● Ayə 4:
﴿قَالَ رَبِّي يَعْلَمُ الْقَوْلَ فِي السَّمَاءِ وَالأَرْضِ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ﴾
“(Peyğəmbər) dedi: «Mənim Rəbbim göydə və yerdə olan bütün söhbətlərdən xəbərdardır. O, eşidən və biləndir.»”
Bildirişlər
1. Peyğəmbərlər fitnə-fəsad və böhtanlarla qarşılaşdıqda Allaha təvəkkül edirlər.
2. Düşmənlər öz fitnə-fəsadlarında məxfiliyi gözləsələr də, Allah hər şeyi bilir, Onun üçün gizlin və aşkar eynidir.
3. Allahın elminə diqqət insanı fitnə-fəsaddan və gizli qurğulardan çəkindirir.
● Ayə 5:
﴿بَلْ قَالُواْ أَضْغَاثُ أَحْلاَمٍ بَلِ افْتَرَاهُ بَلْ هُوَ شَاعِرٌ فَلْيَأْتِنَا بِآيَةٍ كَمَا أُرْسِلَ الأَوَّلُونَ﴾
“(Kafirlər) dedilər: «(Məhəmmədin gətirdikləri vəhy yox,) qatışıq yuxulardır. Ola bilsin ki, dediklərini özündən uydurur. Bəlkə də o bir şairdir. (Əgər doğru deyirsə,) əvvəl göndərilənlər kimi, o da bizim üçün möcüzə gətirsin.”
Dostları ilə paylaş: |