Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə398/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   394   395   396   397   398   399   400   401   ...   621

● Ayə 9:


﴿وَهَلْ أَتَاكَ حَدِيثُ مُوسَى﴾

Musanın xəbəri sənə çatdımı?!”



● Ayə 10:


﴿إِذْ رَأَى نَارًا فَقَالَ لِأَهْلِهِ امْكُثُوا إِنِّي آنَسْتُ نَارًا لَّعَلِّي آتِيكُم مِّنْهَا بِقَبَسٍ أَوْ أَجِدُ عَلَى النَّارِ هُدًى﴾

Od görən zaman ailəsinə belə dedi: “Bir qədər yubanın, həqiqətən, mən od tapdım. Ola bilsin ki, sizin üçün ondan bir qədər gətirəm və ya od vasitəsilə yolu tapam.”


Nöqtələr


“Qəbəs” dedikdə alov kütləsindən ayrılmış bir parça od nəzərdə tutulur.

Surənin bir hissəsində həzrət Musanın əhvalatı ətraflı şəkildə bəyan olunmuşdur:

a) Həzrət Musanın peyğəmbərlik üçün seçilməsi;

b) Həzrət Musanın Fironu haqqa dəvət etməsi;

v) Musanın Misirdən çıxması və Fironun qərq olması;

q) Bəni-İsrailin buzovpərəstliyi.

Həzrət Musa hamilə zövcəsi ilə birlikdə yola çıxdı və biyabanda yolu itirdi. Qaranlıq biyabanda, soyuq və yağışlı havada qızınmaq və yolu tapmaq üçün oda ehtiyac vardı. Həmin vaxt uzaqdan od göründü. Həzrət Musa həmin tərəfə üz tutdu. Qəfildən nida gəldi və Allah-təala həzrət Musanı peyğəmbərliyə seçdi. (Həmin gecə cümə gecəsi idi.)1

Bəli, Musa özünü və ailəsini xilas etmək üçün oda doğru getdi. Amma Allah ona başqalarının xilası üçün yol açdı. O, adi bir yol axtarırdı, Allah isə ona mənəviyyat və səadət yolu göstərdi. Fərdi hidayət yolu axtaran Musa ümmətin hidayət yoluna çıxarıldı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   394   395   396   397   398   399   400   401   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin