Bildirişlər
1. Bizim Allah qarşısındakı ibadətlərimizin fəlsəfəsi varlıq aləmində yalnız Ona məxsus olan rübubiyyətdir.
2. İbadət səbir tələb edir. (İbadət bir növ azğın nəfs istəkləri və azğın qüvvələrlə mübarizədir.)
3. Allah səni unutmayıb, sən də Onu unutma.
4. Allahın övladı yoxdur, Ona bənzəri tapılmaz.
● Ayə 66:
﴿وَيَقُولُ الْإِنسَانُ أَئِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا﴾
“İnsan deyir: “Yoxsa öləndən sonra ikinci dəfə (qəbirdən) xaric olacağam?”
● Ayə 67:
﴿أَوَلَا يَذْكُرُ الْإِنسَانُ أَنَّا خَلَقْنَاهُ مِن قَبْلُ وَلَمْ يَكُ شَيْئًا﴾
“Görən insan heç nə olmadığı bir halda bundan öncə onu yaratdığımızı yada salmırmı?!”
Nöqtələr
Bu ayə “Yasin” surəsinin 78, 79-cu ayələrinə bənzəyir. Uyğun ayələrdə bildirilir ki, bir şəxs çürüyüb ovulmuş sümükləri Peyğəmbərin (s) yanına gətirib onunla mübahisəyə başladı və dedi: “Çürümüş sümükləri kim dirildə bilər?” Bu şəxsə cavab olaraq Allah buyurdu: ”(Ey peyğəmbər,) de ki, onu öncə yaradan kəs ölümdən sonra da dirildər. O, hər şeyi bilir.”
İmam Sadiqdən (ə) “bir şey olmadığı halda” ifadəsi haqqında soruşulduqda həzrət buyurur: “Yəni təqdir (yazı) və təkvin (yaranış) mərhələsində heç nə idi.” İmam rəvayətçinin növbəti sualı ilə bağlı buyurur: “Yəni təqdir olmuşdu, amma adı çəkilmirdi.”2 Demək, bu iki ayədə insanın yaranışdan öncəki iki mərhələsi haqqında danışılır.
Digər bir hədisdə İmam Baqir (ə) “Bundan öncə” təbiri ilə bağlı buyurur: “Nə kitabda, nə elmdə onun haqqında bir söz yox idi.”3
Dostları ilə paylaş: |