Odlar Yurdu Kolleci İstehsalat Təcrübəsi Hesabatı



Yüklə 139,24 Kb.
səhifə11/17
tarix25.04.2023
ölçüsü139,24 Kb.
#102202
1   ...   7   8   9   10   11   12   13   14   ...   17
Məmmədzadə Xanım

Marketinq xidməti göstərən müəssisələr. Marketinq xidməti göstərən müəssisələrə müəssisə üçün marketinq tədqiqatları aparan, kommunikasiya sistemini və satışın həvəsləndirilməsini (tələbatın yaradılmasını) təşkil edən müstəqil marketinq institutları, reklam müəssisələri və təşkilatları və marketinqə aid olan digər əməliyyatları həyata keçirən müəssisə və təşkilatlar aiddir.
Maliyyə-kredit müəssisələri. Maliyyə-kredit təşkilatları müəssisəni maliyyə və kredit resursları ilə təmin edən, ona müxtəlif bank xidməti göstərən və onun müxtəlif əməliyyatlarını risklərdən sığortalayan müəssisə və təşkilatlardır. Bura maliyyə təşkilatları, banklar, sığorta təşkilatları və bu tip digər təşkilat və müəssisələr aiddir.
Müştərilər. Müştərilər bilavasitə müəssisənin məhsullarını satın alan və ya onu almağa maraq göstərən istehlakçılar, alıcılar və ödəyicilərdir. Müştərilər ba­zarı son isteh­lak­çılar bazarına, işgüzar istehlakçılar bazarına, vasitəçilər baza­rına və institusional istehlakçılar bazarına bölünürlər. Bu müştərilərin tələbatlarının xarakteri, davranışları, alış motivləri, satınalma qərarlarının qəbulu prosesi və s. bir-birindən ciddi surətdə fərqlənir.
Məsələn, son istehlakçılar bazarında məhsul şəxsi isteh­lak məqsədilə alındığından alıcı davranışı emosional xarakter daşıyır, satınalmaya dair qərar, bir qayda olaraq, təkbaşına qəbul olunur, məhsulların seçimində onun qiyməti keyfiy­yə­tə və xidmətə nisbətən üstün mövqeyə malik olur və s. İşgüzar istehlakçılar ba­­­zarında isə tələbat təyinatlı, məqsədli xarakter daşıyır, satınalma qərarları kollegial qəbul olunur, məhsulun keyfiyyəti və servis xidmətinin möv­jud­luğu qiymətə nisbətən da­ha güclü amil hesab edilir, məhsulgöndərənlərin seçilməsi və spesifikasiyaların hazırlanması daha uzun müddət tələb edir, satıcı ilə alıcı arasında əks əlaqə güclüdür və s. İnstitusional istehlakçılar bazarının tutumu və məhsul strukturu çox məhduddur, bu isteh­lak­çılar büdcədən maliyyələşdiyindən satınalmalarda qiymət həlledici amil hesab edilir və s. Marketinq fəaliyyətini həyata keçirən müəssisələr öz fəaliyyətlərində və marketinq strategiyasının tərtib edilməsində mütləq qeyd edilən bu xüsusiyyətləri nəzərə almalıdırlar.
Rəqiblər. Rəqiblər alıcılara və istehlakçılara müəssisə ilə eyni növ, ya da əvəzedici məhsullar təklif edən müəssisə və təşkilatlardır. Müəssisə özünün marketinq fəaliyyətini həyata keçirərkən eyni növ məhsul istehsal edən müəssisələrlə yanaşı oxşar və əvəzedici məhsullar isteh­sal edən müəssisələrin də marketinq strategiyasını nəzərə almalıdır.
Müəssisə məhsulların rəqabətilə yanaşı bazarın rəqabət strukturunu da nəzərə almalıdır. Rəqabət strukturundan asılı olaraq bazarlar mükəmməl rəqabət bazarına, in­hisarçı rəqabət bazarına, oliqopolik rəqabət bazarına və xalis inhisar bazarına bölünürlər.

Yüklə 139,24 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin