Odlar Yurdu Universitetinin «Mülki hüquq» kafedrasının baş müəllimi T. Feyzullayeva Sabir Salman oğlu Allahverdiyev. Azərbaycan Respublikasının m ülki hüququ. ILL cild. IV kitab dərs



Yüklə 19,08 Mb.
Pdf görüntüsü
səhifə54/54
tarix30.04.2020
ölçüsü19,08 Mb.
#31027
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   54

Tövsiyə olunan  əlavə ədəbiyyat

С е р е б р о вский  В.И.  Очерки  советского  наспедственного  права.  М.. 

1953  (глава 8,9);

А н ти м о н о в   Б.С,,  Граве  К.А.  Советское  наследственное  право.  М., 

1955 (глава  8);

Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л .,  1965 

(раздел 3,  глава  3);

Гордон М.В. Наследование по закону и по завещанию, 1967 (раздел 4);

Н икитю к  П.С.  Наследственное  право  и  наследственный  процесс.  Ки­

шинев.  1973 (глава  4, § 3, §  7, § 8);

Э йдинова  Э.Б.  Наследование  по  закону  и  завещанию.  М „  1984  (раз­

дел 6,7);

Советское  гражданское  право.  Учебник.  Том  2 /  Под  ред.  О.А.  Красав­

чикова.  М.,  1985 (глава  53,  § 7);

Гражданское  право.  Учебник.  Часть  3  /  Под  ред.  А.П.Сергеева,  Ю.К. 

Толстого.  М.,  1998  (глава  64);

Зайцева  Г.И.,  Краш енинников  П.В.  Наследственное  право.  М.,  2003 

(глава  9,10,11);

Гущ ин  В.В.  Наследственное  право.  Учебное  пособие.  М.,  2003  (глава

Т.В.Ссшомотоса.

  Наследование по завещанию и  по закону.  М ., 2002, с. 65.

691


4,  § 8 ,  9  10);

Л япунов  С.Г.  Наследование.  М.,  2003 (§  7, § 8,  § 9);

Барыш ев  А.И.  Приобретение  наследства  и  его  юридические  пос­

ледствия.  М.,  1960;

Гомола А.И.  Нотариат.  Учебное  пособие.  М.,  2003  (тема  9);

Власов  Ю.Н.,  Калинин  В.В.  Наследственное  право  Российской  Феде­

рации.  М.,  2002  (глава  5,  6, 7);

Корнеева  И.Л.  Наследственное  право  Российской  Федерации.  М.,

2003  (тема  8,  9,  10);

Власов  Ю.Н.,  Калинин  В.В.  Нотариат  (курс лекций).  М.,  2002  (лекция

24,  25,  26);

Плетнев  М.Ю.  Нотариат.  Учебное пособие.  М.,  2003 (глава  6); 

Полтавская  Н.,  Кузнецов  В.  Нотариат (курс лекций).  М.,  2002  (лекция

11



12

).

692



«MÜLKİ  HÜQUQ»  FƏNNİ  ÜZRƏ TƏDRİS  PROQRAMI

Tədris  proqramı  Odlar  Yurdu  Universiteti­

nin  «Mülki  hüquq»  kafedrasında  müzakirə 

olunaraq  bəyənilmiş,  Elmi  Şura  tərəfindən 

təsdiq edilmişdir.

Mövzu  1

Şəxsi  qeyri-əmlak əmlak hüququ

Şəxsi qeyri-əmlak hüququ  mülki  hüququn yarımsahalərindən  biri kimi.  Sub­

yektiv  mənada  şəxsi  qeyri-əmlak  hüququ  və  onun  hüquqi  əlamətləri  (xüsusiy­

yətləri).  Şəxsi  qeyri-əmlak  hüququnun  predmeti.  Şəxsi  qeyri-əmlak  münasi­

bətləri və onların quruluşu.  Şəxsi qeyri-əmlak hüquqlarının rolu və əhəmiyyəti.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin)  hüquqi  tənzimlənməsi. 

Şəxsi  qeyri-əmlak  hüquqlarının  (münasibətlərinin)  qorunması  və  müdafiəsi. 

Mənəvi  zərərin  kompensasiyası.  Şəxsi  qeyri-əmlak  hüquqlarının  həyata  keçi­

rilməsi.

Şəxsi  qeyri-əmlak  hüquqlarının  təsnifinin  əsaslan.  Şəxsiyyəti  fərdiləşdirmə- 

yə yönələn  şəxsi  qeyri-əmlak  hüquqları.

Yaşamaq  hüququ.  Sağlamlığın  qorunması  hüququ.  Sağlam  ətraf  mühitdə 

yaşamaq  hüququ.  Azadlıq  hüququ.  Şəxsi  toxunulmazlıq  hüququ.  Yaşayış yeri 

seçmək hüququ.  Sərbəst hərəkət etmək hüququ.

Şəxsi  həyat sirrini  saxlamaq  hüququ.  Rabitə  vasitələri  ilə  ötürülən  məluma­

tın  sirrini  saxlamaq  hüququ.  Şəxsi  həyatın  toxunulmazlığı  hüququ.  Şəxsi  sə­

nədlərin toxunulmazlığı  hüququ.

Mövzu  2

Şərəf,  ləyaqət və  işgüzar nüfuz hüquqlarının 

mülki-hüququ  müdafiəsi

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  hüquqlarının  əsas  xüsusiyyətləri.  Şərəf,  lə­

yaqət və  işgüzar nüfuz hüquqlarının obyektləri.

Şərəf,  ləyaqət  və  işgüzar  nüfuz  mülki-hüquqi  mühafizənin  (qorumanın)  ob­

yekti  kimi.  Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  mülki-hüquqi  müdafiəsinin  ma­

hiyyəti.


Ümumi  mülki-hüquqi müdafiə  üsulları.  Xüsusi  mülki-hüquqi  müdafiə  üsulları

Təkzib  olunmanı  tələb  etmək  hüququnun  subyekti.  Təkzib  etmək  vəzifəsi­

nin  subyekti.  Təkzib  olunma  ilə  bağlı əmələ  gələn  hüquq  münasibətinin yaran­

ma əsası.

Şəxs  (iddiaçı)  barədə  məlumatların  yayılması.  Yayılmış  məlumatların  şəxsin 

(zərərçəkənin,  iddiaçının)  şərəf,  ləyaqət  və  işgüzar  nüfuzunu  ləkələməsi.  Ya­

yılmış məlumatların  həqiqətə  uyğun  (doğru) olmaması.

693


Mövzu  3

Şərəf,  ləyaqət və işgüzar nüfuzun  müdafiəsi 

barədə  məhkəmə  iddiasının təmin  olunması

Təkzib  etmə  üsulları.  Şərəf,  ləyaqət  və  işgüzar  nüfuzun  digər  mühafizə 

üsulları.  Şərəfi,  ləyaqəti  və  işgüzar  nüfuzu  ləkələyən  məlumatların  yayılması 

nəticəsində  vurulmuş  zərərin  əvəzinin  ödənilməsi.  Şərəf  və  ləyaqətin  mülki- 

hüquqi  müdafiəsinin  onun  cinayət  hüququ  ilə  müdafiəsindən  fərqi.  İddia  müd­

dətinin  şamil edilməməsi.  Diffamasiya.



Mövzu 4

Əqli  mülkiyyət hüququ

Əqli  mülkiyyət  hüququ  mülki  hüququn  yarımsahəsi  kimi.  Əqli  mülkiyyət  və 

əqli mülkiyyət hüququ.  Subyektiv əqli  mülkiyyət hüququnun  məzmunu.

Əqli  mülkiyyət  hüququnun  predmeti.  Yaradıcılıq  münasibətlərinin  (əmlak 

münasibətləri  ilə  bağlı  olan  şəxsi qeyri-əmlak münasibətlərinin)  obyektləri.  Əqli 

mülkiyyət  hüququnun  funksiyaları.  Əqli  mülkiyyət  hüququnun  əsas  institutları. 

Əqli  mülkiyyət  hüququnun  mənbələri.  Əqli  mülkiyyət  hüququnun  prinsipləri.

Mövzu  5

Müəlliflik hüququ  və əlaqəli  hüquqlar

Müəlliflik  hüququnun  anlayışı.  Müəlliflik  hüququnun  predmeti.  Müəlliflik  hü­

ququnun funksiyaları.  Müəlliflik  hüququnun  prinsipləri.

Müəlliflik qanunvericiliyi.  Beynəlxalq  müqavilələr müəlliflik  hüququnun  mən­

bəyi  kimi.

Əsər  müəlliflik  hüquq  münasibətinin  obyekti  kimi.  Əsərin  anlayışı  və  əsas 

xüsusiyyətləri.  Əsərin  hüquqi  cəhətdən  mühafizə  (qorunma)  edilmə  şərtləri. 

Əsər  yaradıcılıq  fəaliyyətinin  nəticəsi  (məhsulu)  kimi.  Obyektiv  forma  əsərin 

hüquqi  mühafizə  olunma  şərtlərindən  biri  kimi.  Əsərlərin  insan  fəaliyyətinin 

elm,  ədəbiyyat  və  incəsənət  kimi  sahələrinə  aid  olması.  Əsərin  rəsmiləşdiril- 

məsinin  tələb  olunmaması.  Əsərin  müəlliflik  hüququ  ilə  qorunan  elementləri. 

Müəlliflik  hüququnun obyekti  olmayan əsərlər.

Yaradıcılıq  əsərləri  barədə  ümumi  müddəalar.  Elm,  ədəbiyyat  və  incəsənət 

əsərləri.  Açıqlanmış  və  açıqlanmamış  əsərlər.  Dərc  olunmuş  və  dərc  olunma­

mış  əsərlər.  Əsas  və  törəmə  əsərlər.  Xidməti  (qulluq)  və  xidməti  olmayan 

əsərlər.  Əsərin  digər növləri.

Müəlliflik  hüququ  subyektlərinin  anlayışı,  dairəsi  və  növləri.  Müəllif müəlliflik 

hüququnun  əsas  subyekti  kimi.  Şərikli  müəlliflər müəlliflik  hüququnun  subyekti 

kimi.  Tərtibatçılar  müəlliflik  hüququnun  subyekti  kimi.  Nəşriyyat  (hüquqi  şəxs) 

müəlliflik  hüququnun  subyekti  kimi.  Vərəsələr  və  digər  hüquqi  varislər  müəllif­

lik  hüququnun  subyekti  kimi.  Audiovizual  əsərin  müəllifləri  müəlliflik  hüququ­

nun  subyekti  kimi.  Xidməti  (qulluq)  əsərin  müəllifi  və  işəgötürən  müəlliflik  hü­

ququnun  subyekti  kimi.  Törəmə  əsərin  müəllifi  müəlliflik  hüququnun  subyekti 

kimi.  Dövlət  (Azərbaycan  Respublikası)  müəlliflik hüququnun  subyekti  kimi

694


Subyektiv  müəlliflik  hüquqlarının  anlayışı  və  əsas  xüsusiyyətləri.  Subyektiv 

müəlliflik  hüquqlarının  növləri.

Müəlliflik  hüququ.  Müəllifin  ad  hüququ.  Ad-sanını  (şöhrətini)  müdafiə  hüqu­

qu.  Açıqlamaq  hüququ.  Əsəri dərc etdirmək hüququ.  İmtina hüququ.

Müəllifin əmlak  (iqtisadi) hüquqlarının  əsas xüsusiyyətləri.  Surətçıxarma hü­

ququ.  Yaymaq  hüququ.  İdxal  hüququ.  Kütləvi  nümayiş  hüququ.  Kütləvi  ifa  hü­

ququ.  Efirlə  bildiriş  hüququ.  Kabellə  kütləvi  bildiriş  hüququ.  Tərcümə  hüququ.

Yenidən  işləmək  hüququ.  Təmasda olmaq  hüququ.  İzləmə hüququ.  Birinci sa­

tış  hüququ.  Müəllifin  əsər barəsində digər hüquqları.

Ümumi  müddəalar.  Əsərlərdən  şəxsi  məqsədlər  üçün  sərbəst  istifadə.  Mü­

əllif qonorarı  ödəməklə əsərdən  şəxsi  məqsədlər üçün sərbəst istifadə.  Repro- 

surətini  çıxarmaq  yolu  ilə  əsərdən  sərbəst istifadə.  Əsərlərdən  informasiya, el­

mi,  tədris və  digər  məqsədlər  üçün  istifadə.  Sərbəst giriş  üçün daim  açıq  olan 

yerlərdə  əsərlərdən  sərbəst  istifadə.  Rəsmi  və  digər  mərasimlər  zamanı  əsər­

lərin  kütləvi  ifası.  Məhkəmə  və  inzibati  məqsədlər  üçün  əsərin  sərbəst  şəkildə 

surətinin  çıxarılması.  Efir  yayımı  təşkilatlarının  qısamüddətli  istifadə  üçün  ya­

ratdıqları  yazılmalar.  Kompüter  proqramlarının  və  məlumat  bazalarının  surəti­

nin  çıxarılması.

Müəlliflik  hüququnun  qüvvədə  olma  müddətinin  anlayışı  və  növləri.  Müəllif­

lik  hüququnun  qüvvədə  olmasının  xüsusi  müddətləri.  Əsərin  ictimai  varidata 

keçməsi.  Əsərin  dövlət varidatı  elan  edilməsi.

Müəlliflik  hüquqlarının vərəsəlik qaydasında  keçməsi.  Müəlliflik hüquqlarının 

müəllif müqaviləsi  üzrə verilməsi.

Müəlliflik  hüququnun  müdafiəsi  anlayışı.  Müdafiə  hüququnun  subyekti.  Mü­

əlliflik  hüququnun  müdafiəsi  zamanı  müdafiə  formaları.  Müəlliflik  hüququnun 

mülki-hüquqi  müdafiə  üsulları.  Müəlliflik  hüququnun  tanınması.  Hüquqların  po- 

zulmasınadək  mövcud  olan  vəziyyətin  bərpa  edilməsi.  Müəlliflik  hüquqlarını 

pozan  və  ya  onları  pozmaq  təhlükəsi  yaradan  hərəkətlərin  qarşısının  alınması. 

Vəzifənin  icrasının  natura  ilə  müəyyən  edilməsi.  Hüququ  pozmuş  şəxsdən 

vurduğu  zərərin  əvəzinin  alınması.  Mənəvi  zərərin  kompensasiyası.  Hüquq 

münasibətlərinə xitam  verilməsi  və ya onların  dəyişdirilməsi.  Dəbbə  pulu  (cəri­

mə,  penya)  alınması.  Müəlliflik  hüququnun  qorunması  sahəsində  istifadə  olu­

nan  mülki-hüquqi  müdafiənin  xüsusi  üsulları.  Müəlliflik  hüququnun  digər  mü- 

> 

dafiə  üsulları.  Müəlliflik  hüququnun  müdafiəsində  iddia  müddəti.  Müəlliflik  hü­

ququnun  pozulmasına  görə  digər növ hüquqi  məsuliyyət.

Mövzu 6

Əlaqəli  hüquqlar

Əlaqəli  hüquqların  anlayışı  və  predmeti.  Əlaqəli hüquqların  qorunması.  Əla­

qəli  hüquqların  mənbələri.  Əlaqəli  hüquq subinstitutunun funksiyaları.

Əlaqəli  hüququn  subyektləri.  Əlaqəli  hüququn  obyektləri.  Əlaqəli  hüquq 

subyektlərinin  hüquqları.  İfaçının hüquqları.  Fonoqram  istehsalçısının  hüquqla­

rı.  Yayım  təşkilatının  hüquqları.  Əlaqəli  hüquq  obyektlərindən  sərbəst  istifadə 

hallan.  Əlaqəli  hüquqların qüvvədə olma  müddəti

695


Patent hüququnun  anlayışı  və  predmeti.  Subyektiv patent  hüququnun  (sub­

yektiv  sənaye  mülkiyyəti  hüququnun)  xüsusiyyətləri.  Patent  hüququnun  funk­

siyaları.  Patent  hüququnun  prinsipləri.  Patent  hüququnun  mənbələri.  Beynəl­

xalq  müqavilə və sazişlər patent  hüququnun  mənbəyi  kimi.

Patent  hüququ  subyektlərinin  anlayışı  və  dairəsi.  Müəllif patent  hüququnun 

subyekti  kimi.  Patent  sahibi  patent  hüququnun  subyekti  kimi.  İşəgötürən  pa­

tent  sahibi  kimi.  Vərəsələr  patent  hüququnun  subyekti  kimi.  Dövlət  patent  hü­

ququnun  subyekti  kimi.

Patent  hüququ  obyektinin  anlayışı.  İxtira  hüququ.  İxtiranın  anlayışı.  İxtiranın 

obyektləri.  İxtira  sayılmayan  obyektlər.  İxtiranın  patentə  layiq  olmaq  (patent 

qabiliyyəti)  şərtləri.  Yenilik  şərti.  İxtira  səviyyəsinə  malik  olmaq  şərti  (əlaməti, 

meyarı).  Sənayedə tətbiq oluna  bilmək əlaməti  (şərti).  Faydalı  modelin  anlayışı 

və  patentə  layiq  olmaq  (patent  qabiliyyəti)  şərtləri.  Yenilik  faydalı  modelin  pa­

tentə  layiq  olmağın  şərti  (əlaməti,  meyarı)  kimi.  Sənayedə  tətbiq  edilə  bilmək 

əlaməti  (şərti).

Sənaye  nümunəsinin  anlayışı.  Sənaye  nümunəsinin  patentə  layiq  olmaq 

şərtləri.  Yenilik  şərti  (əlaməti).  Orijinallıq  şərti  (əlaməti).  Sənayedə  tətbiq  edilə 

bilmək şərti  (əlaməti).

Sənaye  mülkiyyəti  obyektlərinin  mühafizə  forması.  Sənaye  mülkiyyəti  ob­

yektinə  patent  almaq  üçün  iddia  sənədinin  tərtib  olunması  və  verilməsi.  İddia 

sənədinə  baxılması.  İddia  sənədinin  ilkin  ekspertizası.  Patent ekspertizası.  Pa­

tentin  verilməsi.

Sənaye  mülkiyyəti  obyekti  müəllifinin  hüququnun  təsnifi.  Müəllifin  şəxsi 

qeyri-əmlak  hüquqları.  Müəlliflik  hüququ.  Ad  hüququ.  Müəllifin  sənaye  mülkiy­

yəti  obyektinə  toxunulmazlıq  hüququ.  Müəllifin  əmlak  hüquqları.  Sənaye  mül­

kiyyətinə  patent  almaq  hüququ.  Haqq  almaq  hüququ.  Sənaye  mülkiyyəti  ob­

yektlərindən  istifadə  hüququ.

Patent  sənaye  mülkiyyəti  obyektlərini  qoruyan  sənəd  kimi.  Patentin  funksi­

yaları.  Subyektiv  patent  hüququ.  Subyektiv  patent  hüququnun  həcmi.  Sənaye 

mülkiyyəti  obyektinin  müvəqqəti  hüquqi  mühafizə  edilməsi.  Dolayı  yolla  hüqu­

qi  mühafizə.

Subyektiv  patent  hüququnun  məzmununu  təşkil  edən  elementlər.  İstifadə 

hüququ.  Sənaye  mülkiyyəti  obyektinə  sərəncam  vermək  hüququ  (səlahiyyəti). 

Patent hüquqlarının  məhdudlaşdırılması.  Patentin  qüvvəsinə  xitam verilməsi.

Subyektiv  patent  hüquqlarının  müdafiəsi  anlayışı.  Müdafiə  hüququnun  sub­

yektləri.  Subyektiv  patent  hüququnun  müdafiə  forma  və  vasitələri.  Patent  hü­

quqlarının  müdafiəsində  istifadə  olunan  mülki-hüquqi  üsullar.  Müəllifin  hüquq­

larının  mülki-hüquqi  üsullarla  müdafiəsi.  Patent  sahibinin  hüquqlarının  mülki- 

hüquqi  üsullarla  müdafiəsi.  Patent  hüquqlarının  pozulmasına  görə  cinayət mə­

suliyyəti.

Sənaye  mülkiyyəti  obyektinin  xarici  dövlətlərdə  patentləşdirilməsinin  məq­

sədləri.  Azərbaycan  Respublikasının  sənaye  mülkiyyətinin  qorunması  barədə



M ö v z u   7

P a t e n t   h ü q u q u

696


beynəlxalq sazişlərdə  iştirakı. Xarici ölkələrdə  patentləşdirmə qaydaları

Mövzu 8

Fərdiləşdirmə vasitələri hüququ  (firma  hüququ)

Firma  adı  fərdiləşdirmə  vasitəsi  kimi.  Firma  adının  funksiyası  (təyinatı).  Fir­

ma  hüququnun  anlayışı.

Firma  hüququnun  subyektləri.  Subyektiv firma  hüququnun yaranması.

Firma  adının  (firmanın)  prinsipləri.  Firma  hüququnun  mənbələri  (firma  adı 

barədə  qanunvericilik).

Firma  adının  məzmununa  aid  olan  tələblər.  Firma  adının  strukturu  (qurulu­

şu).


Firma  (firma  adı)  hüququnun  qorunması.  Firma  (firma  adı)  hüququnun  mü­

dafiəsi.


Mövzu  9

Əmtəə  nişanlarının və coğrafi  göstəricilərin 

hüquqi  mühafizəsi

Əmtəə  nişanı  hüququnun  anlayışı.  Əmtəə  nişanının  əhəmiyyəti və funksiya­

sı.  Əmtəə  nişanı  hüququnun  mənbələri  (əmtəə  nişanı  barədə qanunvericilik)

Əmtəə  nişanlarının  qorunma  şərtləri.  Əmtəə  nişanlarının  növləri.  Əmtəə  ni­

şanı  hüququnun  subyektləri.  Xidmət  nişanı.

Əmtəə  nişanı  hüququnun  rəsmiləşdirilməsi  prosedurasının  mərhələləri  və 

əhəmiyyəti.  Əmtəə  nişanlarının  qeydə  alınması  barədə  iddia  sənədinin  tərtib 

olunması  və  verilməsi.  Əmtəə  nişanı  barəsində  iddia  sənədinin  ekspertizası. 

Əmtəə  nişanının  dövlət  reyestrində  qeydə  alınması və  iddiaçı  şəxsə  qeydiyyat 

şəhadətnaməsi  verilməsi  mərhələsi.

Əmtəə  nişanı  hüququ.  Əmtəə  nişanlarından  istifadə  hüququ.  Əmtəə  nişanı­

na  dair hüquqların  verilməsi.  Əmtəə  nişanlarının  qorunmasına xitam verilməsi.

Əmtəə  nişanı  hüququnun  pozulması.  Əmtəə  nişanı  ilə  bağlı  mübahisələrə 

baxılması.  Əmtəə  nişanı  hüququnun  müdafiəsinin  həyata  keçirilməsi.  Mülki- 

hüquqi  müdafiə  üsulları.

Coğrafi  göstəricinin  anlayışı.  Coğrafi  göstərici  hüququ  və  onun  hüquqi tən­

zimlənməsi.

Coğrafi  göstərici  hüququnun  rəsmiləşdirilməsi.  Coğrafi  göstəricilərdən  isti­

fadə.

Mövzu  10

Kommersiya  sirrinin  hüquqi  mühafizəsi

Kommersiya  sirrinin  əsas  xüsusiyyətləri  (əlamətləri).  Kommersiya  sirrinin 

qorunma  şərtləri  (meyarları).  Kommersiya  sirri hüququnun  subyektləri.

Kommersiya  sirri  sahibinin  istifadə,  sərəncam və  digər hüquqları.  Kommer­

siya  sirri  («nou-hau»)  hüququnun  xitam  olunması.  Kommersiya  sirri  sahibinin 

hüquqlarının  müdafiəsi

697


Seleksiya  nailiyyəti  hüququnun  anlayışı.  Seleksiya  nailiyyətlərinin  qorunma 

şərtləri.  Seleksiya  nailiyyəti  hüququnun subyektləri  və  obyektləri.

Seleksiya  nailiyyəti  hüququnun  rəsmiləşdirilməsinin  əhəmiyyəti.  Dövlət 

qeydiyyatı  prosesinin  (seleksiya  nailiyyəti  hüququnun  rəsmiləşdirilməsi  prose­

sinin)  mərhələləri

Müəllifin  və  patent  sahibinin  hüquqları.  Seleksiya  nailiyyətinin  müəllifinin 

hüquqları

Seleksiya  nailiyyətinin  müəllifinin  və  patent  sahibinin  hüquqlarının  müdafiə­

si.  Müdafiə formaları.  Müdafiə  üsulları

Mövzu  12 

Kəşf hüququ

Kəşf  hüququnun  anlayışı.  Subyektiv  kəşf  hüququnun  obyekti.  Kəşfin  əla­

mətləri  (qorunma  şərtləri).  Kəşf hüququnun  subyektləri.

İddia  sənədinin  tərtib  olunması  və  verilməsi.  İddia  sənədinə  baxılması.  Kəşf 

üçün  diplom  verilməsi.

Kəşfin  müəllifinin  şəxsi  qeyri-əmlak  hüquqları.  Kəşf  müəllifinin  əmlak  hü­

quqları.  Kəşf müəllifinin  hüquqlarının  müdafiəsi

Mövzu  13

Vərəsəlik  hüququ  mülki  hüququn  yarımsahəsi  kimi

Vərəsəlik  hüququ  mülki  hüququn  yarımsahəsi  kimi.  Vərəsəlik  hüququnun 

milli  (dövlətdaxili)  hüquq  sistemində  tutduğu  yer.  Vərəsəlik  hüququnun  anlayı­

şı.  Vərəsəlik hüququnun  predmeti.  Vərəsəlik  hüququnun  mənbələri

Vərəsəlik  hüququnun  əsas  anlayışları.  Vərəsəlik  və  onun  əsas  xüsusiyyət­

ləri.  Vərəsəliyin  əsasları.  Miras  əmlak  (miras).  Miras  qoyan  və  vərəsə.  Qanun 

üzrə  vərəsəlik.  Vəsiyyət  üzrə  vərəsəlik.  Mirasın  açıldığı  vaxt.  Mirasın  açıldığı 

yer.  Vərəsəlik  hüquq  münasibətləri.

Vərəsəlik  hüququnun  prinsipləri.  Vərəsəliyin  əhəmiyyəti

Mövzu  14

Qanun  üzrə vərəsəlik

Qanun  üzrə  vərəsəliyin  anlayışı.  Qanun  üzrə vərəsəliyin  əsası.  Qanun  üzrə

vərəsəliyin  şərtləri

Qanun  üzrə  vərəsəliyin  subyektləri.  Birinci  növbə  vərəsələr.  İkinci  növbə 

üzrə  vərəsəlik.  Üçüncü  növbə  üzrə vərəsələr.  Dördüncü  növbə  üzrə  vərəsələr. 

Beşinci  növbə  üzrə  vərəsələr.  Təmsiletmə  hüququ  üzrə  vərəsələr.  Qanun  üz­

rə vərəsələrin  miras əmlakındakı  payı

Məcburi vərəsələr.  Məcburi  pay.

Himayədə olan  şəxslərin  vərəsəliyi.  Ləyaqətsiz vərəsələr

M ö v z u   11

S e le k s iy a   n a iliy y ə ti  h ü q u q u

698


Mövzu  15

Vəsiyyət üzrə vərəsəlik

Vəsiyyət  üzrə  vərəsəliyin  anlayışı  və  əsas  cəhətləri.  Vəsiyyət üzrə vərəsəli­

yin  əsası.  Vəsiyyət  üzrə vərəsəliyin subyektləri.

Vəsiyyətnamənin  anlayışı və əsas cəhətləri. Vəsiyyətin  məzmunu. Vəsiyyət 

üzrə  vərəsəlik  hüququndan  məhrumetmə.  Vəsiyyətin  qeyri-əsas  məzmunu. 

Vəsiyyət tapşırığı.  Vəsiyyət  həvaləetməsi (tapşırma). Vəsiyyətnamənin icrası.

Vəsiyyətnamənin  forması.  Formasına  görə  vəsiyyətnamənin  növləri  (vəsiy­

yətnamənin  formaları).  Xüsusi  formalı  vəsiyyətnamələr  (xüsusi  vəsiyyətnamə­

lər).  Birgə vəsiyyətnamə.  Vəsiyyətnamənin ləğvi və ya dəyişdirilməsi.

Mövzu  16

Vərəsəsiz əmlak üzrə vərəsəlik

Vərəsəsiz  əmlak  üzrə  vərəsəliyin  anlayışı.  Miras  əmlakın  dövlətə  keçməsi­

nin  hüquqi təbiəti.  Dövlət vərəsəlik  hüququnun xüsusi  subyekti  kimi

Mövzu  17

Mirasın  qəbul  edilməsi  və ondan  imtina  olunması

Mirasın  qəbul  edilməsi.  Mirasın  qəbul  edilməsi  aktının  əsas  xüsusiyyətləri. 

Mirasın  qəbul  edilməsinin  qaydası.  Mirasın  qəbul  edildiyi  müddət.  Vərəsəlik 

transmissiyası.  Mirasdan  imtina.  Miras paylarının artırılması



Mövzu  18

Mirasın  bölüşdürülməsi

Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsi.  Mirasın  qəbul  edilməsinin  hüquqi 

nəticələri.

Mirasın  bölüşdürülməsi.  Miras əmlakın  bölüşdürülməsi qaydaları (yollan).

Vərəsəlik  hüququnun  rəsmiləşdirilməsinin  anlayışı və onun  əhəmiyyəti.  Və­

rəsəlik  şəhadətnaməsi.

Ümumi  müddəalar.  Miras  qoyanın öz  kreditorlarına  olan  borclarına görə və­

rəsələrin  məsuliyyəti.  Vərəsələrin  paylı  məsuliyyəti  barədə  qayda.  Vərəsələrə 

tələb  irəli  sürülməsi  qaydası və müddəti

Mirasın  qorunması  üzrə  tədbirlər.  Miras  qoyanın  ölümü  ilə  bağlı  olaraq 

xərclərin  əvəzinin ödənilməsi. Vərəsəlik iddiası

699


S a b ir S a lm a n   oğlu   A lla h v e rd iy e v

O d l a r   Y u r d u   U n i v e r s i t e t i n i n   p r o f e s s o r u

A z ə rb a y c a n   R e s p u b lik 
Yüklə 19,08 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin