Bildirişlər
1. Allah Öz qüdrətinin nümayişi üçün ən yaxın və ən sadə vasitələrdən də istifadə edir.
2. Bir neçə məqsəd üçün nəzərdə tutulmuş alətlərdən istifadə etməklə daha az həcmlə kifayətlənmək olar.
3. Əsa kimi maddi vasitələrə arxalanmağın Allaha təvəkküllə ziddiyyəti yoxdur.
4. Çobanlıq əksər peyğəmbərlərin məşğuliyyəti olmuşdur.
5. Dəvətdən öncə hazırlıq, təcrübə zəruridir. Fironun qarşısında əsanı atmaq istəyən Musa onun əjdahaya çevrilməsi səhnəsi ilə öncədən tanış olmalıdır.
● Ayə 22:
﴿وَاضْمُمْ يَدَكَ إِلَى جَنَاحِكَ تَخْرُجْ بَيْضَاء مِنْ غَيْرِ سُوءٍ آيَةً أُخْرَى﴾
“Əlini qoltuğunun altına sal, ağ və nöqsansız halda çıxsın. (Bu da) digər bir nişanə və möcüzədir.”
● Ayə 23:
﴿لِنُرِيَكَ مِنْ آيَاتِنَا الْكُبْرَى﴾
“Eləcə Öz böyük nişanələrimizdən sənə göstərək.”
● Ayə 24:
﴿اذْهَبْ إِلَى فِرْعَوْنَ إِنَّهُ طَغَى﴾
“(Ey Musa! İndi) Firona doğru hərəkət et, o, həqiqətən, tüğyan qoparmışdır.”
Dostları ilə paylaş: |