Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə305/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   301   302   303   304   305   306   307   308   ...   621

● Ayə 6:


﴿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا﴾

(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə və Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”



● Ayə 7:


﴿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا﴾

(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”



● Ayə 8:


﴿قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا﴾

(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»”



Nöqtələr


● Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.1 Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə “yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.2

● Peyğəmbər (s) buyurmuşdur: “Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.3

● “Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.

● “Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.

● “İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.

Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?1 Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.

● İmam Baqir (ə) buyurur: “Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.2


Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   301   302   303   304   305   306   307   308   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin