21
kənarda yerləĢərsə, onda xarici nəzarət vasitəsi olur.
Nəzarətin aparat və proqram nəzarət vasitələri vardır.
Aparat nəzarət vasitələrinə cihazlar, pultlar, stendlər
və s. aiddir. Proqram vasitələrinə fərdi kompüterlər üçün
tətbiqi proqramlar aid edilir.
İcraçılar - nəzarətə qulluq və texniki diaqnostika
mütəxəssisləridir. Bunlar da müəyyən qayda ilə təhsil
almıĢ attestasiya olmuĢ Ģəxslərdir ki, bu Ģəxslər
nəzarət və
onun nəticələrinə görə hesabat vermə hüququna
malikdirlər.
Nəzarət metodikası - müəyyən prinsip və nəzarət
vasitələrinin tətbiqi qaydalarının toplusudur. Metodika
parametrlərin ölçülməsi, iĢlənməsi, nəticələrin analizini
və interpretasiyanın özündə birləĢdirir.
Hər bir obyekt üçün onun texniki vəziyyətini
xarakterizə edən bir çox parametrlər mövcuddur (TVP -
texniki vəziyyət parametrləri). Bunları tətbiq olunan
diaqnostika (nəzarət) metodundan asılı olaraq seçirlər.
TVP-nin qiymətlərinin istismar zamanı dəyiĢməsi ya
obyektə edilən xarici təsirlərdən və ya zərərverən
(deqradasiya edən) proseslərdən (metalın qocalması,
korroziyası, eroziyası, iĢ qabiliyyətinin azalması) asılıdır.
Diaqnostika (nəzarət) vaxtı obyektin iĢini xarakterizə
edən parametrlər diaqnostik (nəzarət olunan) parametrlər
adlandırılır. Düz və dolayı (vasitəli) diaqnostika parametr-
lərini fərqləndirmək lazımdır. Düz struktur parametr
(məsələn, sürtünən elementlərin dağılması, uzlaĢmada
aralıqlar və s.) obyektin texniki vəziyyətini bilavasitə
xarakterizə edir. Dolayı parametr (məsələn, yağın
temperaturu, iĢlənmiĢ qazlarda temperatur və CO
2
-nin
miqdarı və s.) texniki vəziyyəti dolayı yolla xarakterizə
edir.
25
avadanlığın tədqiqatı və təmiri zamanı onun hissələrə
ayrılsması halında elementləri üzərində alətli ölçü
nəzarətinin aparılmasını nəzərdə tutur. Texniki diaqnos-
tika növlərinin klassifikasiyası Ģəkil 1.3-də verilmiĢdir.
Dostları ilə paylaş: