Marketinqin mikromühiti Marketinqin müəssisədənkənar mikromühiti Marketinqin müəssisədənkənar mikromühit amillərinə müəssisənin marketinq fəaliyyətinə təsir göstərən və müəssisə tərəfindən nəzarət edilməyən amillər: məhsulgöndərənlər, marketinq vasitəçiləri, müştərilər, rəqiblər və kontakt auditoriyası aiddir.
Məhsulgöndərənmüəssisələr istehsalçı müəssisəni zəruri material resursları ilə təmin edən hüquqi və fiziki şəxslərdir. Müəssisənin bazar uğuru xeyli dərəcədə məhsulgöndərənlərin etibarlılığından, onların məhsulunun texniki-istismar və dəyər parametlərindən, keyfiyyətindən, göstərdikləri xidmətin genişliyindən və keyfiyyətindən, müqavilə şərtlərinə əməl etməsindən və bu kimi digər amillərdən asılıdır. Buna görə də, müəssisələr məhsulgöndərənləri seçərkən bu amilləri nəzərə almalıdırlar.
Marketinq vasitəçiləri. Marketinq vasitəçilərinə müəssisənin məhsullarının bölüşdürülməsini və satışını, irəlilədilməsini təmin edən, müəssisəni maliyyə-kredit resursları ilə təmin edən və məhsulların fiziki yerdəyişməsini həyata keçirən müəssisə və təşkilatlar, həmçinin onlara müəyyən xidmət göstərən və müəssisə və təşkilatlar aiddir. Marketinq Vasitəçilərinə ticarət vasitəçiləri (topdansatış və pərakəndə ticarət müəssisələri), məhsulların fiziki yerdəyişməsini (malyeridilişini) həyata keçirən ixtisaslaşmış müəssisələr, müəssisəyə marketinq xidməti göstərən müəssisələr, investisiya, sığorta və maliyyə-kredit müəssisələri aiddir.
Ticarətvasitəçiləri.Ticarət vasitəçiləri müəssisənin məhsullarının bölüşdürülməsini və satışını həyata keçirən və yaxud həmin məhsullar üçün müştəri tapan müəssisə və təşkilatlardır.
Məhsullarınfizikiyerdəyişməsinihəyatakeçirənixtisaslaşmışmüəssisələr. Bu müəssisələrə müəssisənin məhsullarının istehsal yerindən istehlak və ya satış məntəqəsinə çatdırılmasını, həmçinin bu proses ərzində həmin məhsulların ehtiyatının yaradılmasını təmin edən nəqliyyat müəssisə və təşkilatları, anbarlar və s. aiddir.