§ 3. Vəsiyyətnamənin forması və növləri
VAcivvatnamnnin
Vəsiyyətnamənin əsas xüsusiyyətlərindən biri ondan
forması
ibarətdir ki, o, vəsiyyət edənin iradəsini bildirir. Vəsiy
yətnamənin tərtib olunduğu andan müəyyən müddət
keçdikdən sonra onun məzmunu maraqlı şəxslərə məlum olur, həmin şəxslə
rin nəzərinə çatdırılır. İllər ötüb keçdikcə vəsiyyət edənin öz əmlakının hüquqi
taleyi barədə nə demək istədiyini dəqiq müəyyənləşdirmək çox da asan ol
mur. Ona görə də əvvəlcədən elə etmək lazımdır ki, vəsiyyət edənin iradəsi
dəqiq təsbit olunsun. Elə ifadələrdə təsbit edilməlidir ki, həmin ifadələr hər
hansı mübahisəyə səbəb olmasın.
Qeyd etmək lazımdır ki, vəsiyyətnamə ölüm hadisəsinin baş verməsi halı
üçün tərtib edilir və miras açıldığı andan, miras qoyanın artıq sağ olmadığı za
man hüquqi qüvvəyə malik olur. Belə ki, vəsiyyətnamənin tərtib olunduğu
vaxtdan onun hüquqi qüvvəyə minməsi anına kimi xeyli müddət keçir, yəni və
siyyətnamənin tərtib olunduğu vaxtla onun hüquqi qüvvəyə minməsi müddəti
arasında müəyyən vaxt məsafəsi vardır. Vəsiyyət edən şəxs ölən kimi tərtib
olunmuş vəsiyyətnamə realizə edilir. Həmin şəxsin əsl və həqiqi iradəsini tə
min etmək üçün mülki qanunvericilik tələb edir ki, vəsiyyətnamə müəyyən for
mada tərtib olunmalıdır. Buna görə də vəsiyyətnamənin qanunun nəzərdə
tu td u ğ u fo rm ada tə rtib edilm əsi onun etibarlı olm asının vacib şərtidir
Forma vəsiyyətnamənin mühüm elementidir1
2. O, böyük əhəmiyyətə malikdir.
Vəsiyyətnamənin etibarlı olması onun formasından asılıdır. Məhz bu səbəbdən
Azərbaycan Respublikasının vərəsəlik hüququ vəsiyyətnamənin formasına xü
susi diqqət yetirir. MM-in 65-ci fəslinə daxil olan normalar (1179-1192-ci mad
dələr) bu məsələnin tənzimlənməsinə həsr edilmişdir.
Azərbaycan Respublikasının vərəsəlik hüququnun müəyyənləşdirdiyi ümu
mi qayda belədir ki, və siyyə t həmişə və bütün hallarda yazılı formada tər
tib e d ilm ə lid ir (MM-in 1179-cu maddəsi). Yazılı formalı vəsiyyətnamə onu ifa
də edir ki, vəsiyyətnaməni tərtib edən şəxsin - vəsiyyət edən şəxsin iradəsi
müəyyən sənəddə öz əksini tapır (obyektivləşir).
Q eyri-yazılı, yəni şifa h i form alı vəsiyyətnam ənin tərtib edilməsinə
1 Советское гражданское право. Учебник. Том 2 / Под ред.
В.А.Рясенцсва.
M ., 1976, с.504.
2 Советское гражданское право. У чебник. Том 2 / Под ред.
О.А.Красавчикова.
M ., I9S5, с. 522;
Гордон М.В.
Наследование по закону и по завещанию, 1967, с. 40.
611
Azərbaycan Respublikasının vərəsəlik hüququ yol verm ir. Başqa sözlə
desək, şifahi formalı vəsiyyətnamə Azərbaycan Respublikasının vərəsəlik hü
ququnda nəzərdə tutulmur.
Yazılı formalı vəsiyyətnamə müəyyən bir sənəddə tərtib olunur1. Buna görə
də yazılı formada tərtib edilən vəsiyyətnamə, əgər həmin sənəddə m əcburi
(labüd, zəruri) rekvizitlər (latınca - requisitum lazım olan, zəruri) olarsa, lazı
mi qaydada rəsmiləşdirilmiş sayılır. Rekvizitlər vəsiyyəti rəsmiləşdirən yazılı
sənəddə göstərilən məlumatlardır. Vəsiyyət edən şəxsin və ya vəsiyyət olu
nan şəxsin, vərəsəliyin obyekti (vəsiyyət olunan əmlak), vəsiyyətnamənin tər
tib olunduğu yer və vaxt, imza və digər məsələlər barəsində məlumatlar vəsiy
yətnamənin rekvizitləri sayılır.
Tarix vəsiyyətnam ənin m əcburi re k v iz itid ir2. Mülki qanunvericilik birba
şa göstərir ki, vəsiyyətnamədə onun tərtib edildiyi tarix göstərilməlidir (MM-in
1190-cı maddəsi). Vəsiyyətnamənin tərtib edildiyi tarixin göstərilməməsi vəsiy
yətnamənin tərtibi, dəyişdirilməsi və ya ləğvi zamanı vəsiyyət edənin fəaliyyət
qabiliyyətli olmasını, öz hərəkətlərinin mənasını dərk etməsini və iradəsini ay
dın ifadə etməsini müəyyənləşdirməyə imkan vermir. Vəsiyyətnamənin tərtib
edildiyi tarixin göstərilməməsi həm də iki və daha artıq vəsiyyətnamə tərtib
edildiyi halda, hansı vəsiyyətnamənin hüquqi qüvvəyə malik olması məsələsi
nin həll olunmasını qeyri-mümkün edir. Axı, yeni vəsiyyətnamə (sonradan tər
tib olunmuş vəsiyyətnamə) əvvəlki vəsiyyətnamənin (köhnə vəsiyyətnamə
nin) ləğv edilməsinə səbəb olur. Bu halda isə məlum məsələdir ki, vəsiyyətna
mənin tərtib edildiyi tarixi müəyyənləşdirmək mühüm əhəmiyyət kəsb edir. Bu
nu nəzərə alaraq mülki qanunvericilik müəyyən edir ki, vəsiyyətnamənin tərtib
edildiyi tarixin göstərilməməsi göstərilən hallarda onun etibarsızlığına səbəb
olur (MM-in 1190-cu maddəsi).
Vəsiyyət edənin imzası vəsiyyətnamənin məcburi (labüd) rekvizitlərindən
biridir. Azərbaycan Respublikasının vərəsəlik hüququ göstərir ki, vəsiyyətna
məni vəsiyyət edən şəxs imzalamalıdır (MM-in 1179-cu maddəsinin 2-ci bən
di, 1180-ci maddəsinin 2-ci bəndi, 1180-ci maddəsi)3. Bu qayda bütün vəsiy
yətnamə formalarına (notarial və qeyri-notarial vəsiyyətnamə formalarına) ey
nilə şamil edilir. Həmin qayda ilə Azərbaycan Respublikasının vərəsəlik hüqu
qu xüsusi olaraq nəzərə çarpdırır ki, vəsiyyətnamə birtərəfli əqd kimi şəxsi xa
rakter daşıyır və onun nümayəndə tərəfindən imzalanması istisna edilir. Əgər
vəsiyyətnam ədə və siyyə t edənin imzası yo xd u rsa , həm in vəsiyyətnam ə
etibarsız sayılır. Ona görə ki, imza yuxarıda qeyd etdiyimiz kimi, vəsiyyətna
mənin məcburi rekvizitidir.
Bəzən vəsiyyət edən hər hansı səbəbdən vəsiyyətnaməni özü imzalaya bil
«Azərbaycan Respublikasında notariat h ərə kə tlə rin aparılması qaydaları haqqında təlim a t»ın 64-
cü bəndində g ö stə rilir k i, vəsiyyətnam ə yazılı şə kild ə tərtib e d ilm ə lid ir / / N o tariat haqqında (sənədlər
toplusu). Bakı. 2002, s. 217.
«Azərbaycan Respublikasında notariat h ə rə kə tlə rin in aparılması qaydaları haqqında təlim a t» ın 64-
cü bəndində g ö stə rilir k i, vəsiyyətnam ənin tərtib e d ild iy i va xt g ö s tə rilm ə lid ir / / N o tariat haqqında (sə
nədlər toplusu). Bakı. 2002, s. 217.
Göstərilən təlim atın 64-cü bəndinə görə, vəsiyyətnam ə v ə siyyə t edən tə rə fin d ə n şəxsən im zalan
malıdır.
612
mir. Bu səbəblər müxtəlif ola bilər: vəsiyyət edənin fiziki cəhətdən şikəst olma
sı (məsələn, vəsiyyət edənin əlinin və ya qolunun olmaması; belə halda aydın
məsələdir ki, protez vasitəsilə vəsiyyətnamə imzalana bilməz); vəsiyyət edə
nin xəstəliyi; vəsiyyət edənin savadsızlığı, yəni oxuyub-yaza bilməməsi (MM-in
331-ci maddəsinin 4-cü bəndi).
Göstərilən hallardan biri olduqda vəsiyyət edənin xahişi ilə vəsiyyətnamə
başqa fiziki şəxs tərəfindən imzalanır. Bu zaman vəsiyyət edənin vəsiyyətna
məni şəxsən imzalaya bilməməsinin səbəbləri, yəni vəsiyyət edənin vəsiyyət
naməni məhz hansı səbəbdən imzalaya bilmədiyi göstərilməlidir. Praktika belə
hesab edir ki, vəsiyyətnaməni imzalayan başqa şəxs vəsiyyət üzrə vərəsələr
sırasından olmamalıdır'. Bundan əlavə, xeyrinə hər hansı əmlak vəsiyyət olu
nan şəxs də vəsiyyətnaməni imzalaya bilməz1
2.
Vəsiyyətnamə vəsiyyət edən öldükdən sonra hüquqi
Formasına görə
nəticəyə səbəb olur. Maraqlı şəxslər həmin nəticəyə
vəsiyyətnam ənin
etiraz edə bilmədikləri kimi, həm də vəsiyyət edənin
növləri
həqiqi iradəsini yoxlaya bilməzlər. Buna görə də demək
(vəsiyyətnamənin
0|ar ^ bütün dövlətlərin vərəsəlik hüququ vəsiyyətna-
formaları)
mənin müəyyən formada tərtib olunmasını tələb edir3.
Bu formalar isə müxtəlif olub, ayrı-ayrı növlərə bölünür. Mülki qanunvericilik və
sivilistika elmi (doktrinası) formasına görə vəsiyyətnamələrin təsnifini verir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ formasına görə vəsiyyətna
mələri iki yerə (qrupa) bölür:
• adi formalı vəsiyyətnamələrə;
• xüsusi formalı vəsiyyətnamələrə4.
A d i fo rm a lı vəsiyyətnam ələr odur ki, həmin vəsiyyətnamələrin tərtib edil
məsi hər hansı xüsusj, müstəsna halla bağlı olmur. Bəzi xarici ölkələrin (mə
sələn, İspaniyanın) vərəsəlik hüququnda bu, ümumi form alı vəsiyyətnamə
lə r adı altında nəzərdə tutulur5 6
.
Adi formalı vəsiyyətnamələrin özü iki yerə bölünür (MM-in 1179-cu maddə
sinin 1-ci bəndi):
• notarial formada olmayan vəsiyyətnamələrə (notarial formasız vəsiyyət
namələrə);
• notarial formada olan vəsiyyətnamələrə (notarial formalı vəsiyyətnamələ-
Notarial form ada olm ayan vəsiyyətnam ələr sadə yazılı formalı vəsiyyət
namələrdir. Onların notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Bu forma-
1
Гордой M.B.
Наследование по з акону и по завещанию, 1967, с. 52.
2
Серебровский
5./7. Очерки советского наследственного права. М ., 1953, с. 108; Иоффе О.С.
Указ, соч., с. 311.
3 Основные институты гражданского права зарубежных стран. M., 1999, с. 509-531.
4 Bu bölgü Y aponiya M ü lk i M ə cə llə sinin nəzərdə tutduğu bölgüyə uyğun g ə lir
(Сакаэ Вагацума.
Topv Ариидзу.ми.
Гражданское право Японии. К н и га 2. М ., 1983, с. 302).
ъ
Основные и нституты гражданского права зарубежных стран. М ., 1999, с. 515.
6 K on tin en tal A vropanın əksəriyyət ö lkə lə rin in qanunvericiliyi üçün üç əsas vəsiyyətnamə fomıası
xa rakterikdir: ə llə yazılan vəsiyyətnam ə; ümumi akt formasında vəsiyyətnamə; m əxfi vəsiyyətnamə
(Грудцына Л .Ю .
Наследование. M ., 2002, c. 125).
613
Iı vəsiyyətnamələrin özü üç yerə bölünür:
• əllə yazılan vəsiyyətnamələrə;
• texniki vasitələrdən istifadə etməklə tərtib olunan vəsiyyətnamələrə;
• məxfi (üstüörtülü, qapalı) vəsiyyətnamələrə.
Əllə yazılan vəsiyyətnam ələr odur ki, bu vəsiyyətnamələr vəsiyyət edənin
öz dəst-xətti ilə yazılıb imzalanır. Bu vəsiyyətnamələrdə onun tərtib olunma tari
xi və yeri göstərilir. Analoji anlayış xarici ölkələrin qanunvericiliyində də verilir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ «əllə yazılan vəsiyyətnamə»
anlayışı işlətmir. Bunun əvəzinə «ev vəsiyyətnaməsi» anlayışından istifadə
olunur (MM-in 1186-cı maddəsi). Belə ki, ev və siyyə tn am ə si dedikdə, vəsiy
yət edənin öz əli ilə yazıb imzaladığı vəsiyyətnamə başa düşülür.
Vəsiyyət edən ev vəsiyyətnaməsini saxlamaq üçün notariusa verə bilər
(MM-in 1187-ci maddəsi). Bunun üçün o, vəsiyyətnaməni zərfə qoyub bağlayır
və üç şəxsin yanında notariusa təqdim edir. Həmin şəxslər zərfin üzərində
imza atırlar. Bu imzalar onu sübut edir ki, ev vəsiyyətnaməsi zərfə qoyularaq
həmin şəxslərin yanında notariusa saxlanca verilmişdir. Bununla vəsiyyətna
mə notariusda rəsmən depozitə qoyulmuş hesab edilir.
Ev vəsiyyətnaməsini notariusa saxlanca vermək vəsiyyət edənin vəzifəsi
yox, hüququdur. MM-in 1187-ci maddəsini təhlil etməklə bu cür nəticə çıxar
maq olar («verə bilər» ifadəsi vəsiyyət edənin hüquqa malik olmasını, «vermə
lidir» ifadəsi isə onun vəzifə daşımasını göstərir). Belə ki, vəsiyyət edən ev və
siyyətnaməsini notariusa saxlanca verə də bilər, verməyə də. Buna görə də
əgər o, vəsiyyətnaməni notariusa saxlanca verməzsə, bu hal ev vəsiyyətna
məsinin etibarsız sayılmasına dəlalət etmir. Amma ev vəsiyyətnaməsinin nota
riusa saxlanca verilməsinin öz üstünlüyü vardır. Belə ki, bu, vəsiyyətnamənin
itmək və ya məhv olmaq ehtimalını istisna edir.
Ev vəsiyyətnam əsi sadə yazılı form ada tə rtib e d ilir. Bu o deməkdir ki,
onun notariat qaydasında təsdiqlənməsi tələb olunmur.
Ev vəsiyyətnaməsi müəyyən üstünlüklərə malikdir. Belə ki, ev vəsiyyətna
məsinin vəsiyyət edənin öz əli ilə yazılıb imzalanması kimi xüsusiyyəti saxta
karlığa yol verilməsi ehtimalını azaldır. Digər tərəfdən bu vəsiyyətnamə sadə
üsulla tərtib edilir. Fövqəladə və şəxsin həyatı üçün açıq-aşkar təhlükə yara
dan vəziyyətə görə notarial formada (və ya notarial formalı vəsiyyətnamələrə
bərabər tutulan vəsiyyətnamə formasında) vəsiyyətnamə tərtib etmək qeyri-
mümkün olduğu hallarda ev vəsiyyətnaməsi şəxsə öz iradəsini ifadə etməyə
imkan verən ən münasib və asan forma sayılır. Məsələn, ahıl yaşında olan
şəxsin gecə öz evində halı pisləşir, xəstəliyi şiddətlənir və ölməsini güman et
diyinə görə o, vəsiyyətnamə tərtib etmək qərarına gəlir. Məlum məsələdir ki,
belə vəziyyətdə şəxs notarial formada vəsiyyətnamə tərtib edə bilməz, habelə
tərtib etdiyi vəsiyyətnaməni notariusa saxlanca verə bilməz (məhz bu səbəb
dən qanunverici vəsiyyət edənin üzərinə ev vəsiyyətnaməsini notariusa sax
lanca vermək vəzifəsi qoymur). Deməli, ev vəsiyyətnaməsi hər şeydən əvvəl,
fövqəladə vəziyyət üçün hesablanmış və nəzərdə tutulmuş əlverişli formadır.
Bundan əlavə, həmin vəsiyyətnamə növü vəsiyyət sirrinin saxlanılmasını
mümkün və təmin edir. Ona görə də xarici ölkələrdə vəsiyyətnamənin bu for-
614
ması daha geniş yayılmışdır1.
Üstünlükləri ilə bərabər, ev vəsiyyətnaməsinin söz yox ki, müəyyən qüsur və
çatışmamazlıqları da vardır. Belə ki, ev vəsiyyətnamələrinin itmək və məhv ol
maq ehtimalı daha çoxdur. Onun mətni korlana və xarab ola bilər. Bundan əla
və, əgər vəsiyyət edən öz əli ilə yaza bilmirsə, onda bu formalı vəsiyyətnamələ
rin tərtibi istisna olunur. Digər tərəfdən, üçüncü şəxslər ev vəsiyyətnaməsi tərtib
olunan zaman təsir (məsələn, hədə, zorakılıq təsiri) göstərə bilərlər və bunun
nəticəsində məlum məsələdir ki, vəsiyyət edən şəxsin iradəsi təhrif edilə bilər.
Texniki vasitələrdən (yazı makinasından, kompüterdən və s.) istifadə edil
məklə tərtib olunan vəsiyyətnamələri ev vəsiyyətnaməsi kateqoriyasına aid et
mək olmaz. Ona görə ki, ev vəsiyyətnaməsinə verilən leqal anlayışdan vəsiy
yət edənin həmin vəsiyyətnaməni yalnız öz əli ilə yazmağa borclu olması mü
əyyənləşdirilir. Texniki vasitələrdən istifadə edilməklə tərtib olunan vəsiyyətna
mələr sadə yazılı formalı vəsiyyətnamələrin aynca növünü təşkil edir (MM-in
1188-ci maddəsi). Sadə yazılı form alı vəsiyyətnam ə notarial formanı nə
zərdə tutmayan yazılı vəsiyyətnamədir, yəni notariat qaydasında təsdiqlənmə
yən vəsiyyətnamədir. Deməli, texniki vasitələrdən istifadə etməklə tərtib olu
nan vəsiyyətnamə növünün ev vəsiyyətnaməsi kimi notariat qaydasında təs
diqlənməsi tələb edilmir1
2. Amma göstərilən növ vəsiyyətnamə ev vəsiyyətna
məsindən fərqli xüsusiyyətlərə malikdir. Bu xüsusiyyətlərə aiddir: vəsiyyətna
mə texniki vasitələrdən istifadə olunmaqla tərtib edilir; vəsiyyətnaməyə vəsiy
yət edənin özü imza qoymalıdır (bu xüsusiyyət hər iki növ vəsiyyətnamədə eyni
dir); vəsiyyət edən vəsiyyətnaməni iki şahidin yanında tərtib etməli və imzala
malıdır; şahidlər vəsiyyətnamənin onların yanında texniki vasitələrdən istifadə
olunmasını, tərtib edilməsini müvafiq qeyd vasitəsi ilə təsdiqləməlidirlər; şahidlər
vəsiyyətnamədə öz adlannı, soyadlarını və yaşayış yerlərini göstərməlidir.
Adi (ümumi) vəsiyyətnamənin növlərindən biri notarial form alı vəsiyyət
namə hesab edilir. Mülki qanunvericilik onu notariat vəsiyyətnam əsi adlan
dırır (MM-in 1223-cü maddəsi). Notariat vəsiyyətnaməsinin (notarial formalı
vəsiyyətnamənin) əsas xüsusiyyəti ondan ibarətdir ki, vəsiyyət edən tərəfin
dən tərtib edilən və imzalanan vəsiyyətnaməni notarius, notariusun olmadığı
yerlərdə isə yerli özünüidarə orqanları təsdiqləyir3.
N otariat vəsiyyətnam əsi (notarial form alı vəsiyyətnamə) dedikdə, və
siy y ə t edən tərəfindən tə rtib edilən və imzalanan, notarius tərəfindən,
n o tariu su n olm adığı yerlərdə isə yerli özünüidarə orqanı tərəfindən təs
d iq edilən vəsiyyətnam ə başa düşülür.
Notariat vəsiyyətnaməsi vəsiyyətnamənin notariat qaydasında təsdiqlən-
1 Гражданское и торговое право капиталистических государств. Учебник. Часть 2 / Отв. ред.
Р.Л.Нарышкина.
M ., 1984, с.284.
2 Bu növ vəsiyyətnam əni bəzi xa rici ö lkə lə rin , məsələn, Macarıstanın vərəsəlik hüququ da nəzərdə
tutur. H ə m in növ vəsiyyətnam ə texn iki vasitələrdən istifadə olunmaqla tərtib e d ilir və ik i şahidin
yanında v ə siyyə t edən tərəfindən im zalanır (Основные институты гражданского права зарубежных
стран. М ., 1999, с. 5 1 1;
ГрудцынаЛ.Ю .
Наследование. М ., 2002, с. 125).
3 « N otariat haqqında» qanun isə
başqa qayda nəzərdə tutur. Belə k i. həm in qanunun 18-ci
maddəsinə görə notariat kontorları olmayan yaşayış məntəqələrində vəsiyyətnam ələri müvafiq icra
h a k im iy y ə ti orqanları təsdiq edirlər.
615
məsidir. Belə ki, vəsiyyət edən vəsiyyətnamənin layihəsini hazırlayır, imzalayır
və təsdiq olunmaq üçün notariat kontoruna təqdim edir. Bununla belə, vəsiy
yətnamə notariat kontorunda notarius tərəfindən vəsiyyət edənin şifahi şəkildə
söylədiyi sözlərdən də tərtib edilə bilər. Bu halda əvvəllərdə qeyd etdiyimiz ki
mi, vəsiyyət edən notariusun yazdığı vəsiyyətnaməni oxuyur. Sonra isə o, no
tariusun, şahidlərin yanında vəsiyyətnaməni imzalayır (MM-in 1180-ci maddə
sinin 2-ci bəndi).
Vəsiyyət edənin imzaladığı vəsiyyətnaməni notarius təsdiqləyir. Vəsiyyətna
mənin təsdiq edilm əsi dedikdə, notarius tərəfindən vəsiyyətnamənin özündə
təsdiqləyici qeyd etməsi başa düşülür. Bundan sonra vəsiyyətnamə hüquqi
qüvvəyə malik olur. Notariusun təsdiqləyici qeydin edilməsi ilə əlaqəli olan son
rakı hərəkətlərinin (məsələn, vəsiyyətnamənin qeydə alınmasının və s.) vəsiy
yətnamənin hüquqi qüvvəyə malik olması üçün həlledici əhəmiyyəti yoxdur'.
Notariat vəsiyyətnaməsi ü stü nlüyə m alik olan və siyyə tn am ə d ir. Onun
üstünlüyü dörd cəhətlə şərtlənir. Birincisi, notarial forma və siyyətnam ənin
həqiqiliyinə və d o ğ ruluğuna təm inat verir. Söhbət notariat qaydasında təs-
diqetmənin vəsiyyət edənin iradə ifadəsinin həqiqiliyini təmin etməsindən ge
dir. Notarius vəsiyyət edənin iradə ifadəsinin həqiqiliyini şəxsən yoxlayır. Baş
qa sözlə desək, notariat vəsiyyətnaməsi vəsiyyətin məzmununun vəsiyyət
edənin həqiqi iradəsinə uyğun gəlməsini təmin edir. Notariat qaydasında təs-
diqetmənin sistemi elə qurulmuşdur ki, bu sistem vərəsəlikdə marağı olan
şəxslərin hər cür sui-istifadə halına yol vermək təhlükəsini minimuma endirir,
vəsiyyət edənə göstərilə bilən kənar təsirləri aradan qaldırır, habelə miras qo
yan tərəfindən edilmiş sərəncam barədə dəqiq məlumatların bir çox illər ərzin
də saxlanmasına imkan verir.
İkincisi, notariat qaydasında təsdiqetmə imkan verir ki, vəsiyyətnamə nis
bətən aydın, qanunazidd olmayan ifadə və sözlərdən tərtib olunsun, onun
məzmunu qanunvericiliyə uyğun gəlsin, vəsiyyət edənin sərəncamına şübhə
yaranmasın. Digər tərəfdən notariat kontorunda təsdiqetmə zamanı vəsiyyət
namə tərtib edilərkən vəsiyyət edənə onun hüquq və imkanları, vəsiyyətin hü
quqi imkanları izah edilir.
Üçüncüsü, notarial formada tərtib edilmiş vəsiyyətnamənin bir nüsxəsi no
tariat kontorunda saxlanılır. Bu isə vəsiyyə tn am ə n in itm ə k və m əhv olm aq
ehtimalını tam am ilə heçə endirir.
Dördüncüsü, notariat qaydasında təsdiqetmə vəsiyyətnamənin üçüncü
şəxslərin hədə tə s iri və ya zorakılığın tə s iri altında tə rtib o lu n m a sın ı p ra k
tik i cəhətdən qeyri-m üm kün edir.
Məxfi (üstüörtülü, qapalı) vəsiyyətnamə vəsiyyətnamənin növlərindən biri
dir. Bu, mülki qanunvericilikdə yeni haldır. Köhnə qanunvericilik ayrıca olaraq
bu cür vəsiyyətnamə növü nəzərdə tutmurdu.
Göstərilən vəsiyyətnamə növü xeyli müddətdir ki, bir sıra xarici ölkələrin qa
nunvericiliyinə məlumdur. Xarici ölkə qanunvericiliyinə görə, m əxfi vəsiyyətna- 1
1
Антимонов В., Герзон
С ,
Шлифер Б.
Наследование и нотариат. M ., 1946, с. 38;
Серебровскии
В.И
.Очерки советского наследственного права. M ., I95 3 , с.Ю 9.
616
mə dedikdə, vəsiyyət edən tərəfindən tərtib edilən və möhürlənmiş şəkildə bir
qayda olaraq, şahidlərin iştirakı ilə notariusa saxlanca verilən vəsiyyətnamə ba
şa düşülür. Bu cür forma vəsiyyətnamə sirrinin saxlanılmasını təmin edir.
Vəsiyyətnamənin göstərilən formasını Azərbaycan Respublikasının mülki
qanunvericiliyi, o cümlədən RF-in qanunvericiliyi «qapalı vəsiyyətnamə» anla
yışı ilə əhatə edir. Zənn edirik ki, bunu münasib termin hesab etmək olmaz.
Sivil ölkələrin vərəsəlik hüququ «məxfi (gizli) vəsiyyətnamə termini işlədir. Bu
na görə də biz həmin termindən istifadə edəcəyik. «Məxfi vəsiyyətnamə» termi
ni daha uğurlu termindir’ . Məxfi vəsiyyətnamənin bir neçə xüsusiyyəti vardır.
Bu vəsiyyətnamə, birincisi, vəsiyyət edənin öz əli ilə (öz dəsti-xətti ilə) yazılmalı
dır1
2. Elə hesab edirik ki, məxfi vəsiyyətnamə başqa şəxs tərəfindən tərtib edilə
bilməz. Çünki bu halda vəsiyyətnamənin məxfiliyi pozula bilər. RF-nin vərəsəlik
hüququna görə, məxfi vəsiyyətnamə vəsiyyət edənin öz əli ilə (dəsti xətti ilə) ya
zılmalı və imzalanmalıdır. Bu qaydaya əməl olunmaması həmin vəsiyyətnamə
nin etibarsızlığına səbəb olur (RF-in MM-in 1126-cı maddəsinin 2-ci bəndi)3.
Texniki vasitələrdən istifadə edilməklə tərtib edilən vəsiyyətnamələr məlum
məsələdir ki, məxfi vəsiyyətnamə sayıla bilməz.
İkincisi, şahidlər məxfi vəsiyyətnaməni onun məzmunu ilə tanış olmadan
təsdiqləyirlər. Belə ki, şahidlərə vəsiyyətnamənin məzmunu ilə tanış olmağa
imkan verilmir.
Üçüncüsü, şahidlər vəsiyyətnamənin tərtibi zamanı vəsiyyət edənin yanın
da olmalıdırlar.
Dördüncüsü, qapalı vəsiyyətnaməni təsdiqləyərkən şahidlər vəsiyyətnamə
nin vəsiyyət edən tərəfindən onların yanında tərtib edildiyini, lakin vəsiyyətna
mənin məzmununu bilmədiklərini göstərirlər (MM-in 1189.2-ci maddəsi).
Məxfi vəsiyyətnamə formasının öz qüsurları vardır. Belə ki, bu formalı və
siyyətnamə səlahiyyətli, vəzifəli şəxsin köməyi və iştirakı olmadan, vəsiyyət
edənin özü tərəfindən tərtib edilir. Belə vəsiyyətnamədə isə məlum məsələdir
ki, hüquqazidd sərəncam ifadə oluna bilər. Burada iki məna ifadə edən for
muldan da istifadə oluna bilər4. Bundan əlavə, vəsiyyət edənin məxfi vəsiyyət
namədə öz iradəsini dəqiq, aydın və düzgün ifadə etməməsi istisna olunmur.
Vəsiyyətnamələr adi formadan savayı, xüsusi forma
da da tərtib edilə bilər. Ümumiyyətlə, qanuna əsasən
vəsiyyətnam ə təsdiq etmək səlahiyyəti olan vəzi
fə li şəxslər kimi meyara (əlamətə) görə, vəsiyyətna
mələr iki yerə bölünür:
notarial formalı vəsiyyətnamələr (notariat vəsiyyətnamələri);
notariat vəsiyyətnamələrinə bərabər tutulan vəsiyyətnamələr.
Xüsusi formalı
vəsiyyətnamələr
(xüsusi
vəsiyyətnamələr)
1 Rus d ilin d ə «тайное завещание» (« m ə xfi vəsiyyətnam ə»), «секретное завещание» («gizli vəsiy
yətnam ə») və «закрытое завещание» («qapalı vəsiyyətnam ə») k im i anlayışlar b ir-b irinin analoqudur
(Грудцына Л.Ю.
Насследованис. M ., 2002, с. 126).
2 Yaponiya və rə sə lik hüququna görə, vəsiyyətnamənin m ətninin ə llə yazılması tələb edilmir
(Сакаэ Вага чума, Тору Ариидзуми.
Гражданское право Японии. К ни га 2. М ., 1983, с. 303).
3 S Z R F , '2 00 1 , № 4 9 , s. 4 55 2.
4
ГрудцынаЛ.Ю.
Наследование. М ., 2002, с. 126.
617
Notariat vəsiyyətnam ələrinə bərabər tu tu lan vəsiyyə tn am ə lə r odur ki,
bu vəsiyyətnamələr notariuslar tərəfindən yox, digər vəzifəli şəxslər tərəfindən
təsdiq edilsələr də, notariat vəsiyyətnamələri ilə eyni hüquqi qüvvəyə malikdir.
Bu formalı vəsiyyətnamələri təsdiq edən şəxslər isə no tariu sa bərabər tu tu
lurlar. Hüquq ədəbiyyatı səhifələrində həmin vəsiyyətnamələr xüsusi formalı
vəsiyyətnamələr də adlanır1. Xarici ölkələrin vərəsəlik hüququnda da «xüsusi
formalı vəsiyyətnamə» anlayışından istifadə edilir.
Xüsusi vəsiyyətnam ələr (xüsusi form alı vəsiyyə tn am ə lə r) o d u r ki, bu
vəsiyyətnam ələr yaranm ış m üstəsna, xü su si və fö vq alad ə vəziyyətə g ö
rə, adi vəsiyyətnam ə form asından istifadə etm ək m üm kün olm adığı və
ya son dərəcə çətin olduğu hallarda, xü su si qaydada tə rtib ed ilir.
Xüsusi vəsiyyətnamələrin tərtib edilməsini şərtləndirən hallar iki cür olur: bi
rincisi, xüsusi xarakterli, fövqaladə elə bir vəziyyət yaranır ki, bu vəziyyətdə
şəxsin adi formada vəsiyyət etməsi mümkün olmur (məsələn, xəstəxanada
yatan ağır xəstənin gecə bərk ürək ağrıları tutur və o, vəsiyyətnamə qoymaq
qərarına gəlir; başqa bir misalda gəmi ilə xarici ölkəyə üzən şəxs öləcəyini
zənn edir və vəsiyyətnamə tərtib etmək məcburiyyətində qalır); ikincisi, elə bir
fövqaladə hal yaranır ki, bu hal şəxsin adi formada vəsiyyətnamə tərtib etmə
sini çətinləşdirir (məsələn, ekspedisiyada olan vətəndaş vəsiyyət etmək istə
yir. Lakin notariat kontorunun yerləşdiyi rayon mərkəzinin uzaqda olması bu
məsələnin həllini çətinləşdirir. Belə halda vətəndaş xüsusi vəsiyyətnamə tərtib
edir və onu ekspedisiya rəisi təsdiq edir).
Xüsusi vəsiyyətnamələrin özü bir neçə növə bölünür:
• xəstəxana vəsiyyətnamələrinə;
• ekspedisiya vəsiyyətnamələrinə;
• gəmi vəsiyyətnamələrinə;
• hərbi vəsiyyətnamələrə;
• həbsxana vəsiyyətnamələrinə;
• konsul vəsiyyətnamələrinə.
Xüsusi vəsiyyətnamələrin tərtib olunma qaydaları Mülki Məcəllə ilə, habelə
Nazirlər Kabinetinin təsdiq etdiyi müvafiq normativ aktla tənzimlənir1
2.
Xəstəxana vəsiyyətnam ələri dedikdə, xəstəxanada, hospitalda, sanatori
ya və ya digər stasionar müalicə müəssisəsində müalicə edilən, habelə əlillər
və qocalar evində yaşayan şəxsin tərtib etdiyi, müvafiq vəzifəli şəxslərin təs
diqlədiyi vəsiyyətnamələr başa düşülür. Bu vəzifəli şəxslərə aiddir: xəstəxana
nın, hospitalın, sanatoriyanın və digər müalicə müəssisəsinin baş həkimi; bu
müəssisələrin rəisi; bu müəssisələrin baş həkimi və rəislərinin tibbi hissə üzrə
müavinləri; bu müəssisələrin növbətçi həkimi; əlillər və qocalar evinin baş hə
kimi. Yalnız bu şəxslər xəstəxana vəsiyyətnamələrini təsdiq etmək hüququna
malikdirlər. Həmin müəssisələrin digər işçilərinin, məsələn, növbətçi olmayan
1
Гордон МП.
Особые формы завещания по новым граж данским кодексам / / Правоведение.
1965, № 3, с. 53;
Никитюк П.С.
Наследственное право и наследственный процесс, с. 127.
2 Azərbaycan Respublikası N a zirlə r K ab in etin in 2000-ci il 10 iy u l ta rix li, 116 № -lm qərarı ilə təs
diq edilm iş «Notariat qaydasında təsdiq e dilm iş sənədlərə bərabər tutulan sənədlərin m ü va fiq v ə z ifə li
şəxslər tərəfindən təsdiq edilm əsi qaydası»
618
müalicə həkimlərinin, tibb bacılarının və s. bu növ vəsiyyətnamələri təsdiq et
məyə ixtiyarı çatmır.
Xəstəxana vəsiyyətnamələrinin təsdiqi qaydası əvvəllər müvafiq aktla tən
zimlənirdi'. İndi isə həmin vəsiyyətnamələrin təsdiqi qaydası Nazirlər Kabineti
nin yuxarıda göstərilən aktı ilə nizama salınır. Bu qayda vəsiyyətnamələrin no
tariat qaydasında təsdiqetmə prosedurasından fərqlənmir. Vəsiyyətnamənin
bir nüsxəsi vəsiyyət edənin xahişi ilə ona verilir və ya vərəsənin vəsiyyətnamə
də göstərilən ünvanına göndərilir. Vəsiyyətnamənin ikinci nüsxəsi isə saxlan
maq üçün vəsiyyət edənin daimi yaşadığı yerin notariat kontoruna göndərilir.
E kspedisiya vəsiyyətnam ələri odur ki, bu növ vəsiyyətnamələr ekspedisi
yada olan şəxs tərəfindən tərtib edilir, ekspedisiya rəisi tərəfindən təsdiq olu
nur. Söhbət axtarış - kəşfiyyat, coğrafi və digər ekspedisiyalarda olan şəxsin
tərtib etdiyi vəsiyyətnamədən gedir.
Ekspedisiya vəsiyyətnamələrinin təsdiqi qaydasını müəyyənləşdirən konk
ret müvafiq normativ akt yoxdur.
Hal-hazırda ekspedisiya vəsiyyətnamələri ilə bağlı olan məsələlər Nazirlər
Kabinetinin yuxarıda göstərilən aktı ilə qaydaya salınır.
Ekspedisiya rəisi ekspedisiyada olan şəxsin vəsiyyətnaməsini o halda təs
diqləyir ki, vəsiyyət edən şəxs adi qaydada vəsiyyətnamə təsdiqləmək hüqu
quna malik olan orqanlardan uzaqda olsun. Ekspedisiya üzvləri sağ-salamat
notariat kontoru olan yerə qayıtdıqda isə onların vəsiyyətnamələrini notarius
təsdiqləməlidir1
2. Bu onu göstərir ki, ekspedisiya vəsiyyətnamələri müvəqqəti
xarakter daşıyır.
Gəmi və siyyətnam ələri dedikdə, dəniz və ya hava gəmisi ilə hərəkət
edən şəxsin tərtib etdiyi, gəmi kapitanının təsdiqlədiyi vəsiyyətnamə başa dü
şülür. Bu növ vəsiyyətnamələrin özü iki növə ayrılır: dəniz vəsiyyətnamələrinə;
hava vəsiyyətnamələrinə.
Dəniz və siyyətnam ələri odur ki, bu növ vəsiyyətnamələr dəniz gəmisi ilə
səfərdə olan şəxs tərəfindən tərtib edilir, dəniz gəmisi kapitanı tərəfindən təs
diqlənir. Vəsiyyət edən şəxs rolunda həm sərnişinlər, həm də ekipaj üzvləri çı
xış edə bilər. Onlar Azərbaycan Respublikasının bayrağı altında üzən deniz
gəmilərində və ya daxili səfər gəmilərində səfərdə olan şəxslərdir.
Dəniz vəsiyyətnamələri ilə bağlı olan münasibətlər Nazirlər Kabinetinin yu
xarıda göstərilən aktı ilə tənzimlənir.
Gəmi vəsiyyətnaməsini Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Mə
cəlləsi də nəzərdə tutur. Həmin məcəllədə göstərilir ki, gəmi kapitanının səfər
1 «Ин струкция о порядке удостоверения завещаний главными врачами, их заместителями по
медицинской части или д еж урны ми врачами больниц, др угих стационарных лечебно-профилак
тических учреждений санаториев, а также директорами и главными врачами домов для
престарелых и инвалидов», утв. М иню стиции СССР 20 нюня I974 г.
И
В книге:
Лятунов С.Г.
Наследование. М ., 2003, с. 108.
%
2
Гордон М.В.
Наследование по закону и по завещанию, 1967, с. 44; P .S.Nikityuk isə bunun əksi
olan mövqedə duraraq g östə rir k i, ekspedisiya rəisi həm in yaşayış məntəqəsində notariat kontoru o l
masından asılı olm ayaraq vəsiyyətnam əni təsdiq edə b ilə r
(Никитюк П.С.
Наследственное право и
наследственный процесс. Киш инев. 1973, с. 130).
619
zamanı gəmidə olan şəxsin vəsiyyətnaməsini təsdiq etmək hüququ vardır’ .
Hava vəsiyyətnam ələri odur ki, bu növ vəsiyyətnamələri hava gəmisində
-olan şəxs tərtib edir, hava gəmisinin kapitanı isə onları təsdiq edir. Xüsusi və
siyyətnamələrin bu növü mülki qanunvericilikdə yeni haldır. Köhnə 1964-cü il
Mülki Məcəlləsinə hava vəsiyyətnaməsi anlayışı məlum deyildi.
’ Hava vəsiyyətnaməsini həm sərnişinlər, həm də hava gəmisinin heyət
üzvləri qoya bilərlər. Hava gəmisinin heyət üzvləri uçuşu və xidməti təmin
edən işçilərdən ibarətdir.
Hava vəsiyyətnamələrinin tərtibi qaydası Nazirlər Kabinetinin yuxarıdakı ak
tı ilə müəyyənləşdirilir.
Hərbi vəsiyyətnam ələr dedikdə, hərbi hissədə xidmət göstərən hərbi qul
luqçunun tərtib etdiyi, hərbi hissə (birləşmə) komandirinin təsdiqlədiyi vəsiy
yətnamələr başa düşülür. Hərbi qulluqçudan savayı, hərbi hissədə qulluq
edən mülki şəxslər (hərbi hissənin yeməkxanasında işləyən şəxslər, qazanxa
nada çalışanlar, elektrik mantyorları, çilingərlər və s.) və onların ailə üzvləri də
hərbi vəsiyyətnamə qoymaq hüququna malikdirlər. Hərbi vəsiyyətnamələri
hərbi hissə (birləşmə) komandirlərindən savayı, hərbi müəssisənin və məktə
bin rəisləri də təsdiq edə bilərlər. Buna mülki qanunvericilik yol verir.
Həbsxana vəsiyyətnam ələri odur ki, həmin vəsiyyətnamələr azadlıqdan
məhrumetmə yerində olan şəxs tərəfindən tərtib edilir, azadlıqdan məhrumet
mə yerinin rəisi tərəfindən təsdiqlənir. Söhbət törətdiyi cinayət əməlinə görə
azadlıqdan məhrumetmə yerlərində cəza çəkən şəxslərin tərtib etdikləri və
siyyətnamələrdən gedir. Hüquq ədəbiyyatı səhifələrində bu növ xüsusi vəsiy
yətnamələrin pe n iten sia r və siyətnam ələr adlandırılması təklif olunur.
Konsul və siyyətnam ələri odur ki, bu vəsiyyətnamələri Azərbaycan Res
publikasının xarici ölkədə olan vətəndaşları tərtib edirlər və onlar konsul tərə
findən təsdiqlənir. Mülki Məcəllə xüsusi vəsiyyətnamələrin bu növünü nəzərdə
tutmur. Buna baxmayaraq «Azərbaycan Respublikasının konsul nizamnamə
si» qanunu konsulun bir sıra notariat əməliyyatlar aparmaq hüququna malik
olmasını müəyyənləşdirir. Vəsiyyətnamələri təsdiq etmək bu əməliyyatlardan
biridir1
2. Analoji göstəriş «Notariat haqqında» qanunda da ifadə edilmişdir. Belə
ki, bu qanun Azərbaycan Respublikası konsulluqlarının səlahiyyətli vəzifəli
şəxslərinə əqdləri, o cümlədən vəsiyyətnamələri təsdiq etmək ixtiyarı verir3.
Mülki Məcəllədə nəzərdə tutulmasa da, hüquq ədəbiyyatı səhifələrində kon
sulların təsdiq etdikləri vəsiyyətnamələr xüsusi formalı vəsiyyətnamə - notari
at qaydasında təsdiqlənən vəsiyyətnaməyə bərabər tutulan vəsiyyətnamə ka
teqoriyasına aid edilir4.
1 Azərbaycan Respublikasının T ica rə t G ə m iç iliy i M ə cə llə sin in 57-ci maddəsi.
«Azərbaycan Respublikasının konsul nizam naməsi»nin 44-cü maddəsi //A R Q K , I I c ild , s. 144.
3 «Notariat haqqında» qanunun 19-cu maddəsi / / A R Q K , I I I xüsusi b uraxılış, s. 306.
Серебровский В.И
.О черки советского наследственного права. М ., 1953, с. 110;
Антимонов
Б.С.. Граве К.А.
Советское наследственное право. М ., 1955, с. 179.
620
Bank vəsiyyətnamələri xüsusi formalı vəsiyyətnamələrdən biridir1. Bu növ
vəsiyyətnaməni də Mülki Məcəllə nəzərdə tutmur. Lakin bank fəaliyyəti haq
qında qanunda göstərilir ki, əmanətçi kredit təşkilatına verdiyi sərəncamda
əmanətini hər hansı bir şəxsə və ya dövlətə vəsiyyət edə bilər.
Bank vəsiyyətnam ələri odur ki, bu vəsiyyətnamələr əmanətçinin öz əma
nəti barəsində etdiyi vəsiyyət sərəncamını ifadə edir. Bu növ vəsiyyətnamə ilə
yalnız bank əmanətinə sərəncam vermək olar. Belə növ vəsiyyətnamələr no
tariat qaydasında təsdiqlənən vəsiyyətnamələrə bərabər tutulur1
2. Onlar notari
at vəsiyyətnamələri kimi eyni hüquqi əhəmiyyətə malikdir.
Qeyd etmək lazımdır ki, xüsusi vəsiyyətnamələrdən yalnız adi vəsiyyətna
mələr (notariat vəsiyyətnamələri) tərtib etmək qeyri-mümkün olduğu hallarda
istifadə olunur. Başqa sözlə desək, xüsusi və fövqəladə xarakterli elə bir və
ziyyət yaranır ki, şəxs bu vəziyyətdə öz əmlakının hüquqi taleyi barədə adi for
mada vəsiyyətnamə tərtib edə bilmir və buna görə də xüsusi vəsiyyətnamə
formasına əl atır. Əgər həmin vəziyyət yaranmasaydı, məlum məsələdir ki,
şəxs xüsusi vəsiyyətnamə formasından yox, adi vəsiyyətnamə formasından
(notariat vəsiyyətnaməsindən) istifadə edəcəkdi. Deməli, şəxsə ya adi vəsiy
yətnamə formasını, ya da xüsusi vəsiyyətnamə formasını seçmək hüququ ve
rilmir. Bu isə o deməkdir ki, Azərbaycan Respublikasının vərəsəlik hüququ
adi və xü s u s i vəsiyyətnam ə form alarının rəqabətinə yol verm ir3.
Qanunvericilik xü s u s i vəsiyyətnam ələrin qanuniliyi üzərində dövlət nə
zarətinin həyata keçirilm əsi barədə qayda nəzərdə tutur, yəni dövlət nəza
rəti forması müəyyənləşdirir. Bu forma əsasında xüsusi vəsiyyətnamələrin öz
məzmununa görə qanuni olması təmin edilir. Belə ki, notariusa bərabər tutu
lan vəzifəli şəxslər təsdiq etdikləri vəsiyyətnamələrin bir nüsxəsini saxlan
m aq üçün dərhal d ö vlə t notariat arxivinə verməyə borcludurlar. Vəsiyyət
namənin nüsxəsi vəsiyyət edənin daimi yaşayış yerindəki notariusa da göndə
rilə bilər. Əgər vəsiyyət edənin Azərbaycan Respublikasında daimi yaşayış
yeri olmayıbsa və ya onun yaşayış yeri məlum deyilsə, onda vəsiyyətnamə
Azərbaycan Respublikasının dövlət notariat arxivinə göndərilir. Gəmi vəsiyyət
namələrinin nüsxəsi isə dövlət notariat arxivinə və ya notariusa Azərbaycan
Respublikası liman rəisi və ya xarici limanda Azərbaycan Respublikasının
konsulluğu vasitəsilə çatdırılır.
Dövlət notariat arxivinin müdirinin və ya notariusun vəzifəsidir ki, vəsiyyət
namələrin qanuni olub-olmamasını yoxlasın. Əgər onlar vəsiyyətnamənin qa
nunazidd olmasını müəyyənləşdirərlərsə, onda bu barədə vəsiyyət edənə və
1 Гражданское право. У чеб ник. Часть. M ., 1938, с. 463; Советское государство и право. I957.
№ 12, с. I38
(Райхер В.И.)', Никитюк П.С.
Наследственное право и наследственный процесс. К и
шинев. 1973, с. 139.
2 Qordon M .V . bu barədə başqa f ik ir söyləyir. O, göstərir ki, bank vəsiyyətnam ələri xüsusi növ-
vəsiyyətnam ə hesab edilsə də, onları notariat vəsiyyətnam ələrinə bərabər tutmaq olmaz ( Г
ордой M B
Наследование по зако ну и по завещанию. М ., 1967, с. 44).
3 P .S .N ikityu k başqa mövqedə durur. O, göstərir k i, şəxs öz istəyinə uyğun olaraq istənilən vəsiy
yətnam ə formasını seçə b ilə r
(Никитюк П.С.
Наследственное право и наследственный процесс.
Киш инев. 1973).
621
vəsiyyətnaməni təsdiq etmiş vəzifəli şəxsə məlumat verilir'.
Vəsiyyətnamədə adətən, yalnız bir tərəfin iradəsi ifadə
,Birgə
olunur. Bununla belə, eyni bir vəsiyyətnamədə iki və da-
vəsıyyətnamə
hg ar(|q şəxsjn jratj əsj jfadə oluna bilər. Buna birgə və
siyyətnamə deyilir.
Birgə vəsiyyətnam ə o d u r ki, burada iki və ya daha artıq şəxsin iradəsi
ifadə o lunur1
2.
Ümumi qayda belədir ki, eyni bir vəsiyyətnamədə yalnız müəyyən bir şəx
sin (vəsiyyət edənin) sərəncamı olur. Azərbaycan Respublikasının vərəsəlik
hüququ iki və ya daha çox şəxs tərəfindən vəsiyyətnamənin birgə tərtibinə yol
vermir (MM-in 1169-cu maddəsi). Başqa sözlə desək, Azərbaycan Respubli
kasının vərəsəlik hüququnun müəyyənləşdirdiyi ümumi qaydaya görə, vəsiy
yətnamə müəyyən şəxs tərəfindən eyni b ir (vahid) sənəd şə klin d ə tə rtib
ed ilm əlidir və o, b ir neçə şəxs tərəfindən vahid, eyni b ir sənəd şəklində
tərtib edilərsə, etibarsız sayılır. Deməli, Azərbaycan Respublikasının vərə
səlik hüququ birgə vəsiyyətnamənin tərtib edilməsini yasaqlayır.
Bununla belə, Azərbaycan Respublikasının vərəsəlik hüququ xarici ölkələ
rin qanunvericilik təcrübəsinə və ənənəsinə uyğun olaraq birgə vəsiyyətnamə
nin tərtib edilməsinə yol verir. Özü də dərhal qeyd etməliyik ki, bütün şəxslər
yox, yalnız ər-arvad b irgə vəsiyyətnam ə tə rtib edə b ilə rlə r. Məsələn, ər-ar-
vad onların birgə mülkiyyətində olan ümumi əmlakı öz qonşularına (qonşunun
xeyrinə) vəsiyyət edirlər və bu məqsədlə vahid (eyni bir) sənəd - vəsiyyətna
mə tərtib edirlər. Birgə vəsiyyətnamə ər-arvaddan hər birinin tələbi ilə (ya ar
vadın tələbi ilə, ya ərin tələbi ilə), lakin onların hər ikisinin sağlığında ləğv edilə
bilər. Ər-arvaddan biri öldükdən sonra, birgə vəsiyyətnamə ləğv oluna bilməz.
Birgə vəsiyyətnam ə dedikdə iki və daha artıq ş ə x s in ira d ə sin i ifadə
edən elə b ir əqd başa d ü ş ü lü r ki, bu əqd o nların e yni va xtd a va h id sənəd
tə rtib etm ələri yolu ilə m üəyyən şəxsin xe yrinə bağlanır.
Birgə vəsiyyətnaməni qarşılıqlı vəsiyyətnamədən fərqləndirmək lazımdır.
Qarşılıqlı vəsiyyətnamə birgə vəsiyyətnamənin xüsusi halı, onun yarımnövü-
dür. Bütün hallarda qarşılıqlı vəsiyyətnamələr birgə vəsiyyətnamə kateqoriya
sına şamil edilir. Amma elə birgə vəsiyyətnamələr var ki, onları qarşılıqlı vəsiy
yətnamə hesab etmək olmaz. Qarşılıqlı vəsiyyətnamə müəyyən şəxslərin bir-
birinə münasibətdə qarşılıqlı öhdəliyini nəzərdə tutur. Söhbət eyni bir vəsiyyət
namə ilə vərəsələrin qarşılıqlı surətdə bir-birini özünün vərəsəsi təyin etməsin
dən gedir3.
Qarşılıqlı vəsiyyətnam ə o d u r ki, bu vəsiyyətnam ə ilə hər b ir və siyyə t
edən digər və siyyə t edəni qarşılıqlı surətdə özünün və rə sə si tə yin edir.
Qarşılıqlı vəsiyyətnamə eyni vaxtda iki və daha artıq şəxsin vahid sənəd
1 «Notariat haqqında» qanunun 39-cu maddəsi (A R Q K , I I I xüsusi b uraxılış, s. 311).
2
Гражданское и торговое право капиталистических государств. У ч е б н и к. Часть 2 /П о д ред.
Р.Л.Нарышкина.
М ., 1984, с.283.
3 V .İ.S crcbrovski b irg ə vəsiyyətnam əyə bu cür anlayış ve rir. G örün ü r k i, a lim «birgə
vəsiyyətnam ə» anlayışını «qarşılıqlı vəsiyyətnam ə» anlayışı ilə q arışd ırır
(Серебровский В.И.
Очерки
советского наследственного права. М ., 1953, с. 100).
622
tərtib etmək yolu ilə bir-birinin xeyrinə etdiyi sərəncamdır. Bu cür vəsiyyətna
mə ingilis-amerikan hüququna məlumdur1. Fransa mülki hüququna görə, qar
şılıqlı vəsiyyətnamənin tərtibinə yol verilmir (Fransa MM-in 968-ci maddəsi).
Azərbaycan Respublikasının vərəsəlik hüququna gəldikdə isə qeyd etmək
lazımdır ki, bizim ölkə qanunvericiliyi yalnız ər-arvadın qarşılıqlı vəsiyyətna
mə tə rtib etm ələrinə icazə verir: ərlə arvad qarşılıqlı vərəsəlik haqqında bir
gə vəsiyyətnamə tərtib edə bilərlər (MM-in 1169-cu maddəsi).
Korrespektiv vəsiyyətnamə qarşılıqlı vəsiyyətnamənin bir növüdür. Korres-
p e ktiv vəsiyyətnam əyə görə, eyni bir vəsiyyətnamə ilə qarşılıqlı surətdə
bir-birinin vərəsəsi təyin edilən şəxslərdən biri vərəsə təyin etməni ləğv edər
sə, onda bu, digər vərəsənin vərəsə təyin etməsinin etibarsızlığını şərtləndirir1
2.
Dostları ilə paylaş: |