Bildirişlər
1. Xalqla hesab aparılması qəti bir məsələdir.
2. Qiyamət və hesab vaxtının uzaq olmasını düşünməyək.
3. Hesab bütün insanlara aiddir.
4. Nizam və hesab kamil həyat şərtləridir. (İnsan təsadüfən yaranmayıb, məqsədli şəkildə vücuda gətirilib.)
5. İnsanların diqqətini cəlb etmək üçün bəzən sərt və hədələyici halda danışmaq lazım gəlir.
6. İnsanlar qiyamət sorğusundan qəflətdə olsalar da bu sorğu özü onların sorağınca gəlir.
7. Etinasızlıqdan doğan qəflət təhlükəlidir.
● Ayə 2:
﴿مَا يَأْتِيهِم مِّن ذِكْرٍ مِّن رَّبِّهِم مُّحْدَثٍ إِلَّا اسْتَمَعُوهُ وَهُمْ يَلْعَبُونَ﴾
“Onlara Rəbbləri tərəfindən nə vaxt yeni bir xəbərdarlıq gəldisə, onu eşidib (yenə) əylənməyə başladılar.”
Nöqtələr
Allah kəlamının qədim və ya hadis (yeni) olma məsələsi abbasilər dövründə ortaya atılmış mövzulardandır. Bu mövzuda xeyli mübahisələr aparılmışdır. Uyğun mövzunun formalaşdırılmasında məqsəd, çox güman ki, xalqı zalım hakimlərlə qarşıdurmadan yayındırmaq olmuşdur. Şübhəsiz ki, Quran mahiyyətcə Allah elmindən qaynaqlanır və qədimdir. Peyğəmbərə nazil olan sözlər isə hadis (yeni) sayılır. İstənilən bir halda bu sayaq mübahisələr fərd və cəmiyyətin hansısa problemini həll etmir. İmamlarımız da bu sayaq mübarizələrdən çəkinmişlər.4
Dostları ilə paylaş: |