Nüvə silahı


Partlayışdan 2 dəqiqə sonar göbələk formalı



Yüklə 4,02 Mb.
Pdf görüntüsü
səhifə13/13
tarix19.10.2023
ölçüsü4,02 Mb.
#157352
1   ...   5   6   7   8   9   10   11   12   13
Nüvə silahı


Partlayışdan 2 dəqiqə sonar göbələk formalı 
bulud 12.000 metrlik yüksəkliyə, yəni 
atmosferin stratosfer təbəqəsinin altına qədər 
yüksəlir. Bu yüksəklikdə əsən küləklər göbələk 
formasında olan buludu yavaş-yavaş dağıdır 
və buludu yaradan maddələri (əsasən 
radioaktiv qalıqları) atmosferə yayır. Bu 
radioaktiv qalıqlar çox xırda olduqlarından 
atmosferin daha yüksək qatına çıxırlar. Bu 
qalıqlar yerə düşmədən əvvəl atmosferin üst 
təbəqələrindəki küləklər vasitəsilə dünyanın 
ətrafında bir neçə dəfə fırlanır. Beləliklə, 
radiasiya qalıqları dünyanın hər tərəfinə yayılır.


PARTLAYIŞIN FƏSADLARI
Atom partlayışlarında sonra yaranan şüalar canlılar üzərində ya birbaşa ya da 
partlayış əsnasında meydana gələn zərrəciklər vasitəsilə təsir edir. Bu zərrəcik və 
ya şüalaArdan maddə daxilində sürətlə hərəkət edir və qarşısına çıxan atom və ya 
molekullarla çox şiddətli şəkildə toqquşur. Bu toqquşma hüceyrənin həssas 
quruluşu üçün fəlakət ola bilər. Hüceyrə ölə bilər və ya sağalsa belə, daxilində 
bəlkə həftələr, aylar, il ər sonra meydana gələn xərçəng xəstəliyi yarana bilər. 
Bütün bu sadalananlara gözümüzlə belə görə bilmədiyimiz atomlar səbəb olur. 
Atomlar bəzən həyat verir, bəzən də həyatı məhv edir.


İŞIQ ŞÜALANMASI
İşıq şüalanması - nüvə partlayışı zamanı meydana çıxan od kürəsinin saçdığı gözə görünən 
ultrabənövşəyi və infraqırmızı işıq selidir. Təsir müddəti nüvə yükünün gücündən asılı 
olaraq 10 - 20 saniyə müddətində olur. İşıq şüalanmasının zədələyici təsiri işıq 
impulsundan, yəni işıq şüalarına nisbətən şaquli yerləşmiş səthin hər bir kvadrat 
santimetrinə bütün şüalanma ərzində düşən işıq enerjisinin miqdarından asılı olur. İşıq 
impulsunun ölçü vahidi olaraq kC/m2 və yaxud kal/sm2 qəbul edilmişdir. Müxtəlif 
sahələrdə yaranan işıq impulsunun kəmiyyəti nüvə partlayışının gücündən, növündən, 
məsafədən və hava şəraitindən asılı olur. Təsirinin qısa müddətinə baxmayaraq işıq 
şüalanması xeyli uzaq məsafələrdə bədənin açıq yerlərində yanmalara, gözlərin müvəqqəti 
və ya daimi korluğuna, müxtəlif material arın alovlanmasına, kömürləşməsinə və ya 
əriməsinə, yaşayış məntəqələrində, meşələrdə, mədənlərdə yanğınlara səbəb ola bilər



İŞIQ ŞÜALANMASI
Məsələn, havada gücü 1 mln. tonluq nüvə partlayışı zamanı 4 kal/sm2 işıq impulsu - 19 km; 
10 kal/sm2 - 15 km; 16 kal/sm2 - 10 km məsafədə mövcud olur ki, nəticədə müvafiq surətdə 
bədənin açıq hissələrində yüngül (I dərəcə), orta (II dərəcə) və ağır (III dərəcə) yanıqlar baş 
verə bilər. İşıq şüalanması qeyri-şəffaf material ardan (divar, taxta, bina və s.) keçə bilmir. 
İşıq şüalanması yaşayış məntəqələrində, meşələrdə, tarlalarda güclü yanğınlar törədə bilər. 
İşıq şüalanmasının təsiri meteoroloji şəraitdən çox asılı olur. Qatı duman, yağış və qar onun 
təsirini 10-20 dəfə zəiflədir. Sığınacaq və daldalanacaq işıq şüalanmasının təsirindən 
qorunmaq üçün ən etibarlı yerlərdir. Nüfuzedici radiasiya - nüvə partlayışı anında qəza 
partlayış yerindən ətrafa yayılan, gözə görünməyən γ şüalar və neytronlar selindən ibarətdir.


İŞIQ ŞÜALANMASI
Nüfuzedici radiasiyanın təsiri ondan ibarətdir ki, γ 
şüalar və neytronlar canlı toxumaların molekul arını 
ionlaşdırır. Bu isə insan və heyvan orqanizmində 
maddələr mübadiləsinin pozulmasına, hüceyrələrin və 
müxtəlif üzvlərin həyat fəaliyyətinin dəyişməsinə, 
yoluxucu xəstəliklərə qarşı orqanizmin mübarizə 
qabiliyyətinin zəifləməsinə səbəb olur. Şüa alan adam 
bunu hiss etmir. Xəstəliyin əlamətləri müəyyən 
müddətdən sonra aşkara çıxır, xəstəliyin gedişi 
orqanizmin aldığı şüanın dozasından asılı 
olur.Nüfuzedici radiasiyanın təsiri udulan doza ilə 
qiymətləndirilir və Qrey (Qr), rentgen (R), rad ölçü 
vahidləri ilə ölçülür:
1 qr = 100 rad; 1 r = 0,95 rad.
Udulan dozanın miqdarından asılı olaraq adamlar 
şüa xəstəliyinə tutulurlar:
I - yüngül dərəcəli D = 100 - 200 rad (1-2 Qr);
II - orta dərəcəli D = 200 - 400 rad (2-4 Qr);
III - ağır dərəcəli D = 400 - 600 rad (4-6 Qr);
IV - çox ağır dərəcəli D > 600 rad (6 Qr).


İŞIQ ŞÜALANMASI
Müxtəlif sıx və qalın material ardan keçərkən nüfuzedici radiasiyanın təsiri 
zəifləyir (məsələn, poladın - 2,7 sm, betonun -1). Neytron seli tərkibində hidrogen 
olan maddələrdə (suda, parafində, betonda) daha çox zəifləyir. Radioaktiv 
zəhərlənmə - yerdə nüvə partlayışı baş verdikdən sonrakı anlarda radioaktiv 
zərrəciklər odlu kürənin tərkibində olur. Odlu kürə buxara və tüstüyə bürünərək 
hündürə qalxır və bir neçə saniyədən sonra topa buludlara çevrilir. Hündürə 
qalxan hava axınları yerdən toz-torpağı göyə qaldırıb onları radioaktiv buludla 
birlikdə aparır.Yuxarı qalxan toz-torpaq radioaktivləşir. İri toz buludlarının bir 
hissəsi bilavasitə partlayış rayonunda yerə çökür. Qalan hissəcikləri isə buludun 
tərkibində qalıb hava axınları vasitəsilə partlayış mərkəzindən kilometrlərlə 
məsafələrə aparılır.


RADİOAKTİF ZƏHƏRLƏNMƏNİN DƏRƏCƏSİ
Radioaktiv zəhərlənmənin dərəcəsi - partlayışın növündən və gücündən, partlayışdan sonra keçən müddətdən, 
partlayış mərkəzinə qədər olan məsafədən, meteoroloji şəraitdən, yerin relyefindən asılı olur.
Radioaktiv zəhərlənməyə məruz qalmış ərazi (radioaktiv zəhərlənmiş ərazi) formaca el ipsə bənzəyir. 
Zəhərlənmənin gücünə görə radioaktiv zəhərlənmə zolağını adətən dörd zonaya ayırırlar: çox təhlükəli, təhlükəli, 
güclü və mülayim (zəif) zəhərlənmə zonaları. Partlayışın bu zədələyici amilini digər amillərdən fərqləndirən: 
zəhərlənmiş geniş sahələri əhatə etməsi, uzun müddət təsir göstərməsi, çətinliklə aşkar olunması, qeyri-sabit 
xarakteri radioaktiv maddələrin fasiləsiz olaraq parçalanması sayəsində zəhərlənmiş ərazinin ölçülərinin müəyyən 
müddət ərzində azalmasıdır.


RADİOAKTİF ZƏHƏRLƏNMƏ
.
Müəyyən müddətdən sonra radiasiyanın səviyyəsi 
tədricən azalır. Bu, radioaktiv maddələrin öz-özünə 
parçalanıb qeyri-aktiv maddələrə çevrilməsi 
nəticəsində baş verir. Radioaktiv maddələrin heç bir 
xarici əlaməti (rəngi, iyi və s.) yoxdur, zəhərlənməni 
ancaq xüsusi doza ölçən (dozimetrik) cihazlar 
vasitəsilə aşkar etmək mümkündür. Ərazinin 
zəhərlənmə dərəcəsi radiasiyanın səviyyəsi (yəni 
gücü) ilə xarakterizə edilir və rentgen - saatla (R/s) 
ölçülür. Radioaktiv zəhərlənmədən mühafizə etmək 
üçün adamları ümumi xarici şüalanmadan qorumaq, 
həm də radioaktiv maddələrin dəri səthinə, burnun, 
gözlərin selikli qişalarına düşməsinin və hava, ərzaq, 
su ilə orqanizmə keçməsinin qarşısını almaq 
lazımdır.
Bu məqsədlə radiasiya əleyhinə 
daldalanacaqlardan, sığınacaqlardan istifadə olunur. 
Fərdi mühafizə vasitələri (əleyhqaz, respirator, 
tozdan qoruyan parça maska, habelə pambıqlı tənzif 
sarğı) tənəffüs üzvlərini zəhərlənmədən etibarlı 
surətdə qoruyur. Bədənin səthini adi paltarlarla da 
mühafizə etmək mümkündür
.


RADİOAKTİF ZƏHƏRLƏNMƏ
Elektromaqnit impulsu - nüvə partlayışı anında ətrafa kül i miqdarda γ-kvantlar və 
neytronlar yayılır. Bunlar ətraf mühitin atomları ilə qarşılıqlı təsirə qoşularaq 
elektromaqnit sahələri yaradır, nəticədə hava və ya yeraltı rabitə-kabel xətlərində, siqnal, 
elektrik xətlərində, radiostansiyaların antenalarında və s. qısamüddətli, lakin güclü 
cərəyan və gərginlik əmələ gətirir. Buna elektromaqnit impulsu deyilir. Elektromaqnit 
impulsu radio-elektron cihazlarını sıradan çıxarır, xarici xətlərə qoşulmuş elektrik 
qurğularının işini pozur. İmpulslar, həmçinin yarımkeçirici cihazları, qazboşalma, 
vakuum cihazlarını, kondensatorları da xarab edib sıradan çıxarır. Bu cihazlarla işləyən 
insanların təhlükəsizliyi üçün tədbir görülməyibsə, elektromaqnit impulsu yüksək 
elektrik gərginliyi ilə onları zədələyə bilər. Elektromaqnit impulsundan mühafizə vasitəsi 
kimi qoruyucu avtomat tərtibatlarından istifadə edilir.



Yüklə 4,02 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin