"Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları" nın təsdiq edilməsi haqqında


Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi



Yüklə 0,61 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix26.12.2016
ölçüsü0,61 Mb.
#3543
1   ...   17   18   19   20   21   22   23   24   ...   44
Dissertasiya və avtoreferatin kitabxanaya verilməsi 

Müdafiəyə təqdim olunan dissertasiyanın bir nüsxəsi və avtoreferatın iki nüsxəsi müdafiəyə ən 

azı bir ay qalmış şuranın mövcud olduğu müəssisənin (birliyin, təşkilatın) kitabxanasına verilir 

və orada əlyazma hüququnda saxlanılır. 

 

 

Dissertasiya Ģurasınıın iclası 

 

Dissertasiya şurasının iclası  onun üzvlərinin üçdə iki hissəsi  iclasda iştirak etdikdə 



səlahiyyətli sayılır. 

Dissertasiya şurasının iclasında ixtisas üzrə iştirak edən mütəxəssislərin sayı fəlsəfə 

doktoru  elmi  dərəcəsi  almaq  üçün  yazılan  dissertasiyaların  müdafiəsi  zamanı  iki 

elmlər doktoru və bir elmlər namizədindən az olmamalıdır. 

Dissertasiya  şurasının  iclasında  iştirak  edən  şura  üzvlərinin  ən  azı  üçdə  iki  hissəsi 

elmi dərəcənin verilməsinə səs verdikdə, şuranın qərarı qəbul olunmuş hesab edilir. 

 

Dissertasiyanın  müdafiəsi  elmi  müzakirə  xarakteri  daşımalı,  yüksək  tələbkarlıq, 



prinsipiallıq və elmi etikaya riayət edilməsi şəraitində keçirilməlidir. Dissertasiyada 

olan  bütün  nəlicələrin,  elmi  və  praktiki  xarakterli  təkliflərin  dürüstlüyü  və 

əsaslandırılması hərtərəfli müzakirə edilməlidir. 

Opponentlər  dissertasiyanın  müdafiəsində  iştirak  etməyə  borcludurlar.  Müsbət  rəy 

vermiş yalnız bir opponentin üzürlü səbəbə görə müdafiədə iştirak etməməsinə icazə 

verilir. Bu halda dissertasiya şurasının iclasında həmin opponentin rəyi oxunur. 

 

Dissertasiyanın  müdafiəsi,  bir  qayda  olaraq,  Azərbaycan  dilində  keçirilir. 



Dissertasiya  şurası  üzvlərinin  və  opponentlərin  yarıdan  çoxunun  razılığına  əsasən 

dissertasiyanın müdafiəsi başqa dildə də keçirilə bilər. 

Dissertasiya  şurasının  fəaliyyəti  ilə  əlaqədar  kargüzarlıq  işləri  Azərbaycan  dilində 

aparılır.  Avtoreferat  başqa  dildə  yazıldıqda,  onun  Azərbaycan  dilində  xülasəsi 

verilir.  Avtoreferat  Azərbaycan  dilində  yazıldıqda,  iddiaçının  seçimi  ilə  onun  rus, 

ingilis, fransız və ya alman dillərindən birində xülasəsi verilməlidir. 

 

Dissertasiyanın  müdafiəsi  qurtardıqdan  sonra  dissertasiya  şurası  gizli  səsvermə 



keçirir. 

Gizli  səsvermənin  keçirilməsi  üçün  açıq  səsvermə  əsasında  sadə  səs  çoxluğu  ilə 

iclasda  iştirak  edən  dissertasiya  şurası  üzvlərindən  üç  nəfərdən  az  olmamaqla 

hesablama komissiyası yaradılır. 

Hesablama  komissiyasının  prolokolu  iclasda  iştirak  edən  dissertasiya  şurası 

üzvlərinin sadə səs çoxluğu əsasında açıq səsvermə yolu ilə təsdiq edilir. 

Dissertasiyanın  müdafiəsi  zamanı  dissertasiya  şurasının  iclaslarının  keçirilməsi 

proseduru, o cümlədən gizli səsvermənin və hesablama komissiyasının işinin təşkili 

qaydaları "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə müəyyən edilir. 

 

Elmi  dərəcənin  verilməsinə  dair  gizli  səsvermənin  nəticələri  müsbət  olduqda 



dissertasiya şurası dissertasiya haqqında açıq səsvermə əsasında sadə səs çoxluğu ilə 

yekun  rəy  qəbul  edir.  Dissertasiya  şurasının  yekun  rəyində  dissertasiyanın  müəllif 

tərəfindən  alınmış  mühüm  elmi  nəticələri  göstərilir,  onların  dürüstlüyü,  yeniliyi, 

nəzəriyyə və praktika üçün əhəmiyyəti qiymətləndirilir, dissertasiyanın nəticələrinin 

istifadəsi haqqında tövsiyələr verilir. 

 

Dissertasiya  şurası  dissertasiyanın  müdafiəsi  haqqında  müsbət  qərar  qəbul 



edildikdən sonra otuz gün müddətində iddiaçının attestasiya işini və dissertasiyanın 

iki nüsxəsini Komissiyaya göndərir. 




14 

 

İddiaçının attestasiya işinin ikinci nüsxəsi on il müddətində dissertasiya şurasının 



fəaliyyət göstərdiyi müəssisədə saxlanılır. 

İddiaçının attestasiya işləri Komissiyanın müəyyən etdiyi qaydada tərtib edilir və 

saxlanılır. 

 

Dissertasiya  şurasının  dissertasiya  müdafiəsinin  nəticələri  haqqında  qərarı  mənfi 



olduqda,  sənədlərin  iddiaçıya  qaytarılması  qaydaları  və  Komissiyaya  göndərilən 

sənədlərin siyahısı "Dissertasiya şuraları haqqında" Əsasnamə ilə müəyyən edilir. 

 

Dissertasiya  müdafiəsinin  nəticələrinə  görə  dissertasiya  şurasının  və  ya 



Komissiyanın  mənfi  qərarı  qəbul  edilmiş  dissertasiya  işi  yenidən  işlənmək  şərtilə 

həmin qərar qəbul edildiyi gündən bir ildən tez olmamaq şərti ilə təkrar müdafiəyə 

təqdim  edilə  bilər.  Təkrar  müdafiə  zamanı  opponentlər  və  aparıcı  təşkilat 

dəyişdirilməlidir. 

 


Yüklə 0,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin