О. Щ. Мирзяйев нефт-газ мядян аваданлыгларынын техники диагностикасы нын ясаслары bakı 012 Rəycilər



Yüklə 2,61 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix25.12.2016
ölçüsü2,61 Mb.
#3052
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
Ш. DAĞITMADAN MAQNĠT NƏZARƏTĠ 
 
3.1. Ġstifadə sahələri və təsnifatı 
 
  Maqnit  sahəsi  cismin  molekulyar  quruluĢundan 
kənarda  onun  maddi  davamıdır  və  çoxsaylı  təzahürlərlə 
aĢkar  edilir.  Onlardan  ən  çox  məlum  olanları  onun 
induksion  və  elektrik  təsiridir  ki,  dağıtmadan  nəzarət 
məqsədilə ölçmək və istifadə etmək olar. 
  Dağıtmadan  nəzarətin  maqnit  halından  əsasən 
ferromaqnit  materiallardan  olan  məmulatları  yoxlamaq 
üçün  istifadə  olunur.  Belə  materialların  maqnit  xarakte-
ristikaları  məlumat  verən  parametrlırdir  və  onların  fiziki-
kimyəvi xüsusiyyətlərindən, kimyəvi tərkibindən, mexani-
ki və termiki emal etmənin bütövlüyündən asılıdır. 
  Dağıtmadan  maqnit  nəzarətində  istifadə  edilən 
informativ parametrlərə: koersitiv qüvvə Hc, maqnitlənmə 
M,  qalın  maqnit  induksiyası  Br,  baĢlanğıc  və  yaxud 
maksimum  maqnit  nüfuzluğu 

,  histerezis  ilgəyinin 
parametrləri  B(H),  Barkqauzen  sıçramalarının  parametr-
ləri, maqnitooptik effektin parametrləri və s. daxildir (bax 
cədvəl 1.2). 
  Ġlk  informasiyanın  alınma  üsullarına  görə  maqnit 
nəzarəti aĢağıdakılara bölünür: 

  maqnit  tozu  (MT)  -  zədə  üzərində  maqnit 
sahəsinin  səpələnməsinin  qeydə  alınmasına  əsaslanır  ki, 
maqnit  indikatoru  kimi  ferromaqnit  tozundan  və  yaxud 
maqnit suspenziyadan istifadə edilir

  maqnitoqrafik  (MQ)  -  maqnit  səpələnməsinin 
qeydə  alınmasına  əsaslanır  ki, indikator kimi ferromaqnit 
plyonkadan istifadə olunur;  


 
53 

  ferrozond  (FZ)  -  maqnit  sahəsinin  intensivliyini 
ferrozondla ölçməyə əsaslanır: 

 Holl effekti (XE) - maqnit sahəsini Holl ötrücüləri 
ilə qeyd edilməyə əsaslanır; 

 
induksion  (Ġ)  -  maqnit  səpələnməsinin 
böyüklüyünə  və  yaxud  yaranan  ehq-nin  fəzasının  qeydə 
alınmasına əsaslanır; 

  ponderomotorlu  (PM)  -  nəzarət  edilən  obyekdə 
sabit maqnitin və yaxud elektromaqnit nüvəsinin aralanma 
(cəzbetmə) qüvvəsini qeydə alınmasına əsaslanır;  

  maqnitrezistorlu  (MR)  -  maqnit  səpələnməsinin 
maqnitrezistoru ilə qeydə alınmasına əsaslanır; 

 maqnitoptik (MO) - materialın quruluĢunun fezzit-
qrant plyonkası ilə vizuallaĢdırılmasına əsaslanır. 
  Sadalanan  üsullardan  (MT,  MQ,  FZ,  XE,  Ġ,  MR, 
MO)  bütövlüyü,  ölçüləri  (FZ,  XE,  Ġ,  PM),  quruluĢları  və 
fiziki-mexaniki  xüsusiyyətlərinə  (FZ,  XE,  Ġ,  MO)  nəzarət 
etmək mümkündür. 
  AĢağıda  maqnit  nəzarətinin  fiziki  mahiyyəti  və 
neftqaz sənayesinin obyektlərinin texniki diaqnostlaĢdırıl-
masında  praktik  tətbiq  edilən  bəzi  üsullar  nəzərdən 
keçiriləcək.  
 

Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin