6 4 5
m üddəti deyilir. Xüsusi müddət barədə qaydanın mahiyyəti ondan ibarətdir ki,
yuxarıda göstərilən əsaslarla mirası almaq hüququ əldə edən vərəsələr (son
rakı növbə üzrə vərəsələr, ehtiyat vərəsələri və s.) mirası onun qəbulu üçün
müəyyənləşdirilmiş müddətin, yəni üç aylıq m üddətin qalan hissə si ərzində
qəbul edə bilərlər.
Bəzən üç aylıq m üddətin qalan hissə si altı həftədən az olur. Bu halda
həmin m üddət hissəsi altı həftəyədək uzadılır.
Mirasın qəbul edilmə müddəti iki yolla uzadıla bilər:
• birincisi, məhkəmə yolu ilə;
• ikincisi, məhkəmədənkənar yolla.
Məhkəmə yo lu n u n m ahiyyəti onda ibarətdir ki, bu yola görə mirasın qə
bul edilməsinin müddətinin uzadılması məsələsi məhkəmə tərəfindən iddia ic
raatı qaydasında həll olunur. Bu yolla həmin müddəti uzatmaq üçün ik i şərtin
olması vacibdir birincisi, vərəsə mirasın qəbul edilməsi müddətini (üç aylıq
müddəti) üzrlü səbəblərə görə ö tü rm ə lid ir (buraxmalıdır); ikincisi, bu səbəb
lərin üzrlü və ya üzrsüz olm ası m əsələsini yalnız m əhkəm ə m üə yyə n lə ş
dirm əlidir. Əgər məhkəmə belə bir qənaətə gəlsə ki, üç aylıq müddət üzrlü
səbəb olmadan buraxılmışdır, onda həmin müddətin uzadılmasından söhbət
gedə bilməz.
Mülki qanunvericilik üç aylıq müddətin uzadılmasına əsas olan üzrlü səbəb
lərin dairəsini müəyyənləşdirmir. Amma mülki hüquq elmində (doktrinasında)
hansı halların üzrlü səbəb sayılmasına xüsusi diqqət yetirilir. Ayrı-ayn müəlliflər
həmin hallara aid edirlər: vərəsənin xəstələnm əsini; vərəsənin uzaq yerə
ekspedisiyaya getm əsini; vərəsənin ordu sıralarında m üd d ə tli hərbi x id
mətdə olm asını; vərəsənin xaricdə olm asını; vərəsənin azadlıqdan m əhru
metmə yerində olm asını; başqa vərəsələr tərəfindən m irasın açılm a fa ktı
nın gizlədilm əsini, vərəsənin uzun m üddətli ezam iyyətdə olm asını və s.
Vərəsənin miras qoyanın əmlakının (vərəsəliyin predmetinin) mövcudluğu
barədə məlumata malik olmaması halını da üzrlü səbəb hesab etmək lazımdır.
Məsşlən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi gündən üç ay sonra məlum olur
ki, miras qoyanın əmanət kitabçası var imiş. Bu cür hallarda mirasın qəbul
edilmə müddəti uzadılmalıdır. Ozrlü səbəb məsələsi hər bir konkret halda bü
tün konkret məqamlar nəzərə alınmaqla fərdi qaydada həll edilməlidir.
Yetkinlik yaşına çatmayanlar, fəaliyyət qabiliyyəti olmayanlar və ya məhdud
fəaliyyət qabiliyyətli şəxslər, əgər mirası qəbul etmək müddətini ötürərlərsə
(buraxarlarsa), həmin müddət hər hansı mübahisəyə yol verilmədən bərpa
edilməlidir (baxmayaraq ki, onlann müstəqil surətdə notariusa ərizə vermək
hüququ yoxdur). Ona görə ki, bu kateqoriya şəxslər qanunun müddət barədə
qaydalarını tamamilə başa düşmək və dərk etmək iqtidarında deyillər.
Mirasın qəbul edilmə müddətinin məhkəmə qaydasında uzadılması barədə
məsələ o halda qalxır ki, mirası vaxtında qəbul etməyən vərəsələrlə onu qəbul
edən vərəsələr arasında mübahisə yaransın. Həmin məsələ notariat kontoru tə
rəfindən həll edilə bilməz. Bu cür hallarda məhkəməyə müraciət edilir. Məhkə
mə isə iddia icraatı qaydasında müddətin uzadılması barədə məsələni həll edir.
Vərəsələrin arasında mirasın qəbul edilməsi müddəti barədə mübahisə ya-
646
ranmadığı halda müddətin uzadılması barədə məsələ məhkəmədənkənar yol
la həll edilir. Azərbaycan Respublikasının vərəsəlik hüququ buna yol verir
(MM-in 1248-ci maddəsinin 1-ci bəndi).
M əhkəm ədənkənar yolun m ahiyyəti ondan ibarətdir ki, bu yola görə mi
rasın qəbul edilməsi müddətinin uzadılması barədə məsələ mirası qəbul edən
bütün digər vərəsələrin könüllü qarşılıqlı razılığı əsasında məhkəməyə müraci
ət edilmədən həll olunur. Belə ki, mirasın qəbul olunması müddətini ötürmüş
vərəsə ilə mirası qəbul edən vərəsələr arasında mübahisə yaranmır. O, həmin
vərəsələrin icazəsi ilə mirası qəbul edən vərəsələrin sırasına daxil edilir. Mə
sələn, bütün vərəsələr altı aylıq müddət ərzində notariat kontoruna mirası qə
bul etmək barədə ərizə verirlər. Amma vərəsələrdən biri həmin müddəti ötürür
(buraxır), daha doğrusu, mirası vaxtında qəbul etməyə gecikir. Qalan vərəsə
lər gecikmiş vərəsənin mirası qəbul etmiş vərəsələrin sırasına daxil olunması
na və ona mirasdan pay ayrılmasına etiraz etmirlər. Bununla verəsə məhkə
mədənkənar yolla mirası qəbul etmiş sayılır.
Göstərilən halda söhbət yalnız vərəsələr arasında paylann bölüşdürülmə
sindən gedir. Belə ki, miras əmlak vərəsələrin könüllü razılığı əsasında yeni
dən bölüşdürülür.
Vərəsələr öz razılığını vərəsəlik şəhadətnaməsi verilənə kimi ifadə etməli
dirlər. Mülki qanunvericilik bu barədə birbaşa müvafiq göstəriş ifadə edir (MM-
in 1323-cü maddəsi). Vərəsəlik şəhadətnaməsi verildikdən sonra razılıq bildi
rilməsinə gəldikdə isə qeyd etmək lazımdır ki, belə hal şəhadətnamənin ləğv
edilməsinə səbəb olardı. Şəhadətnamə isə notarius tərəfindən yox, yalnız
məhkəmə tərəfindən ləğv edilə bilər'. Buna görə də vərəsəlik şəhadətnamə
sindən sonra verilən razılıq istər-istəməz məhkəmə yoluna gətirib çıxarır.
Vərəsələr öz razılıqlannı yazılı formada ifadə etməlidirlər. Əgər razılıq nota
riusun iştirakı olmadan verilərsə, onda vərəsələrin ərizədəki imzaları başqa
notarius tərəfindən təsdiqlənməlidir.
Mirasın qəbul edilməsi müddəti barədə qayda eyni dərəcədə məcburi pay
hüququna da aiddir. Belə ki, məcburi vərəsə üç aylıq müddət ərzində pay ba
rədə öz tələbini bildirməlidir.
V əs |iK
Bəzən qanun üzrə və ya vəsiyyət üzrə vərəsəliyə çağınl-
tr a n ^ is s iv a s ı
mlş vərəsə miras açıldıqdan (yəni miras qoyan şəxs öl-
rans ı
у
dükdən) sonra, lakin mirası qəbul edənə kimi ölür. Başqa
sözlə desək, vərəsəliyə çağınlmış vərəsənin mirası qəbul etməmiş özü ölür.
Məsələn, elə hesab edək ki, yanvar ayının 1-də vətəndaş ölür. Vətəndaşın
oğlu vərəsəliyə çağınlır. O, mirasın qəbul olunması üçün müəyyənləşdirilən üç
aylıq müddət ərzində (yanvann 1-dən aprelin 2-dək) mirası qəbul etməyə ma
cal tapmır. Belə ki, vətəndaşın oğlu mart ayının 1-də qəflətən ölür. Aydın mə- 1
2
1 A z ə rb a y c a n R esp u b lik ası A li M ə h k ə m ə s i P lenum unun « M ə h k ə m ə lə r təro fin d ən v ərəsəlik qan u
n u n u n tə tb iq ed ilm ə s in in b ə z i m ə s ə lə lə ri h aq qtn da» 28 sen ty ab r 1979-cu il tarixli 5 saylı qərarının
8-ci
b ə n d i.
2
Власов Ю.Н., Калинин В.В.
Наследственное право Российской Федерации. М., 2002, с. 33; «Azərbay
can Respublikasında notariat h ərakətlərinin apanlması qaydaları haqqında tə iim a t» m 9 6-cı bəndi // Notariat
h aq q ın d a ( s ə n ə d lə r to p lu su ). B akı. 2 0 0 2 , s. 228.
647
sələdir ki, o, mirası qəbul etmək hüququnu həyata keçirə bilmir. Bu hüququn
taleyi necə olur? Həmin hüquq (yəni mirası qəbul etmək hüququ) ləğv edilmir,
əksinə, vətəndaşın ölmüş oğlunun vərəsələrinə keçir. Mirası qəbul etmək hü
ququnun bu qaydada keçməsi mülki qanunvericilikdə və sivilistika elmində
(doktrinasında) vərəsəlik transmissiyası adlanır.
Vərəsəlik tran sm issiya sı dedikdə, m iras açıldıqdan sonra ö ldüyünə
görə mirası qəbul etməyə macal tapm ayan vərəsənin m irası qəbul etmək
hüququnun onun öz vərəsələrinə keçm əsi başa dü şü lü r.
Vərəsəlik transmissiyası zamanı söhbət vərəsəliyə çağırılmış şəxsin (vərə
sənin) vərəsəlik hüququnun vərəsəlik qaydasında keçm əsindən gedir.
Başqa sözlə desək, vərəsəlik hüququnun özü vərəsəlik üzrə başqa şəxslərə
verilir. Buna görə də hüquq ədəbiyyatı səhifələrində vərəsəlik transmissiyası
«vərəsəlik hüququnun vərəsəliyi» də adlanır1. Vərəsəlik transmissiyası və
rəsəlik hüququnun vərəsəlik qaydasında keçməsi deməkdir. Onun p redm etini
(obyektini) vərəsəlik hüququnun özü təşkil edir.
Yalnız üç şərt m övcud olduqda vərəsəlik transmissiyası mümkün ola, yə
ni transmissiya qaydasında vərəsəlik yarana bilər. B irin c i ş ə rt mirasın açılma
sından - miras qoyanın ölməsindən ibarətdir. İkin ci ş ə rt isə müəyyən şəxsin
vərəsəliyə çağırılmasından ibarətdir. Əgər şəxs müəyyən hallara görə vərəsə
liyə çağırılmazsa, onda transmissiya qaydasında vərəsəlik yaranmır. Belə ki,
həmin hallara görə şəxs vərəsəlikdən kənarlaşdırılır, vərəsəlik hüququndan
məhrum olur. Bu hallara aiddir: şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi; şəx
sin vəsiyyətnamə ilə vərəsəlik hüququndan məhrum olunması. Göstərilən hal
lardan biri olduqda şəxs vərəsəlik hüququ əldə etmir və təbii ki, o, əldə olun
mayan hüququ başqalarına verə bilməz.
Üçüncü şə rt isə vərəsəliyə çağırılmış şəxsin mirası qəbul etməyə macal
tapmamış ölməsindən ibarətdir. Başqa sözlə desək, vərəsəliyə çağırılmış şəxs
özünün mirası qəbul etmək hüququnu həyata keçirməmiş, ölür. Əgər miras
qoyan və vərəsə eyni vaxtda (eyni bir gündə) ölərlərsə, onda onlar kommori-
entlər sayılırlar. Kommorientlər isə bir-birinin vərəsəsi ola bilmirlər. Onlardan
hər birinin ölümündən sonra müstəqil surətdə miras açılır. Buna görə də kom-
morientlərdən sonra vərəsəlik transmissiyası yaranm ır. Məsələn, aviasiya qə
zasında ata və oğul eyni vaxtda ölürlər. Onlar kommorientlərdir və buna görə
də bir-birinin vərəsəsi ola bilmirlər. Məhz bu səbəbdən transmissiya qaydasın
da vərəsəlik yaranmır.
Vərəsəlik transmissiyası üzrə münasibətlərdə iki əsas fiqur çıxış edir: və
rəsə; vərəsənin özünün vərəsələri. Vərəsə miras qoyanın ölümündən sonra
malik olduğu mirası qəbul etmək hüququnu həyata keçirməyə macal tapma
mış ölür. Başqa sözlə desək, o, altı aylıq müddət ərzində mirası qəbul etməyə
öz razılığını (iradəsini) ifadə etməmiş ölür. Miras açıldıqdan sonra vərəsəliyə
çağırılan, lakin özünün mirası qəbul etmək hüququnu həyata keçirməsinə qə- 1
2
1 M ə s ə lə n , bax:
Серебровский В.И.
О ч е р к и со в е т с к о г о н а с л е д с т в е н н о г о п р ава . М ., 1953, с. 193;
С о ветск о е гр а ж д а н с к о е п раво . У ч еб н и к . Т о м 2 / П о д ред.
В.Л.Рясенцева.
М ., 197 6, с. 4 9 3 .
2
Никитюк П.С.
Н а с л е д с т в е н н о е п р аво и н а с л е д с т в е н н ы й п р о ц е с с . К и ш и н е в . 1973 , с. 194;
Г
ущин В.В.
Н а с л е д с тв е н н о е п раво . У ч еб н о е п о со б и е . М ., 2 0 0 3 , с. 65.
648
dər ölən həmin şəxsə tra n s m itte d deyilir. Transmitted rolunda həm qanun
üzrə vərəsələr, həm də vəsiyyət üzrə vərəsələr çıxış edə bilərlər. Məsələn, hər
hansı şəxs vəsiyyətnamə ilə öz qonşusunu vərəsə təyin edir. Şəxs öldükdən
və bununla miras açıldıqdan iki ay sonra mirası qəbul etməyə macal tapmamış
qonşunun özü ölür. Mirası qəbul etmək hüququ (mirasdan pay almaq hüququ)
vərəsəlik transmissiyası qaydasında ölmüş qonşunun (transmittentin) öz vərə
sələrinə keçir. Bu halda transmitted rolunda vəsiyyət üzrə vərəsə çıxış edir və
sübut olunur ki, vəsiyyət üzrə vərəsəlik zamanı da transmissiya yarana bilər.
Qanunda (MM-in 1252-ci maddəsində) işlədilən «vərəsə» anlayışını həm qanun
üzrə vərəsə, həm də vəsiyyət üzrə vərəsə mənasında başa düşmək lazımdır.
Vərəsəlik transmissiyası üzrə münasibətlərdə iştirak edən ikinci fiqur vərə
sənin özünün, yəni transmittentin vərəsəsi adlanır. Transmittentin vərəsəsinə
tra n s m is s a r deyilir. Transmissar mirası qəbul etmək hüququnu əldə edən
şəxsdir. Məsələn, kənd sakini aprel ayının 1-də ölür. İki aydan sonra onun və
rəsəsi (oğlu) mirası qəbul etməyə macal tapmamış ölür. Bu halda məlum mə
sələdir ki, o, özünün mirası qəbul etmək hüququnu həyata keçirə bilmir. Bu
hüquq onun oğluna (yəni kənd sakininin nəvəsinə) keçir. Kənd sakininin oğlu
transm itted, kənd sakininin oğlunun oğlu (kənd sakininin nəvəsi) isə trans
missar adlanır.
Transmissar mirası qəbul etmək hüququnu ümumi əsaslara uyğun olaraq
qəbul etməlidir. Belə ki, o, mirası onun qəbulu müddətinin (yəni 3 aylıq müd
dətin) sonunadək, başqa sözlə desək, 3 aylıq m üddətin qalan hissəsi ərzin
də qəbul e tm əlidir. Məsələn, vətəndaş yanvarın 1-də vərəsəliyə çağırılmasını
bilir. Vətəndaşın oğlu (vərəsəsi) mart ayının 1-də ölür və mirası qəbul etməyə
macal tapmır, yəni mirası qəbul etmək hüququnu həyata keçirə bilmir. Vətən
daşın oğlunun oğlu (vətəndaşın nəvəsi) üç aylıq müddətin sonunadək, yəni
aprelin 2-dək mirası qəbul etməlidir. Başqa sözlə desək, o, mirası üç aylıq
müddətin qalan hissəsi ərzində (martın 1-dən - aprelin 2-dək) qəbul etməlidir.
Mirası qəbul etmək hüququ qeyd etdik ki, subyektiv mülki
Mirasdan
h ü quqdur. Bu hüququn məzmunu mümkün olan iki alter-
imtına
na tiv im kandan birini seçməkdən ibarətdir: mirası qəbul
etm ək im kanını; m irasdan im tina etmək imkanını.
Mirasdan imtina xüsusi olaraq vərəsəlik hüququnun xitam olunması məq
sədilə həyata keçirilən aktdır. Buna görə də həmin akt m ülki-hüquqi əqddir.
Özü də bu əqd yalnız bir tərəfin - mirasdan imtina edən vərəsənin iradəsini
ifadə edir. Hüquqi nəticənin yaranması - vərəsəlik hüququna xitam verilməsi
üçün təkcə, ancaq həmin vərəsənin öz iradəsini bildirməsi kifayət edir. Hüquqi
nəticənin əmələ gəlməsi üçün hər hansı şəxsin cavab, qarşılıqlı iradə ifadəsi
tələb olunmur. Buna görə də mirasdan im tina birtərəfli əqddir.
Mirasdan imtina eyni miras üzrə vərəsəliyə çağırılan digər vərəsələrin razılı
ğını da tələb etmir. O, həmin vərəsələrin iradə ifadəsindən asılı deyildir. Məhz
bu baxımdan da mirasdan imtina birtərəfli aktdır. Bunun nəticəsində vərəsənin
həmişəlik olaraq vərəsəliyinə (vərəsəlik hüququna) xitam verilir. Mirasdan im
tina aktı vərəsənin miras əmlakı qəbul etməmək niyyətini ifadə edir.
M irasdan im tina dedikdə, birtərəfli elə m ülki-hüquqi əqd başa düşülür
649
ki, bunun nəticəsində müəyyən m irası qəbul etm əyə ça ğ ırılm ış vərəsə
nin həmin m iras üzrə vərəsəlik hüququ (vərəsəlik v a ris liy i) həm işəlik
olaraq xitam edilir.
Mirasdan imtina aktı üç əsas əlamətlə xarakterizə olunur. Bu əlamətlər
həm də mirası qəbul etmək aktı üçün xarakterikdir.
B irincisi, m irasdan im tina dönm əz xarakterə m a lik d ir1. Bu o deməkdir
ki, vərəsə mirasdan qəti və həmişəlik olaraq imtina edir. M irasdan im tinanın
dönm əzliyi (q ə tiliyi) onu ifadə edir ki, əgər vərəsə artıq mirasdan imtina et
mişsə, onu qəbul etmək olmaz2. Mirasdan imtinanın bu əlaməti mülki qanun
vericilikdə «mirasdan imtinanın geri götürülməzliyi» adı altında nəzərdə tutu
lur. Geri g ö türü lm ə zlik onu ifadə edir ki, əgər vərəsə mirası qəbul etməkdən
imtina etmək barədə ərizə vermişsə, o, həmin ərizəni geri götürə bilməz (MM-
in 1268-ci maddəsinin 1-ci bəndi).
İkincisi, m irasdan im tina aktı bölünm əz xarakterə m a likd ir.
Bölünməz-
lik onu ifadə edirkT, vərəsə mirasdan tam imtina etməlidir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ göstərir ki, m irasdan q is
mən im tina etməyə yol v e rilm ir (MM-in 1257-ci maddəsinin 2-ci bəndi)3. Bu,
onu sübut edir və təsdiqləyir ki, mirasdan imtina bölünməz xarakterə malikdir.
B ölünm əzlik p rin s ip i həm də onu ifadə edir ki, vəsiyyət üzrə vərəsəlik za
manı mirasdan imtina qanun üzrə vərəsəlik qaydasında keçən həmin mirasın
qəbul olunması imkanını qeyri-mümkün edir4. Belə ki, əgər vəsiyyət üzrə və
rəsə mirası qəbul etməkdən imtina edərsə, o, həmin mirası qanun üzrə vərə
səlik qaydasında qəbul edə bilməz. Ümumi qayda belədir: mirası qəbul etmək
dən imtina edən vərəsə həmin mirası, ümumiyyətlə, qəbul etməkdən imtina
etmiş sayılır5.
Bölünməzlik prinsipinə görə, əgər vərəsə m irasın b ir h is s ə s in d ə n im tina
edərsə, hesab e d ilir ki, o, m irasdan tam im tina e tm iş d ir (MM-in1257-ci
maddəsinin 2-ci bəndi). Dövlətin vərəsəliyi istisna təşkil edir: dövlət vəsiyyət
üzrə mirasdan imtina edə bilər. Lakin o, qanun üzrə (vərəsəsiz əmlak üzrə)
mirasdan imtina edə bilməz.
Üçüncüsü, m irasdan im tina şərtsiz xarakterə m a lik d ir. Bu o, deməkdir
ki, mirasdan imtina hər hansı qeydlə, təshihlə müşayiət edilə bilməz. Məsələn,
vərəsə mirasdan belə bir şərtlə imtina edir ki, qalan digər vərəsələr ona mü
əyyən məbləğdə pul versinlər. Bu, o deməkdir ki, miras şərtlə qəbul edilmişdir.
Hüquq ədəbiyyatında haqlı olaraq göstərilir ki, m irasdan qism ən im tina
mirasdan şərtlə im tina etm əyi ifadə edir6. M.V.Qordonun fikrincə, qismən
1 M ə h k ə m ə p ra k tik a sı d a b u m ö v q e d ə d u ru r: m irasd a n im tin a e d ə n v ə r ə s ə b ir d a h a m irası ə l d ə ed ə
b ilm ə z (rı. 8 п о ст ан о в л ен и я П л е н у м а В ер х о в н о г о С у д а С С С Р о т 1 и ю л я 1966 г. « О с у д е б н о й п р а к
т и к е по д ел а м о н асл е д о в ан и и » // Б ю л л ет ен ь В ер х о в н о г о С у д а С С С Р . 1966. № 4).
Иоффе
ОС.
С о в е т с к о е г р аж д а н с к о е п р аво . К урс л ек ц и й . Ч а с ть 3. Л ., 1965, с.3 3 2 .
Mirasdan qism ən imtinaya yol verilm əm əsi əsaslandınlm ışdır.
Н И.Бондарев, Т.И.Илыш. С.Я. Шимелевич.
Удостоверения и исполнение завещаний. 1965, с. 70.
Hof/x/je О С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с.332.
Антимонов
Б.С.,
Граве К.А.
Советское наследственное право. M., 1955, с 193;
Антимонов Б, Ггрзон С.
Ulvultep Б.
Наследование и нотариат. М., 1946, с. 11.
Чепига
Т.
Способы принятия наследства // С оветская ю стиция. 1968. № 16, с. 14.
650
istisnanın arxasında hər şeydən əwəl, mirasdan şərtlə imtina gizlənir’ . Miras
dan qismən imtinaya yol verilmir. Deməli, mirasdan şərtlə imtinaya yol verilə
bilməz. Məsələn, vərəsə mirasa daxil olan bəzi əmlak növlərini qəbul edir, di
gərlərini isə qəbul etməkdən imtina edir. Bu, mirasdan qismən imtina, bununla
həm də şərtlə imtina sayılır.
Mirasdan imtina əqddir. Əqdi isə yalnız tam mülki fəaliyyət qabiliyyətli şəxs
lər bağlaya bilərlər. Buna görə də ancaq tam fəaliyyət qabiliyyətli şəxslə
rin m irasdan im tina etm ək hüququ vardır.
Fəaliyyət qabiliyyəti olmayan şəxslər (ruhi xəstələr, kemağıllılar, 7 yaşına-
dək azyaşlılar), habelə 14 yaşınadək olan yetkinlik yaşına çatmayanlar öz qa
nuni nümayəndələrinin - qəyyumların, valideynlərin və ya övladlığa götürən
lərin vasitəsilə mirasdan imtina edə bilərlər. Onların adından və əvəzinə mi
rasdan qanuni nümayəndələr imtina edirlər. Lakin mirasdan imtinanın etibarlı
olması üçün imtinaya m əhkəm ənin razılıq verm əsi tələb edilir (MM-in 1268-
ci maddəsinin 2-ci bəndi).
