Odlar yurdu universiteti TƏSDİq ediRƏM: Kafedra müdiri:­­­­­­­­ prof. E. M. Rzazadə



Yüklə 91,5 Kb.
tarix11.02.2020
ölçüsü91,5 Kb.
#30421
Sillabus 2019 Komputer arxitekturasi 744

ODLAR YURDU UNİVERSİTETİ
TƏSDİQ EDİRƏM:

Kafedra müdiri:­­­­­­­­___________ prof.E.M.Rzazadə

___ ”_________ 2019-cu il


Kafedra: “Ümumi texniki fənlər və mühəndislik”

Fakültə:

İxtisas: Kompüter mühəndisliyi

Tədris ili: 2019/2020 746 ( 18 tələbə )

Kafedranın 27.08.2019 tarixli iclasının qərarı ilə təsdiqlənmişdir (Protokol№1).


SİLLABUS

OYU-nun EŞ-nın 10.09.2013 tarixli 1 saylı protokolu ilə təsdiq olunmuş fənn proqramı əsasında tərtib olunmuşdur.

Proqram (bakalvr, magistr)

Fənnin növü (məcburi, seçmə)

Prerekvizit fənlər (əgər varsa)__________________

Fənnin kodu İPFS-B02, kreditin sayı 5; həftə ərzindəki saatların miqdarı 5


  1. Fənn müəllimi: İmamquluyev Rahib Aydın

Kafedranın ünvanı: Bakı ş. Koroğlu Rəhimov küç.,13, otaq 217

Məsləhət saatı: ________________

Əlaqə telefonu: 0505822298

E-mail ünvanı: aydinoglu@mail.ru

  1. III semestr

Fənnin adı: İnformatika və Kompüer qrafikası-1 90 saat ( 60 mühazirə, 30 məşğələ)

Auditoriyadan kənar ___________(müəllimin nəzarəti altında)
3.Fənnin təsviri və məqsədi.

Elmi nailiyyətlərin inkişaf tempi, insan fəaliyyətinin ya­ra­­dıcı xarak­­teri kompüterlərin yaranması və geniş istifadəsi ilə əhə­­miyyətli də­rə­cədə artdı. İnsanlar informasiya mühiti kimi təyin olu­­nan yeni mü­hit yaratdılar. Cəmiyyətin kompüterləşməsi təhsil sa­­həsində yeni məsə­lə­lər qoydu. İnformatika adlı yeni isti­qamət formalaşdı ki, onun da öh­dəsinə informasiyanın yara­dıl­ma­sı və işlənməsi qanunlarının elmi əsas­landırılması, kom­pü­ter­ləşdirilmiş sistem və mühitlərin, in­for­ma­siya sahələrinin (şə­bə­kələrin və bankların) yaradılması və işlənməsi dü­şür.

Hesab­la­ma riyaziyyatının, proqramlaşdırmanın, hesablama tex­ni­ka­sının problemləri ayrılmaz surətdə tamamilə bir­ləş­di. Bu kompleks problemlərin bir-biri ilə əlaqəli şəkildə öy­rə­nil­mə­si zərurəti ilk dəfə hesablama sistemlərinin hazırlanması və istis­marı üzrə mütəxəssislərin hazırlanması zamanı meydana çıx­dı.

Kompüter elmləri sahəsində müasir mütəxəssis ha­zır­lığında şərti olaraq aşağıdakı üç tə­lim dövrünü ayırmaq olar: hesablama riyaziyyatının əsas­ları, alqo­ritm­ləşmənin ümumi məsələləri; bir neçə proq­ram­laşdırma dilləri, kom­püter sistemlərinin fəaliyyətinin ümu­mi şəkildə təşkili məsə­lə­lə­ri öyrənilir; kompüter sistemlərinin arxi­tek­turası, kompüter sistem­lərinin texniki vasitələri və qurğuları öyrənilir; sistem proq­ram­laş­dırma; kompüter sistemlərinin müxtəlif düyün və modul­larının funksional şəkildə təşkili, hesablama şəbə­kələrinin fəaliyyətinin təşkili, sistem proqram təminatı, kom­püter sistem və şəbəkələrinin istismarı öyrənilir.

Fənnin tədrisi 90 saat (60 saat mühazirə, 30 saat laboratoriya) həcmində nəzərdə tutulmuşdur.

Kompüterlərin arxitekturasına giriş

İnformasiyanın təsviri və onunla iş. İnformasiyanın saxlanması. Maşın səviyyəsində proqramlarin təsviri. Proqramların kodlaşdırılması. Verilənlərin formatı. Hesabi və məntiqi əməllər. İdarəetmə. Proseduralar. Yaddaşın paylanması. Müx­təlif təbiətli verilənlərin strukturu.


Kompüter sistemlərinin təşkili

Prossesorun arxitekturası. Çoxlaylı kompüter təşkili. Dillər, səviyyələr, virtual maşınlar. Müasir kompüterlərin quruluşu.


Sistem blokunun quluruşu

Sistem blokunun əsas təkrib hissələri, Prosessorlar, ana kart, portlar, soketlər, slotlar, mikrosxemlər, kartlar, platalar, əlavə modullar.



Yaddaş və məlumat daşıyıcıları

Yaddaşın növləri. Keş yaddaş. Daimi yaddaş, ROM, PROM, EPROM, EEPROM. Əməli yaddaş. RAM, SRAM, DRAM. Məlumat daşıyıcıları. Məlumat daşıyıcılarının növləri. Maqnit, optik, elektron. Disket, CD, DVD, Flash, sd-card.


Periferiya qurğuları

Daxiletmə və çıxış periferiya qurğuları, monitorlar, növləri, quruluğu, çalışma prinsipi, qrafik kartlar və qrafik akseleratorların çalışma prinsipi.


Şəbəkə avadanlığı

Şəbəkə qurğuları. Hub, switch, router. Şəbəkə kartları. Standartlar. Etherner. Modemlər. Modem standartları. Naqilsiz məlumat ötürməsi. Simsiz qurğular. IrDA, Bluetooth, WiFi.


MÜHAZIRƏ DƏRSLƏRININ MÖVZULARI



Mövzu

Saat

1

Kompüter arxitekturası. Çoxlusəviyyəli kompüter təşkili. Kompüter arxitekturasının inkişafı. Kompüter nəsilləri. Kompüterlərin növləri. Kompüter ailələri. x86, ARM, AVR

2

2

Kompüter sistemlərinin təşkili. Prosessor texnologiyaları. Prosessorların quruluşu, RISC və CISC.

2

3

Yaddaşın növləri. Keş yaddaş

Daimi yaddaş, ROM, PROM, EPROM, EEPROM



Əməli yaddaş. RAM, SRAM, DRAM

2

4

Məlumat daşıyıcıları. Məlumat daşıyıcılarının növləri. Maqnit, optik, elektron. Disket, CD, DVD, Flash, sd-card

2

5

Sərt disklər. ATA, SCSI, SSD, RAID massivlər

2

6

Periferiya qurğuları. Portları, terminallar, şinlər.

2

7

Monitorlar. Növləri və quruluşu.

2

8

Printerlər. Növləri və quruluşu

2

9

Anakartlar. Hissələri, portları, növləri. Şin nümunələri. PCI, PCI Express, USB

2

10

Ekran kartları və akseleratorlar. Standartlar. Qrafik portlar.

2

11

Səs kartları. Növlər. Tərkib hissələri. Portlar. Kabellər.

2

12

Şəbəkə qurğuları. Hub, switch, router. Şəbəkə kartları. Standartlar. Etherner.

2

13

Modemlər. Modem standartları. Naqilsiz məlumat ötürməsi. Simsiz qurğular. IrDA, Bluetooth, WiFi

2

14

Kompüter sistem bloku və güc mənbəyi. Batareya növləri və texnologiyaları. Kəsintisiz güc mənbələri, transformator və generatorlar.

2

15

Çevirici kabellər və adapterlər. Kompüter və notebook aksessuarları

2


LABORATORIYA DƏRSLƏRININ MÖVZULARI



Mövzu

Saat



Lab.işi № 1: Məlumat daşıyıcıları

4



Lab.işi № 2: Sistem blokunun elementləri

4



Lab.işi № 3: PC kompüterin yığılması

4



Lab.işi № 4: PC kompüterin instalyasiyası

4



Lab.işi № 6: Periferiya qurğuları

4



Lab.işi № 7: Şəbəkə avadanlığı

4



Lab.işi № 8: Local şəbəkənin qurulması

4



Lab.işi № 9: Server sistemləri

2


ƏDƏBIYYAT:


  1. Аппаратные средства РС, Колесниченко О., Шишигин И., Соломенчук В,. СПб.: БХВ-Петер­бург, 2010

  2. Архитектура компьютера, Э.Таненбаум, ООО «Питер Пресс», С.П., 2013

  3. Bilgisayar Sistemleri Mimarisi, M. Morris Mano, Literatür Yay., İstanbul, 2015

  4. Computer Organization and Architecture, William Stallings, WS Books, 2012

  5. Computer Systems: A Programmer’s Perspective, Randal E. Bryant and David R. O’Hallaron. Addison-Wesley, 2010, 1080 p.

  6. Fərdi kompüterin element vasitələri və periferiya qurğulari, Babayev A.B., Seyidzadә E.V., QU nəşrləri, Bakı, 2008

  7. Kompüter və hesablama sistemlərinin arxitekturası, M.N.Əlizadə, E.V.Seyidzadə, A.B.Babayev, Bakı, 2011


8.Təhsilalanların vəzifələri:

a). İxtisasın dövlət təhsil standartlarına uyğun biliyə, bacarığa və praktiki vərdişlərə yiyələnmək;

b). Pedaqoji işçilərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

c)Təhsil müəssisəsinin nizamnaməsinin tələblərinə riayət etmək;

ç)Təhsil sahəsində qanunvericiliyin tələblərinə, etik normalar və təlim- tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

d) Dərsin məzmununa, məqsəd və vəzifələrinə dərindən yiyələnmək .

e) Fənn mövzularının müzakirələrində fəal iştirak etmək

ə) Dövlət, cəmiyyət, ailə və özü qarşısında məsuliyyətini dərk etmək;


9. Təhsil verənlərin vəzifələri:

a) Təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

b) Təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

c) Təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

d) Təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək və.s.
10. Tələbələrin biliklərinin qiymətləndirilməsi və nəzarətin formaları.

Odlar Yurdu Universitetində 100 ballıq qiymətləndirmə sistemi tətbiq olunur. Hər bir fənn üzrə semestr ərzində 3 dəfə aralıq imtahanı keçirilir (kollokvium).

Aralıq imtahanı yazılı, şifahi, test formasında fənni tədris edən müəllim tərəfindən aparılır. Hər aralıq imtahanından tələbə maksimum 10 bal toplaya bilər.

Bundan əlavə tələbə semestr ərzində fəaliyyətinə görə 20 bal toplaya bilər:



  • 10 bal dərslərə davamiyyətə görə (tələbə semestr ərzində fənn üzrə bütün dərslərdə iştirak etdiyi halda ona 10 bal verilir, semestr ərzində fənnin tədrisinə ayrılan saatların (25% çıxıldıqdan sonra) hər buraxılan 10%-nə 1 bal çıxılır).

  • 10 bal tələbənin sərbəst işinə görə (semestr ərzində tələbəyə sərbəst işə görə verilən balın maksimum həddi 10-dur. Tələbəyə fənn üzrə semestr ərzində 10 sərbəst iş tapşırığı verilir. Tapşırıqlar müxtəlif formada (mühazirə mövzuları üzrə problem və praktiki xarakterli tapşırıqlar, məsələ, misallar və s.) fənni tədris edən müəllim tərəfindən müəyyən­ləşdirilir. Hər bir tapşırığın yerinə yetirilməsi 1 balla qiymətləndirilir. Tapşırıqların yoxlanması və qəbulu müəllim tərəfindən dərsdən kənar vaxtda həyata keçirilir.) Beləliklə, tələbə imtahana qədər ən çoxu 50 bal toplaya bilər

Kafedrada sistematik olaraq fənn müəllimi və ya digər ixtisas müəllimləri tərəfindən tələbələrə məsləhət verilməsi təşkil edilir.

Odlar Yurdu Universitetində semestr imtahanları imtahan üçün nəzərdə tutulmuş, kompüterləş­di­rilmiş, yerli şəbəkəyə qoşulmuş xüsusi otaqlarda kompüter vasitəsilə test şəklində və ya kafedraların təqdimatı ilə müəyyən fənlərdən beş suallı təsdiq olunmuş biletlər əsasında şifahi, yaxud yazılı formalarda keçirilir.

Hər bir fənn üzrə imtahan verən tələbəyə tədris olunmuş mövzular üzrə 25 test sualı verilir. Hər düzgün cavabın qiyməti 2 baldır. Hər səhv cavaba görə 1 bal çıxılır. Beləliklə, tələbə imtahan zamanı ən çoxu 50 bal toplaya bilər.

İmtahan otağında ancaq texniki işçilərdən ibarət xüsusi nəzarətçilər olur. Tələbə imtahana şəxsiyyət vəsiqəsi və tələbə bileti ilə buraxılır. İmtahana ayrılan vaxt 120 dəqiqədir.

Tələbə biletdəki sualların düzgün hesab etdiyi cavablarını təsdiq etdikdən sonra imtahanı yekun­laşdırdığını bildirən düyməni basdıqda aralıq imtahanlarının, sərbəst işlərin və davamiy­yətin nəticələri də nəzərə alınmaqla (imtahan suallarından ən azı 17 bal toplamaq şərti ilə) onun aldığı qiymət monitorda görünür. İmtahanların nəticələri yerli şəbəkə vasitəsi ilə mərkəzə, fakültə dekanlıqlarına ötürülür.

Qiymətləndirmə sistemi aşağıdakı kimidir:

-51 baldan aşağı - «qeyri-kafi» - F

-51-60 bal - «qənaətbəxş» - E

-61-70 bal - «kafi» - D

-71-80 bal - «yaxşı» - C

-81-90 bal - «çox yaxşı» - B

-91-100 bal - «əla» - A

Tələbə imtahanın nəticəsi ilə razı olmadıqda, imtahandan sonrakı 3 gün ərzində

Universitetin Apelyasiya komissiyasına yazılı şəkildə müraciət edə bilər.



Fənn üzrə akademik borcu qalan tələbələrin sayı az olduqda bir kurs aşağı qruplarla həmin fənləri yenidən mənimsəyir, sonra imtahana buraxılır.

Fənn üzrə akademik borcu olan tələbələrin sayı çox olarsa yeni tədris qrupu təşkil edilir, yaxud tədris yay semestrində həyata keçirilir.
Yüklə 91,5 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin