● Ayə 76:
﴿وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِندَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَّرَدًّا﴾
“Allah hidayət olanların (doğru yolu tutanların) hidayətini artırar. Rəbbinin yanında davamlı yaxşılıqların savabı daha üstün və xoş aqibətdir.”
Nöqtələr
“Mərədd” dedikdə aqibət və mənfəət mənaları anlaşılır. “Səvab” sözü əməlin əvəzi mənasını bildirir. Bu əvəz xeyir və şər ola bilər. Amma adətən xeyir mənasında işlədilir.1
Ötən ayədə oxuduq ki, azğınlar daha çox azğınlığa uğrayar. Bu ayədə isə doğru yol tutanların daha çox hidayət və nuraniyyətə çatması bildirilir.
Bəzi rəvayətlərdə bildirilir: “Davamlı yaxşılıqlar” dedikdə “sübhanəllahi vəlhəmdulillahi vəla ilahə illəllahu vəllahu əkbər” zikri nəzərdə tutulur.2
Dostları ilə paylaş: |