14 yaşdan 18 yaşadək olan yetkinlik yaşına çatmayanlar, spirtli içkilərdən
sui-istifadə etməyə və s. görə fəaliyyət qabiliyyəti məhdudlaşdırılan şəxslər
mirasdan valideynlərinin (övladlığa götürənlərin) və ya himayəçilərin razılığı ilə
imtina edirlər. Mirasdan imtinanın etibarlı sayılması üçün lazımdır ki, məhkə
mə icazə versin (MM-in 1268-ci maddəsinin 2-ci bəndi).
Bir qayda olaraq, vərəsənin şəxsən özü m irasdan im tina edir. Bununla
belə, vərəsə nüm ayəndənin vasitəsilə də mirasdan imtina edə bilər. Mülki
qanunvericilik buna yol verir (MM-in 1271-ci maddəsi). Bu məqsədlə nüma
yəndə ilə vərəsə arasında tapşırıq müqaviləsi bağlanılır. Nümayəndəyə eti
barnamə də verilə bilər. Etibarnamədə xüsusi olaraq göstərilir ki, o, nümayən
dəyə mirasdan imtina etmək üçün səlahiyyət verir.
Mirasdan müxtəlif üsullarla imtina olunur. Əsas üsul mirasdan im tina et
m ək barədə n o ta ria t kontoruna ərizə verməkdən ibarətdir. Ərizə miras açıl
dığı yerin notariat kontoruna verilir1
2. Azərbaycan Respublikasının vərəsəlik hü
ququ müəyyən edir ki, mirasın qəbulundan imtina notariat orqanında rəsmi
ləşdirilməlidir (MM-in 1256-cı maddəsi). Ərizədə göstərilir ki, vərəsə mirası qə
bul etməkdən imtina edir. O, həmin ərizəni geri götürə bilməz. Bununla vərəsə
mirasdan imtina edir və tamamilə vərəsəlik hüququnu itirir.
Notariat kontoruna mirası qəbul etməkdən imtina etmək barədə ərizə ve
rilməsi hüquqi cəhətdən mirasdan imtinanı ifadə edir. Mirasdan faktiki (qeyri-
h ü q uq i) cəhətdən də im tina oluna bilər. Əgər vərəsəliyə çağırılan şəxs mi
rasın qəbul olunması üçün müəyyənləşdirilən müddət ərzində (üç aylıq müd
dət ərzində) mirasa fa k tik i cəhətdən sa h ib lik etməzsə, bu, mirasdan fakti
ki im tinanı b ild irir3.
Vərəsə yalnız qanunla müəyyənləşdirilən müddət ərzində mirasın qəbulun
dan imtina edə bilər. Qanun bunun üçün üç aylıq müddət müəyyənləşdirir
1
Гордон M. В.
Н а с л е д о в а н и е п о з а к о н у и по завещ ан и ю . М ., 1967, с. 86.
2
Эйдинова Э.Б.
Н а сл ед о в а н и е п о з ак о н у и завещ ани ю . М ., 1984, с. 21.
3
Серебровский В.И.
О ч ер к и со в ет ск о го н асл е д с т вен н о го права. М ., 1953, с. 179; С оветское
гр а ж д а н с к о е п р аво . У ч еб н и к . Т о м 2 /П о д рсд.
В.П.Грибанова, С.М. Корнеева.
М ., 1980, с.503.
651
(MM-in 1256-cı maddəsi). Həmin müddət vərəsənin vərəsəliyə çağırıldığını bil
diyi və ya bilməli olduğu gündən hesablanır. Vərəsəliyə çağırılmaq onu ifadə
edir ki, şəxs müvafiq növbənin vərəsələri sırasına və ya vəsiyyətnamədə gös
tərilən şəxslərin dairəsinə daxildir.
Şəxsin vərəsəliyə çağırılması üçün bir neçə faktın olması vacibdir. İki fakt
olduqda, şəxs qanun üzrə vərəsəliyə çağırılmış hesab edilir: birincisi, həmin
şəxsin qanun üzrə vərəsələr sırasına daxil olması; ikincisi, miras qoyan şəxsin
qanun üzrə vərəsəliyi istisna edən vəsiyyətnamə qoymaması.
Şəxsin vəsiyyət üzrə vərəsəliyə çağırılması üçün də iki faktın olması lazım
dır: birincisi, vəsiyyətnamənin olması; ikincisi, həmin şəxsin miras açılan anda
xeyrinə vəsiyyət olunan şəxslərin sırasına aid edilməsi.
Çox vaxt vərəsə özünün vərəsəliyə çağırılm asını m ira s açılan gündə
bilir. Belə halda m irasın qəbulundan üç aylıq im tin a m ü d d ə ti m iras açı
lan gündən hesablanır. Bəzən vərəsənin vərə sə liyə ça ğ ırıld ığ ın ı b ild iy i
günlə m irasın açıldığı gün üst-üstə düşm ür. M əsələn, vərəsə m iras q o
yanın ölüm ündən, yəni m irasın açıldığı gündən (iy u lu n 1-i) b ir ay sonra
xəbər tu tu r (avqustun 1-i). Aydın m əsələdir ki, bu halda vərəsə a v q u s
tun 1-də özünün vərəsəliyə çağırıldığını b ilir. Məhz bu gündən etibarən
üç aylıq im tina m üddəti hesablanır.
Bəzən müəyyən səbəblər üzündən vərəsə üç aylıq müddət ərzində mirasın
qəbulundan imtina edə bilmir, daha doğrusu, notariat kontoruna ərizə verə bil
mir. Əgər həmin səbəblər üzrlü sayılarsa, m əhkəm ə ü ç a ylıq m üd d ə ti iki ay
dan çox olm ayaraq uzada bilər. Bu səbəblərin dairəsini mülki qanunvericilik
müəyyənləşdirmir. Vərəsənin xəstəliyi, xarici ölkədə olması, uzunmüddətli
ezamiyyətə və ya ekspedisiyaya getməsi və s. üzrlü səbəb sayıla bilər. Bu sə
bəblər o b ye ktiv xarakterə m alik olm alıdır. Misala müraciət edək. Yanvar
ayının 1-də vətəndaş ölür və həmin gün vərəsə özünün vərəsəliyə çağırıldığını
bilir. Deməli, o, yanvar ayının 1-dən aprelin 1-nə kimi (1-i də daxil olmaqla) üç
aylıq müddət ərzində mirasın qəbulundan imtina edə bilər. Amma vərəsənin
ağır xəstəliyə düçar olması həmin müddət ərzində onun mirasdan imtina et
məsinə maneçilik törədir. Əgər bu halı məhkəmə üzrlü səbəb sayarsa, üç ay
lıq müddət iki ay uzadılır, yəni vərəsə iyunun 1-nə kimi (1-i də daxil olmaqla)
mirasdan imtina edə bilər.
Mirasdan imtinanı vərəsə yalnız miras açıldıqdan sonra həyata keçirə bilər.
Miras açılana kimi mirasdan imtina etmək hüquqi əhəmiyyətə malik olmur. Be
lə ki, miras anlayışı yalnız miras açıldıqdan sonra yaranır. Əgər miras yoxdur
sa, mirasdan imtina etmək haqqında danışmaq olmaz.
Bununla belə, əgər vərəsəliyə birinci növbə vərəsələr çağırılmışlarsa, onda
vərəsəliyə çağırılmadan ikinci növbə vərəsələr əvvəlcədən mirasdan imtina
edə bilərlər və s. Ehtiyat vərəsə də vərəsəliyə çağırılana kimi mirasdan imtina
edə bilər.
Hüquq ədəbiyyatında və mülki qanunvericilikdə mirasdan imtinanın iki növü
652
fərqləndirilir’ : şərtsiz mirasdan imtina; istiqamətlənmiş mirasdan imtina.
Ş ərtsiz m irasdan im tina odur ki, vərəsəliyə çağırılmış şəxs sözsüz, danı
şıqsız və qeydsiz olaraq mirası qəbul etməkdən imtina edir. Bu halda miras
dan imtina edən vərəsənin payı qanun üzrə vərəsələrə keçir və onlar arasında
bərabər hissələrlə (paylarla) bölüşdürülür. Əgər miras qoyan vəsiyyətnamə ilə
vərəsələr təyin edərsə, onda mirasdan imtina edən vərəsənin payı vəsiyyət
üzrə vərəsələrə keçir və onlar arasında bərabər hissələrlə (paylarla) bölüşdü
rülür. Bu hallara m iras paylarının artması deyilir.
İstiq a m ə tlə n m iş m irasdan im tina dedikdə, vərəsənin mirası qəbul etmək
dən qanun üzrə və ya vəsiyyət üzrə vərəsələr sırasından başqa şəxslərin xey
rinə imtina etməsi başa düşülür. Mirasdan imtinanın bu növü mülki qanunveri
cilikdə nəzərdə tutulmuşdur (MM-in 1261-ci maddəsi). Həmin növ imtina köh
nə Mülki Məcəlləyə (1264) də məlum idi (556-cı maddə).
İstiqamətlənmiş mirasdan imtina o vərəsənin payının artırılmasına səbəb
olur ki, mirasdan məhz onun xeyrinə imtina edilmişdir. O, vərəsələr arasında
m irasın b ö lü ş d ü rü lm ə s in in sadə yoludur. Belə ki, vərəsə öz miras payını
digər vərəsəyə vermək üçün əvvəlcə mirası qəbul etməli, sonra isə onu vərə
səyə bağışlamalıdır. Aydın məsələdir ki, bu, mürəkkəb və müəyyən vaxt tələb
edən yoldur. Ən sadə yol isə dərhal vərəsənin öz miras payından digər vərə
sənin xeyrinə imtina etməsindən ibarətdir. Məsələn, vərəsəliyin predmeti elə
hesab edək ki, Bakıdakı yaşayış evidir. Moskva şəhərində yaşayan vərəsə
poçtla göndərdiyi ərizədə göstərir ki, o, öz miras payından bacısının xeyrinə
imtina edir. Əgər bağışlama yolundan istifadə olunsaydı, vərəsənin Moskva
şəhərindən Bakıya gəlib mirası qəbul etməsi, sonra isə öz payını digər vərəsə
yə bağışlaması lazım gələrdi.
Bəzən birlikdə vərəsəliyə çağırılan vərəsələrdən biri müxtəlif
ı ras
səbəblərə görə (məsələn, ləyaqətsiz vərəsə sayılmasına görə,
pay annln
vəsiyyətnamənin etibarsız sayılmasına görə) «yox olur», «ara-
a ırı ması
dan ç|x|r>>^ ^ S
q
Z|
ə
vərəsəlik hüququnu itirir. Bununla bağlı
olaraq vərəsəlik hüququnu itirən vərəsəyə düşən miras payının hüquqi taleyi
necə həll edilir? Həmin pay digər vərəsələrin miras paylarına daxil olur. Bu ha
la mülki hüquq elmində miras paylarının artırılması deyilir.
M iras paylarının artırılm ası dedikdə, eyni b ir miras qoyanın birlikdə və
rəsəliyə çağırılan vərəsələrindən birinin - bu və ya digər səbəbə görə və
rəsəlik hüququnu itirən vərəsənin payının yerdə qalan vərəsələrin miras
paylarına daxil (əlavə) edilm əsi, həmin payları çoxaltması başa düşülür.
Vərəsəliyə çağırılan vərəsənin «yox olması», «aradan çıxması», vərəsəlik
hüququnu itirməsi əsasən bir neçə səbəblə bağlıdır.
B irin c i səbəb ondan ibarətdir ki, mirasın qəbul edilməsi üçün nəzərdə tu
tu la n m üddət (altı aylıq m üddət) ərzində vərəsə gəlib çıxmır. Həmin müd
dət ərzində o, özünün mirası qəbul etmək niyyətini, istəyini və arzusunu bildir
mir, ifadə etmir. Bunun motivi müxtəlif ola bilər. Məsələn, vərəsə özünü maddi 1
1 Советское гражданское право. У чебник. Том 2 / Под рсд.
В.П. Грибанова, С.М.Корнеева.
М.,
1980, с. 503;
Гордон М.В.
Наследование по закону и по завещанию. М ., 1967, с. 84;
Никипнок П.С.
Наследственное право и наследственный процесс. Кишинев. 1973, с. 189.
653
cəhətdən təminatlı hesab edir və istəyir ki, onun miras payı ehtiyacı olan vərə
sələrə keçsin. Buna görə də mirası qəbul etməyə gəlmir. Vərəsə özünü səxa
vətli göstərmək niyyəti ilə də belə hərəkət edə bilər.
Vərəsə gəlib çıxmadıqda onun miras payı digər vərəsələrin sərəncamına ke
çir və onların arasında bölünür. Bununla həmin vərəsələrin miras payı artırılır.
İkinci səbəb vərəsəliyə çağırılan vərəsənin m irasdan im tin a etm əsindən
ibarətdir. Mirasdan imtina edən vərəsənin payı başqa vərəsələrin miras pay
larına artırılır, əlavə edilir.
Üçüncü səbəb vəsiyyət edən tərəfindən və rə sə n in v ə rə s ə lik h ü q u q u n
dan məhrum edilm əsindən ibarətdir. Bunun nəticəsində vərəsəlikdən məh
rum edilən vərəsənin payına düşən miras hissəsi vərəsəliyə çağırılan vərəsə
lərin sərəncamına keçir.
Dördüncü səbəb nikahın etibarsız hesab e d ilm əsind ə n ib a rə td ir. Belə
ki, ər-arvaddan birinin ölümündən sonra nikah etibarsız sayıla bilər. Bu halda
sağ olan ər və ya arvad mirasdan pay almaq hüququnu itirir. Həmin pay isə
digər vərəsələrə keçir.
Beşinci səbəb onunla bağlıdır ki, övladlığa g ö tü rm ə e tib a rsız hesab
edilsin. Bunun nəticəsində övladlığa götürülənin mirasdan pay almaq hüququ
ləğv edilir. Bu pay isə digər vərəsələrin payına əlavə olunur.
Altıncı səbəb vərəsənin ö lm üş elan ed ilm əsind ə n ib a rə td ir. Bu, öz hü
quqi nəticələrinə görə ölüm hadisəsinə bərabər tutulur. Ona görə də vərəsə
nin ölmüş elan edilməsi başqa vərəsələrin miras paylarının artırılmasına səbəb
olan əsas ola bilər.
Yeddinci səbəb vərəsəliyə iki vərəsənin çağırılm ası və bun la rd a n b iri
nin ölm əsindən ib a rə td ir. Bunun üçün lazımdır ki, ölən vərəsənin öz vərəsə
si olmasın. Məsələn, vətəndaşın vur-tut iki oğlu vardır. O, öldükdən sonra oğ
lanların hər ikisi də vərəsəliyə çağırılırlar. Oğlanlardan biri mirası qəbul etməyə
macal tapmamış ölür. Onun öz vərəsəsi yoxdur. Belə halda ölmüş vərəsənin
miras payı öz qardaşının miras payına artırılır.
Səkkizinci əsas vəsiyyətnam ənin etibarsız sayılm asından ib a rə td ir1.
Belə ki, miras qoyan şəxs öz əmlakının hamısını yox, yalnız bir hissəsini vəsiy
yətnamə ilə təyin etdiyi vərəsəyə vəsiyyət edir, Vəsiyyətnamə etibarsız sayılır
(məsələn, hədə və ya zorakılıq nəticəsində tərtib edildiyinə görə). Bu halda
vəsiyyət üzrə vərəsənin payı qanun üzrə vərəsələrin miras paylarına artırılır.
Doqquzuncu əsas vərəsəliyə çağırılan şəxsin lə ya q ə tsiz vərəsə hesab
edilm əsindən ibarətdir. Vərəsə ləyaqətsiz vərəsə kimi vərəsəlikdən kənar-
laşdırıldıqda o, nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilər. Bu halda
onun miras payı digər vərəsələrin sərəncamına keçir.
Miras paylarının artırılması yalnız vərəsələrin miras paylarının miqdarının
(həcminin) dəyişməsidir, həmin paylara əlavə edilməsidir. Həm qanun üzrə
vərəsəlik zamanı, həm də vəsiyyət üzrə vərəsəlik zamanı miras paylarının artı
rılmasına yol verilir. Vərəsə mirasdan imtina etdikdə və ya mirası qəbul etmə- 1
1
Гущин D D
Наследственное право. Учебное пособие. M ., 2003, с. 68;
Зайцева Т.И., Краше
нинников П.В.
Наследственное
право (комментарий
законодательства
и
пр актика
его
применения). М ., 2003, с. 139.
654
dikdə (mirası qəbul etməyə gəlmədikdə), onun payına düşən miras hissəsi qa
nun üzrə vərəsəliyə çağırılan vərəsələrin sərəncamına keçir. O vərəsələrin sə
rəncamına keçir ki, onlar mirasdan imtina edən və ya mirası qəbul etməyən
vərəsənin aid olduğu növbəyə daxil olsunlar. Məsələn, mirasdan imtina edən
və ya mirası qəbul etməyən vərəsə birinci növbə vərəsədirsə, onda onun mi
ras payı həmin növbənin (yəni birinci növbənin) vərəsələrinə keçir. Əgər birin
ci növbə vərəsələr yoxdursa və ya birinci növbə vərəsələr mirası qəbul etməz
lərsə, onda miras payı sonrakı növbənin (ikinci növbənin) vərəsələrinə keçir
və s. Deməli, «aradan çıxan» vərəsənin m iras payı qanun üzrə bütün və
rəsələrə yox, yalnız «aradan çıxan» vərəsənin m ənsub olduğu növbənin
vərəsələrinə keçir. Məsələn, miras qoyanın oğlu mirasdan imtina edir. Onun
miras payı birinci növbə vərəsələrin sərəncamına keçir. Əgər birinci növbə və
rəsələr olmazsa və ya onlar mirası qəbul etməsələr, miras payı ikinci növbə
vərəsələrə (miras qoyanın qardaş və bacılarına) keçir. «Yox olan» vərəsənin
miras payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələr arasında bərabər qay
dada bölüşdürülür (MM-in 1262 - ci maddəsi).
Vəsiyyət üzrə vərəsə də mirasdan imtina edə bilər və ya onu qəbul etməz.
Bu halda əgər miras qoyan şəxs öz əmlakının hamısını təyin etdiyi vərəsələrə
vəsiyyət etdikdə (o, vərəsələri vəsiyyətnamə ilə təyin edir), «yox olan» vərəsə
nin payı vəsiyyət üzrə vərəsələrin sərəncamına keçir və onların arasında
paylarına m ütənasib surətdə bölü n ür (MM-in 1262-ci maddəsi). Məsələn,
ata (miras qoyan) aşağıdakı məzmunda belə bir vəsiyyətnamə tərtib edir:
«Bütün əmlakımı beş nəfər övladıma vəsiyyət edirəm». Miras açıldıqdan son
ra bütün övladların hamısı vərəsəliyə çağırılır. Övladlardan biri mirası qəbul et
məkdən imtina edir. Onun payına düşən miras hissəsi qanun üzrə vərəsələrə
yox, vəsiyyət üzrə qalan digər vərəsələrin sərəncamına keçir və onların ara
sında paylarına mütənasib surətdə bölüşdürülür.
Bəzən vəsiyyətnamədə bütün miras əmlak vəsiyyət üzrə vərəsələr arasın
da bölüşdürülür. Lakin miras açılan zaman bəlli olur ki, vərəsələrdən biri sağ
deyildir. Bu halda ölən vərəsənin payına düşən miras hissəsi qanun üzrə və
rəsələr arasında yox, vəsiyyət üzrə vərəsələr arasında bərabər qaydada bölü
nür (MM-in 1178-ci maddəsi). Bununla vərəsələrin miras payları artırılır.
Bəzən miras qoyan şəxs öz əmlakının hamısını yox, yalnız onun bir his
sə sin i v ə siyyə t edir. Buna görə də miras qoyanın əmlakının digər hissəsi və
siyyətnamədən kənarda qalır. Əgər vəsiyyət üzrə vərəsələrdən biri «yox
olarsa», «aradan çıxarsa», onun m iras payı vəsiyyət üzrə qalan vərəsələ
rə yox, qanun üzrə vərəsələrə ke çir1. Həmin pay mirasın sərbəstləşən his
səsi olub, ümumən qanun üzrə vərəsələrin hamısının sərəncamına keçir və
onlar arasında bərabər payla bölünür1
2.
Vərəsə vərəsəlik hüququndan məhrum edilə bilər. Bu halda onun pa
yına düşən m iras hissəsi vərəsəliyə çağırılm ış qalan vərəsələrə keçir və
onların arasında bərabər b ö lü şd ü rü lü r (MM-in 1144-cü maddəsi).
1
Серебровскии В. И.
Очерки советского наследственного права. M ., 1953, с. 205.
2
Иоффе О.С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с.326.
655
Tövsiyə olunan əlavə ədəbiyyat
Серебровский В.И. Очерки советского наследственного права. М.,
1953 (глава V, VI, VII);
Серебровский В.И. Принятие наследства
И
Советское государство и
право. 1950, № 6.
А нтим онов Б.С., Граве К.А. Советское наследственное право. М.,
1955 (глава VI);
Черепахин Б.Б. Правопреемство по советскому гражданскому праву.
М., 1962 // В книге: Черепахин Б.Б. Труды по гражданскому праву. М „
2001, с. 414-422;
Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л.,
1965 (раздел III, глава 3);
Н икитю к П.С. Наследственное право и наследственный процесс. Ки
шинев. 1973 (глава IV, § 4);
Чепига Т. Способы принятия наследства // Советская юстиция. 1968,
№ 16;
Чепига Т. Продление срока на принятие наследства // Советская юс
тиция. 1970, № 6;
Гордон М.В. Наследование по закону и по завещанию, 1967;
Рясенцев В.А. Наследование по закону и по завещанию в СССР. М.,
1972;
Эйдинова Э.Б. Наследование по закону и по завещанию. М., 1984;
Власов Ю.Н., Калинин В.В. Наследование по закону и завещанию.
М „ 1999;
Саломатова Т.В. Наследование по завещанию и по закону. М., 2002;
Барщ евский М.Ю. Наследственное право. М., 1996;
Власов Ю.Н. Наследственное право Российской Федерации. М.,
1998;
Толстой Ю.К. Наследственное право. М., 1999;
Ш уш кевич Б.А. Наследственное право Российской Федерации. Тю-
мен, 1998;
Грудцы на Л.Ю. Наследование. М., 2002;
Гущин В.В. Наследственное право. М., 2003;
Л япунов С.Г. Наследование. М., 2003;
Данилов Е.П. Наследование. Нотариат. Похороны. М., 2002;
Зайцева Т.И., Краш енинников П.В. Наследственное право. М., 2003;
Советское гражданское право. Учебник. Том 2 / Под ред. В.А.Рясен-
цева. М., 1976;
Советское гражданское право. Учебник. Том 2 / Под ред. В.П .Гриба
нова, С.М.Корнеева. М., 1980;
Советское гражданское право. Учебник. Том 2 / Под ред. О.А. Красав
чикова. М., 1985;
Гражданское право. Учебник. Часть 3 / Под ред. А.П.Сергеева, Ю.К.
Толстого. М., 1998;
656
Гражданское право. Учебник. Том 1 / Под ред.
Е.А.Суханова
М
1998;
Серебровский В.И.
Фактическое непринятие наследником наследст
ва и отказ его от наследства
I I
Прововедение, 1972, № 3;
Толстой В.
Принятие наследства и отказ от его принятия
I I
Советская
юстиция. 1966, № 13;
Корнеева И.Л.
Наследственное право Российской Федерации. Учеб
ное пособие. М., 2003 (тема 7);
Власов Ю.Н., Калинин В.В.
Наследственное право Российской Феде
рации. Учебно-методическое пособие. М., 2002 (глава 2, § 3,4, 5);
Власов Ю.Н., Калинин В.В.
Нотариат (курс лекций). М., 2002 (лекция
21
);
Гришаев С.П.
Наследственное право. Учебное пособие. М., 2002.
657
XVII FƏSİL
MİRASIN BÖLÜŞDÜRÜLMƏSİ.
VƏRƏSƏLİK HÜQUQUNUN RƏSMİLƏŞDİRİLMƏSİ.
MİRASIN QƏBUL EDİLMƏSİNİN
HÜQUQİ NƏTİCƏLƏRİ
Dostları ilə paylaş: |