Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə49/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54

6 4 5

m üddəti  deyilir.  Xüsusi  müddət barədə  qaydanın  mahiyyəti  ondan  ibarətdir ki, 

yuxarıda  göstərilən  əsaslarla  mirası  almaq  hüququ  əldə  edən  vərəsələr  (son­

rakı  növbə  üzrə  vərəsələr,  ehtiyat  vərəsələri  və  s.)  mirası  onun  qəbulu  üçün 

müəyyənləşdirilmiş  müddətin,  yəni  üç  aylıq  m üddətin  qalan  hissə si  ərzində 

qəbul  edə bilərlər.

Bəzən  üç  aylıq  m üddətin  qalan  hissə si  altı  həftədən  az  olur.  Bu  halda 

həmin  m üddət  hissəsi  altı  həftəyədək  uzadılır.

Mirasın  qəbul edilmə  müddəti  iki yolla  uzadıla  bilər:

•  birincisi,  məhkəmə yolu  ilə;

•  ikincisi,  məhkəmədənkənar yolla.

Məhkəmə  yo lu n u n   m ahiyyəti  onda  ibarətdir  ki,  bu  yola  görə  mirasın  qə­

bul  edilməsinin  müddətinin  uzadılması  məsələsi  məhkəmə  tərəfindən  iddia  ic­

raatı  qaydasında  həll  olunur.  Bu  yolla  həmin  müddəti  uzatmaq  üçün  ik i  şərtin 

olması  vacibdir  birincisi,  vərəsə  mirasın  qəbul  edilməsi  müddətini  (üç  aylıq 

müddəti)  üzrlü  səbəblərə  görə  ö tü rm ə lid ir (buraxmalıdır);  ikincisi,  bu  səbəb­

lərin  üzrlü  və  ya  üzrsüz  olm ası  m əsələsini  yalnız  m əhkəm ə  m üə yyə n lə ş­

dirm əlidir.  Əgər  məhkəmə  belə  bir  qənaətə  gəlsə  ki,  üç  aylıq  müddət  üzrlü 

səbəb  olmadan  buraxılmışdır,  onda  həmin  müddətin  uzadılmasından  söhbət 

gedə  bilməz.

Mülki  qanunvericilik  üç  aylıq  müddətin  uzadılmasına  əsas  olan  üzrlü  səbəb­

lərin  dairəsini  müəyyənləşdirmir.  Amma  mülki  hüquq  elmində  (doktrinasında) 

hansı  halların  üzrlü  səbəb  sayılmasına  xüsusi  diqqət  yetirilir.  Ayrı-ayn  müəlliflər 

həmin  hallara  aid  edirlər:  vərəsənin  xəstələnm əsini;  vərəsənin  uzaq  yerə 

ekspedisiyaya  getm əsini;  vərəsənin  ordu  sıralarında  m üd d ə tli  hərbi  x id ­

mətdə  olm asını;  vərəsənin  xaricdə  olm asını;  vərəsənin  azadlıqdan  m əhru­

metmə  yerində  olm asını;  başqa  vərəsələr tərəfindən  m irasın  açılm a  fa ktı­

nın  gizlədilm əsini, vərəsənin  uzun  m üddətli  ezam iyyətdə olm asını və s.

Vərəsənin  miras  qoyanın  əmlakının  (vərəsəliyin  predmetinin)  mövcudluğu 

barədə  məlumata  malik  olmaması  halını  da  üzrlü  səbəb  hesab  etmək  lazımdır. 

Məsşlən,  vərəsə vərəsəliyə çağırıldığını  bildiyi  gündən  üç ay sonra  məlum  olur 

ki,  miras  qoyanın  əmanət  kitabçası  var  imiş.  Bu  cür  hallarda  mirasın  qəbul 

edilmə  müddəti  uzadılmalıdır.  Ozrlü  səbəb  məsələsi  hər bir konkret  halda  bü­

tün  konkret məqamlar nəzərə alınmaqla fərdi  qaydada  həll  edilməlidir.

Yetkinlik yaşına  çatmayanlar, fəaliyyət qabiliyyəti  olmayanlar və ya  məhdud 

fəaliyyət  qabiliyyətli  şəxslər,  əgər  mirası  qəbul  etmək  müddətini  ötürərlərsə 

(buraxarlarsa),  həmin  müddət  hər  hansı  mübahisəyə  yol  verilmədən  bərpa 

edilməlidir  (baxmayaraq  ki,  onlann  müstəqil  surətdə  notariusa  ərizə  vermək 

hüququ  yoxdur).  Ona  görə  ki,  bu  kateqoriya  şəxslər  qanunun  müddət  barədə 

qaydalarını tamamilə  başa  düşmək və dərk etmək  iqtidarında  deyillər.

Mirasın  qəbul  edilmə  müddətinin  məhkəmə  qaydasında  uzadılması  barədə 

məsələ  o  halda  qalxır ki,  mirası  vaxtında  qəbul  etməyən  vərəsələrlə  onu  qəbul 

edən  vərəsələr arasında  mübahisə yaransın.  Həmin  məsələ  notariat kontoru tə­

rəfindən  həll  edilə  bilməz.  Bu  cür  hallarda  məhkəməyə  müraciət  edilir.  Məhkə­

mə isə iddia icraatı qaydasında  müddətin  uzadılması barədə məsələni həll edir.

Vərəsələrin  arasında  mirasın  qəbul  edilməsi  müddəti  barədə  mübahisə  ya- 

646


ranmadığı  halda  müddətin  uzadılması  barədə  məsələ  məhkəmədənkənar yol­

la  həll  edilir.  Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  buna  yol  verir 

(MM-in  1248-ci  maddəsinin  1-ci  bəndi).

M əhkəm ədənkənar  yolun  m ahiyyəti  ondan  ibarətdir ki,  bu  yola  görə  mi­

rasın  qəbul  edilməsi  müddətinin  uzadılması  barədə  məsələ  mirası  qəbul  edən 

bütün  digər vərəsələrin  könüllü  qarşılıqlı  razılığı əsasında  məhkəməyə  müraci­

ət  edilmədən  həll  olunur.  Belə  ki,  mirasın  qəbul  olunması  müddətini  ötürmüş 

vərəsə  ilə  mirası  qəbul  edən vərəsələr arasında  mübahisə yaranmır.  O, həmin 

vərəsələrin  icazəsi  ilə  mirası  qəbul  edən  vərəsələrin  sırasına  daxil  edilir.  Mə­

sələn,  bütün  vərəsələr  altı  aylıq  müddət ərzində  notariat  kontoruna  mirası  qə­

bul  etmək  barədə  ərizə verirlər.  Amma vərəsələrdən  biri həmin  müddəti ötürür 

(buraxır),  daha  doğrusu,  mirası  vaxtında  qəbul  etməyə  gecikir.  Qalan vərəsə­

lər  gecikmiş  vərəsənin  mirası  qəbul  etmiş  vərəsələrin  sırasına  daxil  olunması­

na  və  ona  mirasdan  pay  ayrılmasına  etiraz  etmirlər.  Bununla  verəsə  məhkə­

mədənkənar yolla  mirası  qəbul etmiş sayılır.

Göstərilən  halda  söhbət  yalnız  vərəsələr  arasında  paylann  bölüşdürülmə­

sindən  gedir.  Belə  ki,  miras  əmlak  vərəsələrin  könüllü  razılığı  əsasında  yeni­

dən  bölüşdürülür.

Vərəsələr  öz  razılığını  vərəsəlik  şəhadətnaməsi  verilənə  kimi  ifadə  etməli­

dirlər.  Mülki  qanunvericilik bu  barədə  birbaşa  müvafiq  göstəriş ifadə edir (MM- 

in  1323-cü  maddəsi).  Vərəsəlik şəhadətnaməsi  verildikdən  sonra  razılıq  bildi­

rilməsinə  gəldikdə  isə  qeyd  etmək  lazımdır  ki,  belə  hal  şəhadətnamənin  ləğv 

edilməsinə  səbəb  olardı.  Şəhadətnamə  isə  notarius  tərəfindən  yox,  yalnız 

məhkəmə  tərəfindən  ləğv  edilə  bilər'.  Buna  görə  də  vərəsəlik  şəhadətnamə­

sindən  sonra  verilən  razılıq  istər-istəməz məhkəmə yoluna gətirib çıxarır.

Vərəsələr öz razılıqlannı  yazılı formada ifadə etməlidirlər.  Əgər razılıq nota­

riusun  iştirakı  olmadan  verilərsə,  onda  vərəsələrin  ərizədəki  imzaları  başqa 

notarius tərəfindən təsdiqlənməlidir.

Mirasın  qəbul  edilməsi  müddəti  barədə  qayda  eyni  dərəcədə  məcburi  pay 

hüququna  da  aiddir.  Belə  ki,  məcburi  vərəsə  üç aylıq  müddət  ərzində  pay ba­

rədə öz tələbini  bildirməlidir.

V  əs  |iK 

Bəzən  qanun  üzrə  və ya vəsiyyət üzrə vərəsəliyə çağınl- 

tr a n ^ is s iv a s ı 

mlş  vərəsə  miras  açıldıqdan  (yəni  miras  qoyan  şəxs  öl- 

rans  ı 


у 

dükdən) sonra,  lakin  mirası  qəbul edənə  kimi ölür.  Başqa 

sözlə  desək,  vərəsəliyə  çağınlmış  vərəsənin  mirası  qəbul  etməmiş  özü  ölür. 

Məsələn,  elə  hesab  edək  ki,  yanvar  ayının  1-də  vətəndaş  ölür.  Vətəndaşın 

oğlu  vərəsəliyə çağınlır.  O,  mirasın  qəbul olunması üçün  müəyyənləşdirilən  üç 

aylıq  müddət  ərzində  (yanvann  1-dən  aprelin  2-dək)  mirası  qəbul  etməyə  ma­

cal  tapmır.  Belə  ki,  vətəndaşın  oğlu  mart ayının  1-də qəflətən  ölür.  Aydın  mə- 1

 2

1  A z ə rb a y c a n   R esp u b lik ası  A li  M ə h k ə m ə s i  P lenum unun  « M ə h k ə m ə lə r təro fin d ən   v ərəsəlik   qan u ­



n u n u n   tə tb iq   ed ilm ə s in in   b ə z i  m ə s ə lə lə ri  h aq qtn da»  28  sen ty ab r  1979-cu  il  tarixli  5  saylı  qərarının 

8-ci 


b ə n d i.



Власов Ю.Н., Калинин В.В.

 Наследственное право Российской Федерации. М., 2002, с. 33;  «Azərbay­

can  Respublikasında  notariat  h ərakətlərinin  apanlması  qaydaları  haqqında tə iim a t» m   9 6-cı  bəndi  //  Notariat 

h aq q ın d a   ( s ə n ə d lə r  to p lu su ).  B akı.  2 0 0 2 , s.  228.

647


sələdir  ki,  o,  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirə  bilmir.  Bu  hüququn 

taleyi  necə  olur?  Həmin  hüquq  (yəni  mirası  qəbul  etmək  hüququ)  ləğv  edilmir, 

əksinə,  vətəndaşın  ölmüş  oğlunun  vərəsələrinə  keçir.  Mirası  qəbul  etmək  hü­

ququnun  bu  qaydada  keçməsi  mülki  qanunvericilikdə  və  sivilistika  elmində 

(doktrinasında) vərəsəlik transmissiyası  adlanır.

Vərəsəlik  tran sm issiya sı  dedikdə,  m iras  açıldıqdan  sonra  ö ldüyünə 

görə  mirası  qəbul  etməyə  macal  tapm ayan  vərəsənin  m irası  qəbul  etmək 

hüququnun  onun  öz vərəsələrinə  keçm əsi  başa  dü şü lü r.

Vərəsəlik  transmissiyası  zamanı  söhbət  vərəsəliyə  çağırılmış  şəxsin  (vərə­

sənin)  vərəsəlik  hüququnun  vərəsəlik  qaydasında  keçm əsindən  gedir. 

Başqa  sözlə  desək,  vərəsəlik  hüququnun  özü  vərəsəlik  üzrə  başqa  şəxslərə 

verilir.  Buna  görə  də  hüquq  ədəbiyyatı  səhifələrində  vərəsəlik  transmissiyası 

«vərəsəlik  hüququnun  vərəsəliyi»  də  adlanır1.  Vərəsəlik  transmissiyası  və­

rəsəlik hüququnun vərəsəlik qaydasında  keçməsi  deməkdir.  Onun  p redm etini 

(obyektini) vərəsəlik  hüququnun özü təşkil  edir.

Yalnız  üç  şərt  m övcud  olduqda  vərəsəlik  transmissiyası  mümkün  ola,  yə­

ni transmissiya  qaydasında vərəsəlik yarana  bilər.  B irin c i  ş ə rt mirasın  açılma­

sından  -   miras  qoyanın  ölməsindən  ibarətdir.  İkin ci  ş ə rt  isə  müəyyən  şəxsin 

vərəsəliyə  çağırılmasından  ibarətdir.  Əgər  şəxs  müəyyən  hallara  görə  vərəsə­

liyə  çağırılmazsa,  onda  transmissiya  qaydasında  vərəsəlik  yaranmır.  Belə  ki, 

həmin  hallara  görə  şəxs  vərəsəlikdən  kənarlaşdırılır,  vərəsəlik  hüququndan 

məhrum  olur.  Bu  hallara  aiddir:  şəxsin  ləyaqətsiz  vərəsə  hesab  edilməsi;  şəx­

sin  vəsiyyətnamə  ilə  vərəsəlik  hüququndan  məhrum  olunması.  Göstərilən  hal­

lardan  biri  olduqda  şəxs  vərəsəlik  hüququ  əldə  etmir  və  təbii  ki,  o,  əldə  olun­

mayan  hüququ  başqalarına  verə  bilməz.

Üçüncü  şə rt  isə  vərəsəliyə  çağırılmış  şəxsin  mirası  qəbul  etməyə  macal 

tapmamış ölməsindən  ibarətdir.  Başqa  sözlə  desək,  vərəsəliyə  çağırılmış  şəxs 

özünün  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirməmiş,  ölür.  Əgər  miras 

qoyan  və  vərəsə  eyni  vaxtda  (eyni  bir gündə)  ölərlərsə,  onda  onlar  kommori- 

entlər  sayılırlar.  Kommorientlər  isə  bir-birinin  vərəsəsi  ola  bilmirlər.  Onlardan 

hər birinin  ölümündən  sonra  müstəqil  surətdə  miras  açılır.  Buna  görə  də  kom- 

morientlərdən  sonra  vərəsəlik transmissiyası  yaranm ır.  Məsələn,  aviasiya  qə­

zasında  ata  və  oğul  eyni  vaxtda  ölürlər.  Onlar  kommorientlərdir və  buna  görə 

də  bir-birinin  vərəsəsi  ola  bilmirlər.  Məhz bu  səbəbdən transmissiya  qaydasın­

da vərəsəlik yaranmır.

Vərəsəlik  transmissiyası  üzrə  münasibətlərdə  iki  əsas  fiqur  çıxış  edir:  və­

rəsə;  vərəsənin  özünün  vərəsələri.  Vərəsə  miras  qoyanın  ölümündən  sonra 

malik  olduğu  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirməyə  macal  tapma­

mış ölür.  Başqa  sözlə  desək,  o,  altı  aylıq  müddət ərzində  mirası  qəbul  etməyə 

öz  razılığını  (iradəsini)  ifadə  etməmiş  ölür.  Miras  açıldıqdan  sonra  vərəsəliyə 

çağırılan,  lakin  özünün  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirməsinə  qə- 1

 2

1  M ə s ə lə n ,  bax: 



Серебровский В.И.

  О ч е р к и   со в е т с к о г о   н а с л е д с т в е н н о г о   п р ава .  М .,  1953,  с. 193; 

С о ветск о е  гр а ж д а н с к о е   п раво .  У ч еб н и к .  Т о м   2 /  П о д  ред. 

В.Л.Рясенцева.

  М .,  197 6, с. 4 9 3 .



Никитюк  П.С.

  Н а с л е д с т в е н н о е   п р аво   и  н а с л е д с т в е н н ы й   п р о ц е с с .  К и ш и н е в .  1973 ,  с.  194; 

Г

ущин В.В.

  Н а с л е д с тв е н н о е   п раво .  У ч еб н о е п о со б и е .  М .,  2 0 0 3 , с.  65.

648


dər  ölən  həmin  şəxsə  tra n s m itte d   deyilir.  Transmitted rolunda  həm qanun 

üzrə vərəsələr,  həm  də vəsiyyət üzrə vərəsələr çıxış edə bilərlər.  Məsələn, hər 

hansı  şəxs  vəsiyyətnamə  ilə  öz  qonşusunu  vərəsə  təyin  edir.  Şəxs  öldükdən 

və  bununla  miras açıldıqdan iki  ay sonra  mirası qəbul etməyə macal tapmamış 

qonşunun  özü  ölür.  Mirası  qəbul  etmək  hüququ  (mirasdan  pay almaq  hüququ) 

vərəsəlik  transmissiyası  qaydasında  ölmüş  qonşunun  (transmittentin)  öz  vərə­

sələrinə  keçir.  Bu  halda  transmitted  rolunda  vəsiyyət  üzrə  vərəsə  çıxış  edir və 

sübut  olunur  ki,  vəsiyyət  üzrə  vərəsəlik  zamanı  da  transmissiya  yarana  bilər. 

Qanunda  (MM-in  1252-ci  maddəsində) işlədilən  «vərəsə» anlayışını həm qanun 

üzrə vərəsə,  həm  də vəsiyyət üzrə vərəsə mənasında başa düşmək lazımdır.

Vərəsəlik transmissiyası  üzrə  münasibətlərdə  iştirak edən  ikinci fiqur vərə­

sənin  özünün,  yəni  transmittentin  vərəsəsi  adlanır.  Transmittentin  vərəsəsinə 

tra n s m is s a r  deyilir.  Transmissar  mirası  qəbul  etmək  hüququnu  əldə  edən 

şəxsdir.  Məsələn,  kənd  sakini  aprel  ayının  1-də  ölür.  İki  aydan  sonra  onun və­

rəsəsi  (oğlu)  mirası  qəbul  etməyə  macal  tapmamış ölür.  Bu  halda  məlum  mə­

sələdir  ki,  o,  özünün  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirə  bilmir.  Bu 

hüquq  onun  oğluna  (yəni  kənd  sakininin  nəvəsinə)  keçir.  Kənd  sakininin  oğlu 

transm itted,  kənd  sakininin  oğlunun  oğlu  (kənd  sakininin  nəvəsi)  isə  trans­

missar adlanır.

Transmissar  mirası  qəbul  etmək  hüququnu  ümumi  əsaslara  uyğun  olaraq 

qəbul  etməlidir.  Belə  ki,  o,  mirası  onun  qəbulu  müddətinin  (yəni  3  aylıq  müd­

dətin)  sonunadək,  başqa  sözlə  desək,  3  aylıq  m üddətin  qalan  hissəsi  ərzin­

də  qəbul  e tm əlidir.  Məsələn,  vətəndaş yanvarın  1-də vərəsəliyə çağırılmasını 

bilir.  Vətəndaşın  oğlu  (vərəsəsi)  mart  ayının  1-də  ölür və  mirası  qəbul  etməyə 

macal  tapmır,  yəni  mirası  qəbul  etmək  hüququnu  həyata  keçirə  bilmir.  Vətən­

daşın  oğlunun  oğlu  (vətəndaşın  nəvəsi)  üç  aylıq  müddətin  sonunadək,  yəni 

aprelin  2-dək  mirası  qəbul  etməlidir.  Başqa  sözlə  desək,  o,  mirası  üç  aylıq 

müddətin  qalan  hissəsi  ərzində  (martın  1-dən -  aprelin  2-dək) qəbul etməlidir.

Mirası  qəbul  etmək  hüququ  qeyd etdik  ki,  subyektiv mülki

Mirasdan 

h ü quqdur.  Bu  hüququn  məzmunu  mümkün  olan  iki  alter- 

imtına 


na tiv  im kandan  birini  seçməkdən  ibarətdir:  mirası  qəbul 

etm ək  im kanını;  m irasdan  im tina  etmək  imkanını.

Mirasdan  imtina  xüsusi  olaraq  vərəsəlik  hüququnun  xitam  olunması  məq­

sədilə  həyata  keçirilən  aktdır.  Buna  görə  də  həmin  akt  m ülki-hüquqi  əqddir. 

Özü  də  bu  əqd  yalnız  bir  tərəfin  -   mirasdan  imtina  edən  vərəsənin  iradəsini 

ifadə  edir.  Hüquqi  nəticənin  yaranması  -   vərəsəlik  hüququna  xitam  verilməsi 

üçün  təkcə,  ancaq  həmin  vərəsənin öz iradəsini  bildirməsi  kifayət edir.  Hüquqi 

nəticənin  əmələ  gəlməsi  üçün  hər  hansı  şəxsin  cavab,  qarşılıqlı  iradə  ifadəsi 

tələb  olunmur.  Buna  görə  də  mirasdan  im tina  birtərəfli  əqddir.

Mirasdan  imtina  eyni  miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin  razılı­

ğını  da  tələb  etmir.  O,  həmin  vərəsələrin  iradə  ifadəsindən  asılı  deyildir.  Məhz 

bu  baxımdan  da  mirasdan  imtina  birtərəfli aktdır.  Bunun  nəticəsində vərəsənin 

həmişəlik  olaraq  vərəsəliyinə  (vərəsəlik  hüququna) xitam  verilir.  Mirasdan  im­

tina  aktı vərəsənin  miras əmlakı qəbul etməmək niyyətini ifadə edir.

M irasdan  im tina  dedikdə,  birtərəfli elə  m ülki-hüquqi  əqd  başa  düşülür

649


ki,  bunun  nəticəsində  müəyyən  m irası  qəbul  etm əyə  ça ğ ırılm ış  vərəsə­

nin  həmin  m iras  üzrə  vərəsəlik  hüququ  (vərəsəlik  v a ris liy i)  həm işəlik 

olaraq  xitam   edilir.

Mirasdan  imtina  aktı  üç  əsas  əlamətlə  xarakterizə  olunur.  Bu  əlamətlər 

həm də mirası qəbul etmək aktı  üçün xarakterikdir.

B irincisi,  m irasdan  im tina  dönm əz  xarakterə  m a lik d ir1.  Bu  o  deməkdir 

ki,  vərəsə  mirasdan  qəti  və  həmişəlik  olaraq  imtina  edir.  M irasdan  im tinanın 

dönm əzliyi  (q ə tiliyi)  onu  ifadə  edir  ki,  əgər  vərəsə  artıq  mirasdan  imtina  et­

mişsə,  onu  qəbul  etmək  olmaz2.  Mirasdan  imtinanın  bu  əlaməti  mülki  qanun­

vericilikdə  «mirasdan  imtinanın  geri  götürülməzliyi»  adı  altında  nəzərdə  tutu­

lur.  Geri  g ö türü lm ə zlik onu  ifadə  edir ki,  əgər vərəsə  mirası  qəbul  etməkdən 

imtina etmək  barədə  ərizə  vermişsə,  o,  həmin  ərizəni  geri  götürə  bilməz (MM- 

in  1268-ci  maddəsinin  1-ci  bəndi).

İkincisi,  m irasdan  im tina  aktı  bölünm əz  xarakterə  m a likd ir. 

Bölünməz- 

lik onu ifadə edirkT, vərəsə mirasdan tam imtina etməlidir.

Azərbaycan  Respublikasının  vərəsəlik  hüququ  göstərir  ki,  m irasdan  q is ­

mən  im tina  etməyə yol  v e rilm ir (MM-in  1257-ci  maddəsinin  2-ci  bəndi)3.  Bu, 

onu  sübut edir və təsdiqləyir ki,  mirasdan  imtina  bölünməz xarakterə  malikdir.

B ölünm əzlik  p rin s ip i  həm  də onu  ifadə edir ki,  vəsiyyət  üzrə vərəsəlik za­

manı  mirasdan  imtina  qanun  üzrə  vərəsəlik  qaydasında  keçən  həmin  mirasın 

qəbul  olunması  imkanını  qeyri-mümkün  edir4.  Belə  ki,  əgər  vəsiyyət  üzrə  və­

rəsə  mirası  qəbul  etməkdən  imtina  edərsə,  o,  həmin  mirası  qanun  üzrə  vərə­

səlik qaydasında  qəbul  edə  bilməz.  Ümumi  qayda  belədir:  mirası  qəbul etmək­

dən  imtina  edən  vərəsə  həmin  mirası,  ümumiyyətlə,  qəbul  etməkdən  imtina 

etmiş sayılır5.

Bölünməzlik  prinsipinə  görə,  əgər vərəsə  m irasın  b ir  h is s ə s in d ə n   im tina 

edərsə,  hesab  e d ilir  ki,  o,  m irasdan  tam   im tina  e tm iş d ir  (MM-in1257-ci 

maddəsinin  2-ci  bəndi).  Dövlətin  vərəsəliyi  istisna  təşkil  edir:  dövlət  vəsiyyət 

üzrə  mirasdan  imtina  edə  bilər.  Lakin  o,  qanun  üzrə  (vərəsəsiz  əmlak  üzrə) 

mirasdan  imtina edə  bilməz.

Üçüncüsü,  m irasdan  im tina  şərtsiz  xarakterə  m a lik d ir.  Bu  o,  deməkdir 

ki,  mirasdan  imtina  hər hansı  qeydlə,  təshihlə  müşayiət edilə  bilməz.  Məsələn, 

vərəsə  mirasdan  belə  bir  şərtlə  imtina  edir  ki,  qalan  digər vərəsələr  ona  mü­

əyyən  məbləğdə  pul versinlər.  Bu,  o deməkdir ki,  miras şərtlə qəbul  edilmişdir.

Hüquq  ədəbiyyatında  haqlı  olaraq  göstərilir  ki,  m irasdan  qism ən  im tina 

mirasdan  şərtlə  im tina  etm əyi  ifadə  edir6.  M.V.Qordonun  fikrincə,  qismən

1  M ə h k ə m ə   p ra k tik a sı  d a   b u   m ö v q e d ə  d u ru r:  m irasd a n   im tin a   e d ə n   v ə r ə s ə   b ir d a h a   m irası  ə l d ə   ed ə  

b ilm ə z  (rı.  8  п о ст ан о в л ен и я   П л е н у м а   В ер х о в н о г о   С у д а  С С С Р  о т   1  и ю л я   1966  г.  « О  с у д е б н о й   п р а к ­

т и к е  по д ел а м   о  н асл е д о в ан и и »  // Б ю л л ет ен ь  В ер х о в н о г о   С у д а  С С С Р .  1966.  №  4).



Иоффе 

ОС.

  С о в е т с к о е   г р аж д а н с к о е п р аво .  К урс л ек ц и й .  Ч а с ть  3. Л .,  1965, с.3 3 2 .

Mirasdan qism ən imtinaya yol verilm əm əsi əsaslandınlm ışdır. 

Н И.Бондарев, Т.И.Илыш. С.Я. Шимелевич. 

Удостоверения  и исполнение завещаний.  1965, с. 70.



Hof/x/je О С.

 Советское гражданское право. Курс лекций. Часть 3. Л .,  1965, с.332.



Антимонов 

Б.С., 

Граве К.А.

 Советское наследственное право. M.,  1955, с  193; 



Антимонов Б, Ггрзон С. 

Ulvultep Б.

  Наследование и нотариат. М.,  1946, с.  11.



Чепига 

Т.

 Способы принятия наследства // С оветская ю стиция.  1968.  №   16, с.  14.

650


istisnanın  arxasında  hər şeydən  əwəl,  mirasdan  şərtlə  imtina  gizlənir’ .  Miras­

dan  qismən  imtinaya  yol  verilmir.  Deməli,  mirasdan  şərtlə  imtinaya  yol  verilə 

bilməz.  Məsələn,  vərəsə  mirasa daxil olan  bəzi  əmlak növlərini  qəbul edir,  di­

gərlərini  isə  qəbul  etməkdən  imtina edir.  Bu,  mirasdan  qismən  imtina,  bununla 

həm də şərtlə  imtina  sayılır.

Mirasdan  imtina  əqddir.  Əqdi  isə yalnız tam  mülki fəaliyyət qabiliyyətli şəxs­

lər  bağlaya  bilərlər.  Buna  görə  də  ancaq  tam   fəaliyyət  qabiliyyətli  şəxslə­

rin  m irasdan  im tina  etm ək  hüququ vardır.

Fəaliyyət  qabiliyyəti  olmayan  şəxslər  (ruhi  xəstələr,  kemağıllılar,  7  yaşına- 

dək  azyaşlılar),  habelə  14  yaşınadək  olan  yetkinlik yaşına  çatmayanlar öz qa­

nuni  nümayəndələrinin  -   qəyyumların,  valideynlərin  və  ya  övladlığa  götürən­

lərin  vasitəsilə  mirasdan  imtina  edə  bilərlər.  Onların  adından  və  əvəzinə  mi­

rasdan  qanuni  nümayəndələr  imtina  edirlər.  Lakin  mirasdan  imtinanın  etibarlı 

olması  üçün  imtinaya  m əhkəm ənin  razılıq  verm əsi  tələb  edilir  (MM-in  1268- 

ci  maddəsinin  2-ci  bəndi).

14  yaşdan  18  yaşadək  olan  yetkinlik  yaşına  çatmayanlar,  spirtli  içkilərdən 

sui-istifadə  etməyə  və  s.  görə  fəaliyyət  qabiliyyəti  məhdudlaşdırılan  şəxslər 

mirasdan  valideynlərinin  (övladlığa  götürənlərin) və ya  himayəçilərin  razılığı  ilə 

imtina  edirlər.  Mirasdan  imtinanın  etibarlı  sayılması  üçün  lazımdır  ki,  məhkə­

mə  icazə versin  (MM-in  1268-ci  maddəsinin  2-ci bəndi).

Bir  qayda  olaraq,  vərəsənin  şəxsən  özü  m irasdan  im tina  edir.  Bununla 

belə,  vərəsə  nüm ayəndənin  vasitəsilə  də  mirasdan  imtina  edə  bilər.  Mülki 

qanunvericilik  buna  yol  verir  (MM-in  1271-ci  maddəsi).  Bu  məqsədlə  nüma­

yəndə  ilə  vərəsə  arasında  tapşırıq  müqaviləsi  bağlanılır.  Nümayəndəyə  eti­

barnamə  də  verilə  bilər.  Etibarnamədə  xüsusi  olaraq  göstərilir ki,  o,  nümayən­

dəyə  mirasdan  imtina  etmək üçün  səlahiyyət verir.

Mirasdan  müxtəlif  üsullarla  imtina  olunur.  Əsas  üsul  mirasdan  im tina  et­

m ək  barədə  n o ta ria t  kontoruna  ərizə verməkdən  ibarətdir.  Ərizə  miras açıl­

dığı  yerin  notariat  kontoruna  verilir1

 2.  Azərbaycan  Respublikasının vərəsəlik hü­

ququ  müəyyən  edir  ki,  mirasın  qəbulundan  imtina  notariat  orqanında  rəsmi­

ləşdirilməlidir (MM-in  1256-cı  maddəsi).  Ərizədə göstərilir ki,  vərəsə mirası  qə­

bul  etməkdən  imtina  edir.  O,  həmin ərizəni  geri götürə  bilməz.  Bununla vərəsə 

mirasdan  imtina  edir və tamamilə vərəsəlik  hüququnu  itirir.

Notariat  kontoruna  mirası  qəbul  etməkdən  imtina  etmək  barədə  ərizə ve­

rilməsi  hüquqi cəhətdən  mirasdan  imtinanı  ifadə edir.  Mirasdan faktiki  (qeyri- 

h ü q uq i)  cəhətdən  də  im tina  oluna  bilər.  Əgər vərəsəliyə  çağırılan  şəxs  mi­

rasın  qəbul  olunması  üçün  müəyyənləşdirilən  müddət  ərzində  (üç  aylıq  müd­

dət  ərzində)  mirasa  fa k tik i  cəhətdən  sa h ib lik  etməzsə,  bu,  mirasdan  fakti­

ki  im tinanı  b ild irir3.

Vərəsə  yalnız qanunla  müəyyənləşdirilən  müddət ərzində mirasın  qəbulun­

dan  imtina  edə  bilər.  Qanun  bunun  üçün  üç  aylıq  müddət  müəyyənləşdirir



Гордон M. В.

  Н а с л е д о в а н и е  п о  з а к о н у  и  по завещ ан и ю .  М .,  1967, с.  86.



Эйдинова Э.Б.

  Н а сл ед о в а н и е п о  з ак о н у  и завещ ани ю .  М .,  1984, с. 21.



Серебровский  В.И.

  О ч ер к и   со в ет ск о го   н асл е д с т вен н о го   права.  М .,  1953,  с. 179;  С оветское 

гр а ж д а н с к о е   п р аво .  У ч еб н и к .  Т о м   2 /П о д   рсд. 

В.П.Грибанова, С.М. Корнеева.

  М .,  1980, с.503.

651


(MM-in  1256-cı  maddəsi).  Həmin  müddət vərəsənin  vərəsəliyə  çağırıldığını  bil­

diyi  və  ya  bilməli  olduğu  gündən  hesablanır.  Vərəsəliyə  çağırılmaq  onu  ifadə 

edir ki, şəxs  müvafiq  növbənin  vərəsələri  sırasına  və ya  vəsiyyətnamədə  gös­

tərilən  şəxslərin  dairəsinə  daxildir.

Şəxsin  vərəsəliyə  çağırılması  üçün  bir  neçə  faktın  olması  vacibdir.  İki  fakt 

olduqda,  şəxs  qanun  üzrə  vərəsəliyə  çağırılmış  hesab  edilir:  birincisi,  həmin 

şəxsin  qanun  üzrə vərəsələr sırasına  daxil  olması;  ikincisi,  miras  qoyan  şəxsin 

qanun  üzrə  vərəsəliyi  istisna  edən  vəsiyyətnamə  qoymaması.

Şəxsin  vəsiyyət  üzrə  vərəsəliyə  çağırılması  üçün  də  iki  faktın  olması  lazım­

dır:  birincisi,  vəsiyyətnamənin  olması;  ikincisi,  həmin  şəxsin  miras  açılan  anda 

xeyrinə vəsiyyət olunan  şəxslərin  sırasına  aid  edilməsi.

Çox  vaxt  vərəsə  özünün  vərəsəliyə  çağırılm asını  m ira s  açılan  gündə 

bilir.  Belə  halda  m irasın  qəbulundan  üç  aylıq  im tin a   m ü d d ə ti  m iras  açı­

lan  gündən  hesablanır.  Bəzən  vərəsənin  vərə sə liyə   ça ğ ırıld ığ ın ı  b ild iy i 

günlə  m irasın  açıldığı  gün  üst-üstə  düşm ür.  M əsələn,  vərəsə  m iras  q o ­

yanın  ölüm ündən,  yəni  m irasın  açıldığı  gündən  (iy u lu n   1-i)  b ir  ay  sonra 

xəbər  tu tu r  (avqustun  1-i).  Aydın  m əsələdir  ki,  bu  halda  vərəsə  a v q u s ­

tun  1-də  özünün  vərəsəliyə  çağırıldığını  b ilir.  Məhz  bu  gündən  etibarən 

üç  aylıq  im tina  m üddəti  hesablanır.

Bəzən  müəyyən  səbəblər üzündən  vərəsə  üç  aylıq  müddət  ərzində  mirasın 

qəbulundan  imtina  edə  bilmir,  daha  doğrusu,  notariat  kontoruna  ərizə verə  bil­

mir.  Əgər  həmin  səbəblər üzrlü  sayılarsa,  m əhkəm ə  ü ç a ylıq   m üd d ə ti  iki  ay­

dan  çox  olm ayaraq  uzada  bilər.  Bu  səbəblərin  dairəsini  mülki  qanunvericilik 

müəyyənləşdirmir.  Vərəsənin  xəstəliyi,  xarici  ölkədə  olması,  uzunmüddətli 

ezamiyyətə və  ya  ekspedisiyaya  getməsi  və  s.  üzrlü  səbəb sayıla  bilər.  Bu  sə­

bəblər  o b ye ktiv  xarakterə  m alik  olm alıdır.  Misala  müraciət  edək.  Yanvar 

ayının  1-də vətəndaş  ölür və  həmin  gün vərəsə  özünün  vərəsəliyə  çağırıldığını 

bilir.  Deməli,  o,  yanvar ayının  1-dən  aprelin  1-nə  kimi  (1-i  də  daxil  olmaqla)  üç 

aylıq  müddət  ərzində  mirasın  qəbulundan  imtina  edə  bilər.  Amma  vərəsənin 

ağır  xəstəliyə  düçar  olması  həmin  müddət  ərzində  onun  mirasdan  imtina  et­

məsinə  maneçilik  törədir.  Əgər bu  halı  məhkəmə  üzrlü  səbəb  sayarsa,  üç ay­

lıq  müddət  iki  ay  uzadılır,  yəni  vərəsə  iyunun  1-nə  kimi  (1-i  də  daxil  olmaqla) 

mirasdan  imtina edə  bilər.

Mirasdan  imtinanı  vərəsə  yalnız  miras  açıldıqdan  sonra  həyata  keçirə  bilər. 

Miras açılana  kimi  mirasdan  imtina etmək hüquqi  əhəmiyyətə  malik olmur.  Be­

lə  ki,  miras  anlayışı  yalnız  miras  açıldıqdan  sonra  yaranır.  Əgər  miras  yoxdur­

sa, mirasdan  imtina etmək haqqında  danışmaq  olmaz.

Bununla  belə,  əgər vərəsəliyə  birinci  növbə  vərəsələr çağırılmışlarsa,  onda 

vərəsəliyə  çağırılmadan  ikinci  növbə  vərəsələr  əvvəlcədən  mirasdan  imtina 

edə  bilərlər və  s.  Ehtiyat vərəsə  də vərəsəliyə  çağırılana  kimi  mirasdan  imtina 

edə bilər.

Hüquq ədəbiyyatında  və mülki  qanunvericilikdə  mirasdan  imtinanın  iki  növü

652


fərqləndirilir’ :  şərtsiz mirasdan  imtina;  istiqamətlənmiş mirasdan imtina.

Ş ərtsiz  m irasdan  im tina  odur  ki,  vərəsəliyə  çağırılmış  şəxs  sözsüz,  danı­

şıqsız  və  qeydsiz  olaraq  mirası  qəbul  etməkdən  imtina  edir.  Bu  halda  miras­

dan  imtina edən vərəsənin  payı qanun üzrə vərəsələrə keçir və onlar arasında 

bərabər hissələrlə  (paylarla)  bölüşdürülür.  Əgər miras  qoyan vəsiyyətnamə  ilə 

vərəsələr  təyin  edərsə,  onda  mirasdan  imtina  edən  vərəsənin  payı  vəsiyyət 

üzrə  vərəsələrə  keçir və  onlar arasında  bərabər  hissələrlə  (paylarla)  bölüşdü­

rülür.  Bu  hallara  m iras  paylarının  artması  deyilir.

İstiq a m ə tlə n m iş  m irasdan  im tina dedikdə, vərəsənin  mirası qəbul  etmək­

dən  qanun  üzrə  və  ya  vəsiyyət  üzrə  vərəsələr sırasından  başqa  şəxslərin xey­

rinə  imtina  etməsi  başa  düşülür.  Mirasdan  imtinanın  bu  növü  mülki  qanunveri­

cilikdə  nəzərdə  tutulmuşdur  (MM-in  1261-ci  maddəsi).  Həmin  növ  imtina  köh­

nə  Mülki  Məcəlləyə  (1264)  də  məlum  idi  (556-cı  maddə).

İstiqamətlənmiş  mirasdan  imtina  o  vərəsənin  payının  artırılmasına  səbəb 

olur  ki,  mirasdan  məhz onun  xeyrinə  imtina  edilmişdir.  O,  vərəsələr arasında 

m irasın  b ö lü ş d ü rü lm ə s in in   sadə  yoludur.  Belə  ki,  vərəsə  öz  miras  payını 

digər vərəsəyə  vermək  üçün  əvvəlcə  mirası  qəbul  etməli,  sonra  isə  onu  vərə­

səyə  bağışlamalıdır.  Aydın  məsələdir  ki,  bu,  mürəkkəb  və  müəyyən  vaxt tələb 

edən  yoldur.  Ən  sadə  yol  isə  dərhal  vərəsənin  öz  miras  payından  digər vərə­

sənin  xeyrinə  imtina  etməsindən  ibarətdir.  Məsələn,  vərəsəliyin  predmeti  elə 

hesab  edək  ki,  Bakıdakı  yaşayış  evidir.  Moskva  şəhərində  yaşayan  vərəsə 

poçtla  göndərdiyi  ərizədə  göstərir  ki,  o,  öz  miras  payından  bacısının  xeyrinə 

imtina  edir.  Əgər  bağışlama  yolundan  istifadə  olunsaydı,  vərəsənin  Moskva 

şəhərindən  Bakıya  gəlib  mirası qəbul etməsi,  sonra  isə öz payını digər vərəsə­

yə  bağışlaması  lazım  gələrdi.

Bəzən  birlikdə  vərəsəliyə  çağırılan  vərəsələrdən  biri  müxtəlif 

ı ras 

səbəblərə  görə  (məsələn,  ləyaqətsiz vərəsə sayılmasına görə,



pay annln 

vəsiyyətnamənin  etibarsız sayılmasına  görə)  «yox olur»,  «ara-

a  ırı ması 

dan  ç|x|r>>^  ^   S

q

Z|

ə



  vərəsəlik  hüququnu  itirir.  Bununla  bağlı 

olaraq  vərəsəlik  hüququnu  itirən  vərəsəyə  düşən  miras  payının  hüquqi  taleyi 

necə  həll edilir?  Həmin  pay digər vərəsələrin  miras  paylarına  daxil olur.  Bu  ha­

la  mülki hüquq elmində  miras paylarının artırılması  deyilir.

M iras  paylarının  artırılm ası  dedikdə,  eyni  b ir  miras  qoyanın  birlikdə və­

rəsəliyə  çağırılan  vərəsələrindən  birinin  -  bu  və  ya  digər  səbəbə  görə  və­

rəsəlik  hüququnu  itirən  vərəsənin  payının  yerdə  qalan  vərəsələrin  miras 

paylarına  daxil  (əlavə) edilm əsi,  həmin  payları  çoxaltması  başa düşülür.

Vərəsəliyə  çağırılan  vərəsənin  «yox  olması»,  «aradan  çıxması»,  vərəsəlik 

hüququnu  itirməsi  əsasən  bir neçə səbəblə  bağlıdır.

B irin c i  səbəb  ondan  ibarətdir  ki,  mirasın  qəbul  edilməsi  üçün  nəzərdə  tu­

tu la n   m üddət  (altı  aylıq  m üddət)  ərzində vərəsə  gəlib  çıxmır.  Həmin  müd­

dət  ərzində  o,  özünün  mirası  qəbul  etmək  niyyətini,  istəyini  və  arzusunu  bildir­

mir,  ifadə etmir.  Bunun  motivi  müxtəlif ola  bilər.  Məsələn,  vərəsə özünü  maddi 1

1  Советское  гражданское  право.  У чебник.  Том  2  /   Под  рсд. 

В.П. Грибанова,  С.М.Корнеева.

  М., 


1980,  с.  503; 

Гордон М.В.

  Наследование  по  закону и  по завещанию.  М .,  1967,  с.  84; 



Никипнок П.С. 

Наследственное  право и  наследственный процесс.  Кишинев.  1973, с.  189.

653


cəhətdən  təminatlı  hesab edir və  istəyir  ki,  onun  miras  payı  ehtiyacı  olan  vərə­

sələrə  keçsin.  Buna  görə  də  mirası  qəbul  etməyə  gəlmir.  Vərəsə  özünü  səxa­

vətli göstərmək  niyyəti  ilə  də  belə  hərəkət  edə  bilər.

Vərəsə  gəlib  çıxmadıqda  onun  miras  payı  digər vərəsələrin  sərəncamına  ke­

çir və  onların arasında  bölünür.  Bununla  həmin vərəsələrin  miras  payı artırılır.

İkinci  səbəb  vərəsəliyə  çağırılan  vərəsənin  m irasdan  im tin a   etm əsindən 

ibarətdir.  Mirasdan  imtina  edən  vərəsənin  payı  başqa  vərəsələrin  miras  pay­

larına artırılır,  əlavə edilir.

Üçüncü  səbəb  vəsiyyət  edən  tərəfindən  və rə sə n in   v ə rə s ə lik   h ü q u q u n ­

dan  məhrum   edilm əsindən  ibarətdir.  Bunun  nəticəsində  vərəsəlikdən  məh­

rum  edilən  vərəsənin  payına  düşən  miras  hissəsi  vərəsəliyə  çağırılan  vərəsə­

lərin  sərəncamına  keçir.

Dördüncü  səbəb  nikahın  etibarsız  hesab  e d ilm əsind ə n   ib a rə td ir.  Belə 

ki,  ər-arvaddan  birinin  ölümündən  sonra  nikah  etibarsız  sayıla  bilər.  Bu  halda 

sağ  olan  ər  və  ya  arvad  mirasdan  pay  almaq  hüququnu  itirir.  Həmin  pay  isə 

digər vərəsələrə  keçir.

Beşinci  səbəb  onunla  bağlıdır  ki,  övladlığa  g ö tü rm ə   e tib a rsız  hesab 

edilsin.  Bunun  nəticəsində  övladlığa  götürülənin  mirasdan  pay  almaq  hüququ 

ləğv edilir.  Bu  pay  isə digər vərəsələrin  payına  əlavə olunur.

Altıncı  səbəb  vərəsənin  ö lm üş  elan  ed ilm əsind ə n   ib a rə td ir.  Bu,  öz  hü­

quqi  nəticələrinə  görə  ölüm  hadisəsinə  bərabər  tutulur.  Ona  görə  də  vərəsə­

nin  ölmüş  elan  edilməsi  başqa  vərəsələrin  miras  paylarının  artırılmasına  səbəb 

olan  əsas ola  bilər.

Yeddinci  səbəb  vərəsəliyə  iki  vərəsənin  çağırılm ası  və  bun la rd a n   b iri­

nin  ölm əsindən  ib a rə td ir.  Bunun  üçün  lazımdır  ki,  ölən  vərəsənin  öz vərəsə­

si  olmasın.  Məsələn,  vətəndaşın  vur-tut  iki  oğlu  vardır.  O,  öldükdən  sonra  oğ­

lanların  hər ikisi  də vərəsəliyə  çağırılırlar.  Oğlanlardan  biri  mirası  qəbul  etməyə 

macal  tapmamış  ölür.  Onun  öz  vərəsəsi  yoxdur.  Belə  halda  ölmüş  vərəsənin 

miras  payı öz qardaşının  miras  payına  artırılır.

Səkkizinci  əsas  vəsiyyətnam ənin  etibarsız  sayılm asından  ib a rə td ir1. 

Belə  ki,  miras  qoyan şəxs öz əmlakının  hamısını yox, yalnız bir hissəsini vəsiy­

yətnamə  ilə  təyin  etdiyi  vərəsəyə  vəsiyyət  edir,  Vəsiyyətnamə  etibarsız  sayılır 

(məsələn,  hədə  və  ya  zorakılıq  nəticəsində  tərtib  edildiyinə  görə).  Bu  halda 

vəsiyyət üzrə vərəsənin  payı  qanun  üzrə  vərəsələrin  miras  paylarına  artırılır.

Doqquzuncu  əsas  vərəsəliyə  çağırılan  şəxsin  lə ya q ə tsiz vərəsə  hesab 

edilm əsindən  ibarətdir.  Vərəsə  ləyaqətsiz  vərəsə  kimi  vərəsəlikdən  kənar- 

laşdırıldıqda  o,  nə  qanun  üzrə,  nə  də  vəsiyyət  üzrə  vərəsə  ola  bilər.  Bu  halda 

onun  miras  payı  digər vərəsələrin  sərəncamına  keçir.

Miras  paylarının  artırılması  yalnız  vərəsələrin  miras  paylarının  miqdarının 

(həcminin)  dəyişməsidir,  həmin  paylara  əlavə  edilməsidir.  Həm  qanun  üzrə 

vərəsəlik  zamanı,  həm  də vəsiyyət üzrə vərəsəlik zamanı  miras  paylarının  artı­

rılmasına  yol  verilir.  Vərəsə  mirasdan  imtina  etdikdə  və  ya  mirası  qəbul  etmə- 1



Гущин  D D

  Наследственное  право.  Учебное  пособие.  M .,  2003,  с.  68; 



Зайцева  Т.И.,  Краше­

нинников  П.В.

 

Наследственное 



право  (комментарий 

законодательства 

и 

пр актика  



его 

применения).  М .,  2003, с. 139.

654


dikdə (mirası  qəbul etməyə gəlmədikdə),  onun  payına  düşən miras hissəsi qa­

nun  üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına  keçir.  O vərəsələrin sə­

rəncamına  keçir  ki,  onlar  mirasdan  imtina  edən  və  ya  mirası  qəbul  etməyən 

vərəsənin  aid  olduğu  növbəyə  daxil  olsunlar.  Məsələn,  mirasdan  imtina  edən 

və  ya  mirası  qəbul  etməyən  vərəsə  birinci  növbə  vərəsədirsə,  onda  onun  mi­

ras  payı  həmin  növbənin  (yəni  birinci  növbənin) vərəsələrinə  keçir.  Əgər birin­

ci  növbə vərəsələr yoxdursa və ya  birinci  növbə vərəsələr mirası qəbul etməz­

lərsə,  onda  miras  payı  sonrakı  növbənin  (ikinci  növbənin)  vərəsələrinə  keçir 

və  s.  Deməli,  «aradan  çıxan»  vərəsənin  m iras  payı  qanun  üzrə  bütün  və­

rəsələrə  yox,  yalnız  «aradan  çıxan»  vərəsənin  m ənsub  olduğu  növbənin 

vərəsələrinə  keçir.  Məsələn,  miras  qoyanın  oğlu  mirasdan  imtina  edir.  Onun 

miras  payı  birinci  növbə vərəsələrin  sərəncamına  keçir.  Əgər birinci  növbə və­

rəsələr  olmazsa  və  ya  onlar  mirası  qəbul  etməsələr,  miras  payı  ikinci  növbə 

vərəsələrə  (miras  qoyanın  qardaş  və  bacılarına)  keçir.  «Yox  olan»  vərəsənin 

miras  payı  qanun  üzrə  vərəsəliyə  çağırılmış  vərəsələr  arasında  bərabər  qay­

dada  bölüşdürülür (MM-in  1262 -  ci  maddəsi).

Vəsiyyət  üzrə  vərəsə  də  mirasdan  imtina  edə  bilər və  ya  onu  qəbul etməz. 

Bu  halda  əgər  miras  qoyan  şəxs öz əmlakının  hamısını təyin  etdiyi  vərəsələrə 

vəsiyyət etdikdə  (o, vərəsələri vəsiyyətnamə  ilə təyin  edir),  «yox olan» vərəsə­

nin  payı  vəsiyyət  üzrə  vərəsələrin  sərəncamına  keçir  və  onların  arasında 

paylarına  m ütənasib  surətdə  bölü n ür  (MM-in  1262-ci  maddəsi).  Məsələn, 

ata  (miras  qoyan)  aşağıdakı  məzmunda  belə  bir  vəsiyyətnamə  tərtib  edir: 

«Bütün  əmlakımı  beş  nəfər övladıma  vəsiyyət edirəm».  Miras açıldıqdan  son­

ra  bütün  övladların  hamısı vərəsəliyə  çağırılır.  Övladlardan  biri  mirası qəbul et­

məkdən  imtina  edir.  Onun  payına  düşən  miras  hissəsi  qanun  üzrə  vərəsələrə 

yox,  vəsiyyət  üzrə  qalan  digər  vərəsələrin  sərəncamına  keçir  və  onların  ara­

sında  paylarına  mütənasib surətdə  bölüşdürülür.

Bəzən  vəsiyyətnamədə  bütün  miras  əmlak  vəsiyyət  üzrə  vərəsələr arasın­

da  bölüşdürülür.  Lakin  miras  açılan  zaman  bəlli  olur  ki,  vərəsələrdən  biri sağ 

deyildir.  Bu  halda  ölən  vərəsənin  payına  düşən  miras  hissəsi  qanun  üzrə və­

rəsələr arasında  yox,  vəsiyyət  üzrə  vərəsələr arasında  bərabər qaydada  bölü­

nür (MM-in  1178-ci  maddəsi).  Bununla vərəsələrin  miras  payları artırılır.

Bəzən  miras  qoyan  şəxs  öz  əmlakının  hamısını  yox,  yalnız  onun  bir  his­

sə sin i  v ə siyyə t  edir.  Buna  görə  də  miras qoyanın  əmlakının  digər hissəsi və­

siyyətnamədən  kənarda  qalır.  Əgər  vəsiyyət  üzrə  vərəsələrdən  biri  «yox 

olarsa»,  «aradan  çıxarsa»,  onun  m iras payı vəsiyyət  üzrə qalan  vərəsələ­

rə  yox,  qanun  üzrə  vərəsələrə  ke çir1.  Həmin  pay  mirasın  sərbəstləşən  his­

səsi  olub,  ümumən  qanun  üzrə  vərəsələrin  hamısının  sərəncamına  keçir  və 

onlar arasında  bərabər payla  bölünür1

 2.


Vərəsə  vərəsəlik  hüququndan  məhrum  edilə  bilər.  Bu  halda  onun  pa­

yına  düşən  m iras  hissəsi  vərəsəliyə  çağırılm ış  qalan  vərəsələrə  keçir və 

onların  arasında  bərabər b ö lü şd ü rü lü r (MM-in  1144-cü  maddəsi).



Серебровскии В. И.

  Очерки  советского  наследственного права.  M .,  1953, с.  205.



Иоффе О.С.

  Советское  гражданское  право.  Курс лекций.  Часть 3. Л .,  1965,  с.326.

655


Tövsiyə olunan əlavə ədəbiyyat

Серебровский  В.И.  Очерки  советского  наследственного  права.  М.,

1953  (глава  V,  VI,  VII);

Серебровский  В.И.  Принятие  наследства 



И

  Советское  государство  и

право.  1950,  №  6.

А нтим онов  Б.С.,  Граве  К.А.  Советское  наследственное  право.  М.,

1955 (глава VI);

Черепахин  Б.Б.  Правопреемство  по  советскому  гражданскому  праву. 

М.,  1962  //  В  книге:  Черепахин  Б.Б.  Труды  по  гражданскому  праву.  М „

2001,  с.  414-422;

Иоффе  О.С.  Советское  гражданское  право.  Курс  лекций.  Часть  3.  Л., 

1965 (раздел  III,  глава  3);

Н икитю к  П.С.  Наследственное  право  и  наследственный  процесс.  Ки­

шинев.  1973 (глава  IV,  § 4);

Чепига  Т.  Способы  принятия  наследства  //  Советская  юстиция.  1968,

№  16;


Чепига  Т.  Продление  срока  на  принятие  наследства  //  Советская  юс­

тиция.  1970,  № 6;

Гордон  М.В.  Наследование  по закону  и  по завещанию,  1967;

Рясенцев  В.А.  Наследование  по  закону  и  по  завещанию  в  СССР.  М.,

1972;

Эйдинова  Э.Б.  Наследование по закону и  по завещанию.  М.,  1984; 



Власов  Ю.Н.,  Калинин  В.В.  Наследование  по  закону  и  завещанию.

М „  1999;

Саломатова Т.В.  Наследование  по завещанию  и  по закону.  М.,  2002; 

Барщ евский  М.Ю.  Наследственное  право.  М.,  1996;

Власов  Ю.Н.  Наследственное  право  Российской  Федерации.  М.,

1998;


Толстой  Ю.К.  Наследственное  право.  М.,  1999;

Ш уш кевич  Б.А.  Наследственное  право  Российской  Федерации.  Тю- 

мен,  1998;

Грудцы на Л.Ю.  Наследование.  М.,  2002;

Гущин  В.В.  Наследственное право.  М.,  2003;

Л япунов  С.Г.  Наследование.  М.,  2003;

Данилов  Е.П.  Наследование.  Нотариат.  Похороны.  М.,  2002;

Зайцева Т.И.,  Краш енинников  П.В.  Наследственное  право.  М.,  2003; 

Советское  гражданское  право.  Учебник.  Том  2  /  Под  ред.  В.А.Рясен- 

цева.  М.,  1976;

Советское  гражданское  право.  Учебник.  Том  2  /  Под  ред.  В.П .Гриба­

нова,  С.М.Корнеева.  М.,  1980;

Советское  гражданское  право.  Учебник.  Том  2 /  Под  ред.  О.А.  Красав­

чикова.  М.,  1985;

Гражданское  право.  Учебник.  Часть  3  /  Под  ред.  А.П.Сергеева,  Ю.К. 

Толстого.  М.,  1998;

656


Гражданское  право.  Учебник.  Том  1  /  Под  ред. 

Е.А.Суханова 

М

1998;


Серебровский  В.И. 

Фактическое  непринятие  наследником  наследст­

ва  и отказ его от наследства 

I I

  Прововедение,  1972,  № 3;

Толстой В. 

Принятие  наследства  и отказ от его принятия 



I I

 Советская 

юстиция.  1966,  №  13;

Корнеева  И.Л. 

Наследственное  право  Российской  Федерации.  Учеб­

ное  пособие.  М.,  2003  (тема 7);

Власов Ю.Н., Калинин В.В. 

Наследственное право Российской Феде­

рации.  Учебно-методическое пособие.  М.,  2002 (глава 2, § 3,4, 5);

Власов Ю.Н., Калинин В.В. 

Нотариат  (курс лекций).  М.,  2002 (лекция

21

);

Гришаев С.П. 

Наследственное право.  Учебное  пособие.  М.,  2002.

657


XVII  FƏSİL

MİRASIN  BÖLÜŞDÜRÜLMƏSİ. 

VƏRƏSƏLİK  HÜQUQUNUN  RƏSMİLƏŞDİRİLMƏSİ. 

MİRASIN  QƏBUL  EDİLMƏSİNİN 

HÜQUQİ  NƏTİCƏLƏRİ


Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin