meydana gətirir. Səthi çox isti və Günəşdəki qədər hətta ondan da parlaq olan bu alov topundan yayılan istilik 4–5 km sahədəki bütün yana bilən maddələri alovlandırmağa kifayət edir. Alov topunun parlaqlığı da gözlərə bərpa edilməyən zərər verə bilər. Burada alov topunun ətrafında çox böyük sürətlə yer dəyişdirən şok dalğası olur. 6 Saniyə sonra: Bu anda şok dalğası yerə dəyir və ilk mexaniki zərərlərə səbəb olur. Dalğa şiddətli hava təzyiqi yaradır və bu təzyiqin şiddəti partlayış mərkəzindən uzaqlaşdıqca azalır. Bu yerdən təxminən 1,5 km uzaqda belə təzyiq normal atmosfer təzyiqindən təxminən iki qat artıq olur. Bu təzyiqdə insanların sağ qalma ehtimalı 1%-dir. 13 saniyə sonra: Şok dalğası yayılır və onu alov topunun qovduğu havanın yer dəyişdirməsi səbəbindən yaranan partlayış izləyir. Bu partlayış saatda 300–400 km sürətlə yayılır. Bu zaman alov topu soyuyur və həcmi azalır. Havadan yüngül olduğu üçün yüksəlməyə başlayır. Yuxarıya doğru yönələn bu təzyiq yerdəki küləyin istiqamətinin dəyişməsinə səbəb olur və şiddətli külək partlayışdan əvvəl partlama mərkəzindən kənara doğru əsirdisə, indi mərkəzə doğru əsməyə başlayır.
Müasir Nüvə Silahı
Müasir nüvə silahı kompleksi (raket-nüvə silahı) müxtəlif növ nüvə döyüş sursatından, onları hədəfə çatdıran vasitələrdən və idarəetmə vasitələrindən ibarətdir. Nüvə enerjisinin alınması üsuluna görə, ağır kimyəvi elementlərin (235U, 239Pu) atom nüvələrinin zəvcirvari parçalanması reaksiyasına əsaslanan nüvə bombaları (əvvəllər «atom bombası» adlandırılırdı) və yüngül elementlərin (məs., hidrogen izotoplarının) atom nüvələrinin siitez reaksiyasına əsaslanan istilik-nüvə