Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə40/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   36   37   38   39   40   41   42   43   ...   54

2  Черепахин  Б.Б. 

Правопреемство  по  советскому  гражданскому  праву.  М.,  1962.  //  В  книге: 

Черепахин Б.Б. 

Труды  по гражданскому праву.  М ., 2001, с. 408.



3  Иоффе  ОС. 

Правоотношение  по  советскому  гражданскому  праву.  Л.,  1949 //  В  книге: 



Иоффе 

О.С. 

Гражданское право.  Избранные труды.  М. 2000, с. 644.

4 Советское гражданское право. Учебник. Том 2 /  Под ред. 

О.А. Красавчикова. 

М.,  1985, с. 5 11.



5  Иоффе О.С. 

Советское гражданское право.  Курс лекций.  Часть 3. Л.,  1965, с. 2S8; 



Никитюк П.С. 

Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973, с.  50.

543


•   nisbi  (natamam)  fəaliyyət  qabiliyyətli  şəxslər  (həddi-buluğa  çatmayan  14 

yaşından  18 yaşınadək  şəxslər);

•  qismən  fəaliyyət  qabiliyyətli  şəxslər  (həddi-buluğa  çatmayan  14  yaşına-

dək şəxslər);

•  əqli  zəiflik  və  ya  ruhi  xəstəlik  nəticəsində  məhkəmə  tərəfindən  fəaliyyət 

qabiliyyəti olmayan  sayılan şəxslər;

•  məhkəmə tərəfindən  fəaliyyət qabiliyyəti  məhdudlaşdırılan şəxslər;

•  fəaliyyət  qabiliyyəti  olmayan  azyaşlılar  (onların  prinsip  etibarı  ilə  miras 

qoyması  mümkündür).

Deməli,  m ülki  fəaliyyət  q a b iliyyə ti  m iras  qoyanın  m əcburi  (labüd)  əla­

məti və  şərti  hesab edilm ir.  Bu,  iki səbəblə  izah  olunur.  Birincisi,  vərəsəlik fi­

ziki şəxsin ölüm faktı  ilə yaranır.  Ölüm  isə  iradəvi (hüquqi) akt,  yəni  hərəkət ol­

mayıb,  hüquqi  hadisə  sayılır.  Hadisə  isə  qeyri-iradəvi  aktdır.  Fəaliyyət  qabiliy­

yəti  isə yalnız şəxsin  iradəsi  ilə  bağlıdır.  İkincisi,  vərəsəlik  mülki  fəaliyyət  qabi­

liyyətinin  yox,  m ülki  hüquq  q a b iliyyə tin in   təzahür  hallarından  b irid ir’ .  Mül­

ki  hüquq  qabiliyyəti  isə  mülki  fəaliyyət  qabiliyyətindən fərqli  olaraq,  şəxsin  ya­

şından  və  sağlamlıq vəziyyətindən  asılı deyil.  Qanun  bu  qabiliyyətdən  heç  kimi 

məhrum etmir.  Buna  görə də fiziki  şəxslərin  hamısı  miras qoyan olan  bilərlər.

Miras  qoyan  bəzən  vəsiyyət  edən  şəxs  kimi  də  tanınır.  V ə siyyə t  edən  elə 

bir  şəxsdir  ki,  o,  öldüyü  halda  özünəməxsus  olan  əmlakının  hüququ  taleyi  ba­

rədə  qanunda  nəzərdə  tutulan  formada  sərəncam  verir.  Bu  sərəncamı  ifadə 

edən  sənəd vəsiyyətnam ə  adlanır.  Vəsiyyət edən  qismində  yalnız tam fəaliy­

yət  qabiliyyəti  olan  şəxslər  çıxış  edə  bilərlər.  Fəaliyyət  q a b iliy y ə ti  olm ayan 

şəxsin  vəsiyyət etm əsi  m üm kün  deyil.  Bu,  onunla  izah  edilir ki,  vəsiyyət ira­

dəvi  aktdır.  Onun  edilməsi  üçün  şəxsin  öz  iradəsini  bildirməsi  və  ifadə  etməsi 

gərəkdir.  Vəsiyyət  şəxsin  hərəkəti  ilə  həyata  keçirilən  əqddir.  Buna  görə  də 

yalnız  öz  iradəsini  ifadə  edə  bilən  yetkinlik  yaşına  çatmış  fəaliyyət  qabiliyyətli 

şəxs  vəsiyyət  edə  bilərlər.  Bu  isə  onu  göstərir  ki,  fə a liyyə t  q a b iliy y ə ti  v ə siy­

yət edən  şəxsin  m əcburi  (labüd)  şərtidir.

Beləliklə,  vəsiyyət edən  statusu  əldə etmək üçün  şəxsin  mülki fəaliyyət qabi­

liyyətli  olması gərəkdir.  Bizim ölkə qanunvericiliyi,  bir sıra xarici ölkələrin  qanun­

vericiliyindən  fərqli  olaraq,  xüsusi  vəsiyyət  qabiliyyəti  anlayışını  tanımır1

 2.  Bizim 

fikrimizcə,  kim  ümumi  mülki  fəaliyyət qabiliyyətlidirsə, o da vəsiyyət edə  bilər.

Miras  qoyan  şəxsə  müqabil  tərəf  vərəsə  sayılır.  Vərəsə  dedikdə  elə  bir 

şəxs  başa  düşülür  ki,  miras  qoyanın  əmlak  hüquq  və  vəzifələri  vərəsəlik  qay­

dasında  məhz  ona  keçir.  Əgər  miras  qoyan  həmişə  ölmüş  fiziki  şəxsdən  iba­

rətdirsə,  vərəsə  isə  yalnız  sağ  qalan  fiz ik i  şəxs  ola  bilər.  Ona  görə  də  mi­

ras  qoyan  şəxs  ölən  anda  (vərəsəliyin  yaranması  anında)  sağ  olmayan  (öl­

müş)  şəxsin  vərəsə  rolunda  çıxış  etməsi  istisna  olunur  və  bu,  qeyri-mümkün­

dür.  Ölmüş fiziki  şəxs vərəsə  kimi  tanına  bilməz.

Beləliklə,  miras qoyan  şəxs ölən  zaman (yəni  miras  qoyan  şəxs öldüyü  mə­



Антимонов Б.С., Граве К.А.

  Советское наследственное право.  М .,  1955, с.  47, 63.

2  A lm aniya,  İsveçrə  k im i  ö lkə lə rin   qan un ve riciliyi  xüsusi  olaraq  və siyyət  q a b iliy y ə ti  anlayışını 

m ü əyyənləşdirir  (Основные  институты   гражданского  права  зарубежных  стран.  М .,  1999,  с.  513, 

528).

544


qamda)  artıq  doğulmuş və  sağ  olan fiziki  şəxslər vərəsə ola bilərlər.  Bu  qanu­

nun  müəyyən  etdiyi  ümumi  qaydadır.  Həmin  qayda  eyni  ilə  həm  qanun  üzrə 

vərəsəlik,  həm də vəsiyyət üzrə vərəsəlik hallarına aiddir.

Bununla  belə,  qanun  hələ doğulmayan,  mayası  bağlanmış və ana  bətnində 

olan  uşaqların  gələcəkdə  vərəsə  olmaq  imkanını  nəzərə  alır (MM-in  1134-cü 

maddəsi).  Söhbət  miras  qoyanın  sağlığında  mayası  bağlanmış  və  onun  ölü­

mündən  sonra  doğulmuş  şəxslərdən  gedir.  Qanun  bu  şəxslərə  vərəsəlik  hü­

ququ  verir,  onların  vərəsə olmaq  imkanını tanıyır.  Əgər həmin şəxslərin  maya­

sı  miras qoyanın ölümündən sonra bağlanarsa, onda onlar vərəsəlik hüququn­

dan  istifadə edə bilməzlər.

Lakin  qanunun  göstərilən  şəxslərə  vərəsə  olmaq  imkanı  verməsi  o demək 

deyildir ki,  ana  bətnində olan  uşaq artıq  mülki hüququn  (vərəsəlik hüququnun) 

subyektidir.  Bu  cür yanaşmanın,  zənn  edirik  ki,  heç  bir əsası  yoxdur.  Belə  ki, 

şəxsin  mülki  hüququn  subyekti  kimi tanınması üçün onun  mülki  hüquq  qabiliy­

yətinə  malik  olması  gərəkdir.  Mülki  hüquq  qabiliyyəti  isə  fiziki  şəxsin  anadan 

olması  ilə yaranır.  Deməli,  anadan  doğulmayan (ana  bətnində olan) şəxs mül­

ki  hüquq  qabiliyyətinə  malik  olmadığına  görə  mülki  hüququn  subyekti,  o  cüm­

lədən  vərəsəlik  hüququnun subyekti  kimi tanına  bilməz.

Qanunun  göstərilən  mövqeyi  mayası  bağlanmış uşaqların  ancaq  gələcək 

m üm kün  hüquq  subyekti  kimi  mənafeyini  qorumaqdan  ibarətdir.  Belə  ki, 

qanun  ana  bətnində  olan  uşağın -   gələcək  hüquq  subyekti  kimi vərəsənin  mi- 

rasdakı  payını mühafizə edir1.

Vərəsə ola  bilən  şəxslərin və qurumların dairəsi  kifayət qədər genişdir.  Mülki 

hüququn  istənilən  subyekti  (fiziki  şəxslər,  hüquqi  şəxslər,  dövlət  və  bələdiyyə­

lər) vərəsə  rolunda çıxış edə bilərlər.  Bu onu  sübut edir ki, vərəsələrin əhatə da­

irəsi miras qoyan şəxslərin əhatə dairəsindən xeyli dərəcədə genişdir. Ona görə 

ki,  yuxarıda qeyd etdiyimiz kimi,  miras qoyan şəxs ancaq fiziki şəxs ola bilər.

Vərəsə  qismində  əsasən  Azərbaycan  Respublikasının  vətəndaşları  çı­

xış  edirlər.  Bununla  belə,  xarici  ölkə  vətəndaşları  və  vətəndaşlığı  olmayan 

şəxslər də  vərəsə  ola  bilərlər.  Ona  görə ki,  fiziki  şəxsin  vərəsə olmaq  imka­

nı  onun  vətəndaşlığından  asılı  deyil.  Vətəndaşlıq  məsələsi  vərəsələrə  mü­

nasibətdə  nəzərə alınmır.

Vərəsələrə  münasibətdə  həm  də  onların  mülki  fəaliyyət  qabiliyyəti  əhəmiy­

yətə  malik  deyil.  Bu  o  deməkdir ki,  fiziki  şəxslərin  vərəsə  olmaq  imkanı  on­

ların  m ülki  fəaliyyət  qabiliyyətlərinin  dərəcəsindən  asılı  deyil1

 2.  Məhz  bu 

səbəbdən fiziki  şəxsin fəaliyyət qabiliyyətinin olmaması  (yaşa və sağlamlıq və­

ziyyətinə görə) onun vərəsə olmaq  hüququna  qəti təsir göstərmir. Amma onun 

yerinə  lazımi  hüquqi  hərəkətləri  qanuni  nümayəndələr  (valideynlər,  qəyyum­

lar)  yerinə  yetirirlər.  Deməli,  həm  fəaliyyət  qabiliyyətli  şəxslər,  həm  də  fəaliy­



1  Братусь  C.H. 

Субьскты  гражданского  права.  M .,  1950,  с.  51; 



Исхрфе  О.С.  Советское 

гражданское право.  Курс лекций.  Часть 3. Л.,  1965, с. 289.



2  Ссребровский  В.И.  Очерки 

советского  наследственного  права.  М .,  1953,  с.  30



\ Антимонов 

Б.С..  Граве  К.А. 

Советское  наследственное  право.  М.,  1955,  с.  69; 



Иоффе  О.С. 

Советское 

гражданское 

право.  Курс  лекций. 

Часть 3.  Л.,  1965,  с.  289; 



Никитюк П.С. 

Наследственное  право  и 

наследственный процесс. 

Кишинев. 

1973, с.  51.

545


yət qabiliyyəti olmayan  şəxslər vərəsə  qismində çıxış edə  bilərlər.

Azərbaycan  Respublikasının vərəsəlik  hüququ fiziki  şəxslərin  öz cinsindən, 

yaşından,  fiziki-ruhi  sağlamlıq  vəziyyətindən,  irqindən  və  milliyyətindən  asılı 

olaraq  vərəsə  olmaq  hüququnu  məhdudlaşdıran  hər  hansı  məhdudiyyət  nə­

zərdə tutmur.  Söhbət fiziki  şəxslərin  cinsinin,  yaşının,  milliyyətinin  və  s.  onların 

vərəsə  olması  üçün  əhəmiyyət  kəsb  etməməsindən  gedir1.  Onların  mülki  hü­

quq  qabiliyyəti  bir bərabərdə tanındığına  görə  vərəsə  olmaq  imkanı  və  qabiliy­

yəti də  eyni  dərəcədə tanınır.

Hüquqi  şəxslər  vərəsə  qismində  çıxış  edən  mülki  hüquq  subyektlərindən 

biridir.  Hüquqi  şəxslərin  «milliyyəti»  məsələsinin  onların  vərəsə  olmaq  hüququ 

üçün  əhəmiyyəti  yoxdur.  Bu  onu  ifadə  edir  ki,  hüquqi  şəxslərin  vərəsə  olmaq 

imkanı  onların  hansı  ölkənin  qanunu  ilə  yaradılmasından  və  hansı  ölkənin  hü­

quqi  şəxsi  sayılmasından  asılı  deyildir.  Azərbaycan  Respublikasının  hüquqi 

şəxsləri  ilə  bərabər,  xarici  ölkə  hüquqi  şəxsləri  də vərəsə  kimi  tanına  bilərlər.

Hüquqi  şəxsin  m üvafiq  tə şkila ti  hissələri  (filia lla r,  nüm ayəndəliklər, 

idarələr və  s.)  vərəsə  ola  bilməzlər.  Ona  görə  ki,  yalnız  hüquqi  şəxslər  mülki 

hüququn,  o cümlədən  vərəsəlik  hüququnun  daşıyıcısı -   subyekti  ola  bilər.  Qa­

nun  ancaq  onlara  mülki  hüququn  subyekti  olmaq  imkanı  verir.  Göstərilən  təş­

kilati  hissələrin  isə  hüquqi  şəxs  statusu  yoxdur.  Hüquqi  şəxs  statusu  olmayan 

təşkilatların  (qurumların)  da vərəsə olmaq  hüququ  yoxdur.

Vərəsə  qismində  mülki  hüququn  xüsusi  subyekti  sayılan  d ö v lə t  (Azərbay­

can  R espublikası) da  çıxış edə  bilər.  Dövləti  vərəsəlik  münasibətlərində onun 

müvafiq orqanları təmsil edir.  Məhz bu orqanların  vasitəsilə  dövlət vərəsə olur. 

Söhbət,  hər  şeydən  əvvəl,  Maliyyə  Nazirliyindən  və  ya  İqtisadi  İnkişaf  Nazirli­

yindən  gedir.  Amma  belə  halda  vərəsəlik  hüququnun  subyekti  və  daşıyıcısı 

Maliyyə  Nazirliyi  və  ya  İqtisadi  İnkişaf  Nazirliyi  yox,  dövlətin  özü  olur.  Vərəsə­

lik  hüququ  dövlətin özü  üçün yaranır.

Vərəsə  qismində  təkcə  Azərbaycan  dövləti  yox,  həm  də  xarici  d ö vlə t çıxış 

edə  bilər.  Bunun  üçün  hər  hansı  məhdudiyyət  müəyyənləşdirmir.  Məsələn,  fi­

ziki  şəxsin  tam  hüququ  vardır ki,  o,  öz  əmlakını  və  ya  onun  bir  hissəsini  xarici 

dövlətə  vəsiyyət  etsin.  Bunun  nəticəsində  isə  o,  vərəsəlik  hüququnun  vərəsə 

rolunda  subyekti olur.

Bələdiyyələrin  vərəsəlik  münasibətlərində  vərəsə  kimi  çıxış  etməsi  müm­

kün  olan  haldır.  Onların  vərəsəlik  hüququnun  subyekti  olmaq  imkanı  vardır. 

Dövlət  kimi  bələdiyyələr  də  vərəsəlik  münasibətlərində  özünün  orqanları  vasi­

təsi  ilə çıxış edir.

Bundan  əlavə,  beynəlxalq tə ş k ila tla r  da vərəsə  ola  bilər.  Bunun  üçün  qa­

nunda  hər hansı  məhdudiyyət  nəzərdə tutulmur.

Vərəsələr iki  yerə bölünürlər:

•   qanun  üzrə vərəsələrə;

•   vəsiyyət üzrə vərəsələrə.

Qanun  üzrə vərəsələr dedikdə,  qanunda  miras qoyanın  hüquqi varisləri  ki­

mi  göstərilən  şəxslər başa  düşülür.  Başqa  sözlə  desək,  əgər müəyyən  şəxslər

546


Гущин В В

  Наследственное право.  Учебное пособие.  М ., 2003, с.  13.



qanunda  ifadə  edilən  göstərişə  əsasən  vərəsə  ola  bilərlərsə,  həmin  şəxslərə 

qanun  üzrə  vərəsələr  deyilir.  Bu  kateqoriya vərəsələrin  olması  məhz qanunun 

birbaşa göstərişi  ilə bağlıdır. Ona görə də onlara «qanun üzrə vərəsələr» deyilir.

Vəsiyyət  üzrə vərəsələr dedikdə, vəsiyyətnamədə miras qoyan şəxsin hü­

quqi  varisləri  kimi  göstərilən  şəxslər  başa  düşülür. Vəsiyyətnamədə ifadə  olu­

nan  göstəriş  şəxsə vərəsə  statusu verir.  Ona  görə  də  bu  kateqoriya vərəsələr 

«vəsiyyət  üzrə vərəsələr»  adlanırlar.

Fiziki  şəxslər  həm  qanun  üzrə  vərəsə,  həm  də vəsiyyət  üzrə vərəsə ola bi­

lərlər.  Hüquqi  şəxslərə  gəldikdə  isə,  qeyd etmək  lazımdır ki,  köhnə qanunveri­

ciliyə  görə  onlar  yalnız  vəsiyyət  üzrə  vərəsə  ola  bilərdi.  Mülki  qanunvericilik 

hüquqi şəxslərə qanun  üzrə vərəsə statusu əldə etməyə yol vermirdi. Yeni qa­

nunvericilik  isə  bu  cür  məhdudiyyəti  tamamilə  aradan  qaldırmışdır.  Belə  ki. 

müasir  qanunvericiliyə  görə,  yalnız  bir  halda  hüquqi  şəxslər  qanun  üzrə  vərə­

sə  olur:  Belə  ki,  vərəsələri  olmayan  əmlak  (vərəsəsiz  əmlak),  əgər  miras  qo­

yan  şəxs qocalar,  əlillər üçün  müəssisələrin,  müalicə, tərbiyə və sosial təminat 

müəssisələrinin  təminatında  olmuşdursa,  onların  mülkiyyətinə  keçir  (MM-in 

1165-ci  maddəsinin  1-ci  bəndi),  bir şərtlə ki,  həmin  müəssisələrin hüquqi şəxs 

statusu  olsun.

Beləliklə,  müasir  mülki  qanunvericiliyə  görə,  hüquqi  şəxslər  həm  qanun 

üzrə,  həm  də  vəsiyyət  üzrə  vərəsə  ola  bilərlər.  Hüquqi  şəxs  statusu  olma­

yan  təşkilatların,  idarələrin,  filialların,  nümayəndəliklərin  nə  qanun üzrə, nə də 

vəsiyyət  üzrə  vərəsə  olmaq  hüququ  yoxdur.  Əvvəldə  də  qeyd  etdiyimiz  kimi, 

mülki  hüququn,  o  cümlədən  vərəsəlik  hüququnun  subyekti  və daşıyıcısı  yalnız 

o  qurum  ola  bilər  ki,  onun  hüquqi  şəxs  statusu  (hüququ)  olsun.  Amma  buna 

baxmayaraq,  hər  bir  şəxs  öz  əmlakının  hamısını və  ya  onun  bir hissəsini  mü­

vafiq  quruma,  onun  hüquqi  şəxs  statusu  olub-olmamasından  asılı  olmayaraq, 

vəsiyyət  edə  bilər.  Məsələn,  vətəndaş  öz  əmlakını  hüquqi  şəxs  statusu  olma­

yan  təşkilata  vəsiyyət  edir.  Qanun  buna  yol  verir  (MM-in  1134-cü  maddəsinin 

2-ci  bəndi).  Buna  görə  də  həmin  vəsiyyət  etibarsız  sayıla  bilməz.  Lakin  miras 

(vərəsəlik)  açıldıqdan  sonra  vərəsəliyə  müvafiq  təşkilat  yox,  həmin  təşkilatın 

tabe  və  aid  olduğu  hüquqi  şəxsin  özü  çağırılacaqdır1.  Deməli,  belə  halda  və­

siyyət  üzrə vərəsə təşkilat yox,  hüquqi şəxs olur.

Vətəndaşın  hüququ  vardır  ki,  o, öz əmlakını  hələ  yaradılmayan,  təşkil  olun­

ması planlaşdırılan  quruma vəsiyyət etsin. Söhbət dövlət qeydiyyatına alınmaq 

və  hüquqi  şəxs  statusu  əldə  etmək  üçün  lazımi  sənədləri  ədliyyə  orqanlarına 

təqdim  etmiş  qurumdan  gedir.  Bu  qurum  vəsiyyət  üzrə  vərəsə  statusu  əldə 

edə  bilər,  bir şərtlə  ki, həmin qurum  mirasın açıldığı vaxtadək hüquqi şəxs kimi 

yaradılsın  və  təşkil  olunsun  (MM-in  1135-ci  maddəsi),  yəni  ədliyyə orqanların­

da  dövlət  qeydiyyatına  götürülsün  (qeydiyyat  kitabına  daxil  edilsin)  və  ona 

dövlət qeydiyyatı haqqında şəhadətnamə verilsin.

Əgər  miras  qoyanın  vəsiyyət  etdiyi  qurum  miras açılan  zaman yaradılmaz­

sa,  onda  vəsiyyətnamə  hüquqi  əhəmiyyət  kəsb  etmir və  vəsiyyət  olunan  əm-

M ü lk i  hüquq elm ində (doktrinasmda) da mosəloyə məhz bu cür yanaşılır 



(Антимонов Б.С.. Граве 

К.А.

  Советское наследственное право.  М .,  1955, с.  65).

547


lak  qanun  üzrə  vərəsəlik  üzrə  keçir,  yəni  vəsiyyət  edənin  qanun  üzrə  vərəsə­

lərinə  verilir.  Vəsiyyət  olunan  hüquqi  şəxs  miras  açılan  zaman  ləğv  edildiyi 

hallarda  da analoji  (eyni) nəticəyə səbəb olur1.

Dövlət  də  həm  qanun  üzrə,  həm  də  vəsiyyət  üzrə  vərəsə  q ism ində və­

rəsəlik  hüququnun  daşıyıcısı  ola  bilər.  Qanun  müəyyən  edir  ki,  vərəsələri 

olmayan  əmlak  (vərəsəsiz  əmlak) dövlətə  keçir (MM-in  1165-ci  maddəsinin  1- 

ci  bəndi).  Bu  cür  halda  dövlət  qanun  üzrə  vərəsə  statusu  əldə  edir.  Ona  görə 

ki,  o,  qanunda  ifadə  olunan  hüquqi  göstəriş əsasında  verəsə olur.

Əmlak  üç  halda,  vərəsələri  olmayan  əmlak (vərəsəsiz əmlak)  sayılır (MM-in 

1165-ci  maddəsinin  1-ci  bəndi):

•  birincisi,  miras  qoyanın  nə  qanun  üzrə,  nə  də  vəsiyyət  üzrə  vərəsələri 

yoxdursa:

•  ikincisi,  vərəsələrdən  heç  biri miras əmlakı  qəbul  etməmişdirsə;

•  üçüncüsü,  bütün vərəsələr  vərəsəlik hüququndan  məhrum  edilmişdirsə.

Azərbaycan  Respublikasının  mülki  qanunvericiliyinə  görə,  dövlət  (Azərbay­

can  Respublikası)  vəsiyyət  üzrə  vərəsə  də  ola  bilər.  Belə  ki,  hər  bir  fiziki  şəxs 

öz  əmlakının  hamısını  və  ya  onun  bir  hissəsini  dövlətə  (Azərbaycan  Respubli­

kasına)  vəsiyyət  üzrə  verə  bilər2.  Belə  halda  dövlət  vəsiyyət  üzrə  vərəsə  kimi 

çıxış edir.

Bələdiyyələr  ancaq  və siyyə t  üzrə  verəsə  ola  bilər.  Belə  ki,  istənilən  hər 

hansı  fiziki  şəxsin  öz  əmlakını  və  ya  onun  bir  hissəsini  bələdiyyələrə  vəsiyyət 

etmək  hüququ  vardır.  Amma  mülki  qanunvericilikdə  bələdiyyələrin  qanun  üzrə 

vərəsə  kimi  çıxış  etməsini  şərtləndirən  qaydaya  və  normaya  rast  gəlmirik.  De­

məli,  onlar qanun  üzrə vərəsə  statusu əldə edə  bilməz.

Sivilistika  elmində  (doktrinasında)  və  mülki  qanun­

vericilikdə  tez-tez  hallarda  rast  gəldiyimiz  anlayışlar­

dan  biri  «qanun  üzrə  vərəsəlik»,  digəri  isə  «vəsiyyət 

üzrə  vərəsəlik»  adlanır.  Bu  iki  anlayış  vərəsəlik  hü­

ququnun  əsas anlayışları  sırasına  daxil  edilir.

Qeyd  etdik  ki,  vəresəliyin  iki  əsası  var:  qanun;  vəsiyyət.  Buna  uyğun  ola­

raq,  vərəsəliyin  iki  növü  fərqləndirilir:  qanun  üzrə  vərəsəlik;  vəsiyyət  üzrə  və­

rəsəlik.


Qanun  üzrə  vərə sə lik  o d u r  ki,  bu  növ  vərə sə lik  zamanı  ölən  şəxsin 

hüquq  və  v ə zifə lə rin in   ke çd iyi  şəxslərin  dairəsi  qanunun  özü  ilə  m üəy­

yənləşdirilir.  Mülki  Məcəllənin  (qanunun)  normaları  müəyyən  edir  ki,  ölən 

şəxsin  hüquq və  vəzifələri  kimə və  hansı  həcmdə  keçməlidir.  Söhbət ölən  şəx­

sin  əmlakının  kimlərə  keçməsini  və  onların  həmin  əmlakdakı  payını  müəyyən­

ləşdirən  qanun  normalarından  gedir.  Bu  cür  normalara  əsaslanan  vərəsəlik 

qanun  üzrə  vərəsəlik  adlanır.  Məsələn,  ata  ölür və  onun  əmlakı  (hüquq  və və­

zifələri)  uşaqlarına  və arvadına  keçir.  Belə  halda  qanun  üzrə  vərəsəlik  göz qa­

bağındadır.

Qanun  üzrə 

vərəsəlik. Vəsiyyət 

üzrə vərəsəlik



Гущин  в.В.

  Наследственное  право.  У чебное  пособие.  М .,  2003,  с.  17; 



Грудцина  Я.Ю. 

Наследование (в вопросах и ответах).  М ., 2002,  с.  79.

‘   «Azərbaycan  Respublikasında n olariat h ə ro ko tlo rin in   aparılması qaydaları  lıaqqındn  təlim a tııın  67- 

ci bəadi 



II

 Nolariat haqqında (sənədlər toplusu).  Bakı.  2002, s.  218.

548


Bununla  bərabər,  şəxslərə  hüquq  verilir ki,  onlar  qanunda  göstərildiyi  kimi 

yox,  başqa  yolla  özlərinə  məxsus  olan  əmlak  barədə  sərəncam versinlər. Bu 

məqsədlə  edilən  sərəncam vəsiyyət,  ona əsaslanan vərəsəlik isə vəsiyyət üz­

rə  vərəsəlik  adlanır.  Məsələn,  ata  özünün  bütün  əmlakını  öz  qardaşına  vəsiy­

yət edir.  Ata  öldükdən  sonra  həmin  əmlak vəsiyyətnamədə göstərilən qardaşı­

na  keçir.  Belə halda  isə, vəsiyyət üzrə vərəsəlik göz qabağındadır.

Vəsiyyət  üzrə vərəsəlik odur ki,  bu  vərəsəlik zamanı  ölən  şəxsin əmla­

kı  (hüquq  və vəzifələri) onun  hələ sağlığında  etdiyi vəsiyyətdə göstərilən 

şəxslərə  keçir.

Vərəsəlik  müqavilə  əsasında  da  yarana  bilər.  Bu  cür  müqavilə  vərəsəlik 

m üqaviləsi,  həmin  müqavilə  əsasında  yaranan  vərəsəlik  isə  müqavilə  üzrə 

vərəsəlik adlanır.

Mirasın  açılması  vərəsəliklə  bağlı  müəyyən  ictimai  münasibətin  yaranması 

deməkdir.  Həmin  münasibət  isə vərəsəlik  hüquq  normaları  ilə tənzimləndiyinə 

və  rəsmiləşdirildiyinə  görə vərəsəlik hüquq münasibəti formasını alır.

Beləliklə,  vərəsəlik  hüquq  münasibətinin  özünün  yaranmasına  mirasın açıl­

ması  deyilir.

Hər  bir  mülki  hüquq  münasibətinin  yaranmasını  mülki  qanunvericilik müəy­

yən faktla  bağlayır.  Bu  faktlar olmasa,  mülki hüquq münasibətinin yaranmasın­

dan  söhbət gedə  bilməz.  Bəs,  vərəsəlik hüquq  münasibətinin əmələ gəlməsini 

mülki  qanunvericilik  hansı faktla  əlaqələndirir? Məsələyə diqqətlə yanaşsaq və 

fikir  versək  müəyyən  edə  bilərik  ki,  mülki  qanunvericilik  vərəsəlik  hüquq  mü­

nasibətinin  əmələ  gəlməsini  -   mirasın  açılmasını  iki  cür hüquqi faktla  bağlayır 

(MM-in  1145-ci maddəsi).

Mirasın  açılmasına  səbəb olan  birinci  hüquqi fakt fiziki  şəxsin  ölümü  sayı­

lır.  Məhz  bu  fakt  əsasında  miras  açılır.  Miras  açılan  kimi vərəsəlik  hüquq  nor­

maları tətbiq olunur.

Yalnız fiz io lo ji  (bioloji),  yəni  təbii  və  ya  patoloji  (qeyri-təbii)  ölüm  vərə­

səlik hüququ  baxımından  əhəmiyyət kəsb edir,  yəni mirasın açılmasına -  vərə­

səlik  hüquq  münasibətinin  yaranmasına  səbəb  olur.  Klinik  ölüm  halının  isə 

mülki-hüquqi,  o cümlədən vərəsəlik hüququ baxımından əhəmiyyəti və mənası 

yoxdur.  Ona  görə  ki,  bu cür ölüm  halında  geriyə dönməz proseslər baş vermir 

və fiziki  şəxsin yaşamaq  qabiliyyəti tam bərpa olunur.

Fiziki  şəxsin  ölüm  anı  tibbi-bioloji  məlumatlar  əsasında  müəyyən  edilir. 

Ölüm  faktının  özü  isə  ölüm   haqqında  şəhadətnamə adlı  sənədlə təsdiqlənir 

Bu  sənəd  W A D Q   orqanları  tərəfindən  verilir'.  Həmin  sənəd  notarius tərəfin­

dən  mirasın  açılmasını təsdiqləyən sübut kimi qəbul edilir.

Ola  bilər ki,  şəhadətnamədə  dəqiq ölüm  günü  göstərilməsin,  yalnız il və ay 

nəzərdə  tutulsun.  Belə  halda  həmin  ayın  axırıncı günü  fiziki şəxsin  ölüm günü 

sayılacaqdır.  Şəhadətnamədə  fiziki  şəxsin  ancaq  ölüm  ili  göstərilərsə,  onda 

həmin  ilin  31  dekabrı ölüm  günü  hesab ediləcəkdir.

W A D Q   orqanı  ölüm  hadisəsini  qeydə  almaqdan və  şəhadətnamə  vermək- 1

 2

1  ö lü m ü n   qeydə  alınması  A ilə   M əcəlləsinin  28-ci  fəslinə  daxil  olan  normalar  (193-I95-ci 



m addələr) əsasında  həyala k e ç irilir (A R   Q K ,  I  xüsusi  buraxılışı, s.  806).

2 Зайцева Г.И..  Крашенинников П.Н

  Наследственное право.  М ., 2003, с.  27.

549


dən  imtina  edə  bilər.  Belə  halda ölüm  faktı  MPM-ə  uyğun  olaraq  məhkəmə tə­

rəfindən  müəyyən edilir1.

Fiziki şəxsin ölüm faktı başqa  sənədlə də təsdiqlənə  bilər.  Həmin sənədə  m i­

ras  qoyanın  ölüm ü  haqqında  arayış  (ölüm  haqqında  akt  qeydiyyatının  surəti) 

deyilir.  Bu  arayış  W A D Q   orqanı  tərəfindən  akt  qeydiyyatının  surəti  əsasında 

verilir.  O,  miras qoyanın ölüm faktını  dolayı yolla təsdiq edir.  Başqa  hər hansı bir 

sənəd notarius tərəfindən vərəsəlik işi qaldırmaq üçün qəbul edilə bilməz.

Mirasın  açılmasına  səbəb  olan  ikinci  hüquqi  fakt  fiz ik i  şəxsin  ö lm üş  elan 

edilm əsidir.  Öz  hüquqi  nəticəsinə  və  əhəmiyyətinə  görə  bu  hüquqi  fakt  fiziki 

şəxsin  ölüm  faktına  bərabər tutulur.  Belə  ki,  əgər fiziki  şəxsin  yaşayış  yerində 

onun  harada  olması  barədə  beş  il  ərzində  məlumat  olmadığı  və  digər  hallar­

da,  o,  məhkəmə  qaydasında  ölmüş elan  edilir (MM-in  41-ci  maddəsi).  Bu,  hü­

quqi  fakt  kimi  mirasın  açılmasına  -  vərəsəlik  hüquq  münasibətinin  əmələ  gəl­

məsinə  səbəb  olur.  Fiziki  şəxsin  ölmüş  elan  edilməsi  haqqında  məhkəmə  qə­

rarının  qanuni  qüvvəyə  mindiyi  gün  (fiziki  şəxsin  daimi  yaşadığı  yerdə  onun 

harada  olması  barədə  son  məlumatın  alındığı  gündən  yox)  onun  ölüm  günü 

sayılır.  Məsələn,  10  oktyabr  2003-cü  il  tarixində  fiziki  şəxsin  daimi  yaşadığı 

yerdə  onun  harada  olması  barədə  son  məlumat  əldə  edilir.  Bundan  beş  il  ke­

çir.  Fiziki  şəxsin  ölmüş  elan  edilməsi  barədə  məhkəmə  qərar  çıxarır.  Həmin 

qərar 20 dekabr  2008-ci  il  tarixində  qüvvəyə  minir.  Deməli,  20  dekabr  2008-ci 

il  fiziki  şəxsin ölüm  günü  sayılır.  Miras  məhz bu gündən  açılmış sayılır.

Miras  həmişə  m üəyyən  vaxtda  və  m üəyyən  yerdə  açılır.  Buna  görə  də 

mirasın  açılması  iki  məsələ  ilə  bağlıdır:

•  mirasın  açıldığı vaxtla:

•  mirasın  açıldığı yerlə.

Göstərilən  hər iki  məsələ vacib  hüquqi  əhəmiyyətə  malikdir.

Vərəsəlik  hüququ  m ün a sib ə tin in   yarandığı  ana  m irasın 

açıldığı  va x t deyilir.

Mirasın  açıldığı  vaxt  vacib  və  mühüm  hüquqi  əhəmiyyə­

tə  malikdir.  Yaponiya  mülki  hüquq  elmində  (doktrinasında)  göstərildiyi  kimi, 

mirasın  açıldığı  vaxt  aşağıdakı  məsələlərin  həlli  üçün  son  dərəcə  olduqca  zə­

ruridir2:

• vərəsələrin dairəsinin müəyyənləşdirilməsi  üçün;

• vərəsələrin fəaliyyət qabiliyyətinin  müəyyənləşdirilməsi  üçün;

•  miras əmlakın tərkibinin  (həcminin)  müəyyənləşdirilməsi  üçün;

•  məcburi  payın  müəyyənləşdirilməsi  üçün;

•  iddia  müddəti axımının  keçməsi  üçün.

Bundan  əlavə,  mirasın  açıldığı  vaxt  vərəsəlik  hüququnun  digər  məsələləri­

nin  həlli  üçün  də  vacibdir.  Mirası  qəbul  etmək  üçün  və  ondan  imtina  etmək

Mirasın 


açıldığı vaxt

1  Azərbaycan  Respublikasının  M ü lk i  Prosscssual  M ə cə llə sin in   307-ci  maddəsi  / /   A R   Q K ,  t  xüsusi 

buraxılış, s. 454.

Сакао Вагацума,  Тору Ариидзуми.

  Гражданское  право Я понии.  К н и га  2.  М .,  1983, с.  251.

550


üçün  nəzərdə  tutulan  müddət  məhz ondan  asılı  olaraq  müəyyən edilir1.  Mira­

sın  açıldığı  vaxt  «mirası  qəbul  etmək  hüququnun  vərəsəliyi»  və ya  «vərəsəlik 

transmissiyası»  kimi  məsələ  üçün  həlledici faktordur1

 2.  Miras  açıldığı  vaxtdan 

həm  də  qəbul  edilmiş  miras  vərəsəyə  məxsus  hesab  olunur3,  yəni  vərəsənin 

mülkiyyəti  sayılır (MM-in  1255-ci  maddəsi).  Bundan əlavə, mirasın açıldığı vaxt 

barədə  məsələ  olduqca  vacibdir:  miras  qoyanın  kreditorlarının  vərəsələrə  tə­

ləb  (pretenziya)  irəli  sürmə  (bildirmə)  müddətinin  hesablanması üçün  (belə ki, 

həmin  müddət  mirasın  açıldığının  kreditorlara  məlum  olduğu  gündən  hesabla­

nır  -   MM-in  1310-cu  maddəsi);  vərəsələrə  vərəsəlik  şəhadətnaməsinin  veril­

məsi  müddətinin  müəyyənləşdirilməsi  üçün  (belə  ki,  vərəsələrə  vərəsəlik  şə­

hadətnaməsi  mirasın açıldığı  gündən altı ay sonra verilir -  MM-in  1322-ci mad­

dəsi);  mirasın  qorunmasına  yönələn  tədbirlərin  görülməsi  üçün;  vərəsəlik  mü­

nasibətlərinə  tətbiq  edilməli  olan  qanunvericiliyin  müəyyənləşdirilməsi  üçün4 

(RF  Ali  Məhkəmə  Plenumu  öz  qərarında  göstərir ki,  vərəsələrin  dairəsi,  mira­

sın  qəbul  edilməsi  müddəti  və  qaydası,  miras  əmlakın  dairəsi  miras  açıldığı 

gün  qüvvədə olan  qanunvericiliklə  müəyyən edilir)5.

Göstərilən  məsələlərin  həlli  üçün vacib  əhəmiyyətə  malik  olmasını  nəzərə 

alaraq  mirasın  açıldığı  vaxtı  dəqiq  müəyyənləşdirmək  lazımdır.  Bunun  üçün 

mülki  qanunvericilikdə  nəzərdə  tutulan  normaya  və  qaydaya  əməl olunmalıdır 

(MM-in  1146-cı  maddəsi).

Mülki  qanunvericilik  müəyyən  edir ki,  miras  qoyanın öldüyü  gün  mirasın 

açıldığı vaxt sayılır. Göründüyü kimi, mülki qanunvericilik mirasın açıldığı vaxtı fi­

ziki  şəxsin  ölüm  saatı  və  ya  ölüm dəqiqəsi ilə yox,  onun ölüm  günü  ilə  bağlayır6. 

Qanunvericiliyin  məsələyə bu cür yanaşması praktiki  mülahizələrlə bağlıdır.  Be­

lə  ki,  həyatda  fiziki  şəxsin  öldüyü  saatı  və ya  dəqiqəni  lazımi  dəqiqliklə  təyin et­

mək çox vaxt mümkün olmur.  Digər tərəfdən məlum məsələdir ki, ölüm anının sa­

at  və  ya  dəqiqələrlə  müəyyənləşdirilməsi,  onun  günlə  təyin  edilməsinə  nisbətən 

daha çox məsrəf tələb edir.  Deməli,  mülki qanunvericilikdə ifadə olunan göstərişə 

görə, fiziki  şəxsin ölüm saatı  və ya ölüm dəqiqəsi yox, onun ölüm günü vərəsəlik 

hüququ  nöqteyi-nəzərindən,  daha  konkret söyləsək,  mirasın  açıldığı  vaxtı  müəy­

yənləşdirmək baxımından hüquqi əhəmiyyətə malikdir.

Mülki  qanunvericiliyin  mirasın  açıldığı vaxtı  müəyyənləşdirən  norması  həm

1  Научно-практический  комментарий  к  Г К   РСФСР /  Отв.  рсд. 



Е.А.Флейщиц.

  M .,  1966,  с.  601; 

Советское гражданское 

право.

  Учебник.  Том 2 /  Под рсд. 



В.П.Грибанова, СМ. Корнеева.

  M.,  1980, 

с.  480.



Антимонов Б.С.,  Граве К.А.

  Советское наследственное право.  М.,  1955, с.  95.

3  Совстсткое  гражданские  право.  Учебник.  Том  2  /   Под  рсд. 



О.А.  Красавчикова.

  M ,   I9S5,  с. 

5 I5 .

Гражданское  право.  У чебник.  Том  I  /   Под рсд. 



Е.А.  Суханова.

  M.,  199S,  с. 535; 



Власов Ю  Н . 

Калинин  В.В.

  Наследственное  право  Российской  Федерации.  Учебно-методическое  пособие.  М.. 

2002,  с.  26; 

Гущин В.В.

  Наследственное право.  Учебное пособие.  М.. 2003, с.  18.

5  Вах:  п.  I  постановление  Пленума  Верховного  Суда  Российской  Федерации  от  23  апреля 

1991  г. 



N

а  2  «О  некоторых  вопросах,  возникающих  в  практике  судов  по делам  о  наследовании»// 

Судебная  практика по  гражданским делам.  М ., 2001, с. 259.

6  M ə hkom ə  praktikası  da  məsələyə  bu  cür  yanaşır:  şəxsin  ölüm  saatı  yox,  ölüm  günü  mirasın 

açıldığı  vaxt  sa yılır (Определение Судебной  Коллегии  по  гражданским делам  Верховного Суда РФ 

от 5  ноября  1998 г.  // Судебная  практика по  гражданским делам.  М., 2001, с. 273).

551


də  kommorientlərdən  («commorientes»  -  eyni  vaxtda  ölənlər)  sonra  vərəsəlik 

məsələsinin  həll  edilməsi  üçün  vacibdir.  K o m m orientlər dedikdə,  eyni  vaxtda 

.(eyni saat və  dəqiqədə)  ölən və  bir-birinin  vərəsəsi  ola  bilən  şəxslər başa  dü­

şülür.  Məsələn,  ər və  arvad  aviasiya  (təyyarə)  qəzası  nəticəsində  ölürlər.  On­

lardan  heç biri  digərindən  çox yaşamır və  buna  görə  də  bir-birinin  vərəsəsi ola 

bilmirlər1.  Belə  halda  həmin  şəxslərdən  hər  birinin  ölümündən  sonra  müstəqil 

surətdə,  ayrıca  olaraq  dərhal  miras açılır.  Onlardan  hər birinin  vərəsələri vərə­

səliyə  çağırılırlar.  Buna  uyğun  olaraq  notarius  ayrıca  vərəsəlik  işi  aparır.  Bu­

nun  nəticəsində  ərə  məxsus  olan  əmlak  onun  vərəsələrinə,  arvada  məxsus 

olan  əmlak  isə onun vərəsələrinə  keçir.

Deməli,  ko m m o rie ntlə r b ir-b irin in   ölüm ündən  sonra  vərəsəliyə  çağırıl­

mırlar,  yeni  öldükdən  sonra  onlar bir-birinin  vərəsəsi  olmurlar.  Söhbət eyni  bir 

gündə  bir-birinin  vərəsəsi  ola  bilən  şəxslərin  (məsələn,  ata  və  oğulun  və  ya­

xud  qardaş  və  bacının  və  s.)  eyni  vaxtda  ölmələrindən  və  bir-birinin  ölümün­

dən sonra  vərəsəliyə çağırılmamasından  gedir.  Mülki  hüquq  elmi  məsələyə  bu 

cür yanaşır1

 2.  Məhkəmə və  notarial  praktika  da  bu  mövqedə  durur3.

Eyni  bir  gündə,  lakin  müxtəlif  vaxtlarda  -   günün  müxtəlif  vaxtlarında  ölən 

şəxslər  kommorientlər  hesab  edilirmi?  Məsələn,  bədbəxt  hadisədən  (avtomo­

bil  qəzasından) ata  may ayının  15-də saat  10-da ölür.  Bu  hadisədən  sonra  hə­

min  gün,  yəni  may  ayının  15-də  saat  2-də  (atanın  ölümündən  4  saat  sonra) 

onun oğlu  da ölür.  Ata  və oğul  kommorientlər hesab edilirmi?

Mülki  qanunvericiliyə  görə,  m irasın  açıldığı  va x t  fiz ik i  şəxsin  ölüm   saatı 

və  ya  dəqiqəsi  ilə yox,  onun  ölüm   günü  ilə  m üəyyən  e d ilir.  Mirasın  açıldığı 

vaxtı  müəyyənləşdirmək üçün  miras  qoyanın  ölüm  saatı yox,  yalnız onun  ölüm 

günü  əhəmiyyətə  malikdir4.  Bu  isə  o  deməkdir  ki,  iki  və  daha  artıq  miras  qo­

yanın  bir  təqvim  günü  (saat  00-dan  24-ə  kimi)  ərzində  ölmələri  eyni  vaxtda 

baş vermiş ölüm  halları  sayılır.  Eyni  bir təqvim  günü  çərçivəsində  saatlarla  he­

sablanan  vaxt  fərqinin  (saat  fərqinin)  vərəsəlik  hüququ  baxımından  hüquqi 

əhəmiyyəti  yoxdur.  Odur ki,  yuxarıdakı  misalda  ata  və  oğul  kommorientlər he­

sab  edilirlər  və  buna  görə  də  onlar  bir-birinin  vərəsəsi  olmurlar.  Amma  bəzən 

saat  fərqi  vərəsəlik  hüququ  nöqteyi-nəzərindən  mülki-hüquqi  əhəmiyyət  kəsb

1  M iras  qoyanın  və  onun  m üm kün  ola  b ilə n   vərəsəsinin  eyni  vaxta  ö lm ə si  halı  A vro pa   hüququnda 

«com m orientes»  adlanır.  V .I.S e re b ro v s k i  ya zırdı  ki,  q a n u n v e ric ilik   b u   halı  m ü ə y y ə n lə ş d irm ir 

(Советское  гражданское  право.  Учебное  пособие.  Том  2.  М .,  1951,  с.  445).  Zənn  edirik  k i,  həm in 

halı  tən zim ləyən  xüsusi  hüquq  normasına  ehtiyac  yoxdur.  Ona  görə  k i,  həm   köhnə,  həm   də  yeni 

qan un ve riciliyə  görə, miras qoyanın ö ldü yü  məqamda sağ qalan (olan) şəxslər vərəsə ola b ilə rlə r.

M əsələn,  bax:  Советское  гражданское  право.  Учебное  пособие для  ю р ид ических  вузов.  Том 

2.  М .,  1951,  с.  445; 

Антимонов Б.С..  Граве К.А.

  Советское  наследственное  право.  М .,  1955,  с.  97; 

Советское  гражданское  право.  У чеб ник.  Том  2  /   П од  рсд. 

В.А.Рясснцева.

  М .,  1976,  с.  490; 

Советское  гражданское  право.  У чеб ник.  Том  2  /   Под  ред. 

В.П.  Грибанова.  С.М.  Корнеева.

  М ., 


1980,  с.  480;  Советсткос  гр ж данскис  право.  У чебник.  Том  2  /   П од   ред. 

О.А.  Красавчикова.

  М., 


1985,  с.  515;  Гражданское  право.  У чеб ник.  Том  1  /   Под  ред. 

Е.А.Суханова.

  М -,  1998,  с.  535; 



Серебровский В.И.

  О черки  наследственного  права.  М .  1953, с.  28.

3  Советская  юстиция.  1976.  №  10, с.  33  (нотариальная  практика).



Власов  Ю.Н.,  Калинин  В.В.

  Наследственное  право  Р оссийской  Федерации.  Учебно- 

методическое  пособие.  М .,  2002, с. 27.

552


Mirasın 

açıldığı yer

edir,  yəni  fiziki  şəxsin  ölüm  saatı  əhəmiyyətə  malik  olur’ .  Belə  ki,  əgər  miras 

qoyanlardan  biri  digər  m iras  qoyandan  heç  olmazsa,  bir  saat,  lakin  artıq 

növbəti  təqvim   günündə  ölərsə,  onda  o,  birinci  miras  qoyandan  sonra 

ölm üş  sayılır  və  kom m orient  hesab  edilmirlər.  Ona  görə  ki,  onlar eyni  bir 

təqvim  günündə yox,  müxtəlif,  ayrı-ayrı  təqvim günlərində, yəni  iki müxtəlif gü­

nün  müxtəlif  vaxtlarında  ölürlər.  Məsələn,  ata  may  ayının  15-də  axşam  saat 

2330  da  ölür.  Onun  oğlu  isə  bir saat sonra, yəni  gecə OO30 -  da (artıq may ayı­

nın  16-da,  yəni  növbəti  təqvim  günündə)  ölür.  Ata  ölən  kimi  miras  açılır  və 

onun oğlu vərəsə olmaq hüququ əldə edir.

Vərəsəlik  hüququnun  əsas  anlayışlarından  biri  miras açıldı­

ğı  yer hesab edilir.  Qeyd etmək  lazımdır ki, fiziki şəxsin ölü­

mü  vərəsəlik  hüquq  münasibətinin  yaranmasını  şərtləndirir. 

Bu  münasibət  isə  yalnız  müəyyən  bir  məkanda  əmələ  gələ  bilər.  Həmin  mə­

kan  mirasın  açıldığı yer sayılır.

Mirasın  açıldığı  yer odur  ki,  qanun  vərəsəlik  hüquq  münasibətinin  ya­

ranm asını  həmin  yerlə  bağlayır.  Söhbət kənd,  şəhər,  qəsəbə,  rayon  mərkə­

zi  və  digər yaşayış məntəqələrindən  gedir.  Miras da  məhz bu yerlərdə açılır.

Mülki  qanunvericilik  mirasın  açıldığı  yerin  tənzimlənməsinə  xüsusi  diqqət 

yetirir.  Onun  üçün  də  həmin  məsələnin  nizama salınmasına ayrıca  norma həsr 

edilmişdir  (MM-in  1147-ci  maddəsi).  Bu  isə  təsadüfi  deyildir.  Belə  ki,  mirasın 

açıldığı  yerin  dəqiq  olaraq  müəyyənləşdirilməsinin  vacib  praktiki  -   hüquqi 

əhəm iyyəti  vardır.  Vərəsəliklə  bağlı  bir  sıra  məsələlərin  həlli  məhz onun  düz­

gün  müəyyən  edilməsindən asılıdır.  Həmin məsələlərə aiddir:

•  birincisi,  prosedura  məsələlərinin  həlli,  vərəsəlik  hüququnun  rəsmi­

lə şd irilm ə si  və  vərəsəlik  işinin  aparılması  (mirasın açıldığı  yer əsasın­

da  müəyyən  etmək  mümkün  olur  ki,  hansı  notariat  kontoruna  mirasın 

qəbulu  və  ya  ondan  imtina  barədə ərizə vermək  və vərəsəlik şəhadətna­

məsi almaq üçün  müraciət etmək lazımdır);

•  ikincisi,  m irasın  qorunması  (mirasın  açıldığı  yerdəki  notarius mirasın  qo­

runması  üçün  zəruri tədbirlər görür);

•  üçüncüsü,  kreditorların  tələblərinin  ödənilməsi  (mirasın açıldığı yerdəki 

notariusun  mirası  siyahıya  alması  və  həmin  siyahı  əsasında  kreditorların 

tələblərinin  təmin  edilməsi);

•  dördüncüsü,  m übahisəli  vərəsəlik  məsələsi  üzrə  iş  qaldırılması  və

həmin  işə  baxılması  (mübahisəli  vərəsəlik  işinə,  bir qayda  olaraq,  əsa­

sən  mirasın açıldığı yerin  məhkəməsində baxılır);

•  beşincisi,  konkret  vərəsəlik  münasibətinə  bu  və  ya  digər  ölkənin  qa­

n u n v e ric iliy in in   tətbiqi  məsələsi  (məsələn,  Azərbaycan  Respublikası­

nın  vətəndaşı  RF-in  şəhərlərinin  birində ölür.  Belə  halda  vərəsəlik  müna­

sibətinə  hansı  ölkənin  qanununun  tətbiq  edilməsi  məsələsi  əsasən  mira- 1

A n tim o n o v  B.S.  və  Qravc  K .A .  yazırlar  ki.  bəzi  hallarda  vətəndaşın  ölüm  saatı  hüquqi 



ə hə m iyyə tə  

m a lik 


olur. 

Belə 


halda 

ölümün 


dəqiq 

tarixinin 

məhkəmə 

qaydasında 

m üəyyənləşdirilm əsinə  y o l  ve rilir 

(Антимонов Б.С..  Граве  K.A.

  Советское  наследственное  право. 

M ..  1955, с.  94).

553


sın  açıldığı  yerlə  müəyyən edilir).

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  mirasın  açıldığı  yeri  miras 

qoyanın  yaşayış  yeri  ilə  əlaqələndirir:  m iras  qoyanın  yaşayış  yeri  mirasın 

açıldığı  yer  sayılır  (MM-in  1147-ci  maddəsinin  1-ci  bəndi).  Deməli,  vərəsəlik 

hüququ  mirasın  açıldığı  yeri  fiziki  şəxsin  öldüyü  yerlə  bağlamır,  yəni  fiziki  şəx­

sin  öldüyü  yeri  mirasın  açıldığı  yer  hesab  etmir.  Bu  cür  mövqe  p ra k tik i  m üla­

hizələrlə  əlaqədardır.  Mirasın  açıldığı  yer  haqqında  məsələnin  praktiki  əhə­

miyyətini  nəzərə  alaraq  onu fiziki  şəxsin  öldüyü  yerlə  əlaqələndirmək  məqsə- 

dəmüvafiq  olmazdı.  Belə  ki,  fiziki  şəxsin  öldüyü  yer  (başqa  şəhərdə  ezamiy­

yətdə,  məzuniyyətdə,  ekspedisiyada  olarkən  fiziki  şəxsin  ölümü  və  s.)  müəy­

yən  dərəcədə  təsadüfi  xarakter  daşıyaraq,  onun  malik  olduğu  əsas  hüquq  və 

vəzifələrlə  bağlı  deyil.  Bu, ölümün  fiziki  şəxsi təsadüfən  haqladığı  yerdir.  Fiziki 

şəxsin  yaşayış  yeri  isə  onun  əsas  hüquq  və  vəzifələri  ilə  bağlı  olub,  həyati 

mənafelərinin  mərkəzidir.  Buna  görə  də mirasın  açıldığı yerin  onun yaşayış ye­

ri  əsasında  müəyyən  edilməsi  daha  məqsədəmüvafiqdir.  Digər tərəfdən  fiziki 

şəxsin  yaşayış  yerində  vərəsəlik  münasibətlərini  tənzimləmək  vərəsəlik  hüqu­

qu  üçün  nisbətən  daha  rahat,  daha  münasibdir.

Çox  vaxt fiziki  şəxs  özünün  yaşadığı  yerdə  ölür.  Belə  halda  fiziki  şəxsin  ya­

şadığı  yerlə  onun  öldüyü  yer  məkan  baxımından  üst-üstə  düşür.  Bəzi  hallar­

da  isə  fiziki  şəxs  yaşadığı  yerdən  kənarda  ölür.  Söhbət  fiziki  şəxsin  bu  və  ya 

digər  əsasa  görə  müvəqqəti  başqa  yerdə  (bu  cür yer  qanunda  bir  qayda  ola­

raq,  «fiziki  şəxsin  olduğu  yer»  anlayışı  ilə əhatə  edilir)1  olarkən  (məsələn,  ordu 

sıralarında  xidmətdə,  xəstəxanada,  gəmidə,  sanatoriyada,  istirahət  evində, 

məzuniyyət  və  ezamiyyətdə,  azadlıqdan  məhrumetmə  yerində  və  s.  olarkən), 

öz yaşayış yerini  hər hansı  səbəbdən  müəyyən  müddətə tərk edərkən ölür.  Bu 

cür məqamlarda  isə fiziki  şəxsin öldüyü  yerlə onun  yaşadığı  yer məkan  nöqte­

yi-nəzərindən  üst-üstə  düşmür.  Həmin  hallarda  da  fiziki  şəxsin  yaşayış  yeri 

mirasın  açıldığı  yer  hesab  olunur.  Məsələn,  azadlıqdan  məhrumetmə  yerində 

şəxs ölür.  Mirasın  açıldığı  yer azadlıqdan  məhrumetmə  yeri  yox,  həmin  şəxsin 

həbsə  kimi yaşayış yeri sayılır1

 2.

Fiziki  şəxsin  olduğu  yeri  m irasın  açıldığı y e r saym aq  olmaz.



Azərbaycan  Respublikasının  mülki  hüququ  sovet  mülki  hüququndan  fərqli 

olaraq,  şəxsə  icazə  verir  ki,  onun  bir  neçə  yaşayış  yeri  olsun  (MM-in  27-ci 

maddəsinin  1-ci  bəndi).  Belə  halda  miras  qoyanın  hər  bir  yaşayış  yeri  ayrıca 

olaraq  mirasın  açıldığı  yer  hesab  olunur.  Deməli,  bizim  ölkə  qanunvericiliyinə 

görə,  mirasın  bir neçə yaşayış yeri  üzrə  açılmasına  yol  verilir.  Sovet  mülki  hü­

ququ  isə  bu qaydanı  inkar edirdi3.

On  dörd  yaşına  çatm am ış  şəxslər öldükdə,  onların  valideynlik  hüquqları­

1  «Yaşayış  yeri  və  olduğu  yer üzrə  q eydiyyat  haqqında»  qanunun  2 -ci  maddəsi  (A R   Q K ,  I I I   kitab,

s. 65)

Советская  ю стиция.  1962, №  15-16, с.  63.



3  Sovet dövründə  m üharibə  vaxtı  daim i  yaşayış  yerindən  köçürülm üş  şə xslərin   ik i  yaşayış  yeri  var 

id i.  Buna  uyğun  olaraq  mirasın  ik i  yaşayış  yerində  açılmasına  icazə  v e rilird i.  M ü və qq əti  xarakter 

daşıyan  həm in  qayda 

müharibədən  sonra  öz  ə h ə m iy y ə tin i  itir d i 



(Антимонов  Б.С..  Граае  K.A. 

Советское наследственное  право.  M .,  1955, с.  100).

.554


nı  itirməmiş valideynlərinin  yaşayış yeri mirasın  açıldığı yer sayılır.  Belə ki,  hə­

min  şəxslərin  yaşayış  yeri  valideynlərinin  yaşayış  yeri  sayılır  (MM-in  27-ci 

maddəsi).

Q əyyum luq  altında  olan  şəxslərin  (ruhi  xəstələrin,  kəmağıliarın  və  s.) 

yaşayış  yeri  isə  qəyyumun  yaşayış yeri  sayılır  (MM-in  27-ci  maddəsinin  2-ci 

bəndi).  Ona  görə  də  həmin  kateqoriya  şəxslər  öldükdə,  qəyyumun  yaşadığı 

yer  mirasın  açıldığı  yer  hesab  edilir.  Lakin  bəzən  on  dörd  yaşına  çatmamış 

şəxs  öz valideynlərinin yaşayış yerində yox,  başqa yerdə,  məsələn,  babasının 

və ya  nənəsinin  yaşayış yerində  qeydiyyatda  olur və yaxud qəyyumluq altında 

olan  şəxs  qəyyumun  yaşayış yerində  yox,  öz evində  qeydiyyatda  olur (amma 

qanuna  görə,  qəyyum  hökmən  qəyyumluq  altında  olan  şəxslə  birlikdə  yaşa­

malıdır).  Hüquq ədəbiyyatında göstərilir ki,  belə halda vərəsəlik işi valideynləri­

nin  və ya  qəyyumun  yaşayış yerində yox, on dörd  yaşına çatmamış şəxsin və 

ya qəyyumluq  altında  olan şəxsin qeydiyyatda olduğu yerdə açılır'.

Bəzən  şəxs yaşayış yeri  üzrə  qeydiyyatdan çıxaraq  başqa yeni yaşayış ye­

rinə  köçür.  Yeni  yaşayış  yerində  qeydiyyata  alınmamış  o,  ölür.  Belə  halda 

ölən  şəxsin  köçməmişdən  əvvəl  qeydiyyatda  olduğu  yaşayış yeri  mirasın  açıl­

dığı yer hesab  ediləcəkdir.  Məhz bu yer üzrə  notariat kontoru vərəsəlik işi  açır 

və aparır2.

Bəzi  hallarda  miras  qoyanın  yaşayış  yeri  həqiqətən  məlum  olmur.  Söhbət 

müxtəlif  səbəblərə  görə  ölmüş  şəxsin  yaşayış  yerinin  müəyyən  edilməsinin 

qeyri-mümkünlüyündən  gedir.  Məsələn,  şəxs başqa  şəhərə,  yeni yaşayış yeri­

nə köçərkən  ölür və onun yaşayış yeri başqalarına  məlum olmur.  Bu  halda  mi­

rasın  açıldığı yer mirasın olduğu yerlə  müəyyən  olunur (MM-in  1147-ci  maddə­

sinin  1-ci  bəndi).  Belə  ki,  mirasın  olduğu  yer mirasın  açıldığı  yer sayılır.  Bu 

yer mirasın  açıldığı yeri  müəyyənləşdirən əsas əlamətlərdən  biridir.

M irasın  olduğu  yer  dedikdə,  miras  əmlakın  olduğu  yer başa  düşülür (mə­

sələn,  evin  olduğu  yer;  mənzilin  və  digər daşınmaz  əmlakın  olduğu  yer;  avto­

mobil  nəqliyyatı  vasitəsinin  uçota götürüldüyü yer;  miras qoyanın  adına  hesa­

bın  açıldığı  bankın olduğu yer).

Bəzən  ölən  şəxsin əmlakı  müxtəlif yerlərdə olur.  Məsələn, ölən şəxs şəhər­

də  mənzilə,  başqa  şəhərdə  mebel  dəstinə,  televizora  və  s.  malik  idi.  Bu  cür 

hallarda  mirasın  açıldığı  yer  daşınmaz əmlakın  olduğu  yerlə  müəyyən  edilir 

(MM-in  1147-ci  maddəsinin  2-ci  bəndi),  yəni  yuxarıdakı  misalda  şəhərdəki 

mənzilin  olduğu yer mirasın açıldığı yer hesab olunur.

Şəxsin  bir  neçə  daşınmaz  əmlakı ola  bilər.  Məsələn,  onun şəhərdə qiyməti 

50 min  manata olan yaşayış evi,  kənd yerində isə 5 min manatlıq torpaq sahə­

si  vardır.  Belə  halda  qiymətdə  nisbətən  baha  olan  daşınmaz  əşyanın  (yuxarı­

dakı  misalda  şəhərdə  yaşayış  evinin)  olduğu  yer  mirasın  açıldığı  yer  sayılır. 

Ona  görə  ki,  mülki qanunvericiliyə görə,  daşınmaz əmlakın  qiymətli  hissəsi­

nin  olduğu  yer mirasın  açıldığı yer hesab edilir (MM-in  1147-ci maddəsinin 2- 

ci bəndi).



Полтавская H., Кузнецов В.

  Нотариат (курс лекций).  М., 2002, с.  ! 33. 

Y enə orada,  s.  133.

555


Daşınmaz əşyalar qiymətcə  bərabər olsa,  onda  məsələ  necə  həll olunur?  Bu 

məsələnin  cavabını  mülki  qanunvericilik  vermir,  yəni  həmin  məsələni  mülki  qa­

nunvericilik  tənzimləmir.  Amma  mülki  hüquq  elmində  (doktrinasında)  göstərilən 

məsələnin  həlli  üçün  ağlabatan və  əsaslı təklif verilir.  Belə  halda,  bəzi  müəlliflə­

rin fikrincə,  m aksimum  təsərrüfat əhəmiyyətinə  m alik olan  daşınm az əmlak 

əsas götürülür'.  Onun yerləşdiyi yer də mirasın açıldığı yer hesab olunur.

Şəxsin  daşınmaz  əmlakı  olmaya  bilər.  Belə  halda  daşınan  əm lakın  və  ya 

onun  əsas  h iss ə s in in   olduğu  yer  mirasın  açıldığı  yer  hesab  edilir  (MM-in 

1147-ci  maddəsinin  2-ci  bəndi).  Mülki  hüquq  elminə  görə,  m irasın  əsas  h is ­

səsi  dedikdə,  elə  bir  miras  əşya  başa  düşülür  ki,  o,  mirasın  tərkibinə  daxil 

olan digər əşyalara  nisbətən daha qiymətlidir.

. . . . . .  

Hüquq  ədəbiyyatı  səhifələrində  ən  çox  işlənilən  anlayış-

münasibətlər!4 

Iardan  biri  vərəsəlik  hüquq  münasibəti  hesab  olunur.  O, 

vərəsəlik hüququnun əsas anlayışları sırasına daxil edilir.

Qeyd  etdiyimiz  kimi,  hər bir  hüquq  münasibəti  kimi,  vərəsəlik  hüququ  mü­

nasibəti  də  müəyyən  hüquqi fakt əsasında  yaranır.  Fiziki şəxsin ölümü  mirasın 

açılmasına  səbəb olur.  Mirasın  açılması  isə vərəsəlik  hüquq  münasibətinin  ya­

ranmasının  özü  deməkdir.  Deməli,  fiziki  şəxsin  ölümü  vərəsəlik  hüquq  müna­

sibətinin  yaranmasını  şərtləndirən  hüquqi fakt rolunu oynayır.

Vərəsəlik  hüquq  münasibəti  vərəsəliklə  bağlı  olaraq  yaranan  münasibətdir. 

Belə  ki,  fiziki  şəxsin  ölümü  ilə  miras  açılır,  bunun  nəticəsində  müəyyən  dairə 

şəxslər vərəsəliyə  çağırılırlar,  habelə  həmin  şəxslər mirası  qəbul  və  əldə  edir­

lər.  Bütün  bunlarla  bağlı  olaraq  müəyyən  növ ictimai  münasibətlər yaranır.  Hə­

min  münasibətlər  vərəsəlik  hüququnun  nizamasalma  predmetinə  daxil  olub, 

onunla  tənzimlənir.  Bunun  nəticəsində  onlar  vərəsəlik  hüquq  münasibəti  kimi 

hüquqi forma  alır.

Vərəsəlik hüquq  münasibətləri dedikdə, vərəsəlik hüququ  ilə tənzimlənən elə 

ictimai  münasibətlər  başa  düşülür  ki,  həmin  münasibətlər  mirasın  açılması, 

onun vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi  prosesində yaranır.

Vərəsəlik hüquq  münasibətləri öz mülki-hüquqi xarakteristikasına  görə həd­

dən  ziyadə  mürəkkəb  xarakterə  malikdir.  Bu,  onunla  izah  edilir  ki,  hüquq  ədə­

biyyatı  səhifələrində  göstərildiyi  kimi,  vərəsəlik  hüquq  münasibətləri  öz  inkişa­

fında  iki  mərhələdən  keçir:2

•  birinci  mərhələdə  əmələ  gələn  hüquq  münasibətləri  m irasın  açılması  ilə 

bağlı  olaraq  yaranın  vərəsəlik  hüquq  m ü n a sib ə tlə ri  adlanır  (mirasın 

açılması  üzrə  hüquq  münasibətləri);

•  ikinci  mərhələdə  əmələ  gələn  hüquq  münasibətləri  isə  m irasın  qəbul 

edilm əsi  ilə  əlaqədar yaranan  vərə sə lik  h ü quq  m ün a sib ə tlə ri  adlanır 

(mirasın  qəbulu  üzrə  hüquq  münasibətləri). 1



Барышев  А.И.

  Приобретение  наследства  в  СССР.  М .,  I96 0 ,  с.  10; 

Иоффе  О.С.

  Советское 

гражданское право.  К ур с лекций.  Масть 3. Л .,  1965, с.288.

Антимонов Б.С., Граве К.А.

  Советское  наследственное право.  М .,  1955, с.  58-59; 



Иоффе О.С. 

Советское  гражданское  право.  К ур с  лекций.  Часть  3.  Л .,  1965,  с.  290;  Гражданское  право. 

У чебник.  Часть  3  /   Под  ред. 

А.П.Сергеева,  Ю.К.Толстого.

  М .,  1998,  с.  513-514; 



Широкова  И.Г. 

Наследственное право (ко н спе кт лекций).  М ., 2001, с.  23.

556


Fiziki  şəxsin  ölümü  nəticəsində  mirasın  açılması  və  müəyyən  şəxslərin və­

rəsəliyə  çağırılması  ilə  vərəsəlik  hüquq  münasibətlərinin  birinci  mərhələsi 

başlayır.  Göründüyü  kimi,  birinci mərhələ mirasın açılması zamanı yaranır.

Əgər  vərəsə  mirası  qəbul  edərsə,  onda  vərəsəlik  hüquq  münasibətinin 

ik in c i  in k iş a f  mərhələsi  başlayır.  Həmin  münasibət  həmişə  səlahiyyətli  şəx­

sin  (vərəsənin)  iradəsi  əsasında  əmələ  gəlir.  Bu  cəhəti  ilə  o,  həmişə  birinci 

mərhələdə  yaranan  vərəsəlik  hüquq  münasibətindən  fərqlənir.  Belə  ki,  birinci 

mərhələnin  əmələ  gəlməsi  vərəsənin  iradəsi  ilə  bağlı  deyil.  Məlum  məsələdir 

ki,  fiziki  şəxsin  mirasın  açılmasına  səbəb  olan  ölümü  vərəsənin  iradəsindən 

asılı ola bilməz.  Ölüm  hüquqi faktların hərəkət yox,  hadisə növünə şamil edilir.

Vərəsəlik hüquq münasibətləri aşağıdakı tərkib hissələrdən ibarətdir:

• vərəsəlik  hüquq  münasibətinin subyekti;

•  vərəsəlik hüquq  münasibətinin  məzmunu;

• vərəsəlik  hüquq  münasibətinin obyekti;

Bu  elementlər onu  göstərir ki,  ümumiyyətlə,  hər hansı hüquq  münasibəti ki­

mi vərəsəlik hüquq  münasibəti  də  müəyyən subyektlər arasında, müəyyən ob­

yektlər  barəsində  yaranıb,  müəyyən  məzmuna  malikdir.  Bununla  bərabər,  və­

rəsəlik  hüquq  münasibətinin  hər bir elementi spesifik xüsusiyyətlərə malikdir.

Vərəsəlik  hüquq  m ünasibətinin  subyekt tərkibi  yalnız vərəsələrdən  iba­

rətdir.  Miras qoyan şəxsə  gəldikdə  isə  qeyd etmək lazımdır ki, onun vərəsəlik 

hüquq  münasibətinin  subyekti  olub-olmaması  müəlliflər  arasında  mübahisə 

doğurur.  Bir  qrup  müəlliflər  miras  qoyan  şəxsi  vərəsəlik  hüququnun  subyekt 

tərkibinə  daxil  edirlər1.  Digər qrup  müəlliflər  isə  bunun  tam  əksi  olan  fikir söy­

ləyərək  göstərirlər  ki,  m iras  qoyan  şəxs  heç  b ir vaxt  vərəsəlik  hüquq  mü­

nasibətinin  su byekti  ola  bilm əz1

 2.


Zənn  edirik  ki,  ikinci  qrup  müəlliflərin  mövqeyi  həqiqətə daha  yaxındır. Belə 

ki,  mülki  qanunvericiliyə görə,  fiziki şəxsin ölümü  ilə onun  mülki hüquq qabiliy­

yəti  xitam  olunur (MM-in  25-ci  maddəsinin  2-ci  bəndi).  Mülki  hüquq  qabiliyyəti 

isə  mülki  hüquq  subyektliyinin  elementlərindən  biridir.  Əgər fiziki  şəxsin  mülki 

hüquq  qabiliyyəti yoxdursa,  onda  onun  mülki  hüquq  subyektliyi  də yoxdur.  Mi­

ras  qoyanın  ölümü  ilə  onun  mülki  hüquq  qabiliyyəti,  bununla  da  mülki  hüquq 

subyektliyi xitam  olunur.

Əvvəldə  qeyd  etdiyimiz  kimi,  vərəsəlik  hüquq  münasibətində  miras  qoyan 

rolunda  yalnız fiziki  şəxslər çıxış  edə  bilər.  Hüquqi  şəxslərin,  dövlətin və  bələ­

diyyələrin  miras  qoyan  olması  qeyri-mümkündür.  Bu  isə  tamam  aydın  məsə-

1  M əsələn,  bax:  Гражданское право.  Учебник. Том  I  /  Под ред. 

Е.А.Суханова.

  M .,  1998, с. 537; 



Саломатова  ТВ.

  Наследование  по  завещанию  и  по  закону.  М .,  2002,  с.  5; 



Широкова  И.Г. 

Наследственное  право.  Конспект  лекций.  М .,  2002,  с.  22; 



Власов  Ю.Н.,  Калинин  В.В. 

Наследственное  право  Российской  Федерации.  Учебно-методическое  пособие.  М.,  2002,  с.  15; 



Корнеева И.Л.

  Наследственное  право.  М.,  2003,  с.  57; 



Власов Ю.Н.,  Калинин  В.В.

  Нотариат (курс 

лекции).  М .,  2002,  с.  2 I8 .  V .V .Q u şin   isə  bu  b arəd ə   ko nkret  fik ir  söyləm əyə   çətinlik  çə kir 

(Quhin 

V.V.

  N a s le d s tv e n n o e   pra vo.  U çe bn o e   posoble.  M.,  2003,  s.  57).

2  M əsələn,  bax: 

Антимонов Б.С.,  Граве K.A.

  Советское  наследственное  право.  M.,  1955,  с. 56; 



Иоффе  О.С.

  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3. Л.,  I965,  с.  2



88; Никитюк П.С. 

Наследственное  право  и  наследственный  процесс.  Кишинев.  1973,  с.  49;  Гражданское  право. 

Учебник.  Часть 3  /  Под ред. 

А.П.Сергеева, Ю.К.Толстого.

  M.,  I998, с. 516.

557


lədir.  Əvvəlki yarımbaşlıqlardan  birində  biz bu  məsələyə toxunmuşuq.

Vərəsəlik  hüquq  m ünasibətinin  m əzm unu  dedikdə,  bu  münasibətdə  işti­

rak edən  subyektlərin  hüquq və vəzifələri  başa  düşülür.  Belə  hüquq  və vəzifə­

lərə aiddir:  mirası  qəbul  etmək  hüququ;  mirası  qəbul etmək hüququnun  həyata 

keçirilməsinə  mane  olmamaq  vəzifəsi;  mirası  əldə  etmək  hüququ;  mirası  əldə 

etmək  hüququnun  həyata  keçirilməsinə  mane olmamaq vəzifəsi.

Vərəsəlik  hüquq  m ünasibətinin  obyektinə  gəldikdə  isə  onun  iki  cür  ob­

yekti  fərqləndirilir  :  maddi  obyekti;  hüquqi  obyekti.  Vərəsəlik  hüquq  münasibə­

tinin  obyekti odur ki,  məhz onun  barəsində  həmin  münasibət yaranır.

Vərəsəlik  hüquq  m ünasibətinin  m addi  o b ye kti  dedikdə,  miras və ya  mi­

ras  kütləsi  (miras  əmlak)  başa  düşülür.  Fiziki  şəxsin  ölümündən  sonra  onun 

vərəsəlik  üzrə  keçən  mülki  hüquq  və  vəzifələri  miras  kütləsini  təşkil  edir.  Ona 

vərəsəlik  hüquq  m ünasibətinin  predm eti  və  ya  sadəcə  olaraq  vərəsəllyin 

predm eti  də  deyilir.  Vərəsəlik  hüquq  münasibəti  məhz  miras  barəsində əmələ 

gəlir.  Əgər  miras  yoxdursa,  onda  vərəsəlik  hüquq  münasibəti  də  yoxdur.  Özü 

də  miras  vərəsəlik  hüquq  münasibətinin  həm  birinci  inkişaf  mərhələsində, 

həm  də ikinci  inkişaf mərhələsində  maddi obyekt qismində çıxış edir.

Vərəsəlik  hüquq  m ünasibətinin  hüquqi  o b y e k ti  dedikdə,  borclu  şəxsin 

davranışı  başa  düşülür.  Bu  əsasən  passiv  davranışdır  (hərəkətdən  çəkinmə). 

Zəruri  hallarda  borclunun  davranışı  aktiv  formada  da  ola  bilər.  Səlahiyyətli 

şəxsin  (vərəsənin)  borclunun  davranışı  ilə  bağlı  hər  hansı  iddia  irəli  sürmək 

hüququ  vardır.  Məsələn,  borclu  tərəf  («hamı  və  hər  kəs»)  vərəsəlik  hüququ­

nun  həyata  keçirilməsinə  mane  olan  hərəkətlər etdikdə,  səlahiyyətli  şəxs  (və­

rəsə) bu  hərəkətlərə son qoyulmasını tələb edə  bilər.

Vərəsəlik  hüquq  münasibətinin  spesifikliyi  onun  maddi  obyekti  -  mirasla 

(miras  kütləsi  və ya  miras əmlakla) sıx surətdə  bağlıdır.

Vərəsəlik 

Vərəsəlik  hüququ  sivilistika  elmində  (doktrinasında)  mülki



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin