● Ayə 9:
﴿قَالَ كَذَلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِن قَبْلُ وَلَمْ تَكُ شَيْئًا﴾
“(Vəhy mələyi dedi:) «Elədir, amma Rəbbin buyurdu ki, bu iş Mənim üçün asandır. Bundan öncə səni heç nə ikən yaratdım.”
● Ayə 10:
﴿قَالَ رَبِّ اجْعَل لِّي آيَةً قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا﴾
“(Zəkəriyya) dedi: «Pərvərdigara! Mənim üçün bir nişanə müəyyən et.» (Allah) buyurdu: «Üç gecə-gündüz xalqla danışa bilməyəcəyin sənin nişanəndir.»”
Nöqtələr
● Allah hər işə qadirdir və bütün işlər Onun üçün asandır. Bu nöqtəyə “Hədid” surəsinin 22-ci, “Təğabun” surəsinin 7-ci, “Bəqərə” surəsinin 20-ci və 106-cı, “Kəhf” surəsinin 45-ci ayələrində də işarə olunmuşdur.
● Ərəblər arasında gecə dedikdə, bəzən sutka nəzərdə tutulur.1 “Ali-İmran” surəsinin 41-ci ayəsində gün, hazırkı ayədə gecə sözləri işlədilmişdir. Çünki gecə və gündüz bəzən bir-birinin yerinə zikr olunur.
● “Təfsire-Məcməül-bəyan”, “Təfsire-Təbəri”, “Təfsire-Əl-mizan” kitablarında həzrət Zəkəriyya haqqında deyilir: “İlahi ayələrin tilavəti və Allahın zikri zamanı onun dili açılırdı, amma xalqla danışarkən dili bağlanırdı.”
● Həzrət Zəkəriyya haqqı batildən, ilahi vəhyi şeytani təlqinlərdən fərqləndirmək üçün Allahdan nişanə istədi.2
Dostları ilə paylaş: |