§ 1. Əqli mülkiyyət hüququnun anlayışı,
predmeti və hüquqi tənzimetmə mənbələri
Azərbaycan Respublikasının mülki qanunvericiliyinə
Əqli mülkiyyət
görə amiak dəyəri olan qeyri-m addi nem ətlər mülki
hüququ mülki
hüquq münasibətlərinin obyektləri sırasına daxildir
hüququn
(MM-in 4-cü maddəsi). Əmlak dəyəri olan qeyri-maddi
yarımsahəsi kimi
nemətlər dedikdə, yaradıcılıq fə a liy y ə tin in nəticələri
(elm. ədəbiyyat və incəsənət əsərləri, ixtiralar, kəşflər, seleksiya nailiyyətləri
və başqaları) başa düşülür. Yaradıcılıq fəaliyyətinin nəticələri ilə bağlı olaraq
müəyyən növ ictimai münasibətlər əmələ gəlir. Onlar s iv ilis tik a elm ində
(doktrinasında) və m ülki qanunvericilikdə əm lak m ün a sib ə tlə ri ilə bağlı
olan şəxsi qeyri-əm lak m ünasibətləri adlanır. Əmlak münasibətləri ilə bağlı
olan şəxsi qeyri-əmlak münasibətləri isə mülki hüququn (mülki qanunvericili
yin) predmet komponentlərindən biri olub, onun nizamasalma sferasına daxil
dir. Bu barədə Mülki Məcəllədə birbaşa, konkret göstəriş də vardır: mülki qa
nunvericilik həm də əmlak münasibətləri ilə bağlı olan şəxsi qeyri-əmlak mü
nasibətlərini tənzimləyir (MM-in 2-ci maddəsinin 2-ci bəndi). Məsələn, müəllif
yazdığı elmi əsəri kitab halında nəşr etdirir. Həmin kitabın çoxsaylı nüsxələri
oxucu auditoriyasına satılır. Başqa bir misalda mühəndis ixtira edir (məsələn,
yeni təyinatlı paltaryuyan maşını və s.) və o, həmin ixtiradan istifadə hüququnu
istehsal müəssisəsinə satır.
Göstərilən və digər hallarda yaranan münasibətlər, yəni əmlak münasibətləri
ilə bağlı olan şəxsi qeyri-əmlak münasibətləri mülki hüquq normaları ilə tənzim
lənir. Həmin normaların məcmusu və sistemi əqli mülkiyyət hüququ adlanır.
Əqli mülkiyyət hüququnun hüquqi məkanda (hüquq sistemində) tutduğu ye
rə gəldikdə qeyd edə bilərik ki, o, mülki hüquq sisteminin struktur hissələrin
dən biridir. Mülki hüquq sistemi isə iki əsas elementdən ibarətdir: hüquq insti
tutundan; yarımsahədən. Əqli mülkiyyət hüququ mülki hüquq sisteminin ele
menti kimi hüquq institutu hesab edilir, yoxsa yarımsahə?
Sovet dövrünün mülki hüquq elmində ümumiyyətlə, «əqli mülkiyyət hüqu
qu» adlı anlayış işlədilmirdi. Yaradıcılıq fəaliyyəti nəticələrinin yaradılması və
onlardan istifadə olunması ilə bağlı olaraq yaranan ictimai münasibətlər müəl
liflik hüququ, ixtira hüququ və kəşf hüququ kimi üç mülki hüquq institutu ilə
tənzimlənirdi. Tanınmış sovet alimləri O.S.loffe1, V.P.Qribanov2 və başqaları
Иоффе O.C. Советское гражданское право. Курс лекций. Учебное пособие. Л.. I958, часть I.
с 26; Иоффе О.С. Советское гражданское право. М., 1967, с. 37.
' Советское гражданское право. Учебник. Том I/Пол рсд. В.П.Грибанова. С.М.Корнеева. М..
1979, с. 33.
112
müəlliflik hüququnu, kəşf hüququnu və ixtira hüququnu mülki hüququn institut
ları hesab edirdilər. Deməli, sovet dövrünün hüquq ədəbiyyatı səhifələrində
əqli mülkiyyət hüququ yarımsahə kimi yox, hüquq institutu kimi tanınırdı.
Keçən yüzilliyin 80-ci illərindən etibarən müəlliflik hüququ, kəşf hüququ, ix
tira hüququ və digər hüquq institutlarının məcmusuna mülki hüququn yarımsa-
həsi kimi baxılmağa başlandı'. O, şərti olaraq yaradıcılıq hüququ yarımsahəsi
adlanırdı.
XX əsrin 70-ci illərindən başlayaraq planetimizdə yaradıcılıq fəaliyyətinin
nəticələri probleminə xüsusi diqqət yetirilir. Bu isə təsadüfi deyildi. Belə ki, ya
radıcılıq fəaliyyətinin nəticələri cəmiyyətin formalaşmasına təsir göstərən ən
vacib faktorlardan biri kimi tanınmağa başlayır. Müasir informasiyalı cəmiyyət
də yaradıcılıq fəaliyyətinin müxtəlif növ nəticələrinin rolu daha da artır. Dünya
da onlar getdikcə daha böyük əhəmiyyət kəsb edir. Yaradıcılıq fəaliyyəti nəti
cələrinə olan hüququn xüsusi çəkisi daxili və beynəlxalq əmtəə dövriyyəsində
dayanmaq bilmədən artır.
Məhz bu cür vəziyyət yaradıcılıq fəaliyyətinin nəticələrinin yaradılması və
onlardan istifadə edilməsi ilə bağlı olaraq əmələ gələn ictimai münasibətləri
tənzimləyən normaların mülki hüquq tərkibində əqli mülkiyyət hüququ kimi ay
rıca yarımsahəyə daxil olunmasını şərtləndirir. Bunu nəzərə alaraq müasir xa
rici müəlliflərin demək olar ki, hamısı əqli mülkiyyət hüququna mülki hüqu
qun yarımsahələrindən biri kimi baxırlar. Doğrudur, onlardan bəziləri «in
tellektual əqli mülkiyyət» termini1
2, bəziləri «yaradıcılıq fəaliyyəti nəticəsinə
olan hüquq» termini3 işlədirlər. Hesab edirik ki, onlar eynimənalı (sinonim) ter
minlər olub, məsələnin mahiyyətini dəyişdirmir.
Bununla bərabər, müasir müəlliflərdən eləsi vardır ki, o, əqli mülkiyyət hü
ququnu mülki hüququn yarımsahəsi kimi tanımır. O. əqli mülkiyyət hüququ adlı
yarımsahə əvəzinə, «müəlliflik hüququ» və ya «ixtira hüququ» kimi hüquq ins
titutlarını ayırır4 5
.
Mülki hüquq tərkibində hər hansı yarımsahənin ayrılması üçün iki əsas me
yarın olması tələb edilir. Birinci meyar ondan ibarətdir ki, yarımsahənin özü
nün ayrıca nizamasalma predmeti olmalıdır. Əqli mülkiyyət hüququnun öz
nizamasalma predmeti vardır. Belə ki, yaradıcılıq fəaliyyəti nəticələrinin yara
dılması və onlardan istifadə edilməsi prosesində əmlak münasibətləri ilə bağlı
olan şəxsi qeyri-əmlak münasibətləri əmələ gəlir. Həmin münasibətlər başqa
hüquq sahəsinin yox, məhz mülki hüququn nizamasalma predmetinə daxildir.
Onlar mülki hüquq normalarının köməyi ilə tənzimlənir ki, həmin normaların
1 Советское гражданское право. Учебник. Том 1/Под рсд. О.А.Красавчикова. M . 1985, с. 38.
! Mosolon. bax: Гражданское право. Учебник. Часть З/Пол рсд. А.П.Сергеева. Ю.К.Толстого.
М., 1998. с. 9; Мэггс П.Б., Сергеев А.П. Интсдсктуальная собственность. М.. 2000. с. 17; Сергеев
А.П. Право интеллектуальной собственности Российской Федерации. Учебник, М., 1999, с. 20;
Гуев А.И. Граждаискос право. Учебник, Том I , М., 2003, с. 17.
5 Mosolon. bax: Гражданское право. Учебник/Под рсд. С П Гришаева. М.. 1999, с. 16;
Гражданское право. Учебник. Часть 1/Под рсд. А.П.Сергеева. Ю.К.Толстого М „ 1999. с. 24;
Гражданское право Учебник. Часть 1/Под рсд. А.Г.Калиина. А.И.Масляева. М „ 1999, с. 23;
Гражданское право. Учсбник/Под рсд. В В.Залесского М.. 2002. с. 24.
' Гражданское право. Учебник. Часть 1/Под рсд. Т.И.Илларионовой и др. М., 1998, с. 25.
113
sistemi əqli mülkiyyət hüququ kimi yarımsahəni əmələ gətirir. Mülki hüquq
məhz bu yarımsahənin vasitəsilə əmlak münasibətləri ilə bağlı olan şəxsi qey-
ri-əmlak münasibətlərini tənzimləyir. Bu münasibətlər əqli mülkiyyət hüququ
nun nizamasalma predmetini təşkil edir.
İkinci meyar isə mülki hüquq yarımsahəsinin öz hüquqi nizamasalm a
metoduna malik olmasından ibarətdir. Əqli mülkiyyət hüququnun ayrıca,
özünəməxsus metodu vardır. Belə ki, əqli mülkiyyət hüququnun nizamasalma
predmetinə həm şəxsi qeyri-əmlak münasibətləri (məsələn, müəllifin əsər yaz
ması ilə yaranan müəlliflik münasibətləri və ya alimin ixtira etməsi ilə yaranan
ixtira münasibətləri və s.), həm də onlarla bağlı olan iqtisadi dövriyyə münasi
bətləri (məsələn, ixtiradan istifadə hüququnun müqavilə əsasında başqa şəx
sə verilməsi və s.) daxildir. Buna görə əqli mülkiyyət hüququ kimi yarımsahə-
də bir tərəfdən şəxsi qeyri-əmlak hüququnun, digər tərəfdən öhdəlik hüququ
nun metodu tətbiq edilir'.
Bunlardan əlavə, yarımsahənin ayrılması üçün onun özünəm əxsus p rin
siplərə (sahədaxili prinsiplərə) m alik olm ası tələb edilir. Əqli mülkiyyət hü
ququnda belə prinsiplər vardır. Məsələn, əqli mülkiyyətin toxunulmazlığı prinsi
pi bu prinsiplərdən biridir. Bundan əlavə, müstəsnalıq prinsipini, əqli mülkiyyət
hüququnun qorunması prinsipini, yaradıcılıq azadlığı prinsipini və digərlərini
əqli mülkiyyət hüququna yarımsahə statusu verilməsini şərtləndirən prinsiplər
hesab etmək olar.
Dediklərimiz onu sübut edir ki, əqli mülkiyyət hüququnu mülki hüququn ya-
rımsahələrdən biri kimi tanımaq üçün kifayət qədər tutarlı əsaslar vardır.
................
Mülkiyyəti şərti olaraq iki yerə bölmək olar:
Əqli mülkiyyət
. maddi (ə
) mü|kjyyətə;
VƏƏhümu U
* əqli (4eyr,-maddi) mülkiyyətə.
4 4
Maddi mülkiyyət və ya sadəcə olaraq mülkiyyət iqti
sadi kateqoriyadır. O, iqtisadi məna kəsb edir. İqtisadi m ənada m addi m ül
kiyyət dedikdə, əşyaya sahiblik edilməsi, əşyadan istifadə olunması və əşya
ya sərəncam verilməsi ilə bağlı olaraq yaranan iqtisadi (əmlak) münasibətlər
başa düşülür. Bunlara iqtisadi m ülkiyyət m ünasibətləri deyilir.
İqtisadi mülkiyyət münasibətləri hüquq normaları ilə tənzimlənir. Bu zaman
həmin münasibətlər m ülkiyyət hüquq m ünasibətləri və ya m ü lk iy y ə t hüqu
qu kimi forma alır. Mülkiyyət hüququ isə hüquqi kateqoriya olub, hüquqi məna
kəsb edir. Mülkiyyət hüququnun obyekti rolunda isə əşyalar - fiz ik i (maddi)
obyektlər çıxış edir. Mülkiyyət hüququ yalnız əmlak münasibətləri ilə bağlıdır.
Əqli (intellektual) mülkiyyətə gəldikdə isə qeyd etmək lazımdır ki, maddi
mülkiyyətdən fərqli olaraq o, qeyri-iqtisadi anlayışdır. Maddi mülkiyyət kimi əqli
mülkiyyət də ictimai münasibət deməkdir2. Bu münasibət iqtisadi məzmundan
' Гражданское право. Учебник. Часть 2/Пол рсл. А.П.Сергеева. Ю.К.Толстого. М., 1998, с.24;
Гражданское право. Учсбник/Пол рсл. В В.Залеского. М., 2002, с. 15.
‘ Maddi mülkiyyət hor hansı oşya, maddi nemət demək olmadığı kim i, əqli mülkiyyət do qeyri-
maddi nemət sayılmır. Buna görə də əqli mülkiyyəti qeyri-maddi nemət hesab edən Q.M. Velyamiııown
söylədiyi fikir dəqiqlikdən uzaqdır (Вем'шминов Г.М. Международное экономическое право и
процесс. Учебник., М., 2004. с. 337).
114
məhrum olub, şəxsi xarakterli qeyri-əmlak münasibətidir (məsələn, alimin
əsər yaratması ilə əmələ gələn müəlliflik münasibəti və ya mühəndisin ixtira
etməsi ilə yaranan patent münasibəti və s.) Ona qeyri-əmlak xarakterli eqli
mülkiyyət münasibəti deyilir. Lakin bu münasibətlər əmlak münasibətləri ya
ratmaq xüsusiyyətinə malikdir.
Qeyri-əmlak xarakterli əqli mülkiyyət münasibətləri hüquq normaları ilə tən
zimlənir. Bu zaman həmin münasibətlər hüquqi forma alır. Həmin forma qeyri-
əmlak xarakterli əqli mülkiyyət hüquq münasibəti və ya əqli mülkiyyət
hüququ adlanır.
Əqli mülkiyyət hüququnun obyekti rolunda isə fiziki (maddi) obyekt çıxış et
mir. Qeyri-maddi nemətlər (məsələn, əsər, ixtira və s.) onun obyektini təşkil
edir.
Əqli mülkiyyət hüququ özündə həm əmlak xarakterli, həm də şəxsi qeyri-
əmlak xarakterli elementləri birləşdirir’ . Mülkiyyət hüququna isə əmlak ele
mentləri daxildir. Digər tərəfdən mülkiyyət hüququndan fərqli olaraq əqli mül
kiyyət hüququ ərazi xarakterinə malikdir. Bu, onun əsas və başlıca xüsusiy
yətlərindən biridir. Ərazi xarakteri onu ifadə edir ki, əqli mülkiyyət hüququnun
obyekti olan nemətlər (əsərlər, ixtiralar, əmtəə nişanları və s.) yalnız yarandığı
dövlətin ərazisi həddində tanınır və qorunur, başqa dövlətin ərazisində isə
yox, yəni onların eksterritorial qüvvəsi yoxdur. Mülkiyyət hüququ isə əşyalann
dövlət sərhədini keçməsindən asılı olmayaraq saxlanılır, qüvvədə olur, yəni
onun eksterritorial qüvvəsi vardır. Məsələn, əşyanı özü ilə xarici ölkəyə aparan
şəxs həmin əşyaya mülkiyyət hüququnu itirmir. Lakin həmin şəxsin yaratdığı
əsər onun icazəsi olmadan və ona haqq verilmədən xaricdə nəşr oluna və
başqa qaydada istifadə oluna bilər.
Əqli mülkiyyət hüququ hüquqi anlayışdır. Hüquqi baxımdan o, iki mənada
işlədilir:
• obyektiv mənada
• subyektiv mənada.
Obyektiv mənada əqli mülkiyyət hüququ dedikdə, yaradıcılıq fəaliyyəti
(əqli fəaliyyət) nəticələrinin yaradılması, onlardan istifadə olunması, habelə
hüquqi cəhətdən onların qorunması ilə bağlı əmələ gələn ictimai münasibətləri
tənzimləyən hüquq normalarının sistemi başa düşülür. Bu mənada əqli mülkiy
yət hüququ mülki hüququn tərkib hissəsi, yəni yarımsahəsi kimi çıxış
edir. Obyektiv mənada əqli mülkiyyət hüququnun ibarət olduğu hüquq norma
ları Mülki Məcəllədə, ayn-ayrı xüsusi qanunlarda (məsələn, müəlliflik hüququ
haqqında, patent barədə və digər qanunlarda) ifadə olunmuşdur. Bundan əla
və, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq konvensiyalar da
(məsələn, Bern konvensiyasında, Paris konvensiyasında və s.) nəzərdə tutu
lan normalar da əqli mülkiyyət hüququna daxildir.
Subyektiv mənada əqli mülkiyyət hüququ dedikdə, konkret şəxsin yara
dıcılıq fəaliyyətinin müəyyən nəticəsi ilə bağlı şəxsi qeyri-əmlak və ya əmlak 1
1 Иоффе О.C. Советское гражданское право Курс лекций. Часть I. Л.. 1958. с. 28; Иоффе О С
Советское гражданское право. М.. 1967.
115
hüquqları başa düşülür. Bu mənada o, subyektiv mülki hüququn bir növü kimi
çıxış edir və «subyektiv əqli m ülkiyyət hüququ» anlayışı ilə əhatə olunur.
Subyektiv əqli mülkiyyət hüququ özündə həm şəxsi qeyri-əmlak hüquqlarını
(məsələn, əsərin müəllifi kimi tanınmaq hüququnu, ad hüququnu və s.), həm
də əmlak hüquqlarını (məsələn, ixtiradan istifadəyə görə haqq almaq hüququ
nu, əsərdən istifadəyə müstəsna hüququ və s.) birləşdirir. Subyektiv mənada
müəlliflik hüququ (subyektiv müəlliflik hüququ), subyektiv mənada patent hü
ququ (subyektiv patent hüququ) və başqaları subyektiv əqli mülkiyyət hüququ
nun ayrı-ayrı növləri sayılır.
Subyektiv əqli mülkiyyət hüququnun özündə birləşdirdiyi şəxsi qeyri-əmlak
və əmlak hüquqları müstəsna xarakterə malikdir. Buna görə də su b ye ktiv əq
li m ülkiyyət hüququ m üstəsna hüquq kateqoriyasına a iddir.
Müstəsnalıq əlaməti istənilən subyektiv əqli mülkiyyət hüququna xas olan
cəhətdir. Bu əlamət onun əsas və başlıca xüsusiyyətlərindən biridir.
Müstəsnalıq əlaməti, yəni subyektiv əqli mülkiyyət hüququnun müstəsna
hüquq sayılması onu ifadə edir ki, yalnız əqli mülkiyyət hüququna malik olan
şəxslərin (əqli fəaliyyət nəticəsini yaradan şəxslərin və ya onların hüquqi va
rislərinin) yaradıcılıq fəaliyyətinin nəticəsindən istifa d ə etm əyə m üstəsna h ü
ququ vardır. Həmin hüquq başqa hər hansı şəxsə yox, yalnız onu əldə edən
şəxsə (yəni əqli mülkiyyət hüququna malik olan şəxsə) məxsusdur; yalnız bu
şəxs subyektiv əqli mülkiyyət hüququnun ibarət olduğu hüquq imkanları (səla
hiyyətləri) həyata keçirə, xüsusən də əqli fəaliyyət nəticələrindən istifadə edil
məsi ilə bağlı hüquqi imkanı (səlahiyyəti) həyata keçirmək barədə məsələni
həll edə bilər.
Müstəsna hüquq konstruksiyası hər şeydən əvvəl, bir tərəfdən əqli mülkiy
yət hüququna malik olan şəxsin əqli fəaliyyət nəticəsindən (məsələn, əsərdən,
ixtiradan və s.) istifadə etmək məsələsində onun inhisarçılığını (yəni əsərdən,
ixtiradan və s. təkbaşına istifadə etməsini) bildirir. Müstəsna hüquq konstruksi
yası ikinci tərəfdən əqli mülkiyyət hüququna malik olan şəxsin əqli fəaliyyət
nəticəsi barədə sərəncam vermək məsələsində onun inhisarçılığını (yəni əsər,
ixtira və s. barəsində təkbaşına sərəncam verməsini) ifadə edir. Elə buradaca
qeyd etməliyik ki, bu, leqal (qanuni, açıq) inh isa rçılıq d ır. Məhz müstəsna
hüquq əqli mülkiyyət hüququnun sahibi olan şəxsi leqal inhisarçılıqla təmin
edir. Müstəsna hüquq in h isa r hüququ dem əkdir. Bu hüquq eyni vaxtda əqli
mülkiyyət hüququnun sahibi olan şəxsə səlahiyyət verir ki, o, əqli (yaradıcılıq)
fəaliyyət nəticəsindən bütün digər şəxslərin istifadə etməsini və onun barəsin
də sərəncam verməsini qadağan etsin.
Buna görə hüquq ədəbiyyatı səhifələrində subyektiv əqli mülkiyyət hüququ
nu müstəsna hüquq adlandırırlar’ . Bu, məsələyə birtərəfli və qeyri-dəqiq ya
naşmadır. Ona görə ki, müstəsna hüquq kateqoriyasına təkcə subyektiv əqli
mülkiyyət hüququ aid edilmir. Mülkiyyət hüququ da müstəsna hüquq sırasına
' Гражданское право. Учебник. Том 2/Пол рсд. Е Л. Суханова. М-. 1998, с. 623; Гугв А.П. Грож-
дамское право. Учебник. Том 3. М., 2003, с. 173.
116
şamil edilən hüquqdur1. Bundan əlavə, subyektiv mülki hüquq kimi şəxsi qey-
ri-əmlak hüquqlarının (məsələn, yaşamaq hüququ, sağlamlığın qorunması hü
ququ, şərəf və ləyaqət hüququ və digər hüquqların) müstəsna hüquq kateqori
yasına aid etmək üçün kifayət qədər əsaslar vardır.
Deməli, müstəsna hüquq əqli mülkiyyət hüququndan daha geniş anlayışdır.
Belə ki, o, özündə həm əqli mülkiyyət hüququnu, həm mülkiyyət hüququnu,
həm də şəxsi qeyri-əmlak hüququnu birləşdirir. Buna görə əqli mülkiyyət hü
ququnu müstəsna hüquq anlayışı ilə əhatə etmək olmaz.
Bəzi xarici ölkələrin qanunvericiliyində, (məsələn, RF-in MM-nin 128-ci
maddəsində), habelə beynəlxalq hüquqi sənədlərdə (məsələn, Ümumdünya
Əqli Mülkiyyət Təşkilatını təsis edən konvensiyada) «əqli mülkiyyət (intellektu
al mülkiyyət)» termini işlədilir. Hüquq ədəbiyyatı səhifələrində də həmin ter
mindən istifadə olunur1
* 3. Həmin termin altında yaradıcılıq (əqli) fəaliyyətinin nə
ticələrinə olan subyektiv hüquqların məcmusu nəzərdə tutulur. Bu da məsələ
yə qeyri-dəqiq, qeyri-düzgün yanaşmadır. Ona görə ki, əqli mülkiyyət dedik
də. yaradıcılıq (əqli) fəaliyyətin nəticələrinin yaradılması və onlardan istifadə
olunması ilə bağlı yaranan ictimai münasibətlər başa düşülür. O, hüquqi anla
yış deyildir. Yaradıcılıq (əqli) fəaliyyət nəticələrinə olan subyektiv hüquqların
məcmusu əqli mülkiyyət hüququ (subyektiv əqli mülkiyyət hüququ) deməkdir.
Əqli mülkiyyət hüququ isə hüquqi anlayışdır.
ö z xarakterinə və tətbiqinə görə subyektiv əqli mülkiyyət hüququ mütləq
hüquq kateqoriyasına aid edilir. Ona görə ki, əqli (yaradıcılıq) fəaliyyət nəti
cəsini (məsələn, əsəri, ixtiranı və s.) yaradan şəxsə (o, səlahiyyətli şəxs sayı
lır) əhatə dairəsi məlum olmayan, qeyri-məhdud saylı borclu şəxslər durur.
Borclu şəxslərin üzərinə səlahiyyətli şəxsin əqli mülkiyyət hüququ pozan hər
hansı hərəkətdən çəkinmək vəzifəsi (passiv vəzifə) düşür. Subyektiv əqli mül
kiyyət hüququ daha sonra qeyri-əmlak hüququdur. Lakin onlar əmlak hü
quqları ilə bağlıdır. Bu xüsusiyyəti ilə əqli mülkiyyət hüququ şəxsi qeyri-əmlak
hüququndan (məsələn, yaşamaq hüququndan, ad hüququndan, şərəf və ləya
qət hüququndan və s.) fərqlənir.
Mülki hüquqda subyektiv əqli mülkiyyət hüququ şəxslərin subyektiv mülki
hüquqlarından biri hesab olunur. O, subyektiv mülki hüququn müstəqil nö
vüdür.
Subyektiv əqli mülkiyyət hüququ ümumiləşdirilmiş anlayışdır. O, özündə
sənaye-istehsal, elmi, ədəbi və bədii sahələrdə əqli (yaradıcılıq) fəaliyyət nəti
cələrinə (əsərlərə, ixtiralara, elmi kəşflərə, sənaye nümunələrinə və s.) aid
olan hüquqları birləşdirir. Subyektiv əqli mülkiyyət hüququna daxil olan hüquq
ların dairəsi Ümumdünya Əqli Mülkiyyət Təşkilatını təsis edən konvensiyanın
2-ci maddəsinin 8-ci bəndi ilə müəyyən edilir4.
1 Победоносцев. Курс гражданского право. Часть I. 1896, с. 124: AllahverdiyevS.S. Azorbaycan
Respublikasının mülki hüququ. Dorslik. I cild. II kitab. Bakı. 2003. s. 26.
* Гражданское право. Учебник. Том I/Под рсд. Е.А.Суханова. М.. 1998, с. 726.
1 Məsələn. bax: Мэгге П.Б.. Сергеев А П. Интеллектуальная собственность, М.. 2000; Минкос
А.М. Международная охрана интеллектуальной собственности, М.. 2001. с. 14.
4 Konvensiyanın metni verilmişdir: MASS-mcdia vo intellektual mülkiyyət. Bakı, 1998, s. 101-115.
117
Subyektiv əqli mülkiyyət hüququnun məzmunu
Subyektiv əqli
Oç hüquqi imkandan (səlahiyyətdən) ibarətdir’:
mülkiyyət hüququnun
# davranış səlahiyyətindən;
məzmunu
# tələb etmək səlahiyyətindən;
• müdafiə səlahiyyətindən.
Davranış səlahiyyəti səlahiyyətli şəxsin (əqli mülkiyyət hüququna malik
olan şəxsin) özünün əqli (yaradıcılıq) fəaliyyət nəticələri barəsində fəal hərə
kətlər etmək imkanıdır. O, özündə iki səlahiyyəti (hüquqi imkanı) birləşdirir; is
tifadə səlahiyyətini; sərəncam səlahiyyətini. Bu cəhəti ilə davranış səlahiyyəti
subyektiv mülkiyyət hüququnun məzmununa daxil olan davranış səlahiyyətin
dən fərqlidir. Belə ki, subyektiv mülkiyyət hüququnun məzmununu təşkil edən
davranış səlahiyyəti özündə həm də sahiblik səlahiyyətini birləşdirir.
Subyektiv əqli mülkiyyət hüququnun məzmununa daxil olan davranış səla
hiyyəti isə sahiblik səlahiyyətindən məhrumdur. Ona görə ki, sahiblik səlahiy
yəti maddi nemətlərə (əşyalara) faktik yiyəlik etmək və onlar üzərində fiziki nə
zarəti həyata keçirmək imkanı deməkdir. Əqli (yaradıcılıq) fəaliyyət nəticələri
qeyri-maddi xarakterə malik olub, elmi-texniki ideyalardan və ədəbi-bədii ob
razlardan ibarətdir. Qeyri-maddi nemətlər olan elmi-texniki ideyalara və ədəbi-
bədii obrazlara fiziki cəhətdən yiyəlik və nəzarət etmək olmaz; onlara fiziki cə
hətdən malik olmaq qeyri-mümkündür. Əqli mülkiyyət hüququnun başlıca xüsu
siyyəti ondan ibarətdir ki, onun strukturunda (məzmununda) mülkiyyət hüququ
üçün xarakterik olan səlahiyyətlərdən biri (sahiblik səlahiyyəti) yoxdur.
İstifadə səlahiyyəti əqli (yaradıcılıq) fəaliyyət nəticələrindən istifadə etmək
hüququdur (imkanıdır). Özü də əqli fəaliyyət nəticələrindən eyni vaxtda bir ne
çə (çoxsaylı) subyekt istifadə edə bilər. Bu cəhəti ilə istifadə səlahiyyəti sub
yektiv mülkiyyət hüququnun məzmununa daxil olan istifadə səlahiyyətindən
fərqlənir: eyni bir əşyadan eyni vaxtda bir neçə (çoxsaylı) subyektin istifadə et
məsi mümkün deyildir. İstifadə prosesində əqli fəaliyyət nəticəsi (məsələn,
əsər, ixtira və s.) istehlak olunmur, fiziki cəhətdən köhnəlmir. Mülkiyyət hüqu
qunun obyekti olan əşya isə istifadə prosesində istehlak olunur, köhnəlir
(amortizasiya edir).
Sərəncam səlahiyyəti dedikdə, əqli (yaradıcılıq) nəticələrdən istifadə hü
ququnun özgəninkiləşdirilməsi (başqa şəxslərə verilməsi) imkanı (hüququ) ba
şa düşülür. Özü də dərhal qeyd edirik ki, əqli (yaradıcılıq) fə a liyyə t nə ticə lə
rinin özü özgəninkiləşdirilə bilməz.
Əqli (yaradıcılıq) fəaliyyət nəticələrindən istifadə hüququ m ülki-h ü q u q i
müqavilə əsasında (müəlliflik müqaviləsi və ya lisenziya müqaviləsi əsasın
da) başqa şəxsə verilə bilər. Məsələn, müəllif əsərin nəşr edilməsi üçün nəş
riyyatla müəlliflik müqaviləsi bağlayır. Başqa bir misalda mühəndis etdiyi ixtira
dan istifadə hüququnu lisenziya müqaviləsi əsasında başqa şəxsə verir (mə
sələn, alim yeni tip kompüter ixtira edir və onun istehsal olunub satılması üçün
istehsal müəssisəsi ilə lisenziya müqaviləsi bağlayır). Bu zaman əqli fəaliyyət 1
1 Ənənəvi konsepsiyaya görə subyektiv mülki hüququn məzmunu (torkib hissəsi) göstərilən üç səla
hiyyətdən ibarətdir. (Советское гражданское право. Учебник. Часть 1/Под рсд. В.Ф.Мааова,
Л. А Пушкина. Харков, 1993, с. 248).
118
nəticəsini yaradan şəxsin (məsələn, əsərin müəllifi olan şəxsin, ixtiraçının) özü
ondan istifadəni davam etdirmək hüququndan məhrum olmur. Bunlardan əla
və, o, analoji istifadənin üçüncü şəxslərə verilməsinə öz razılığını bildirə bilər
(yəni icazə verə bilər) Belə xüsusiyyətdən əlbəttə, subyektiv mülkiyyət hüqu
qunun məzmununu təşkil edən sərəncam səlahiyyəti məhrumdur.
Tələb etm ək səlahiyyəti dedikdə, səlahiyyətli şəxsin (əqli mülkiyyət hüqu
quna malik olan şəxsin, məsələn, əsərin müəllifinin, ixtiraçının və s.) borclu
şəxslərdən müəyyən tərzdə və qaydada davranmağı tələb etmək hüququ (im
kanı) başa düşülür. Səlahiyyətli şəxsin hüququ vardır ki, borclu şəxslərdən
onun əqli mülkiyyət hüququnu pozmaqdan çəkinmələrini tələb etsin. Borclu
şəxslər («hamı və hər kəs») əhatə dairəsi bilinməyən qeyri-məhdud saylı
şəxslərdir.
Səlahiyyətli şəxsin tələb etmək səlahiyyəti əqli fəaliyyət nəticəsi yarandıqda
əmələ gəlir. Məsələn, müəllif əsəri yazıb qurtaran kimi onun hamıdan və hər
kəsdən (borclu şəxslərdən) müəlliflik hüququnu pozan hərəkətlərdən çəkin
məyi tələb etmək hüququ yaranır.
M üdafiə sə la h iyyə ti dedikdə, əqli mülkiyyət hüququ pozulduqda səlahiy
yətli şəxsin qanunda müəyyən edilən müdafiə üsullarına əl atmaq hüququ ba
şa düşülür. Səlahiyyətli şəxsə hüquq verilir ki, əqli mülkiyyət hüququ pozul
duqda (və ya onun barəsində mübahisə edildikdə) pozulmuş hüququ bərpa
etmək üçün (və ya mübahisə edilən hüququ tanıtdırmaq üçün) hüquqqoruyu-
cu x a ra kte rli tə d b irlə r görsün. Məsələn, müəyyən şəxs özünü əsərin müəllifi
kimi qələmə verir. Bu şəxslə həqiqi müəllif arasında əsərə kimin müəlliflik hü
ququnun olması barədə mübahisə yaranır. Həqiqi müəllif məhkəməyə müraci
ət edir. Sübut kimi təqdim olunan əsərin əlyazması əsasında məhkəmə onun
müəlliflik hüququnun tanınması barədə qərar qəbul edir. Belə halda səlahiy
yətli şəxs (əsərin həqiqi müəllifi) müdafiə səlahiyyətindən istifadə etdi.
Subyektiv əqli mülkiyyət hüququ əqli (yaradıcılıq) fəaliyyət nəticələrinin ya
radılması və onlardan istifadə olunması ilə bağlı olaraq əmələ gələn hüquq
m ü n a sib ə tlə rinin elem entidir. Onlar əmlak münasibətləri ilə bağlı olan şəxsi
qeyri-əmlak hüquq münasibətləri adlanır. Həmin münasibətlər öz quruluşuna
görə m ütləq hüquq m ünasibəti kateqoriyasına (növünə) aid edilir. Belə ki,
bu cür hüquq münasibətlərində səlahiyyətli şəxsə əhatə dairəsi bilinməyən
qeyri-məhdud saylı borclu şəxslər («hamı və hər kəs») durur. Borclu şəxslər
(«hamı və hər kəs») belə bir passiv vəzifə daşıyırlar: səlahiyyətli şəxsin əqli
mülkiyyət hüququnu pozan hərəkətlər etməkdən çəkinmək.
Dostları ilə paylaş: |