Dağıtmadan radiasiya nəzarəti – ionlaĢdırıcı Ģüalan-
manın nüfuzedici xüsusiyyətindən istifadə edilməsinə
əsaslanır və nəzarət etmənin effektiv və yayılmıĢ
növlərindən biri hesab edilir. Neftqaz sənayesində ilk öncə
nəzarət maqistral və mədən boru nəqlində, neft və neft
məhsulları saxlanılan rezervuarlarda, təzyiq altında olan
qablarda və digər obyektlərdə qaynaq birləĢdirilmələrinə
tətbiq edilir. Bu növ nəzarətin həyata keçirilməsi
minimum üç əsas elementdən istifadəyə əsaslanır:
ionlaĢdırıcı Ģüa mənbəyi, nəzarət obyekti, ionlaĢdırıcı
Ģüanın nəzarət obyekti ilə qarĢılıqlı təsirinin nəticələrini
qeydə alan detektor.