Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı


Birinci mərhələ: tədqiqatın vəzifələrinin qoyulması və məq­sədlərinin müəyyən edilməsi



Yüklə 128,22 Kb.
səhifə2/10
tarix25.04.2023
ölçüsü128,22 Kb.
#102204
1   2   3   4   5   6   7   8   9   10
Salahov Yasin

Birinci mərhələ: tədqiqatın vəzifələrinin qoyulması və məq­sədlərinin müəyyən edilməsi.
Birinci mərhələdə marketinq üzrə me­necerlər və tədqiqatçılar tədqiqatın qarşısında duran məqsəd və vəzi­fələri dəqiq ifadə etməlidirlər. Bizim baxdığımız halda aviakompaniya­nın rəhbərliyi tədqiqat məq­sədini aşağıdakı kimi ifadə edir: «Kompaniy­anın digər investisiya istiqamətləri ilə müqayisədə İnternetə çıxış imka­nının verilməsi üzrə xidmətlərə sərf etdiyi məsrəflər mənfəət və sərni­şinlər üçün əlavə üstünlük gətirəcəkmi?» Daha sonra kompaniya təd­qiqatın vəzifəsi ilə əlaqədar siyahı tərtib edir: Birinci dərəcəli sərnişinlər­dən məhz hansıları təyyarənin göyərtəsində İnternetdən həvəslə isti­fadə edəcək? Birinci dərəcəli sərnişinlərdən neçəsi uçuş zamanı şəbəkəyə qoşulmaq istəyəcək və onlar bunun üçün nə qədər ödəməyə hazırdırlar? Yeni xidmət növü American Airlines kompaniyasına nə qə­dər əlavə müştərilər cəlb edəcək? Bu novatorluq perspektivdə kompa­niyanın nü­fuzuna təsir göstərəcəkmi? Birinci dərəcəli sərnişinlər üçün İnternetə çıxış imkanı minikompyuterlərin elektroşəbəkəyə qoşulması və audio/video əyləncələrin genişləndirilmiş proqramı kimi digər xid­mətlərlə müqayisədə nə dərəcədə mühümdür?
Məqsədlərin müəyyən edilməsində bütün planlaşdırılan tədqiqatlar eyni dərə-cədə konkret ola bilməz. Onlardan bəziləri axtarış xarakterli­dir: onların məqsədi – problemlərin real təbiətinə işıq salan və onun həlli üçün mümkün yollar və ya yeni ideyalar təklif etməkdən ibarətdir. Bir qisim tələbatlar təsviredici xarakterə malikdir – onlar müəyyən rə­qəmləri təsdiq və ya təkzib etməlidirlər: nə qədər sərnişin 25 doll.-ra internetə çıxmaq istəyəcək? Daha bir tədqiqat növü – kauzal tədqiqat­dır ki, onun da məqsədi iki hadisə arasındakı səbəb-nəticə əlaqəsinin mövcud olmasının yoxlanılmasından ibarətdir.
İkinci mərhələ: tədqiqat planının işlənib hazırlanması.
Marke­tinq tədqiqat-larının ikinci mərhələsində məlumat mənbələrinin müəyyən edilməsini, onların toplanması və təhlili metodunu nəzərdə tutan plan işlənib hazırlanır.

Yüklə 128,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin