● Ayə 64:
﴿وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَلِكَ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا﴾
“Biz (mələklər) yalnız Rəbbinin əmri ilə nazil oluruq; qarşımızda (gələcəkdə), arxamızda (keçmişdə) və ikisinin arasında nə varsa Onundur. Sənin Rəbbin unutqan deyil.”
Nöqtələr
“Əl-mizan” təfsirində oxuyuruq: “Bəziləri bu iki ayəni əvvəlki ayələrlə əlaqələndirməyə çalışsalar da, əslində onlar müstəqildir.
“Təfsire-Fəxr-Razi”, “Təfsire-Təbəri”, “Təfsire-Tibyan” mənbələrində oxuyuruq: “Peyğəmbərə (s) gələn vəhyin arası bir müddət kəsildi. Bu, peyğəmbərin nigarançılığına və müxaliflərin tənəsinə səbəb oldu: Ayə nazil edildi: “Rəbbin unutqan deyil.” “Zuha” surəsinin 3-cü ayəsi də bu ayənin oxşarıdır.
Dostları ilə paylaş: |