Nur təFSİRİ yeddiNCİ Cİld müƏLLİF: MÖHSÜn qəRAƏTİ TƏRCÜMƏ edəN: haci arzu



Yüklə 1,22 Mb.
səhifə63/621
tarix02.01.2022
ölçüsü1,22 Mb.
#2048
1   ...   59   60   61   62   63   64   65   66   ...   621

● ayə 36:


﴿وَلاَ تَقْفُ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ إِنَّ السَّمْعَ وَالْبَصَرَ وَالْفُؤَادَ كُلُّ أُولـئِكَ كَانَ عَنْهُ مَسْؤُولاً﴾

Bilmədiyin işin ardınca getmə. Çünki qulaq, göz və qəlb hər biri sorğuya çəkiləcək.”



○ Nöqtələr


● Ayədə göz, qulaq və qəlbə nümunə olaraq işarə edilə bilər. Çünki qiyamətdə insanın əl-ayağı, bədən üzvləri də sorğuya çəkilər.1 Bədən üzvləri dilə gəlib günahları etiraf edər. Ola bilsin ki, məhz bu səbəbdən göz, qulaq və qəlb başqalarına itaət vasitəsi sayılır.
● Kor-koranə təqlid, puç adət və təxəyyüllərə ardıcıllıq, ata-babalara itaət, öncəgörmələrə, yuxulara, ehtimallara, gümanlara və elmi əsassız mühakimələrə inam, dəlilsiz şahidlik, elmi əsası olmayan sitayiş və ya tənqid, rəy əsasında təfsir və təhlil, şayiələri nəql etmək, elmi əsası olmayan xüsusiyyətləri Allaha və dinə aid etmək, həyəcanlı və böhranlı şəraitdə qərar çıxarmaq, yalan and və göz yaşlarına istinad “la təqfu ma ləysə ləkə bihi ilmun” (“bilmədiyinə itaət etmə”) nümunələrindəndir və qadağandır.

● Mütəvatir və mötəbər rəvayətlərə əsasən, müctəhidin fətvası, yəqinə yaxın əminlik sayılan elm kimi şəri əsaslara itaət, əslində elmə ardıcıllıqdır. İnsanlar peşəkar həkimin nüsxəsi əsasında əminlik əldə etdikləri kimi, mötəbər və təqvalı müctəhidin fətvası əsasında Allahın hökmünə əmin olurlar. Elmin “elmul-yəqin”, “həqqul-yəqin”, “eynul-yəqin” kimi mərhələləri olsa da, yuxarıda zikr olunan mərhələ yetərlidir.

● Məsum imamlar öz səhabələrini hər sözü dinləyib danışmaqdan çəkindirmişlər. Onlar tövsiyə edirlər ki, insan öz qəlb və qulağının keşikçisi olmalıdır. Onlar öz münasibətlərində hazırkı ayəyə istinad etmişlər.

Bir şəxs ayaq yoluna gedərkən qonşudakı musiqi səsini dinləmək üçün orada yubanardı. İmam (ə) bu şəxsi məzəmmət edərək hazırkı ayəni tilavət etdi və buyurdu: “Qulaq eşitdiklərinə, göz gördüklərinə, qəlb öz xatirələrinə görə sorğuya çəkilər.” İmam Səccad (ə) isə belə buyurur: “İnsanın haqqı yoxdur ki, hər nə istəsə danışsın.”1




Yüklə 1,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   621




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin