki işidir.
Dostları ilə paylaş: |