● Ayə 6:
﴿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا﴾
“(Pərvərdigara! Mənə elə bir canişin əta et ki,) mənə və Yaqub nəslinə varis olsun. Pərvərdigara! Onu bəyənilmiş qərar ver.”
● Ayə 7:
﴿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَى لَمْ نَجْعَل لَّهُ مِن قَبْلُ سَمِيًّا﴾
“(Allah-təala buyurdu:) Ey Zəkəriyya! Biz səni Yəhya adlı bir oğlan övladı ilə müjdələyirik. Əvvəllər kimsəyə onun adını qoymamışıq.”
● Ayə 8:
﴿قَالَ رَبِّ أَنَّى يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا﴾
“(Zəkəriyya) dedi: «Pərvərdigara! Zövcəm sonsuz, mən isə qoca və zəif ikən oğlum necə ola bilər?»”
Nöqtələr
● Quran ayələrində irs dedikdə bəzən elm, bəzən hökumət nəzərdə tutulur.1 Amma xüsusi bir dəlil olmadıqda irs sözü mal-mülk kimi başa düşülməlidir. Hazırkı ayələrdə “yərisuni” dedikdə atadan irs ötürən övlad nəzərdə tutulur.2
● Peyğəmbər (s) buyurmuşdur: “Allahın mömin bəndələrinin mirası atanın ölümündən sonra Allaha ibadət edəsi saleh övladdır.” Sonra həzrət bu ayəni tilavət buyurdu.3
● “Rəziyy” sözü həm Allahın, həm də xalqın sevimlisi olmaq mənasını bildirir. Allahın insandan və insanın Allahdan razılığı məqamların ən üstünü və ən əzəmətlisidir.
● “Min qəblu səmiyya” cümləsi iki cür anlaşıla bilər: Həmin vaxtadək kimsəyə Yəhya adı qoyulmamışdır və ya bu sayaq xüsusiyyətlərə malik şəxsiyyət olmamışdır.
● “İtiyya” dedikdə həddi keçmək başa düşülür və qocalıq səbəbindən qəddi qurumuş şəxs belə adlandırılır.
● Zəkəriyya soruşur ki, onlar cavanlaşacaqlar, yoxsa elə pir yaşında övlad sahibi olacaqlar?1 Bəli, peyğəmbərlərin də biliyi məhduddur. Nəyəsə təəccüb etmələri onların peyğəmbərlik məqamına zidd deyil.
● İmam Baqir (ə) buyurur: “Övlad müjdəsindən Yəhyanın dünyaya gəlişinədək beş il vaxt ötdü.2
Dostları ilə paylaş: |