Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs


§ 3. Vəsiyyətnamənin forması və  növləri



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə46/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   54
§ 3. Vəsiyyətnamənin forması və  növləri

VAcivvatnamnnin 

Vəsiyyətnamənin  əsas  xüsusiyyətlərindən  biri  ondan 

forması 


ibarətdir  ki,  o,  vəsiyyət  edənin  iradəsini  bildirir.  Vəsiy­

yətnamənin  tərtib  olunduğu  andan  müəyyən  müddət 

keçdikdən  sonra  onun  məzmunu  maraqlı  şəxslərə  məlum  olur,  həmin  şəxslə­

rin  nəzərinə  çatdırılır.  İllər  ötüb  keçdikcə  vəsiyyət  edənin  öz  əmlakının  hüquqi 

taleyi  barədə  nə  demək  istədiyini  dəqiq  müəyyənləşdirmək  çox  da  asan  ol­

mur.  Ona  görə  də  əvvəlcədən  elə  etmək  lazımdır  ki,  vəsiyyət  edənin  iradəsi 

dəqiq  təsbit  olunsun.  Elə  ifadələrdə  təsbit  edilməlidir  ki,  həmin  ifadələr  hər 

hansı  mübahisəyə  səbəb olmasın.

Qeyd  etmək  lazımdır  ki,  vəsiyyətnamə  ölüm  hadisəsinin  baş  verməsi  halı 

üçün  tərtib  edilir və  miras  açıldığı  andan,  miras  qoyanın  artıq  sağ olmadığı  za­

man  hüquqi  qüvvəyə  malik  olur.  Belə  ki,  vəsiyyətnamənin  tərtib  olunduğu 

vaxtdan  onun  hüquqi  qüvvəyə  minməsi  anına  kimi xeyli  müddət keçir, yəni və­

siyyətnamənin  tərtib  olunduğu  vaxtla  onun  hüquqi  qüvvəyə  minməsi  müddəti 

arasında  müəyyən  vaxt  məsafəsi  vardır.  Vəsiyyət  edən  şəxs  ölən  kimi  tərtib 

olunmuş vəsiyyətnamə  realizə  edilir.  Həmin  şəxsin  əsl  və  həqiqi  iradəsini  tə­

min  etmək  üçün  mülki  qanunvericilik tələb  edir ki,  vəsiyyətnamə  müəyyən for­

mada  tərtib  olunmalıdır.  Buna  görə  də  vəsiyyətnamənin  qanunun  nəzərdə 

tu td u ğ u   fo rm ada  tə rtib   edilm əsi  onun  etibarlı  olm asının  vacib  şərtidir 

Forma  vəsiyyətnamənin  mühüm  elementidir1

 2.  O,  böyük  əhəmiyyətə  malikdir. 

Vəsiyyətnamənin  etibarlı  olması onun formasından asılıdır.  Məhz bu səbəbdən 

Azərbaycan  Respublikasının  vərəsəlik hüququ vəsiyyətnamənin formasına xü­

susi  diqqət yetirir.  MM-in  65-ci  fəslinə  daxil  olan  normalar (1179-1192-ci  mad­

dələr)  bu məsələnin tənzimlənməsinə həsr edilmişdir.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququnun  müəyyənləşdirdiyi  ümu­

mi  qayda  belədir  ki,  və siyyə t  həmişə və  bütün  hallarda  yazılı  formada  tər­

tib   e d ilm ə lid ir  (MM-in  1179-cu  maddəsi).  Yazılı formalı vəsiyyətnamə onu  ifa­

də  edir  ki,  vəsiyyətnaməni  tərtib  edən  şəxsin  -   vəsiyyət  edən  şəxsin  iradəsi 

müəyyən  sənəddə öz əksini tapır (obyektivləşir).

Q eyri-yazılı,  yəni  şifa h i  form alı  vəsiyyətnam ənin  tərtib  edilməsinə

1  Советское  гражданское  право.  Учебник.  Том 2 /  Под ред. 

В.А.Рясенцсва.

  M .,  1976, с.504.

2  Советское  гражданское  право.  У чебник. Том 2 /  Под ред. 

О.А.Красавчикова.

  M .,  I9S5, с.  522; 



Гордон М.В.

  Наследование по закону и  по завещанию,  1967, с. 40.

611


Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  yol  verm ir.  Başqa  sözlə 

desək,  şifahi  formalı  vəsiyyətnamə  Azərbaycan  Respublikasının  vərəsəlik  hü­

ququnda  nəzərdə tutulmur.

Yazılı  formalı  vəsiyyətnamə  müəyyən  bir sənəddə  tərtib  olunur1.  Buna  görə 

də  yazılı  formada  tərtib  edilən  vəsiyyətnamə,  əgər  həmin  sənəddə  m əcburi 

(labüd,  zəruri)  rekvizitlər (latınca -  requisitum  lazım  olan,  zəruri)  olarsa,  lazı­

mi  qaydada  rəsmiləşdirilmiş  sayılır.  Rekvizitlər  vəsiyyəti  rəsmiləşdirən  yazılı 

sənəddə  göstərilən  məlumatlardır.  Vəsiyyət  edən  şəxsin  və  ya  vəsiyyət  olu­

nan  şəxsin,  vərəsəliyin  obyekti  (vəsiyyət  olunan  əmlak),  vəsiyyətnamənin  tər­

tib olunduğu yer və  vaxt,  imza  və digər məsələlər barəsində  məlumatlar vəsiy­

yətnamənin  rekvizitləri  sayılır.

Tarix  vəsiyyətnam ənin  m əcburi  re k v iz itid ir2.  Mülki  qanunvericilik  birba­

şa  göstərir  ki,  vəsiyyətnamədə  onun  tərtib  edildiyi  tarix  göstərilməlidir  (MM-in 

1190-cı  maddəsi).  Vəsiyyətnamənin tərtib edildiyi  tarixin  göstərilməməsi  vəsiy­

yətnamənin  tərtibi,  dəyişdirilməsi  və  ya  ləğvi  zamanı  vəsiyyət  edənin  fəaliyyət 

qabiliyyətli  olmasını,  öz  hərəkətlərinin  mənasını  dərk  etməsini  və  iradəsini  ay­

dın  ifadə  etməsini  müəyyənləşdirməyə  imkan  vermir.  Vəsiyyətnamənin  tərtib 

edildiyi  tarixin  göstərilməməsi  həm  də  iki  və  daha  artıq  vəsiyyətnamə  tərtib 

edildiyi  halda,  hansı  vəsiyyətnamənin  hüquqi  qüvvəyə  malik  olması  məsələsi­

nin  həll  olunmasını  qeyri-mümkün  edir.  Axı,  yeni  vəsiyyətnamə  (sonradan  tər­

tib  olunmuş  vəsiyyətnamə)  əvvəlki  vəsiyyətnamənin  (köhnə  vəsiyyətnamə­

nin)  ləğv edilməsinə  səbəb  olur.  Bu  halda  isə  məlum  məsələdir ki,  vəsiyyətna­

mənin tərtib  edildiyi tarixi  müəyyənləşdirmək mühüm  əhəmiyyət  kəsb edir.  Bu­

nu  nəzərə  alaraq  mülki  qanunvericilik  müəyyən  edir ki,  vəsiyyətnamənin  tərtib 

edildiyi  tarixin  göstərilməməsi  göstərilən  hallarda  onun  etibarsızlığına  səbəb 

olur (MM-in  1190-cu  maddəsi).

Vəsiyyət  edənin  imzası  vəsiyyətnamənin  məcburi  (labüd)  rekvizitlərindən 

biridir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  göstərir  ki,  vəsiyyətna­

məni  vəsiyyət  edən  şəxs  imzalamalıdır  (MM-in  1179-cu  maddəsinin  2-ci  bən­

di,  1180-ci  maddəsinin  2-ci  bəndi,  1180-ci  maddəsi)3.  Bu  qayda  bütün  vəsiy­

yətnamə  formalarına  (notarial  və  qeyri-notarial  vəsiyyətnamə  formalarına)  ey­

nilə şamil  edilir.  Həmin  qayda  ilə  Azərbaycan  Respublikasının  vərəsəlik  hüqu­

qu  xüsusi  olaraq  nəzərə çarpdırır ki,  vəsiyyətnamə  birtərəfli  əqd  kimi  şəxsi  xa­

rakter daşıyır və  onun  nümayəndə  tərəfindən  imzalanması  istisna  edilir.  Əgər 

vəsiyyətnam ədə  və siyyə t  edənin  imzası  yo xd u rsa ,  həm in  vəsiyyətnam ə 

etibarsız  sayılır.  Ona  görə  ki,  imza  yuxarıda  qeyd  etdiyimiz  kimi,  vəsiyyətna­

mənin  məcburi  rekvizitidir.

Bəzən vəsiyyət edən  hər hansı  səbəbdən vəsiyyətnaməni özü  imzalaya  bil­

«Azərbaycan  Respublikasında  notariat  h ərə kə tlə rin   aparılması  qaydaları  haqqında  təlim a t»ın   64- 

cü  bəndində  g ö stə rilir  k i,  vəsiyyətnam ə  yazılı  şə kild ə   tərtib   e d ilm ə lid ir / /   N o tariat  haqqında  (sənədlər 

toplusu).  Bakı.  2002, s.  217.

«Azərbaycan  Respublikasında notariat h ə rə kə tlə rin in  aparılması  qaydaları  haqqında təlim a t» ın  64- 

cü  bəndində  g ö stə rilir  k i,  vəsiyyətnam ənin  tərtib   e d ild iy i  va xt  g ö s tə rilm ə lid ir / /   N o tariat  haqqında  (sə­

nədlər toplusu).  Bakı.  2002, s.  217.

Göstərilən  təlim atın  64-cü  bəndinə  görə,  vəsiyyətnam ə  v ə siyyə t edən  tə rə fin d ə n   şəxsən  im zalan­

malıdır.


612

mir.  Bu  səbəblər müxtəlif ola bilər: vəsiyyət edənin fiziki cəhətdən şikəst olma­

sı  (məsələn,  vəsiyyət edənin əlinin və ya qolunun olmaması; belə halda  aydın 

məsələdir  ki,  protez  vasitəsilə  vəsiyyətnamə  imzalana  bilməz);  vəsiyyət  edə­

nin xəstəliyi; vəsiyyət edənin  savadsızlığı, yəni oxuyub-yaza bilməməsi (MM-in 

331-ci maddəsinin 4-cü bəndi).

Göstərilən  hallardan  biri  olduqda  vəsiyyət  edənin  xahişi  ilə  vəsiyyətnamə 

başqa  fiziki  şəxs tərəfindən  imzalanır.  Bu  zaman  vəsiyyət edənin  vəsiyyətna­

məni  şəxsən  imzalaya  bilməməsinin  səbəbləri,  yəni  vəsiyyət edənin  vəsiyyət­

naməni  məhz hansı səbəbdən  imzalaya bilmədiyi göstərilməlidir.  Praktika belə 

hesab  edir  ki,  vəsiyyətnaməni  imzalayan  başqa  şəxs  vəsiyyət  üzrə  vərəsələr 

sırasından  olmamalıdır'.  Bundan  əlavə,  xeyrinə  hər  hansı  əmlak vəsiyyət olu­

nan şəxs də vəsiyyətnaməni imzalaya  bilməz1

 2.

Vəsiyyətnamə  vəsiyyət  edən  öldükdən  sonra  hüquqi 



Formasına görə 

nəticəyə  səbəb  olur.  Maraqlı  şəxslər  həmin  nəticəyə 

vəsiyyətnam ənin 

etiraz  edə  bilmədikləri  kimi,  həm  də  vəsiyyət  edənin

növləri 

həqiqi  iradəsini yoxlaya bilməzlər.  Buna görə də demək

(vəsiyyətnamənin 

0|ar  ^   bütün  dövlətlərin  vərəsəlik  hüququ  vəsiyyətna- 

formaları) 

mənin  müəyyən  formada  tərtib  olunmasını  tələb  edir3.

Bu  formalar isə  müxtəlif olub,  ayrı-ayrı  növlərə bölünür.  Mülki qanunvericilik və 

sivilistika  elmi  (doktrinası) formasına görə vəsiyyətnamələrin təsnifini verir.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  formasına  görə  vəsiyyətna­

mələri  iki  yerə (qrupa) bölür:

•   adi formalı  vəsiyyətnamələrə;

•  xüsusi formalı  vəsiyyətnamələrə4.

A d i  fo rm a lı  vəsiyyətnam ələr  odur  ki,  həmin  vəsiyyətnamələrin  tərtib  edil­

məsi  hər  hansı  xüsusj,  müstəsna  halla  bağlı  olmur.  Bəzi  xarici  ölkələrin  (mə­

sələn,  İspaniyanın)  vərəsəlik  hüququnda  bu,  ümumi  form alı  vəsiyyətnamə­

lə r adı  altında  nəzərdə tutulur5 6

.

Adi  formalı  vəsiyyətnamələrin  özü  iki  yerə  bölünür (MM-in  1179-cu maddə­



sinin  1-ci  bəndi):

•   notarial  formada  olmayan  vəsiyyətnamələrə  (notarial  formasız  vəsiyyət­

namələrə);

•   notarial  formada  olan  vəsiyyətnamələrə  (notarial  formalı  vəsiyyətnamələ-

Notarial  form ada  olm ayan  vəsiyyətnam ələr  sadə  yazılı  formalı  vəsiyyət­

namələrdir.  Onların  notariat qaydasında  təsdiqlənməsi tələb edilmir.  Bu forma-



Гордой M.B.

  Наследование по з акону и  по завещанию,  1967, с. 52.



Серебровский

  5./7. Очерки  советского  наследственного  права.  М .,  1953,  с.  108;  Иоффе  О.С. 

Указ,  соч., с.  311.

3  Основные институты гражданского права зарубежных стран. M.,  1999, с. 509-531.

4  Bu  bölgü  Y aponiya  M ü lk i  M ə cə llə sinin   nəzərdə  tutduğu  bölgüyə  uyğun g ə lir 

(Сакаэ Вагацума. 

Topv Ариидзу.ми.

  Гражданское  право Японии.  К н и га  2. М .,  1983, с.  302).



ъ

 Основные  и нституты   гражданского  права зарубежных стран.  М .,  1999, с. 515.

6  K on tin en tal  A vropanın  əksəriyyət ö lkə lə rin in   qanunvericiliyi  üçün  üç əsas vəsiyyətnamə  fomıası 

xa rakterikdir:  ə llə   yazılan  vəsiyyətnam ə;  ümumi  akt  formasında  vəsiyyətnamə;  m əxfi  vəsiyyətnamə 



(Грудцына Л .Ю .

  Наследование.  M ., 2002, c.  125).

613


Iı vəsiyyətnamələrin özü  üç yerə  bölünür:

•   əllə yazılan vəsiyyətnamələrə;

•  texniki vasitələrdən  istifadə etməklə tərtib olunan  vəsiyyətnamələrə;

•   məxfi  (üstüörtülü,  qapalı) vəsiyyətnamələrə.

Əllə  yazılan  vəsiyyətnam ələr  odur  ki,  bu  vəsiyyətnamələr  vəsiyyət  edənin 

öz dəst-xətti  ilə  yazılıb  imzalanır.  Bu vəsiyyətnamələrdə  onun tərtib  olunma tari­

xi və yeri göstərilir. Analoji anlayış xarici ölkələrin  qanunvericiliyində də verilir.

Azərbaycan  Respublikasının  vərəsəlik hüququ  «əllə yazılan vəsiyyətnamə» 

anlayışı  işlətmir.  Bunun  əvəzinə  «ev  vəsiyyətnaməsi»  anlayışından  istifadə 

olunur  (MM-in  1186-cı  maddəsi).  Belə  ki,  ev  və siyyə tn am ə si  dedikdə,  vəsiy­

yət edənin  öz əli  ilə yazıb  imzaladığı  vəsiyyətnamə  başa  düşülür.

Vəsiyyət  edən  ev  vəsiyyətnaməsini  saxlamaq  üçün  notariusa  verə  bilər 

(MM-in  1187-ci  maddəsi).  Bunun  üçün o, vəsiyyətnaməni  zərfə  qoyub  bağlayır 

və  üç  şəxsin  yanında  notariusa  təqdim  edir.  Həmin  şəxslər  zərfin  üzərində 

imza  atırlar.  Bu  imzalar  onu  sübut  edir  ki,  ev  vəsiyyətnaməsi  zərfə  qoyularaq 

həmin  şəxslərin  yanında  notariusa  saxlanca  verilmişdir.  Bununla  vəsiyyətna­

mə  notariusda  rəsmən  depozitə  qoyulmuş  hesab edilir.

Ev  vəsiyyətnaməsini  notariusa  saxlanca  vermək  vəsiyyət  edənin  vəzifəsi 

yox,  hüququdur.  MM-in  1187-ci  maddəsini  təhlil  etməklə  bu  cür  nəticə  çıxar­

maq  olar («verə  bilər»  ifadəsi  vəsiyyət edənin  hüquqa  malik olmasını,  «vermə­

lidir»  ifadəsi  isə onun vəzifə  daşımasını  göstərir).  Belə  ki,  vəsiyyət edən  ev və­

siyyətnaməsini  notariusa  saxlanca  verə  də  bilər,  verməyə  də.  Buna  görə  də 

əgər  o,  vəsiyyətnaməni  notariusa  saxlanca  verməzsə,  bu  hal  ev  vəsiyyətna­

məsinin etibarsız sayılmasına  dəlalət etmir.  Amma ev vəsiyyətnaməsinin  nota­

riusa  saxlanca  verilməsinin  öz  üstünlüyü  vardır.  Belə  ki,  bu,  vəsiyyətnamənin 

itmək və ya məhv olmaq ehtimalını  istisna edir.

Ev  vəsiyyətnam əsi  sadə  yazılı  form ada  tə rtib   e d ilir.  Bu  o  deməkdir  ki, 

onun  notariat qaydasında təsdiqlənməsi tələb olunmur.

Ev  vəsiyyətnaməsi  müəyyən  üstünlüklərə  malikdir.  Belə  ki,  ev  vəsiyyətna­

məsinin  vəsiyyət  edənin  öz  əli  ilə  yazılıb  imzalanması  kimi  xüsusiyyəti  saxta­

karlığa  yol  verilməsi  ehtimalını  azaldır.  Digər  tərəfdən  bu  vəsiyyətnamə  sadə 

üsulla  tərtib  edilir.  Fövqəladə  və  şəxsin  həyatı  üçün  açıq-aşkar  təhlükə  yara­

dan  vəziyyətə  görə  notarial  formada  (və  ya  notarial  formalı  vəsiyyətnamələrə 

bərabər  tutulan  vəsiyyətnamə  formasında)  vəsiyyətnamə  tərtib  etmək  qeyri- 

mümkün  olduğu  hallarda  ev  vəsiyyətnaməsi  şəxsə  öz  iradəsini  ifadə  etməyə 

imkan  verən  ən  münasib  və  asan  forma  sayılır.  Məsələn,  ahıl  yaşında  olan 

şəxsin  gecə  öz evində  halı  pisləşir,  xəstəliyi  şiddətlənir və  ölməsini  güman  et­

diyinə  görə  o,  vəsiyyətnamə  tərtib  etmək  qərarına  gəlir.  Məlum  məsələdir  ki, 

belə vəziyyətdə  şəxs  notarial  formada vəsiyyətnamə tərtib  edə  bilməz,  habelə 

tərtib  etdiyi  vəsiyyətnaməni  notariusa  saxlanca  verə  bilməz  (məhz  bu  səbəb­

dən  qanunverici  vəsiyyət  edənin  üzərinə  ev  vəsiyyətnaməsini  notariusa  sax­

lanca  vermək  vəzifəsi  qoymur).  Deməli,  ev  vəsiyyətnaməsi  hər şeydən  əvvəl, 

fövqəladə  vəziyyət  üçün  hesablanmış  və  nəzərdə  tutulmuş  əlverişli  formadır. 

Bundan  əlavə,  həmin  vəsiyyətnamə  növü  vəsiyyət  sirrinin  saxlanılmasını 

mümkün  və  təmin  edir.  Ona  görə  də  xarici  ölkələrdə  vəsiyyətnamənin  bu  for-

614


ması daha geniş yayılmışdır1.

Üstünlükləri  ilə bərabər, ev vəsiyyətnaməsinin söz yox ki,  müəyyən qüsur və 

çatışmamazlıqları  da  vardır.  Belə  ki,  ev  vəsiyyətnamələrinin  itmək və  məhv ol­

maq  ehtimalı  daha  çoxdur.  Onun  mətni korlana və  xarab  ola  bilər.  Bundan əla­

və,  əgər vəsiyyət edən  öz əli  ilə yaza bilmirsə, onda bu formalı vəsiyyətnamələ­

rin tərtibi  istisna  olunur.  Digər tərəfdən,  üçüncü şəxslər ev vəsiyyətnaməsi tərtib 

olunan  zaman  təsir  (məsələn,  hədə,  zorakılıq  təsiri)  göstərə  bilərlər və  bunun 

nəticəsində  məlum  məsələdir ki, vəsiyyət edən şəxsin iradəsi təhrif edilə bilər.

Texniki  vasitələrdən  (yazı  makinasından,  kompüterdən  və  s.)  istifadə  edil­

məklə tərtib  olunan vəsiyyətnamələri  ev vəsiyyətnaməsi  kateqoriyasına aid et­

mək olmaz.  Ona  görə  ki,  ev vəsiyyətnaməsinə  verilən  leqal  anlayışdan vəsiy­

yət edənin  həmin vəsiyyətnaməni yalnız öz əli  ilə yazmağa  borclu olması  mü­

əyyənləşdirilir.  Texniki  vasitələrdən  istifadə edilməklə tərtib olunan vəsiyyətna­

mələr  sadə  yazılı  formalı  vəsiyyətnamələrin  aynca  növünü  təşkil  edir  (MM-in 

1188-ci  maddəsi).  Sadə  yazılı  form alı  vəsiyyətnam ə  notarial  formanı  nə­

zərdə tutmayan  yazılı  vəsiyyətnamədir,  yəni  notariat  qaydasında  təsdiqlənmə­

yən  vəsiyyətnamədir.  Deməli,  texniki  vasitələrdən  istifadə  etməklə  tərtib  olu­

nan  vəsiyyətnamə  növünün  ev  vəsiyyətnaməsi  kimi  notariat  qaydasında  təs­

diqlənməsi  tələb  edilmir1

 2.  Amma  göstərilən  növ  vəsiyyətnamə  ev  vəsiyyətna­

məsindən  fərqli  xüsusiyyətlərə  malikdir.  Bu  xüsusiyyətlərə  aiddir:  vəsiyyətna­

mə  texniki  vasitələrdən  istifadə  olunmaqla  tərtib  edilir;  vəsiyyətnaməyə  vəsiy­

yət edənin özü  imza qoymalıdır (bu xüsusiyyət hər iki növ vəsiyyətnamədə eyni­

dir);  vəsiyyət  edən  vəsiyyətnaməni  iki  şahidin  yanında  tərtib  etməli  və  imzala­

malıdır;  şahidlər  vəsiyyətnamənin  onların  yanında  texniki  vasitələrdən  istifadə 

olunmasını,  tərtib edilməsini  müvafiq qeyd vasitəsi ilə təsdiqləməlidirlər; şahidlər 

vəsiyyətnamədə öz adlannı, soyadlarını və yaşayış yerlərini göstərməlidir.

Adi  (ümumi)  vəsiyyətnamənin  növlərindən  biri  notarial  form alı  vəsiyyət­

namə  hesab  edilir.  Mülki  qanunvericilik  onu  notariat  vəsiyyətnam əsi  adlan­

dırır  (MM-in  1223-cü  maddəsi).  Notariat  vəsiyyətnaməsinin  (notarial  formalı 

vəsiyyətnamənin)  əsas  xüsusiyyəti  ondan  ibarətdir  ki,  vəsiyyət  edən  tərəfin­

dən  tərtib  edilən  və  imzalanan  vəsiyyətnaməni  notarius,  notariusun  olmadığı 

yerlərdə  isə yerli özünüidarə orqanları təsdiqləyir3.

N otariat  vəsiyyətnam əsi  (notarial  form alı  vəsiyyətnamə)  dedikdə,  və­

siy y ə t  edən  tərəfindən  tə rtib   edilən  və  imzalanan,  notarius  tərəfindən, 

n o tariu su n   olm adığı  yerlərdə  isə  yerli  özünüidarə  orqanı  tərəfindən  təs­

d iq  edilən vəsiyyətnam ə  başa  düşülür.

Notariat  vəsiyyətnaməsi  vəsiyyətnamənin  notariat  qaydasında  təsdiqlən-

1  Гражданское  и  торговое  право  капиталистических  государств.  Учебник.  Часть  2 /  Отв.  ред. 

Р.Л.Нарышкина.

  M .,  1984, с.284.

2  Bu  növ  vəsiyyətnam əni  bəzi  xa rici ö lkə lə rin ,  məsələn,  Macarıstanın vərəsəlik  hüququ da nəzərdə 

tutur.  H ə m in   növ  vəsiyyətnam ə  texn iki  vasitələrdən  istifadə  olunmaqla  tərtib  e d ilir  və  ik i  şahidin 

yanında  v ə siyyə t  edən  tərəfindən  im zalanır  (Основные  институты  гражданского  права  зарубежных 

стран.  М .,  1999, с.  5 1 1; 



ГрудцынаЛ.Ю .

  Наследование.  М .,  2002, с.  125).

3  « N otariat  haqqında»  qanun  isə 

başqa  qayda  nəzərdə  tutur.  Belə  k i.  həm in  qanunun  18-ci 

maddəsinə  görə  notariat  kontorları  olmayan  yaşayış  məntəqələrində  vəsiyyətnam ələri  müvafiq  icra 

h a k im iy y ə ti orqanları  təsdiq  edirlər.

615


məsidir.  Belə  ki,  vəsiyyət edən  vəsiyyətnamənin  layihəsini  hazırlayır,  imzalayır 

və  təsdiq  olunmaq  üçün  notariat  kontoruna  təqdim  edir.  Bununla  belə,  vəsiy­

yətnamə notariat kontorunda  notarius tərəfindən  vəsiyyət edənin  şifahi şəkildə 

söylədiyi  sözlərdən  də  tərtib  edilə  bilər.  Bu  halda  əvvəllərdə  qeyd  etdiyimiz  ki­

mi,  vəsiyyət  edən  notariusun  yazdığı  vəsiyyətnaməni  oxuyur.  Sonra  isə  o,  no­

tariusun,  şahidlərin  yanında  vəsiyyətnaməni  imzalayır  (MM-in  1180-ci  maddə­

sinin 2-ci bəndi).

Vəsiyyət edənin  imzaladığı  vəsiyyətnaməni  notarius təsdiqləyir.  Vəsiyyətna­

mənin  təsdiq  edilm əsi  dedikdə,  notarius  tərəfindən  vəsiyyətnamənin  özündə 

təsdiqləyici  qeyd  etməsi  başa  düşülür.  Bundan  sonra  vəsiyyətnamə  hüquqi 

qüvvəyə  malik olur.  Notariusun  təsdiqləyici  qeydin  edilməsi  ilə  əlaqəli  olan  son­

rakı  hərəkətlərinin  (məsələn,  vəsiyyətnamənin  qeydə  alınmasının  və  s.)  vəsiy­

yətnamənin  hüquqi qüvvəyə  malik olması  üçün  həlledici əhəmiyyəti yoxdur'.

Notariat  vəsiyyətnaməsi  ü stü nlüyə   m alik  olan  və siyyə tn am ə d ir.  Onun 

üstünlüyü  dörd  cəhətlə  şərtlənir.  Birincisi,  notarial  forma  və siyyətnam ənin 

həqiqiliyinə  və  d o ğ ruluğuna  təm inat  verir.  Söhbət  notariat  qaydasında  təs- 

diqetmənin  vəsiyyət  edənin  iradə  ifadəsinin  həqiqiliyini  təmin  etməsindən  ge­

dir.  Notarius  vəsiyyət  edənin  iradə  ifadəsinin  həqiqiliyini  şəxsən  yoxlayır.  Baş­

qa  sözlə  desək,  notariat  vəsiyyətnaməsi  vəsiyyətin  məzmununun  vəsiyyət 

edənin  həqiqi  iradəsinə  uyğun  gəlməsini  təmin  edir.  Notariat  qaydasında  təs- 

diqetmənin  sistemi  elə  qurulmuşdur  ki,  bu  sistem  vərəsəlikdə  marağı  olan 

şəxslərin  hər cür sui-istifadə  halına  yol  vermək  təhlükəsini  minimuma  endirir, 

vəsiyyət  edənə  göstərilə  bilən  kənar təsirləri  aradan  qaldırır,  habelə  miras  qo­

yan  tərəfindən  edilmiş sərəncam  barədə dəqiq  məlumatların  bir çox  illər ərzin­

də saxlanmasına  imkan  verir.

İkincisi,  notariat  qaydasında  təsdiqetmə  imkan  verir  ki,  vəsiyyətnamə  nis­

bətən  aydın,  qanunazidd  olmayan  ifadə  və  sözlərdən  tərtib  olunsun,  onun 

məzmunu  qanunvericiliyə  uyğun  gəlsin,  vəsiyyət  edənin  sərəncamına  şübhə 

yaranmasın.  Digər  tərəfdən  notariat  kontorunda  təsdiqetmə  zamanı  vəsiyyət­

namə tərtib  edilərkən  vəsiyyət  edənə  onun  hüquq  və  imkanları,  vəsiyyətin  hü­

quqi  imkanları  izah  edilir.

Üçüncüsü,  notarial  formada  tərtib  edilmiş  vəsiyyətnamənin  bir  nüsxəsi  no­

tariat  kontorunda  saxlanılır.  Bu  isə  vəsiyyə tn am ə n in   itm ə k  və  m əhv  olm aq 

ehtimalını tam am ilə  heçə endirir.

Dördüncüsü,  notariat  qaydasında  təsdiqetmə  vəsiyyətnamənin  üçüncü 

şəxslərin  hədə tə s iri  və ya zorakılığın tə s iri  altında tə rtib   o lu n m a sın ı  p ra k ­

tik i  cəhətdən  qeyri-m üm kün  edir.

Məxfi  (üstüörtülü,  qapalı)  vəsiyyətnamə  vəsiyyətnamənin  növlərindən  biri­

dir.  Bu,  mülki  qanunvericilikdə  yeni  haldır.  Köhnə  qanunvericilik  ayrıca  olaraq 

bu cür vəsiyyətnamə  növü  nəzərdə tutmurdu.

Göstərilən  vəsiyyətnamə  növü xeyli  müddətdir ki,  bir sıra xarici ölkələrin qa­

nunvericiliyinə  məlumdur.  Xarici  ölkə  qanunvericiliyinə  görə,  m əxfi  vəsiyyətna- 1



Антимонов В., Герзон

 С ,  


Шлифер Б.

  Наследование  и  нотариат.  M .,  1946,  с.  38; 



Серебровскии 

В.И

.Очерки  советского наследственного  права.  M .,  I95 3 , с.Ю 9.

616


mə  dedikdə,  vəsiyyət  edən  tərəfindən tərtib  edilən  və  möhürlənmiş şəkildə bir 

qayda  olaraq,  şahidlərin  iştirakı ilə notariusa saxlanca verilən vəsiyyətnamə ba­

şa düşülür.  Bu cür forma vəsiyyətnamə  sirrinin saxlanılmasını təmin edir.

Vəsiyyətnamənin  göstərilən  formasını  Azərbaycan  Respublikasının  mülki 

qanunvericiliyi,  o cümlədən  RF-in  qanunvericiliyi  «qapalı  vəsiyyətnamə»  anla­

yışı  ilə  əhatə  edir.  Zənn  edirik  ki,  bunu  münasib  termin  hesab  etmək  olmaz. 

Sivil  ölkələrin  vərəsəlik  hüququ  «məxfi  (gizli) vəsiyyətnamə termini işlədir. Bu­

na  görə də  biz  həmin termindən  istifadə edəcəyik.  «Məxfi vəsiyyətnamə» termi­

ni  daha  uğurlu  termindir’ .  Məxfi  vəsiyyətnamənin  bir  neçə  xüsusiyyəti  vardır. 

Bu vəsiyyətnamə,  birincisi, vəsiyyət edənin öz əli  ilə (öz dəsti-xətti ilə) yazılmalı­

dır1

 2.  Elə  hesab  edirik ki,  məxfi vəsiyyətnamə  başqa  şəxs tərəfindən tərtib edilə 



bilməz.  Çünki  bu  halda  vəsiyyətnamənin  məxfiliyi  pozula bilər.  RF-nin vərəsəlik 

hüququna görə,  məxfi vəsiyyətnamə vəsiyyət edənin öz əli ilə (dəsti xətti ilə) ya­

zılmalı  və  imzalanmalıdır.  Bu  qaydaya  əməl  olunmaması  həmin  vəsiyyətnamə­

nin  etibarsızlığına  səbəb olur (RF-in MM-in  1126-cı maddəsinin 2-ci bəndi)3.

Texniki  vasitələrdən  istifadə  edilməklə tərtib  edilən  vəsiyyətnamələr məlum 

məsələdir ki,  məxfi vəsiyyətnamə  sayıla  bilməz.

İkincisi,  şahidlər  məxfi  vəsiyyətnaməni  onun  məzmunu  ilə  tanış  olmadan 

təsdiqləyirlər.  Belə  ki,  şahidlərə  vəsiyyətnamənin  məzmunu  ilə  tanış  olmağa 

imkan  verilmir.

Üçüncüsü,  şahidlər  vəsiyyətnamənin  tərtibi  zamanı  vəsiyyət  edənin  yanın­

da  olmalıdırlar.

Dördüncüsü,  qapalı  vəsiyyətnaməni  təsdiqləyərkən  şahidlər vəsiyyətnamə­

nin  vəsiyyət  edən  tərəfindən  onların  yanında  tərtib  edildiyini,  lakin vəsiyyətna­

mənin  məzmununu  bilmədiklərini  göstərirlər (MM-in  1189.2-ci maddəsi).

Məxfi  vəsiyyətnamə  formasının  öz  qüsurları  vardır.  Belə  ki,  bu  formalı  və­

siyyətnamə  səlahiyyətli,  vəzifəli  şəxsin  köməyi  və  iştirakı  olmadan,  vəsiyyət 

edənin  özü  tərəfindən  tərtib edilir.  Belə vəsiyyətnamədə  isə  məlum məsələdir 

ki,  hüquqazidd  sərəncam  ifadə  oluna  bilər.  Burada  iki  məna  ifadə  edən  for­

muldan  da  istifadə oluna  bilər4.  Bundan  əlavə,  vəsiyyət edənin  məxfi vəsiyyət­

namədə  öz  iradəsini  dəqiq,  aydın və düzgün  ifadə etməməsi istisna olunmur.

Vəsiyyətnamələr adi  formadan  savayı, xüsusi forma­

da  da tərtib edilə bilər.  Ümumiyyətlə,  qanuna əsasən 

vəsiyyətnam ə təsdiq  etmək  səlahiyyəti  olan  vəzi­

fə li  şəxslər kimi  meyara  (əlamətə) görə,  vəsiyyətna­

mələr iki yerə  bölünür:

notarial formalı vəsiyyətnamələr (notariat vəsiyyətnamələri); 

notariat vəsiyyətnamələrinə  bərabər tutulan vəsiyyətnamələr.

Xüsusi formalı 

vəsiyyətnamələr 

(xüsusi


vəsiyyətnamələr)

1  Rus d ilin d ə   «тайное завещание»  (« m ə xfi  vəsiyyətnam ə»),  «секретное завещание» («gizli vəsiy­

yətnam ə»)  və  «закрытое  завещание»  («qapalı  vəsiyyətnam ə»)  k im i  anlayışlar  b ir-b irinin   analoqudur 

(Грудцына Л.Ю.

  Насследованис.  M ., 2002, с.  126).

2  Yaponiya  və rə sə lik  hüququna  görə,  vəsiyyətnamənin  m ətninin  ə llə   yazılması  tələb  edilmir 

(Сакаэ Вага чума,  Тору Ариидзуми.

  Гражданское  право Японии.  К ни га  2.  М .,  1983, с. 303).

3 S Z   R F , '2 00 1 ,  № 4 9 ,  s.  4 55 2.



ГрудцынаЛ.Ю.

  Наследование.  М ., 2002,  с.  126.

617


Notariat  vəsiyyətnam ələrinə  bərabər  tu tu lan   vəsiyyə tn am ə lə r  odur  ki, 

bu  vəsiyyətnamələr notariuslar tərəfindən  yox,  digər vəzifəli  şəxslər tərəfindən 

təsdiq  edilsələr də,  notariat vəsiyyətnamələri  ilə eyni  hüquqi  qüvvəyə  malikdir. 

Bu  formalı  vəsiyyətnamələri  təsdiq  edən  şəxslər  isə  no tariu sa   bərabər tu tu ­

lurlar.  Hüquq  ədəbiyyatı  səhifələrində  həmin  vəsiyyətnamələr  xüsusi  formalı 

vəsiyyətnamələr  də  adlanır1.  Xarici  ölkələrin  vərəsəlik  hüququnda  da  «xüsusi 

formalı vəsiyyətnamə»  anlayışından  istifadə edilir.

Xüsusi  vəsiyyətnam ələr  (xüsusi  form alı  vəsiyyə tn am ə lə r)  o d u r  ki,  bu 

vəsiyyətnam ələr  yaranm ış  m üstəsna,  xü su si  və  fö vq alad ə   vəziyyətə  g ö ­

rə,  adi  vəsiyyətnam ə  form asından  istifadə  etm ək  m üm kün  olm adığı  və 

ya  son  dərəcə  çətin  olduğu  hallarda,  xü su si  qaydada tə rtib  ed ilir.

Xüsusi vəsiyyətnamələrin tərtib edilməsini şərtləndirən  hallar iki cür olur:  bi­

rincisi,  xüsusi  xarakterli,  fövqaladə  elə  bir  vəziyyət  yaranır  ki,  bu  vəziyyətdə 

şəxsin  adi  formada  vəsiyyət  etməsi  mümkün  olmur  (məsələn,  xəstəxanada 

yatan  ağır xəstənin  gecə  bərk  ürək  ağrıları  tutur  və  o,  vəsiyyətnamə  qoymaq 

qərarına  gəlir;  başqa  bir  misalda  gəmi  ilə  xarici  ölkəyə  üzən  şəxs  öləcəyini 

zənn  edir və  vəsiyyətnamə  tərtib etmək  məcburiyyətində  qalır);  ikincisi,  elə  bir 

fövqaladə  hal  yaranır ki,  bu  hal  şəxsin  adi formada  vəsiyyətnamə tərtib  etmə­

sini  çətinləşdirir  (məsələn,  ekspedisiyada  olan  vətəndaş  vəsiyyət  etmək  istə­

yir.  Lakin  notariat  kontorunun  yerləşdiyi  rayon  mərkəzinin  uzaqda  olması  bu 

məsələnin  həllini  çətinləşdirir.  Belə  halda  vətəndaş  xüsusi  vəsiyyətnamə tərtib 

edir və onu ekspedisiya  rəisi təsdiq edir).

Xüsusi vəsiyyətnamələrin  özü  bir neçə  növə  bölünür:

•  xəstəxana  vəsiyyətnamələrinə;

•  ekspedisiya vəsiyyətnamələrinə;

•  gəmi  vəsiyyətnamələrinə;

•  hərbi  vəsiyyətnamələrə;

•   həbsxana  vəsiyyətnamələrinə;

•   konsul vəsiyyətnamələrinə.

Xüsusi  vəsiyyətnamələrin  tərtib  olunma  qaydaları  Mülki  Məcəllə  ilə,  habelə 

Nazirlər Kabinetinin  təsdiq  etdiyi  müvafiq  normativ aktla tənzimlənir1

 2.


Xəstəxana  vəsiyyətnam ələri  dedikdə,  xəstəxanada,  hospitalda,  sanatori­

ya  və  ya  digər stasionar müalicə  müəssisəsində  müalicə  edilən,  habelə  əlillər 

və  qocalar  evində  yaşayan  şəxsin  tərtib  etdiyi,  müvafiq  vəzifəli  şəxslərin  təs­

diqlədiyi  vəsiyyətnamələr başa  düşülür.  Bu vəzifəli  şəxslərə aiddir:  xəstəxana­

nın,  hospitalın,  sanatoriyanın  və  digər  müalicə  müəssisəsinin  baş  həkimi;  bu 

müəssisələrin  rəisi;  bu  müəssisələrin  baş  həkimi  və  rəislərinin  tibbi  hissə  üzrə 

müavinləri;  bu  müəssisələrin  növbətçi  həkimi;  əlillər və  qocalar  evinin  baş  hə­

kimi.  Yalnız  bu  şəxslər  xəstəxana  vəsiyyətnamələrini  təsdiq  etmək  hüququna 

malikdirlər.  Həmin  müəssisələrin  digər  işçilərinin,  məsələn,  növbətçi  olmayan



Гордон  МП.

  Особые  формы  завещания  по  новым  граж данским   кодексам  / /   Правоведение. 

1965, № 3, с.  53; 



Никитюк П.С.

  Наследственное право  и  наследственный  процесс, с.  127.

2  Azərbaycan  Respublikası  N a zirlə r  K ab in etin in   2000-ci  il  10  iy u l  ta rix li,  116  № -lm   qərarı  ilə   təs­

diq  edilm iş  «Notariat  qaydasında  təsdiq  e dilm iş  sənədlərə  bərabər  tutulan  sənədlərin  m ü va fiq   v ə z ifə li 

şəxslər tərəfindən  təsdiq edilm əsi  qaydası»

618


müalicə  həkimlərinin,  tibb  bacılarının  və  s.  bu  növ vəsiyyətnamələri  təsdiq et­

məyə ixtiyarı çatmır.

Xəstəxana  vəsiyyətnamələrinin  təsdiqi  qaydası  əvvəllər  müvafiq  aktla tən­

zimlənirdi'.  İndi  isə həmin vəsiyyətnamələrin təsdiqi qaydası Nazirlər Kabineti­

nin  yuxarıda  göstərilən  aktı ilə  nizama  salınır.  Bu  qayda vəsiyyətnamələrin  no­

tariat  qaydasında  təsdiqetmə  prosedurasından  fərqlənmir.  Vəsiyyətnamənin 

bir nüsxəsi vəsiyyət edənin xahişi  ilə ona verilir və  ya vərəsənin vəsiyyətnamə­

də  göstərilən  ünvanına  göndərilir.  Vəsiyyətnamənin  ikinci nüsxəsi  isə saxlan­

maq  üçün vəsiyyət edənin daimi yaşadığı yerin notariat kontoruna göndərilir.

E kspedisiya vəsiyyətnam ələri odur ki,  bu  növ vəsiyyətnamələr ekspedisi­

yada  olan  şəxs  tərəfindən  tərtib  edilir,  ekspedisiya  rəisi  tərəfindən  təsdiq  olu­

nur.  Söhbət  axtarış  -   kəşfiyyat,  coğrafi  və  digər  ekspedisiyalarda  olan  şəxsin 

tərtib etdiyi vəsiyyətnamədən  gedir.

Ekspedisiya  vəsiyyətnamələrinin  təsdiqi  qaydasını  müəyyənləşdirən  konk­

ret  müvafiq  normativ akt yoxdur.

Hal-hazırda  ekspedisiya  vəsiyyətnamələri  ilə  bağlı  olan  məsələlər  Nazirlər 

Kabinetinin yuxarıda göstərilən  aktı ilə qaydaya  salınır.

Ekspedisiya  rəisi  ekspedisiyada  olan  şəxsin  vəsiyyətnaməsini  o  halda  təs­

diqləyir  ki,  vəsiyyət  edən  şəxs  adi  qaydada  vəsiyyətnamə  təsdiqləmək  hüqu­

quna  malik  olan  orqanlardan  uzaqda  olsun.  Ekspedisiya  üzvləri  sağ-salamat 

notariat  kontoru  olan  yerə  qayıtdıqda  isə  onların  vəsiyyətnamələrini  notarius 

təsdiqləməlidir1

 2.  Bu  onu  göstərir  ki,  ekspedisiya  vəsiyyətnamələri  müvəqqəti 

xarakter daşıyır.

Gəmi  və siyyətnam ələri  dedikdə,  dəniz  və  ya  hava  gəmisi  ilə  hərəkət 

edən  şəxsin  tərtib  etdiyi,  gəmi  kapitanının  təsdiqlədiyi  vəsiyyətnamə  başa  dü­

şülür.  Bu  növ vəsiyyətnamələrin  özü  iki  növə ayrılır:  dəniz vəsiyyətnamələrinə; 

hava  vəsiyyətnamələrinə.

Dəniz  və siyyətnam ələri  odur  ki,  bu  növ  vəsiyyətnamələr  dəniz  gəmisi  ilə 

səfərdə  olan  şəxs  tərəfindən  tərtib  edilir,  dəniz  gəmisi  kapitanı  tərəfindən  təs­

diqlənir.  Vəsiyyət edən  şəxs rolunda  həm sərnişinlər,  həm də ekipaj üzvləri çı­

xış  edə  bilər.  Onlar  Azərbaycan  Respublikasının  bayrağı  altında  üzən  deniz 

gəmilərində və ya  daxili səfər gəmilərində  səfərdə olan şəxslərdir.

Dəniz  vəsiyyətnamələri  ilə  bağlı  olan  münasibətlər  Nazirlər  Kabinetinin  yu­

xarıda  göstərilən  aktı  ilə tənzimlənir.

Gəmi  vəsiyyətnaməsini  Azərbaycan  Respublikasının  Ticarət  Gəmiçiliyi  Mə­

cəlləsi  də  nəzərdə  tutur.  Həmin  məcəllədə  göstərilir ki,  gəmi  kapitanının  səfər

1  «Ин струкция  о  порядке  удостоверения  завещаний  главными  врачами,  их  заместителями  по

медицинской  части  или  д еж урны ми  врачами  больниц,  др угих  стационарных  лечебно-профилак­

тических  учреждений  санаториев,  а  также  директорами  и  главными  врачами  домов  для 

престарелых  и  инвалидов»,  утв.  М иню стиции  СССР  20  нюня  I974  г. 

И

  В  книге: 



Лятунов С.Г. 

Наследование.  М ., 2003, с.  108. 

%



Гордон М.В.



  Наследование  по закону  и  по завещанию,  1967,  с. 44;  P .S.Nikityuk  isə bunun əksi 

olan  mövqedə  duraraq  g östə rir  k i,  ekspedisiya  rəisi  həm in  yaşayış  məntəqəsində  notariat  kontoru  o l­

masından  asılı  olm ayaraq  vəsiyyətnam əni  təsdiq  edə  b ilə r 

(Никитюк П.С.

  Наследственное  право  и 

наследственный процесс.  Киш инев.  1973,  с. 130).

619


zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq  etmək  hüququ vardır’ .

Hava  vəsiyyətnam ələri  odur  ki,  bu  növ  vəsiyyətnamələri  hava  gəmisində 

-olan  şəxs tərtib  edir,  hava  gəmisinin  kapitanı  isə  onları  təsdiq  edir.  Xüsusi  və­

siyyətnamələrin  bu  növü mülki  qanunvericilikdə  yeni  haldır.  Köhnə  1964-cü  il 

Mülki  Məcəlləsinə  hava vəsiyyətnaməsi anlayışı  məlum  deyildi.

’  Hava  vəsiyyətnaməsini  həm  sərnişinlər,  həm  də  hava  gəmisinin  heyət 

üzvləri  qoya  bilərlər.  Hava  gəmisinin  heyət  üzvləri  uçuşu  və  xidməti  təmin 

edən  işçilərdən  ibarətdir.

Hava  vəsiyyətnamələrinin  tərtibi  qaydası  Nazirlər Kabinetinin  yuxarıdakı  ak­

tı  ilə  müəyyənləşdirilir.

Hərbi  vəsiyyətnam ələr dedikdə,  hərbi  hissədə xidmət  göstərən  hərbi  qul­

luqçunun  tərtib  etdiyi,  hərbi  hissə  (birləşmə)  komandirinin  təsdiqlədiyi  vəsiy­

yətnamələr  başa  düşülür.  Hərbi  qulluqçudan  savayı,  hərbi  hissədə  qulluq 

edən  mülki  şəxslər (hərbi  hissənin  yeməkxanasında  işləyən  şəxslər,  qazanxa­

nada  çalışanlar,  elektrik  mantyorları,  çilingərlər və  s.)  və  onların  ailə  üzvləri  də 

hərbi  vəsiyyətnamə  qoymaq  hüququna  malikdirlər.  Hərbi  vəsiyyətnamələri 

hərbi  hissə  (birləşmə)  komandirlərindən  savayı,  hərbi  müəssisənin  və  məktə­

bin rəisləri  də  təsdiq  edə  bilərlər.  Buna  mülki  qanunvericilik yol  verir.

Həbsxana  vəsiyyətnam ələri  odur  ki,  həmin  vəsiyyətnamələr  azadlıqdan 

məhrumetmə  yerində  olan  şəxs  tərəfindən  tərtib  edilir,  azadlıqdan  məhrumet­

mə  yerinin  rəisi  tərəfindən  təsdiqlənir.  Söhbət  törətdiyi  cinayət  əməlinə  görə 

azadlıqdan  məhrumetmə  yerlərində  cəza  çəkən  şəxslərin  tərtib  etdikləri  və­

siyyətnamələrdən  gedir.  Hüquq  ədəbiyyatı  səhifələrində  bu  növ xüsusi  vəsiy­

yətnamələrin  pe n iten sia r və siyətnam ələr adlandırılması təklif olunur.

Konsul  və siyyətnam ələri  odur  ki,  bu  vəsiyyətnamələri  Azərbaycan  Res­

publikasının  xarici  ölkədə  olan  vətəndaşları  tərtib  edirlər və  onlar  konsul  tərə­

findən təsdiqlənir.  Mülki  Məcəllə xüsusi vəsiyyətnamələrin  bu  növünü  nəzərdə 

tutmur.  Buna  baxmayaraq  «Azərbaycan  Respublikasının  konsul  nizamnamə­

si»  qanunu  konsulun  bir  sıra  notariat  əməliyyatlar  aparmaq  hüququna  malik 

olmasını  müəyyənləşdirir.  Vəsiyyətnamələri  təsdiq  etmək  bu  əməliyyatlardan 

biridir1

 2.  Analoji  göstəriş  «Notariat haqqında»  qanunda  da  ifadə  edilmişdir.  Belə 

ki,  bu  qanun  Azərbaycan  Respublikası  konsulluqlarının  səlahiyyətli  vəzifəli 

şəxslərinə  əqdləri,  o  cümlədən  vəsiyyətnamələri  təsdiq  etmək  ixtiyarı  verir3. 

Mülki  Məcəllədə  nəzərdə  tutulmasa  da,  hüquq  ədəbiyyatı  səhifələrində  kon­

sulların  təsdiq  etdikləri  vəsiyyətnamələr xüsusi  formalı  vəsiyyətnamə  -   notari­

at  qaydasında  təsdiqlənən  vəsiyyətnaməyə  bərabər tutulan  vəsiyyətnamə  ka­

teqoriyasına  aid  edilir4.

1 Azərbaycan  Respublikasının T ica rə t G ə m iç iliy i M ə cə llə sin in   57-ci maddəsi.

«Azərbaycan  Respublikasının  konsul  nizam naməsi»nin 44-cü maddəsi //A R  Q K ,  I I  c ild ,  s.  144.

3  «Notariat  haqqında»  qanunun  19-cu  maddəsi / /  A R  Q K ,  I I I   xüsusi  b uraxılış, s.  306.

Серебровский  В.И

.О черки  советского  наследственного  права.  М .,  1953,  с. 110; 



Антимонов 

Б.С.. Граве К.А.

  Советское наследственное право.  М .,  1955, с. 179.

620


Bank  vəsiyyətnamələri  xüsusi  formalı  vəsiyyətnamələrdən  biridir1.  Bu  növ 

vəsiyyətnaməni  də  Mülki  Məcəllə  nəzərdə  tutmur.  Lakin  bank  fəaliyyəti  haq­

qında  qanunda  göstərilir  ki,  əmanətçi  kredit  təşkilatına  verdiyi  sərəncamda 

əmanətini  hər hansı  bir şəxsə və ya dövlətə vəsiyyət edə bilər.

Bank  vəsiyyətnam ələri  odur ki,  bu  vəsiyyətnamələr  əmanətçinin  öz əma­

nəti  barəsində etdiyi vəsiyyət sərəncamını ifadə edir.  Bu növ vəsiyyətnamə  ilə 

yalnız  bank  əmanətinə  sərəncam  vermək  olar.  Belə  növ  vəsiyyətnamələr  no­

tariat  qaydasında  təsdiqlənən  vəsiyyətnamələrə  bərabər tutulur1

 2.  Onlar notari­

at vəsiyyətnamələri kimi eyni hüquqi əhəmiyyətə malikdir.

Qeyd  etmək  lazımdır  ki,  xüsusi  vəsiyyətnamələrdən  yalnız  adi  vəsiyyətna­

mələr  (notariat  vəsiyyətnamələri)  tərtib  etmək  qeyri-mümkün  olduğu  hallarda 

istifadə  olunur.  Başqa  sözlə  desək,  xüsusi  və  fövqəladə  xarakterli  elə  bir və­

ziyyət yaranır ki,  şəxs bu vəziyyətdə öz əmlakının hüquqi taleyi barədə adi for­

mada  vəsiyyətnamə  tərtib  edə  bilmir  və  buna  görə  də  xüsusi  vəsiyyətnamə 

formasına  əl  atır.  Əgər  həmin  vəziyyət  yaranmasaydı,  məlum  məsələdir  ki, 

şəxs  xüsusi  vəsiyyətnamə  formasından  yox,  adi  vəsiyyətnamə  formasından 

(notariat  vəsiyyətnaməsindən)  istifadə  edəcəkdi.  Deməli,  şəxsə  ya  adi  vəsiy­

yətnamə formasını,  ya  da xüsusi vəsiyyətnamə  formasını  seçmək hüququ ve­

rilmir.  Bu  isə  o  deməkdir ki,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ 

adi  və xü s u s i  vəsiyyətnam ə form alarının  rəqabətinə yol verm ir3.

Qanunvericilik  xü s u s i  vəsiyyətnam ələrin  qanuniliyi  üzərində  dövlət  nə­

zarətinin  həyata  keçirilm əsi  barədə  qayda  nəzərdə  tutur,  yəni  dövlət  nəza­

rəti  forması  müəyyənləşdirir.  Bu  forma  əsasında  xüsusi  vəsiyyətnamələrin  öz 

məzmununa  görə  qanuni  olması  təmin  edilir.  Belə  ki,  notariusa  bərabər tutu­

lan  vəzifəli  şəxslər  təsdiq  etdikləri  vəsiyyətnamələrin  bir  nüsxəsini  saxlan­

m aq  üçün  dərhal  d ö vlə t  notariat arxivinə verməyə  borcludurlar.  Vəsiyyət­

namənin  nüsxəsi  vəsiyyət edənin  daimi  yaşayış yerindəki  notariusa  da  göndə­

rilə  bilər.  Əgər  vəsiyyət  edənin  Azərbaycan  Respublikasında  daimi  yaşayış 

yeri  olmayıbsa  və  ya  onun  yaşayış  yeri  məlum  deyilsə,  onda  vəsiyyətnamə 

Azərbaycan  Respublikasının dövlət notariat arxivinə  göndərilir.  Gəmi vəsiyyət­

namələrinin  nüsxəsi  isə  dövlət  notariat  arxivinə  və  ya  notariusa  Azərbaycan 

Respublikası  liman  rəisi  və  ya  xarici  limanda  Azərbaycan  Respublikasının 

konsulluğu  vasitəsilə çatdırılır.

Dövlət  notariat  arxivinin  müdirinin  və  ya  notariusun  vəzifəsidir  ki,  vəsiyyət­

namələrin  qanuni  olub-olmamasını  yoxlasın.  Əgər  onlar  vəsiyyətnamənin  qa­

nunazidd  olmasını  müəyyənləşdirərlərsə,  onda  bu  barədə  vəsiyyət  edənə  və

1  Гражданское  право.  У чеб ник.  Часть.  M .,  1938,  с. 463;  Советское  государство  и  право.  I957. 

№  12,  с.  I38  

(Райхер В.И.)',  Никитюк П.С.

  Наследственное  право  и  наследственный  процесс.  К и ­

шинев.  1973, с. 139.

2  Qordon  M .V .  bu  barədə  başqa  f ik ir  söyləyir.  O,  göstərir  ki,  bank  vəsiyyətnam ələri  xüsusi  növ- 

vəsiyyətnam ə  hesab edilsə  də,  onları  notariat vəsiyyətnam ələrinə  bərabər tutmaq  olmaz ( Г

ордой M  B 

Наследование по зако ну и  по завещанию.  М .,  1967, с. 44).

3  P .S .N ikityu k  başqa  mövqedə  durur.  O,  göstərir  k i,  şəxs  öz  istəyinə  uyğun  olaraq  istənilən  vəsiy­

yətnam ə  formasını  seçə  b ilə r 



(Никитюк  П.С.

  Наследственное  право  и  наследственный  процесс. 

Киш инев.  1973).

621


vəsiyyətnaməni təsdiq etmiş vəzifəli  şəxsə  məlumat verilir'.

Vəsiyyətnamədə  adətən,  yalnız  bir  tərəfin  iradəsi  ifadə 

,Birgə 

olunur.  Bununla  belə,  eyni  bir vəsiyyətnamədə  iki  və  da-



vəsıyyətnamə 

hg  ar(|q  şəxsjn  jratj əsj  jfadə  oluna  bilər.  Buna  birgə  və­

siyyətnamə deyilir.

Birgə vəsiyyətnam ə  o d u r ki,  burada  iki  və  ya  daha  artıq  şəxsin  iradəsi 

ifadə  o lunur1

 2.


Ümumi  qayda  belədir  ki,  eyni  bir  vəsiyyətnamədə  yalnız  müəyyən  bir  şəx­

sin  (vəsiyyət  edənin)  sərəncamı  olur.  Azərbaycan  Respublikasının  vərəsəlik 

hüququ  iki  və  ya  daha  çox  şəxs tərəfindən  vəsiyyətnamənin  birgə tərtibinə yol 

vermir  (MM-in  1169-cu  maddəsi).  Başqa  sözlə  desək,  Azərbaycan  Respubli­

kasının  vərəsəlik  hüququnun  müəyyənləşdirdiyi  ümumi  qaydaya  görə,  vəsiy­

yətnamə  müəyyən  şəxs  tərəfindən  eyni  b ir  (vahid)  sənəd  şə klin d ə   tə rtib  

ed ilm əlidir və  o,  b ir  neçə  şəxs  tərəfindən  vahid,  eyni  b ir  sənəd  şəklində 

tərtib  edilərsə,  etibarsız  sayılır.  Deməli,  Azərbaycan  Respublikasının  vərə­

səlik  hüququ  birgə vəsiyyətnamənin tərtib  edilməsini yasaqlayır.

Bununla  belə,  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  xarici  ölkələ­

rin  qanunvericilik  təcrübəsinə  və ənənəsinə  uyğun  olaraq  birgə vəsiyyətnamə­

nin  tərtib  edilməsinə  yol  verir.  Özü  də  dərhal  qeyd  etməliyik  ki,  bütün  şəxslər 

yox,  yalnız ər-arvad  b irgə vəsiyyətnam ə tə rtib   edə  b ilə rlə r.  Məsələn,  ər-ar- 

vad  onların  birgə  mülkiyyətində  olan  ümumi  əmlakı  öz  qonşularına  (qonşunun 

xeyrinə)  vəsiyyət  edirlər və  bu  məqsədlə  vahid  (eyni  bir)  sənəd  -   vəsiyyətna­

mə  tərtib  edirlər.  Birgə  vəsiyyətnamə  ər-arvaddan  hər  birinin  tələbi  ilə  (ya  ar­

vadın  tələbi  ilə,  ya  ərin tələbi  ilə),  lakin  onların  hər ikisinin  sağlığında  ləğv edilə 

bilər.  Ər-arvaddan  biri  öldükdən  sonra,  birgə vəsiyyətnamə  ləğv oluna  bilməz.

Birgə  vəsiyyətnam ə  dedikdə  iki  və  daha  artıq  ş ə x s in   ira d ə sin i  ifadə 

edən  elə  b ir əqd  başa  d ü ş ü lü r ki,  bu  əqd  o nların  e yni va xtd a  va h id   sənəd 

tə rtib   etm ələri  yolu  ilə  m üəyyən  şəxsin  xe yrinə  bağlanır.

Birgə  vəsiyyətnaməni  qarşılıqlı  vəsiyyətnamədən  fərqləndirmək  lazımdır. 

Qarşılıqlı  vəsiyyətnamə  birgə  vəsiyyətnamənin  xüsusi  halı,  onun  yarımnövü- 

dür.  Bütün  hallarda  qarşılıqlı  vəsiyyətnamələr  birgə  vəsiyyətnamə  kateqoriya­

sına şamil  edilir.  Amma  elə  birgə  vəsiyyətnamələr var ki,  onları  qarşılıqlı  vəsiy­

yətnamə  hesab  etmək  olmaz.  Qarşılıqlı  vəsiyyətnamə  müəyyən  şəxslərin  bir- 

birinə  münasibətdə  qarşılıqlı  öhdəliyini  nəzərdə tutur.  Söhbət eyni  bir vəsiyyət­

namə  ilə vərəsələrin  qarşılıqlı  surətdə  bir-birini  özünün vərəsəsi  təyin etməsin­

dən  gedir3.

Qarşılıqlı  vəsiyyətnam ə  o d u r  ki,  bu  vəsiyyətnam ə  ilə  hər  b ir  və siyyə t 

edən  digər və siyyə t  edəni  qarşılıqlı  surətdə  özünün  və rə sə si  tə yin   edir.

Qarşılıqlı  vəsiyyətnamə  eyni  vaxtda  iki  və  daha  artıq  şəxsin  vahid  sənəd

1  «Notariat  haqqında»  qanunun  39-cu maddəsi  (A R  Q K ,  I I I   xüsusi  b uraxılış, s.  311).

2

  Гражданское  и  торговое  право  капиталистических  государств.  У ч е б н и к.  Часть  2  /П о д   ред. 



Р.Л.Нарышкина.

  М .,  1984, с.283.

3  V .İ.S crcbrovski  b irg ə   vəsiyyətnam əyə  bu  cür  anlayış  ve rir.  G örün ü r  k i,  a lim   «birgə 

vəsiyyətnam ə»  anlayışını  «qarşılıqlı  vəsiyyətnam ə»  anlayışı  ilə   q arışd ırır 



(Серебровский В.И.

  Очерки 

советского наследственного  права.  М .,  1953, с.  100).

622


tərtib  etmək  yolu  ilə  bir-birinin  xeyrinə  etdiyi  sərəncamdır.  Bu  cür vəsiyyətna­

mə  ingilis-amerikan  hüququna  məlumdur1.  Fransa  mülki  hüququna  görə, qar­

şılıqlı  vəsiyyətnamənin tərtibinə yol verilmir (Fransa MM-in 968-ci maddəsi).

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququna  gəldikdə  isə  qeyd  etmək 

lazımdır ki,  bizim  ölkə  qanunvericiliyi  yalnız ər-arvadın  qarşılıqlı  vəsiyyətna­

mə  tə rtib   etm ələrinə  icazə  verir:  ərlə  arvad  qarşılıqlı  vərəsəlik  haqqında  bir­

gə vəsiyyətnamə tərtib edə bilərlər (MM-in  1169-cu maddəsi).

Korrespektiv  vəsiyyətnamə  qarşılıqlı vəsiyyətnamənin  bir  növüdür.  Korres- 

p e ktiv  vəsiyyətnam əyə  görə,  eyni  bir  vəsiyyətnamə  ilə  qarşılıqlı  surətdə 

bir-birinin  vərəsəsi  təyin  edilən  şəxslərdən  biri vərəsə  təyin  etməni  ləğv  edər­

sə,  onda  bu,  digər vərəsənin vərəsə təyin etməsinin etibarsızlığını şərtləndirir1

 2.



Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin