Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə375/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   371   372   373   374   375   376   377   378   ...   621

● Ayə 75:


﴿قُلْ مَن كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَنُ مَدًّا حَتَّى إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَّكَانًا وَأَضْعَفُ جُندًا﴾

De ki, Rəhman Allah yolunu azan kəsə (Öz sünnəsi əsasında) vəd olunmuş, (dünyada) əzab və ya qiyaməti eşidib-görənədək möhlət verib yardım göstərir. (Həmin gün) kimin yerinin daha pis və kimin qoşununun daha aciz olduğunu biləcəklər.”


Nöqtələr


“Mədd” və “imdad” sözləri eyni bir mənanı bildirir. Amma Rağibin nəzərincə, adətən, imdad sözü bəyənilmiş və sevilən iş haqqında, “mədd” sözü isə bəyənilməmiş və ikrah doğuran iş haqqında işlədilir.

Allah-təala şərr yol seçənlərə möhlət verir. Möhlət verilməsində məqsəd budur ki, həmin şəxslər tövbə edə bilsinlər və ya onların nəslindən saleh övladlar ərsəyə gəlsinlər. Əlbəttə ki, bəzi azğınlar bu ilahi möhlətdən sui-istifadə edib daha çox günaha batır və öz əzablarını artırırlar.1


Haqqın lütfü sənə edəsi yardım,

Batarsan kənara atsan bir addım.
İmam Sadiq (ə) “iza rəəv ma yuədun” cümləsi haqqında buyurur: “Burada həzrət Mehdinin (ə) zühuru vəd olunur. “Şərrun məkanən”, yəni Mehdinin (ə) qiyam günü məlum olacaq ki, kimin mövqeyi xoşagəlməz və zəifdir.2

Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   371   372   373   374   375   376   377   378   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin