arasında münaqişələrin artmasına səbəb ola bilər. Bu, nüvə müharibəsinə səbəb ola bilər və bütün dünyada ciddi nəticələrə səbəb ola bilər. Bu səbəblərə görə, kütləvi qırğın silahlarına malik olan və ya istehsal edən dövlətlər beynəlxalq müqavilələr və protokollar vasitəsilə bu silahların yayılmasına nəzarət etmək və məhdudlaşdırmaq barədə öhdəliklər götürmüşlər. Bu cür sazişlər bütün dünyada sülhün və təhlükəsizliyin qorunmasında mühüm rol oynayır.
Atom Nüvə Silahı
Tərif :Atom nüvəsinin parçalanma reaksiyası nəticəsində nüvədaxili enerjinin (atom enerjisinin) bir hissəsinin ayrılması hesabına çox qüvvətli partlayış yaradan aviasiya bombasıdır. Nüvə reaksiyaları (bölünmə və ya sintez reaksiyaları, yaxud hər ikisi birlikdə) nəticəsində qapalı həcmdə böyük miqdarda ayrılan nüvədaxili enerjidən baş verən partlayış təsirli silahların ümumi adıdır. Bu reaksiyalarda maddənin kütlə vahidindən ayrılan enerji adi partlayıcı maddədəkinə (trotildəkinə) nisbətən 20—80 mln. dəfə artıq olur. Son dərəcə sürətlə və külli miqdarda ayrılan enerji nüvə partlayışı kimi meydana çıxır və öz gücünə və zədələyici amillərinin (zərbə dalğası, işıq şüalanması, nüfuzedici radiasiya, radioaktiv zəhərlənmə və elektromaqnit impulsu) xarakterinə görə adi döyüş sursatlarının partlayışından fərqlənir. İlk atom bombası İkinci dünya müharibəsinin sonunda ABŞ-də hazırlanmışdır. Atom bombası havada (istənilən hündürlükdə, yer səthində və su altında, lazımı dərinlikdə) partladıla bilər; 1945-ci