Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə405/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   401   402   403   404   405   406   407   408   ...   621

● Ayə 17:


﴿وَمَا تِلْكَ بِيَمِينِكَ يَا مُوسَى﴾

Ey Musa! Sağ əlində olan nədir?”



● Ayə 18:


﴿قَالَ هِيَ عَصَايَ أَتَوَكَّأُ عَلَيْهَا وَأَهُشُّ بِهَا عَلَى غَنَمِي وَلِيَ فِيهَا مَآرِبُ أُخْرَى﴾

Musa) dedi: «Bu, mənim əsamdır. Ona söykənir, onunla qoyunlarım üçün (ağaclardan) yarpaq tökürəm. Onun mənə başqa faydaları da var.»”



● Ayə 19, 20:


﴿قَالَ أَلْقِهَا يَا مُوسَى فَأَلْقَاهَا فَإِذَا هِيَ حَيَّةٌ تَسْعَى﴾

(Allah) buyurdu: «Ey Musa! Əsanı at!» (Musa) onu atdı və o, qəfildən ilana dönüb sürətlə getməyə başladı.”



● Ayə 21:


﴿قَالَ خُذْهَا وَلَا تَخَفْ سَنُعِيدُهَا سِيرَتَهَا الْأُولَى﴾

(Allah) buyurdu: «Onu tut və tələsmə. Biz tezliklə onu əvvəlki halına qaytararıq.»”



Nöqtələr


İnsanlar təbii olaraq təhlükə, şərr və zərərdən qorxur, onlarla üzləşməkdən çəkinirlər. Aydın məsələdir ki, Musa da insan idi və qorxurdu. Məzəmmət olunan isə Allahdan qeyrisindən qorxudur. Belə bir qorxu şücaət sifətinə ziddir və həzrət Musa belə bir çirkin sifətdən uzaq olmuşdur.

Musa başqa bir səbəbdən də qorxuya düşə bilərdi: “Əsanı yerə at” əmrinin “ayaqqabını çıxart” əmri kimi ehtiram üçün olduğunu düşünən Musa əsanın ilana döndüyünü gördükdə yerində donub qaldı.

Əslində bu qorxu uyğun hadisənin möcüzə olmasının dəlili idi. Göstərdiyi sehrin həqiqət olmadığını bilən sehrbaz gördüyü işdən qorxuya düşmür.

Allah hər an milyonlarına can verir, milyonlarının canını alır. Uyğun səhnədə də O, öncə əsaya can verib, sonra onu geri aldı.1 Bu sayaq qadir Allah diri insanı öldürüb, onu yenidən əvvəlki vəziyyətinə qaytara bilməzmi?!

Allahın bir nəzəri ağacı əjdahaya döndərirsə, Onun lütf nəzəri ilə nələr baş verər?! Onun nəzər saldığı bir şey sehrbazların bütün qurğularını kamına çəkirsə, qəlbimizə saldığı nəzər bütün vəsvəsələri aradan qaldıra bilməzmi?!

Elə işin əvvəlində Musa üçün iki möcüzə baş verdi: onun əsası əjdahaya çevrildi və əjdaha yenidən əsa şəklinə qayıtdı.



Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   401   402   403   404   405   406   407   408   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin