Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


Mənzil-tikinti  kooperativinin  tikdirdiyi  ev



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə38/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   54

Mənzil-tikinti  kooperativinin  tikdirdiyi  ev  kooperativin  ayrı-ayrı  üzvlərinə 

(payçılara)  yox,  hüquqi  şəxs  kimi  bütövlükdə  kooperativin  özünə  məxsusdur. 

Buna  görə  də  kooperativ  üzvü  mülkiyyət  hüququna  malik  deyil.  Məhz  bu  sə­

bəbdən  vərəsəlik  üzrə  onun  kooperativdəki  paya  olan  hüququ  (mənzilə  olan 

mülkiyyət  hüququ  yox)  keçir və  mirasa  daxil  edilir.  Kooperativ  payın  pulla  də­

yərini  vərəsələrə  ödəyir.  Mənzil  -  tikinti  kooperativi  vərəsəni  payçı  (kooperativ 

üzvü)  kimi  qəbul  edə  bilər.  Belə  halda  vərəsə  kooperativə  məxsus olan  evdəki 

müəyyən  mənzilə  istifadə  hüququ əldə edir.

Mənzil  -  tikinti  kooperativinin  üzvü  onun  istifadəsinə  verilmiş  mənzil  üçün 

özünün  pay  haqqını  tamamilə  verdikdən  sonra  bu  əmlak  üzərində  mülkiyyət 

hüququ əldə edir.  Həmin  mənzilə olan  mülkiyyət hüququ  vərəsəlik  qaydasında 

verilir və  mirasa daxil  edilir.

Daş-qaş  (qızıl-güm üş,  cəvahirat)  m əm ulatlarının  və  d ig ə r zin ə t ş e ylə ri­

nin  vərəsəlik  üzrə  keçməsinə  hər  hansı  məhdudiyyət  qoyulmur.  Bu  məmulat­

lar mirasa  daxil  edilə bilər.  Amma  dövriyyədən  çıxarılmış  predmetlər (məsələn, 

külçə  halında qızıl, gümüş və  platin və s.) vərəsəlik üzrə verilə  bilməz.

Valyuta  sə rvətlərinin  mirasa  daxil  edilməsi  mümkündür.  Söhbət,  hər  şey­

dən  əvvəl,  xarici  valyutadan,  xarici  valyutada  qiymətli  kağızlardan  (səhmlər­

dən,  istiqrazlardan  və  s.)  gedir1

 2.  Xarici  valyuta,  yəni  müvafiq  xarici  dövlətin 

ərazisində  olan  və  qanuni  ödəniş vasitəsi  sayılan  kağız  pullar xüsusən  tez-tez 

hallarda vərəsəlik  üzrə keçir.

Miras  qoyanın  üm um i  m ülkiyyətdəki  pay  hüququ  mirasa  daxil  edilə  bilər. 

Əgər  söhbət  paylı  üm um i  m ülkiyyətdən  gedərsə,  onda  vərəsəliyin  obyekti 

(predmeti)  yalnız  müvafiq  paydan  ibarət  olacaqdır.  Bu  pay  ümumi  əmlakdan 

naturada  ayrıla  da  bilər,  ayrılmaya  da  bilər.  Əgər  payın  naturada  ayrılması 

mümkün  deyilsə  (qanun  ya  bu  cür  bölgüyə yol  vermir və  ya  ümumi  əmlakdan 

payın  ayrılması  əmlaka  zərər vurulmasına  gətirib  çıxarır),  onda  paylı  mülkiyyə­

tin  digər  mülkiyyətçiləri  payın  pulla  dəyərini  vərəsələrə  ödəyir  (MM-in  220-ci 

maddəsi).

Miras  qoyanın  üm um i  birgə  (paysız)  m ülkiyyə td ə ki  pay  hüququ  (payı) 

da  mirasa  daxil ola  bilər3.  Əvvəlcə miras qoyanın  ümumi  əmlakdakı  payını  mü­

əyyənləşdirmək  lazımdır.  Bir qayda  olaraq,  paylar  bərabər  sayılır.  Amma  mül­

kiyyətçilərin  razılaşmasında  ayrı  qayda  da  nəzərdə  tutula  bilər  (MM-in  223-cü

1 Torpaq  M əcə llə sinin  49-cu maddəsi // A R  Q K ,  I  xüsusi  buraxılış, s.  817.

2 «Valyuta tənzim i  haqqında» qanunun  1-ci  maddəsi  (A R  Q K ,  I I   kitab, s.  369).

3  Üm um i  birgə  əm lak  və rə səliyin   predmeti  ola  b ilm ə z  (С оветское  гражданское  право.  У чебник. 

Том  2 /  Под рсд. 



В.П.Грибанова,  С.М.Корнеева.

  М .,  1980,  с. 476).

532


maddəsinin  3-cü  bəndi).  Bundan  sonra  pay  ayrılır.  Ər-arvada  məxsus  olan 

ümumi  əmlak  bölünərkən  məhz  bu  qaydadan  istifadə  olunur.  Həmin  pay  da 

vərəsəliyin obyekti (predmeti) kimi çıxış edir.

Nağd  pul  (bank  biletləri  şəklində  olan  manatlar), habelə  qiymatli  kağızlar 

(səhmlər,  istiqraz vərəqələri,  sertifikatlar və s.)  mirasa  daxil  edilir.  Onların və­

rəsəliyin obyekti kimi çıxış etməsi hallarına tez-tez rast gəlirik.

Əşya  hüququnun  məhdud  əşya  hüququna  gəldikdə  isə,  onun  ayrı-ayn 

növləri  mirasa  daxil ola  bilər.  Söhbət hər şeydən əvvəl,  miras qoyanın  ipoteka 

hüququndan,  girov  hüququndan,  superfitsi  (tikiliyə  vərəsəlik)  hüququndan, 

servitut hüququndan  gedir.  Onlar məhdud əşya hüququnun növləridir.

Mülki  qanunvericilik  nəzərdə  tutur  ki,  tələb  güzəşt  edildikdə  yeni  kreditora 

girov və ipoteka  hüququ  da  keçir (MM-in 515-ci maddəsi).  Burdan belə bir nə­

ticə çıxara  bilərik  ki, tələb  vərəsəlik qaydasında vərəsəyə güzəşt edildikdə,  gi­

rov  və  ipoteka  hüququ  da  ona  keçir  və  mirasa  daxil  olur.  Məsələn,  miras 

qoyan  hələ  sağlığında  qonşuya  borc  pul  verir  və  torpaq  sahəsini  ipotekaya 

götürür.  Bununla  o,  ipoteka  hüququ əldə edir.  Bu  hüquq  əsas tələb hüququ ilə 

(borcun  qaytarılmasını tələb etmək hüququ ilə)  birlikdə vərəsəyə keçir və mira­

sa daxil olur.

S u p e rfitsi  (tik iliy ə   vərəsəlik)  hüququ  da  vərəsəliyin  obyekti  ola  bilər. 

Mülki  qanunvericilik  birbaşa  müəyyənləşdirir ki,  bu  hüquq vərəsəlik  üzrə  keçir 

(MM-in  250-ci  maddəsinin  1-ci  bəndi).  Məsələn,  şəxs başqasının  mülkiyyətin­

də  olan  torpaqda  yaşayış  evi  tikir  və  bununla  superfitsi  hüququ  əldə  edir.  Bu 

hüquq  həmin  şəxsə yaşayış evindən  istifadə etmək imkanı verir. Həmin  hüquq 

vərəsəlik  üzrə verilir.

S e rvitu t  hüququ  da  vəsiyyət  üzrə  keçə  bilər'.  Xüsusilə  qanuni  (normativ) 

servitut  hüququ  vərəsəliyin  obyekti  olur.  Məsələn,  şəxsin  öz  yaşadığı  evdən 

ümumi  istifadədə  olan  yola  (ictimai  yola)  keçidi  yoxdur.  Qonşu  öz  torpaq  sa­

həsindən  ona  zəruri  keçid  ayırır.  Bununla  qonşunun  torpaq  sahəsi  servitutla 

yüklənir və  həmin şəxs servitut hüququ əldə edir (MM-in  175-ci maddəsinin  1- 

ci bəndi).  Bu  hüquq  vərəsəlik üzrə verilə bilər.

Məhdud  əşya  hüququnun  digər bir növü  olan  uzufrukt hüququna  gəldikdə 

isə,  qeyd  etmək  lazımdır ki,  bu  hüquq  vərəsəliyin  obyekti  ola bilməz.  Uzufrukt 

hüququ  başqasının  əşyasından  istifadə  etmək  və fayda  götürmək  hüququdur. 

İstifadəçi  (uzufruktuar)  həmin  əşyanı  vərəsəlik  üzrə  vermək  hüququna  malik 

deyildir  (MM-in  263-cü  maddəsinin  1-ci  bəndi).  Mənzilə  uzufrukt  da  vərəsəlik 

üzrə  keçmir (MM-in  267-ci maddəsinin  1-ci bəndi)1

 2 3

.

Azərbaycan  Respublikasının  mülki  hüququnun  tənzimlədiyi  sahiblik  (MM- 



in  7-ci  fəsli)  isə  əşya  hüququ  hesab  edilmir.  Almaniya  alimi  L.Ennekserus ya-

1  Şəxsi  scrvitu tla r şəxsin  ölüm ü  ilə   ləğv e d ilir və  vərəsəlik  üzrə  keçmir 



(Победоносцев КЛ .

 

Курс



гражданского права.  M ., 2003.  Том 2, с.  239).

Inqilabaqədərki  rus  s iv ilis ti  K.Pobcdonostscv  yazırdı  k i,  uzufrukt  şəxsin  ölümü  ilə  ləğv  edilir və 



buna  görə  də  mirasa  d axil  o lun m u r 

(Победоносцев К.Л.

  Курс  гражданского  права.  M.,  2003.  Том  2, 

с. 239).

533


zır  ki,  sahiblik  vərəsəlik  üzrə  keçir.  Özü  də  faktiki  sahibliyə  nail  olunmadan1. 

Alim  bu  fikri  söyləyərkən,  Almaniya  Mülki  Qanunnaməsində  ifadə  olunan  belə 

bir  göstərişi  əsas  tutur:  sahiblik  vərəsəyə  keçir  (MQ-nin  857-ci  §-ı)1

 2.  Inqilaba- 

qədərki  rus  sivilisti  V.I.Sİnayski  də  belə  hesab  edir  ki,  sahiblik  vərəsəlik  üzrə 

keçir3.  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinin  164-cü  maddəsinin  2- 

ci  bəndində  ifadə  olunan  göstərişdən  görünür ki,  sahiblik  vərəsəlik  üzrə  keçir. 

Amma ömürlük sahiblik sahibin  ölümü  ilə  ləğv edilir və vərəsəlik üzrə  keçmir4 5

.

Öhdəlik  (tələb)  hüquqları  da  vərəsəliyin  əsas  obyektlərindən  (predmetlə- 



rindən)  biridir.  Bu  hüquqlar,  hər  şeydən  əvvəl,  müxtəlif cür  mülki-hüquqi  mü­

qavilələrdən  irəli gəlir.

Borc  m üqaviləsindən  yaranan  öhdəlik (tələb)  hüququ vərəsəliyin obyekti 

(predmeti) qismində çıxış edə  bilər.  Belə  ki,  miras qoyan  hələ  sağlığında öldüyü 

məqamadək  müəyyən  şəxsə  borc  pul  verir.  Həmin  borcun  qaytanlmasını  və 

borca görə faizlərin ödənilməsini tələb etmək hüququ vərəsəlik üzrə keçir.

Bank  əm anəti  (depozit)  m üqaviləsindən  əmələ  gələn  ö h d ə lik  (tələb) 

hüququ vərəsələrə keçir.  Miras qoyan  kommersiya  banklarına əmanətlər qoya 

bilər.  Həmin  əmanətlərin  qaytarılmasını  və  onlara  hesablanmış  faizlərin  veril­

məsini tələb etmək  hüququ  mirasa  daxil  edilir,  bir şərtlə  ki,  bu əmanətlər barə­

sində  vəsiyyət  sərəncamı  olmasın6.  Üçüncü  şəxsin  xeyrinə  bank əmanəti  mü­

qaviləsi  bağlayan  şəxs öldükdə  isə  əmanət  mirasa  daxil  edilmir.  Ona  görə  ki, 

əmanəti  almaq  hüququ  üçüncü şəxsə məxsusdur.

Bank  hesabı  m üqaviləsindən  irə li  gələn  ö h d ə lik  (tələb)  hüq uq u   mirasa 

daxil  edilir.  Belə  ki,  fərdi  sahibkarlar -  sahibkar statuslu fiziki  şəxslər (hüquqi 

şəxs  yaratmadan  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul  olan  fiziki  şəxslər)  bank  he­

sabı  aça  bilərlər.  Onlar öldükdə  həmin  hesabdakı  pul  vəsaiti  (nağdsız  pul)  və­

rəsəlik  üzrə  keçir.  Pul  vəsaiti  (nağdsız  pul)  şəxsin  bankdan  pulun  verilməsini 

tələb  etmək  (öhdəlik)  hüququnu  ifadə  edir.  Buna  görə  də  əmlak  hüququ  kimi 

o, mirasa  daxil edilir.

Daimi  renta  m üqaviləsi  üzrə  renta  alanın  h ü q uqları  vərəsəlik  üzrə  keçə 

bilər  (MM-in  872-ci  maddəsinin  2-ci  bəndi).  Buna  görə  də  bu  hüquq  mirasa 

daxil edilir.

Sığorta  m üqaviləsindən  irə li  gələn  ö h d ə lik  (tələb)  h ü q uq la rı  vərəsəli-



Эннекцерус Л.

  К ур с  германского  гражданского  права.  M .,  1949.  Т о м   1.  Полутом  1,  с.  271. 

A lim   sa h ib liyin   və rə səlik  üzrə  keçməsinə  əsaslanaraq  g östə rird i  k i,  s a h ib lik   fakt  yox,  hüquqdur. 

Bunun sa hib liyin  hüquq k im i tanınması  üçün böyük rolu vardır.

2  Германское право.  Гражданское уложение.  Часть  1.  М .,  1996.



Синайский В.И.

  Русское  гражданское право.  М ., 2002, с.  299.

Победоносцев К Л .

  К у р с  гражданского права.  М ., 2003, Том  2, с.  239.

5  RF-da  bank  ə m a nə tləri  M ü lk i  Q an u nve riciliyin   Əsaslan  (1991)  qəb ul  edilənə  k im i  xüsusi  qayda 

əsasında  və rə səlik  üzrə  v e rilird i.  B u  qaydaya  görə,  əgər  bank  əm anəti  barədə  v ə siyyə t  sərəncamı 

edilərdisə,  onda  o,  mirasa  d axil  e d ilm ird i.  H ə m in   qayda  Əsasların  153-cü  m addəsinin  4-cü  bəndinə 

görə  ləğv e dildi.  Y en i qaydaya görə,  bank əm anətləri üm um i əsaslarla və rə sə lik üzrə keçə b ilə r.  Amma 

RF-in  A li  S ovetinin  3  m art  1993*cü  il  ta rix li  qərarına  görə (9-cu  bənd)  Əsaslann  m üəyyən  e td iyi  qayda 

vətəndaşların  RF-in  Əm anət  Bankmdakı  əm anətlərinə  tətbiq  e d ilm ir  (V V S   RF,  1993,  №   11,  st.  393).

Bununla Əmanət Bankına qoyulan ə m anətlər barədə ə v v ə lk i qayda bərpa edilir.

534


yin  obyekti  ola  bilər1.  Əmlak  sığortası  müqaviləsini  bağlamış  sığortalı öldükdə 

onun  hüquqları  vərəsəlik  qaydasında  keçir1

 2.  Bundan  əlavə,  sığortalının ölümü 

ilə  əlaqədar  sığorta  müqaviləsinə  xitam  verildikdə,  əvvəlcədən  ödənilmiş  sı­

ğorta  haqları  (sığorta  müqaviləsinin  müddətinin  qalmış  hissəsi üçün) vərəsəlik 

üzrə  verilir3.  Sığortalının  ailə  üzvlərindən  birinin  (arvadın,  uşaqların)  xeyrinə 

ölüm  halı  üçün  bağladığı  həyat  sığorta  müqaviləsi  üzrə  əldə  edilən  sığorta 

məbləği  mirasa  daxil  edilmir.  Ona  görə  ki,  həmin sığorta  məbləğini  almaq hü­

ququ  müqavilədə  adı  göstərilən  ailə  üzvlərinə  (üçüncü  şəxslərə)  məxsusdur4. 

Bununla  bərabər,  bəzi  hallarda  sığorta  məbləği  mirasa  daxil  edilir,  üçüncü 

şəxsə  verilmir.  Həmin  hallara  aiddir5:  üçüncü  şəxs  sığorta  məbləğini  almaq­

dan  imtina  etdikdə;  üçüncü  şəxs  sığortalıdan  (sığorta  etdirəndən) əvvəl öldük­

də;  üçüncü  şəxs  sığortalının  (sığorta  etdirənin)  həyatına  qəsd  etdikdə;  üçüncü 

şəxs və sığortalı  (sığorta etdirən) eyni vaxtda öldükdə və s.

Bundan  əlavə,  kirayə  (icarə)  müqaviləsi  üzrə  əmlakın  qaytarılmasını  və  ki­

rayə  (icarə)  haqqının  ödənilməsini,  podrat  müqaviləsi  üzrə  podrat  haqqının, 

daşıma  müqavilə  üzrə  daşıma  haqqının  və  yükün  verilməsini  tələb  etmək hü­

ququ  da mirasa  daxil  edilə  bilər.

Öhdəlik  hüquqları  qeyri-m üqavilə  (delikt)  münasibətlərindən  də  əmələ 

gələ  bilər.  Belə  ki,  miras  qoyanın  əmlakına zərər vurula  bilər.  Əmlaka vurulan 

zərərin  əvəzinin  ödənilm əsini  tələb  etmək  hüququ  vərəsəlik  üzrə  keçir6. 

Amma  həyata və  ya  sağlamlığa vurulan zərərin  əvəzinin ödənilməsi  haqqında 

tələb  hüquqları vərəsəliyin obyekti ola bilməz (MM-in 514-cü maddəsi).

Ö hdəlik  hüquqları  kondikasiya  (əsassız  varlanma)  münasibətlərindən 

də  yarana  bilər.  Bu  cür  hüquqların  vərəsəlik  üzrə  verilməsi  mümkündür.  Mə­

sələn,  şəxsin  göndərdiyi  pul  səhvən  eyni  familiyalı  başqa  şəxsə  çatır.  Həmin 

pulun geri  qaytarılmasını tələb etmək hüququ vərəsəliyin obyekti ola bilər.

Əmək  m üqaviləsi  üzrə əmək haqqının verilm əsini  tələb etmək  hüququ 

m irasa  daxil  edilm ir.  Belə  ki,  şəxsin  ölümü  həmin  şəxsə  ona  çatası  əmək 

haqqını  almağa  macal  vermir.  Alınmayan  əmək  haqqı  vərəsəliyin  obyekti  ol­

mur.  O,  ölənin  ailə  üzvlərinə  verilir.  Bu,  ölən  şəxsin  ailə  büdcəsinə  təsir gös­

tərməmək  və  dəfn  xərclərini  ödəmək  üçün  ailəyə  maddi  imkan  vermək  baxı­

mından  ədalətli  qaydadır7.

RF-in  qanunvericiliyinə  görə,  pensiyaçıya  verilməli  olan,  lakin  alınmamış 

pensiya  məbləği  ümumi  əsaslar  üzrə  vərəsəlik  qaydasında  keçir.  RSFSR  Ali 

Məhkəməsinin  mülki  işlər  üzrə  məhkəmə  kollegiyası  məsələyə  məhz  bu  cür



1  Баторин  В. 

Наследование  страховой  суммы  по  договору  смешанного 



страхования  жизни // 

Советская  юстиция,  1972, №  1,  с.  20-21;  Советское гражданское  право.  Учебник. Том  2 /  Под ред. 



В. А. Рясенцева. 

М .,  1976, с.  189.

2  «Sığorta  haqqında»  qanunun  36-cı  maddəsinin  1-ci  bəndi  //  Biznesmenin  bülleteni,  1999,  31 

(255), s.  36.

1 «Sığorta  haqqında» qanunun 28-ci maddəsinin 4-cü bəndi.

Серебровский C.И. 

Очерки советского наследственного права.  М .,  1953, с. 41



.

Полтавская Н., Кузнецов В. 

Нотариат (курс лекций).  М ., 2002, с.  142.

6 Антимонов Б.С., Граве К.А. 

Советское наследственное право.  М .,  1955, с. 70.

7  Постановление  Совета  Министров  СССР  «О  порядке  выдачи  зарплаты,  не  полученной  ко 

д н ю  смерти рабочего или служащего» от  19 ноября  1984  г. №  1153 / /   СП  СССР,  1985, №1, ст. 2.

535


yanaşmışdır.  Amma  bizim  ölkə  qanunvericiliyinə  görə  pensiyaçıya  hesabla­

nan,  lakin  onun  ölümünə  görə  alınmamış  pensiya  mirasa  aid  olunmur1.  Qa­

nunda  göstərilir  ki,  pensiyaçıya  verilməli  olan,  lakin  onun  ölümü  ilə  əlaqədar 

alınmamış  pensiya  məbləği  mirasın tərkibinə daxil  edilmir.  Həmin  məbləğ  pen­

siyaçının ailə  üzvlərinə ödənilir.  O ailə  üzvlərinə  ki,  onların ailə  başçısını  itirmə­

yə  görə  pensiya  almaq  hüququ  olsun2.  Bu  cür  hüququ  olmayan  ailə  üzvləri, 

pensiyaçının  valideynləri,  əri  (arvadı),  ölümünə  kimi  onunla  birgə  yaşayan  di­

gər ailə  üzvləri  də  həmin  məbləği  ala  bilərlər.  Sosial  sığorta  üzrə  miras  qoyan 

tərəfindən  alınmamış  müavinətlər  (yəni,  sosial  sığorta  üzrə  ödəmələr:  əmək 

qabiliyyətinin  müvəqqəti  itirilməsinə  görə  müavinət;  hamiləliyə  və  doğuma  gö­

rə  müavinət;  uşağa  qulluqla  əlaqədar  müavinət;  dəfn  üçün  müavinət;  uşağın 

anadan  olmasına  görə  birdəfəlik  müavinət və  s.)3  miras tərkibinə  aid  olunmur. 

Bu  əmlak  hüquqları  subyektiv  mülki  hüquqlar  sayılmır.  Ona  görə  də  həmin 

əmlak  hüquqları  vərəsəlik  hüququnun  ümumi  normaları  ilə  tənzimlənmir4. 

Göstərilən  müavinətlər ölmüş şəxslə  birgə yaşayan ailə  üzvlərinə verilir5.

Alim ent  alm aq  hüququ  vərəsəlik  üzrə  ke çm ir  və  buna  görə  də  mirasa 

daxil  edilmir.  Ona  görə  ki,  birincisi,  şəxsin  bu  kimi  hüququ  həmin  şəxsin  özü 

ilə  qırılmaz  surətdə  bağlıdır,  ikincisi,  həmin  hüquq  mülki  əmlak  hüququ  hesab 

edilmir6.  Aliment  öhdəlikləri  qəti  olaraq  şəxsi  xarakter  daşıyır7.  Heç  bir  vaxt 

aliment  hüququ  vərəsəlik  qaydasında  keçmir.  Miras  qoyanın  ölümü  ilə  də  bu 

hüquqa  xitam verilir.

Pensiya  hüququ  vərəsəlik  qaydasında  ke çm ir və  fiziki  şəxsin  ölümü  ilə 

xitam  edilir.  Söhbət  istənilən  hər hansı  əsasa  görə (yaşa,  əlilliyə və s.  görə) tə­

yin  edilə  bilən  pensiyadan  gedir.  Dövlət  tərəfindən  ailə  başçısının  itirilməsinə 

görə  təyin  edilmiş  pensiya  isə  vərəsəliklə  bağlı  deyil.  Ona  görə  ki,  ölmüş  ailə 

başçısı  bu  pensiyanı  almaq  hüququna  malik  deyildir.  Digər  tərəfdən  pensiya 

vərəsəyə  təyin  olunsa  da  heç vaxt mirasa  daxil  edilmir8.  Bundan  əlavə,  pensi­

ya  hüququ  mülki  əmlak hüququ  sayılmır9.

Poçt  ilə  göndərilən  şeylərin  mirasa  daxil  olması  mümkündür.  Həmin  şeylə­

rin  bəzi  növləri,  məsələn,  pul  baratları,  banderol  və  bağlamalar vərəsəliyin  ob­

yekti  ola  bilər10.  Belə  ki,  göstərilən  şeylər  onları  göndərən  şəxsə  qaytarılmır. 

Bu  halda  notarius  ölən  şəxsin  yaşayış  yerindəki  rabitə  şöbəsinə  həmin  şəx­

sin  adına  pul  baratı,  banderol  və  s.  olub-olmaması  barədə  sorğu  göndərir.



HuKumıOK 



П.С. 

Наследственное  право и  наследственный  процесс.  К иш инев.  I97 3 , с.25. 

«Vətəndaşların  pensiya  təm inatı  haqqında»  qanunun  110-cu  maddəsi  / /   A R   Q K ,  I I   xüsusi 

buraxılış, s.  134.

Həm in  m ü a vinə tlə rin   dairəsi  g östə rilir:  «Sosial  sığorta  haqqında»  qanunun  6-cı  maddəsi  //  A R  

Q K ,  I I   xüsusi  buraxılış, s. 480.



Черепахин  Б.Б. 

Правопреемство  по  советскому  гражданском у  праву.  / /   В   книге :  Труды  по 

гражданскому праву.  М ., 2001, с. 400.

Полтавская N.. Кузнецов В. 

Нотариат (кур с лекций).  М ., 2002, с.  142.

Н аучно-практический  комментарий  к  Г К   РСФСР /  О тв ред. 

Е.А.Флейщиц. 

М .,  1966, с.  599. 



Пергамент А.И. 

Алиментные обязательства по советскому праву. М.,  1951, с.  12.



Антимонов Б.С.. Граве К.А. 

Советское наследственное право.  М .,  1953, с.  87. 

Н аучно-практический  комментарий  к Г К   РСФСР /  О тв.  ред. 

Е.А.Флейщиц. 

М .,  1966, с.  599. 



Полтавская Н.. Кузнецов В. 

Нотариат (кур с лекций).  М ., 2002, с.  144.

536


Əgər  olarsa,  notarius  vərəsəlik  şəhadətnaməsi  verir.  Bu  şəhadətnamə  əsa­

sında  vərəsələr poçt ilə  göndərilən  şeyləri alırlar.

Tapşırıq  m üqaviləsi  üzrə  (o  cümlədən  komissiya  müqaviləsi  üzrə) tə­

rəflərin  hüquqları  bir  qayda  olaraq,  vərəsəlik  qaydasında  keçmir.  Qanunda 

göstərilir ki,  tərəflər öldükdə tapşırıq  müqaviləsi  (MM-in 786-cı  maddəsinin  2-ci 

bəndi),  komisyonçu  öldüyü halda  komissiya  müqaviləsi ləğv edilir (MM-in 821- 

ci  maddəsi).  Məsələn,  tapşırıq  müqaviləsi  üzrə  tapşıran  nümayəndəyə  (vəka- 

lət  alana)  üçüncü  şəxslə  alqı-satqı  əqdi  bağlamağı və onu  icra  etməyi tapşırır. 

Tapşıranın  bu  müqavilədən  əqdin  bağlanmasını və icra  edilməsini tələb etmək 

hüququ  yaranır.  Bu  hüquq  o,  öldükdə,  vərəsəlik  qaydasında  keçmir,  çünki 

onun ölməsi  ilə tapşırıq  müqaviləsi  ləğv edilir.

Amma  tərəflərin  sağlığında  əmələ  gələn  əmlak  hüquqları  tapşıranın  və nü­

mayəndənin  vərəsələrinə keçə  bilər.  Məsələn,  nümayəndə tapşırıq  müqaviləsi 

üzrə  yaşayış  evini  satır.  Bu  məqamda  tapşıran  ölür.  Onun  satış  pulunun veril­

məsini  nümayəndədən tələb etmək hüququ vərəsəliyin obyekti olur.

Ö m ürlük  renta  m üqaviləsi  üzrə  də  renta  alanın  hüquqları  vərəsəliyin 

obyekti  ola  bilməz.  Renta  alan  ölən  kimi  renta  ödənişi  almaq  hüququ  da  ləğv 

edilir.


Əmlak xarakterli  əqli  m ülkiyyət hüquqları  (müstəsna hüquqlar) vərəsə­

lik  üzrə  keçə  bilər və  buna  görə  də mirasa  daxildir.  Bu  hüquqlar əqli  mülkiyyət 

obyektləri  (yaradıcılıq  fəaliyyətinin  nəticələri  və  məhsulları)  barəsində  yaranır. 

Söhbət,  hər  şeydən  əvvəl,  müəlliflik  hüququnun  obyekti  olan  elm,  ədəbiyyat 

və  incəsənət əsərlərinin  yaradılması və onlardan  istifadə edilməsi ilə bağlı ola­

raq  əmələ  gələn  əmlak  xarakterli  hüquqlardan  gedir.  Müəlliflik qanunvericiliyi­

nə  görə,  m üə lliflik   hüquqları  vərəsəlik  qaydasında  keçir'.  Bu  hüquqlar 

həm  vəsiyyət  üzrə  vərəsəliyin,  həm  də  qanun  üzrə  vərəsəliyin  obyekti  (pred- 

meti)  ola  bilər.  Özü  də dərhal  buradaca  qeyd  etməliyik  ki,  m üəllifin  şəxsi  hü­

quqları  vərəsəlik  üzrə  keçmir1

 2.  Qeyri-əmlak  xarakterli  bu  cür hüquqlara aid­

dir:  əsərin  müəllifi  kimi  tanınmaq  hüququ  (müəlliflik  hüququ);  əsərdən  öz  adı 

ilə,  təxəllüslə,  yaxud  adsız (anonim)  istifadə etmək və ya bu cür istifadəyə ica­

zə vermək hüququ  (ad  hüququ); şöhrətinə hörmət edilməsi  hüququ3.

Müəllifin  şəxsi  qeyri-əmlak  hüquqlarının  vərəsəlik  qaydasında  keçməməsi- 

nə  və  buna  görə  də  mirasa  daxil  edilməməsinə  baxmayaraq,  onlar vərəsələr 

tərəfindən  qorunur.  Həm  vəsiyyət  üzrə,  həm  də  qanun  üzrə  vərəsələr  bu  hü­

quqların  qorunmasını  (müdafiəsini)  həyata  keçirə  bilərlər.  Məsələn,  vərəsələr 

əsərin toxunulmazlığını  müdafiə edə bilərlər4.

M üəllifin  əmlak  (iqtisadi)  hüquqlarına gəldikdə  isə, bu  hüquqlar vərəsəlik 

qaydasında verilir və  mirasa daxil edilir.  Bu  hüquqlara aiddir: əsərin surətini çı­

xarmaq  hüququ;  əsərin  nüsxələrini hər hansı üsulla yaymaq,  satmaq,  kirayəyə 

vermək  hüququ;  müəllif qonorarı  almaq  hüququ və s.  Məsələn,  müəllif öz əsə­

1  « M ü ə lliflik   hüququ və əlaqəli  hüquqlar haqqında» qanunun  28-ci maddəsi //A R  Q K ,  I I I  kitab.



-

 H əm in qanunun 29-cü maddəsi.

5 H əm in qanunun  !4-cü maddəsi.



Гордон  M.В.

  Советское  авторское  право.  М .,  1955,  с.  34; 

Серебровский  В.И.

  Вопросы 

советского авторского  права.  М .,  1956, с.  226-234.

537


rinin  nüsxələrini  kitabxanaya  satır və  onun  pulunu  almamış  ölür.  Həmin  pulun 

verilməsini tələb etmək  hüququ  mirasa  daxil edilir.

Patent  hüququnun  (sənaye  m ülkiyyəti) o b y e ktlərin in   (ixtiraların,  sənaye 

nümunələrinin,  faydalı  modellərin) yaradılması  və  istifadəsi  ilə  bağlı  olaraq  ya­

ranan  hüquqlar  (patent  hüquqları)  əqli  mülkiyyət  hüququnun  bir  növüdür.  Bu 

hüquqlar  vərəsəlik  üzrə  verilir  və  buna  görə  də  mirasa  daxil  edilir.  Patent  qa­

nunvericiliyi  müəyyən  edir  ki,  sənaye  m ülkiyyəti  o b ye ktinə   patent  almaq 

hüququ  vərəsəlik  üzrə  k e ç ir’ .  Məsələn,  mühəndis ixtira  edir (elə  hesab edək 

ki,  yeni  növ  kompüter  ixtira  edir).  O,  həmin  ixtiraya  patent  almamış  ölür.  Mü­

həndisin  vərəsəsi  patent  sahibi  olur.  Bununla  da  patent  hüququ  vərəsəliyin 

obyekti olur,  yəni  vərəsəlik qaydasında  güzəşt edilir,  özgəninkiləşdirilir1

 2.


Amma  sənaye  mülkiyyəti  obyektini  (ixtiranı,  faydalı  modeli  və  sənaye  nü­

munəsini)  yaradıcı  əməyi  ilə  yaradan  şəxsin  -   müəllifin  hüququ  (sənaye  mül­

kiyyəti  obyektinin  müəllifi  kimi  tanınmaq  hüququ)  vərəsəlik  qaydasında  özgə- 

ninkiləşdirilmir3 və buna  görə  də mirasa  daxil  edilmir.  Qeyd  etdiyimiz kimi,  yal­

nız  bu  obyektlərdən  istifadə  hüququ  vərəsəliyin  o b ye kti  ola  bilər.

Əqli  mülkiyyət  obyektlərinin  digər  növlərindən  istifadə  hüququ  da  vərəsəlik 

qaydasında  keçə  bilər.  Onlara  aiddir:  firma  adlarından  istifadə  hüququ;  əmtəə 

nişanlarından  istifadə  hüququ;  kəşflərdən  istifadə  hüququ;  seleksiya  nailiyyət­

lərindən  istifadə  hüququ;  kommersiya  sirrindən  (informasiyadan)  istifadə  hü­

ququ;  «nou-hau»dan  istifadə  hüququ.

Göründüyü  kimi,  vərəsəlik  qaydasında  keçən  əqli  mülkiyyət  obyektlərindən 

istifadə  hüququdur.  Bu  obyektlərin  özlərinə  gəldikdə  isə  qeyd  etmək  lazımdır 

ki,  həmin obyektlər vərəsəlik  üzrə  keçmir və  buna  görə  də mirasa  daxil olmur. 

Ona  görə  ki,  əqli  mülkiyyət obyektləri  qeyri-maddi  (ideal) xarakterə malikdir.

Əmlak  hüquqlarının  ko rp o ra tiv   hüq uq la r  kim i  növü  və rə sə liyin   obyekti 

(predmeti)  ola  bilər.  Bu  hüquqlar  təsərrüfat  cəmiyyətləri  və  ortaqlıqlarında, 

kooperativlərdə  iştirakçılıqla  bağlı  olaraq  yaranan  hüquqlardır.  Tam  ortaqlığın 

iştirakçısı  öldükdə  onun  şərikli  kapitaldakı  payına  uyğun  ortaqlıq  əmlakından 

ona  çatası  hissəsinin  dəyəri  vərəsəlik  qaydasında  keçir  və  mirasa  daxil  edilir. 

Vərəsəyə  ortaqlıq  əmlakından  çatası  hissə  naturada  da  verilə  bilər  (MM-in  78- 

ci  maddəsinin  1-ci  və  2-ci  bəndləri).

Kom m andit  ortaqlığının  iştira kçısı  (tam  ortaq)  öldükdə,  ona  ortaqlıq  əm­

lakından  çatası  hissə  və  ya  onun  dəyəri  vərəsəlik  üzrə  keçir.  Maya  qoyan 

(kommanditçi)  öldükdə  isə,  onun  şərikli  kapitaldakı  payı  və  mənfəətdən  ona 

düşəsi  hissə vərəsəliyin obyekti  olur.

Məhdud  m əsu liyyətli  cəm iyyətin  iştirakçısı  öldükdə  onun  nizamnamə 

kapitalındakı  payı  vərəsəlik  üzrə  keçir  və  mirasa  daxil  edilir.  Cəmiyyətin  ni­

zamnaməsində  nəzərdə  tutularsa,  pay  vərəsəlik  üzrə  yalnız  cəmiyyətin  qalan 

iştirakçılarının  razılığı  ilə  keçir (MM-in  93-cü  maddəsinin  6-cı  bəndi).

Əlavə  m əsu liyyətli  cəm iyyət  iştirakçısı  öldükdə  onun  nizamnamə  kapita-

1  «Patent haqqında» qanunun  I7 -c i  maddəsinin 2-ci  bəndi / / A R  Q K ,  I I I   kitab.

Сергеев А.П.

  Право  интеллектуальной собственности  в  Российской  Федерации.  У чебник.  М .,

1999.

3  «Patent haqqında» qanunun  11-ci  maddəsinin 3-ci bəndi / /  A R  Q K ,  I I I   kitab.



538

Iındakı  payı  vərəsəliyin  obyekti  ola  bilər.  Buna  görə də həmin  pay  mirasın tər­

kibinə daxil  olur.

Səhm dar  cəm iyyətinin  səhmdarı  öldükdə  səhm  vərəsəliyin  obyekti  ola 

bilər.  Əgər  qapalı  səhmdar  cəmiyyətinin  səhmdarı  ölərsə,  onda  səhm  yalnız 

cəmiyyətin  razılığı  ilə  onun  vərəsələrinə  keçə  bilər  (MM-in  101-ci  maddəsinin

3-cü  bəndi).  Açıq  səhmdar  cəmiyyətinin  səhmdarı  öldükdə  isə  səhm  digər 

səhmdarların  razılığı olmadan vərəsəlik  üzrə keçir.  Ona görə ki,  bu  növ səhm­

dar cəmiyyətinin  səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdiri- 

lə bilər (MM-in  99-cu maddəsinin  1-ci  bəndi).

Kooperativ üzvü öldükdə, onun payının dəyəri  mirasa daxil edilə bilər. Vərəsə 

kooperativ  üzvlüyünə  qəbul  ediləndə  məlum  məsələdir ki,  pay vərəsəliyin  obyekti 

ola  bilməz (MM-in  112-ci  maddəsinin 4-cü  bəndi).

Vərəsəlik  üzrə  yalnız əmlak  hüquqları  keçmir.  Bəzi  şəxsi  qeyri-əmlak  hü­

quqlarının  da  vərəsəliyin  obyekti  olması  istisna  edilmir.  Mülki  hüquq  elmində 

bu  növ  hüquqların  mirasa  daxil  edilməsinin  mümkünlüyü  göstərilir.  Müəlliflər­

dən  bəziləri  qəti  olaraq  göstərirlər  ki,  vərəsələrə  yalnız  əmlak  hüquqları  keçir. 

Bununla  onlar  bəzi  şəxsi  qeyri-əmlak  hüquqlarının  vərəsəlik  üzrə  keçməsini 

inkar edirlər1

 2.

Üm um i  qayda  belədir  ki,  şəxsi  qeyri-əmlak  hüquqları  vərəsəlik  üzrə 



keçm ir.  Ona  görə  ki,  həmin  hüquqlar şəxsi  xarakterə  malik olub,  onun daşıyı­

cısı  olan  vətəndaşın  şəxsiyyəti  ilə  qırılmaz və sıx surətdə  bağlıdır.  Bu  hüquqlar 

onların  məxsus  olduğu  vətəndaşın  özündən  (şəxsiyyətindən)  ayrılmazdır  və 

özgəninkiləşdirilmir.  Əgər  həmin  vətəndaş  ölərsə,  onda  vətəndaşla  birlikdə 

onun  özündən  (şəxsiyyətindən)  ayrılmaz  olan  özgəninkiləşdirilməyən  şəxsi 

(qeyri-əmlak)  hüquqlar da «ölür», yəni ləğv edilir.

Amma  bütün şəxsi  (qeyri-əmlak) hüquqların onların daşıyıcısı olan vətənda­

şın  şəxsiyyəti  ilə  bağlılıq  dərəcəsi  eyni  deyildir.  Bəzi  hüquqlar vətəndaşın  şəx­

siyyəti  ilə  o  dərəcədə  bağlıdır  ki,  onlar  doğrudan  da  bir-birindən  ayrılıqda 

mövcud  ola  bilməz.  Bu  hüquqlara  misal  olaraq  şəxsin  əsərin  müəllifi  kimi  ta­

nınmaq  hüququnu  (müəlliflik  hüququnu),  müəllifin  əsərdən  öz  adı  ilə  istifadə 

etmək  hüququnu  (ad  hüququnu),  şərəf  və  ləyaqət  hüququnu,  fiziki  toxunul­

mazlıq  hüququnu,  sənaye  mülkiyyətinin  (ixtiranın,  faydalı  modelin  və  sənaye 

nümunəsinin)  müəllifi  kimi  tanınmaq  hüququnu  (müəlliflik  hüququnu),  azadlıq 

hüququnu  və  s.  göstərmək olar.  Məlum  məsələdir ki,  bu  hüquqlar onların  da­

şıyıcısı  olan  vətəndaşın  özündən  ayrılmaz  olduğuna  görə  özgəninkiləşdirilə, 

başqasına  verilə  və  vərəsəlik  üzrə  keçə  bilməz.  Vətəndaşın  ölümü  ilə  onların 

mövcudluğuna  son qoyulur.



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin