§ 3. Məcburi vərəsələr və məcburi pay
Məcbu i
Məcburi vərəsələr qanun üzrə vərəsələrin xüsusi kateqori-
vərəsələr
yasım təşkil edir. Bildiyimiz kimi, vəsiyyət azadlığı prinsipi
vərəsəlik hüququnun əsas prinsiplərindən biri hesab olunur.
Bu prinsip şəxsə imkan verir ki, o, özünə məxsus olan əmlakı barəsində öz
mülahizəsinə və istəyinə görə vəsiyyət sərəncamı etsin. Vəsiyyət azadlığı
prinsipinə görə, vəsiyyət edən şəxs vəsiyyətnamədə qanun üzrə vərəsələrdən
birini, bir neçəsini və ya hamısını vərəsəlik hüququndan məhrum edə bilər.
Lakin vəsiyyət edən şəxsin bu cür hüquqları mütləq, qeyri-məhdud xarakter
daşımır. Belə ki, mülki qanunvericiliyin müəyyən etdiyi xüsusi xarakterli qayda
müəyyən hallarda vəsiyyət edənin hüquqlarını, ümumiyyətlə, vəsiyyət azadlığı
prinsipinin tətbiq sferasını məhdudlaşdırır. Həmin qayda müəyyən edir ki, mi
ras qoyana (vəsiyyət edənə) nisbətən yaxın olan şəxsləri miras əmlak
hesabına, vəsiyyətnam ənin məzmunundan asılı olmayaraq maddi cəhət
dən təm in etmək, yəni mirasdan pay ayırmaq lazımdır. Həmin qaydaya
görə, miras qoyana (vəsiyyət edənə) nisbətən yaxın olan qanun üzrə vərəsə
lər sayılan şəxsləri vərəsəlikdən məhrum etmək və kənarlaşdırmaq olmaz.
Göstərilən qaydanın ifadə etdiyi məcburi-imperativ göstərişə görə bu şəxslərin
mirasdan müəyyən pay almaq hüququ vardır. Mülki hüquq elmində (doktrina
sında), qanunvericilikdə və məhkəmə praktikasında bu pay məcburi pay, hə
min payı almaq hüququ olan şəxslər isə məcburi vərəsələr adlanır. Vəsiyyət
edən vəsiyyətnamə ilə məcburi vərəsələri məcburi pay hüququndan məhrum
edə bilməz. Əgər edərsə, vəsiyyətnamənin həmin hissəsi etibarsız sayılacaq
dır. Bununla mülki qanunvericilik mirasdan maddi təminat almağa ehtiyacı
olan vərəsələrin mənafeyini nəzərə alır.
Məcburi pay haqqında qayda vacib hüquqi vasitədir. Elə bir vasitə ki, bu
vasitənin sayəsində mirasdan maddi təminat almağa ehtiyacı olan və miras
qoyana nisbətən daha yaxın olan qanun üzrə vərəsələrin mənafeyi üçün və
siyyət azadlığı prinsipi məhdudlaşır. Söhbət elə bir vasitədən gedir ki, bu vasi
tə şəxsin özünəməxsus olan əmlakı barəsində öz mülahizəsinə və istəyinə
görə vəsiyyət sərəncamı etmək hüququ ilə onun ailə-hüquqi və əxlaqi vəzifə
lərini, vərəsəliyin cəmiyyətdə yerinə yetirdiyi maddi təminat funksiyasını uy
ğunlaşdırmağa imkan verir.
M irasdan m əcburi pay almaq hüququ olan qanun üzrə vərəsələrə
m əcburi vərəsələr deyilir.
Azərbaycan Respublikasının vərəsəlik hüququ məcburi vərəsələrin dəqiq
və qəti siyahısını v e rir (MM-in 1193-cü maddəsi). Həmin siyahıya daxildir:
• vəsiyyət edənin uşaqları;
• vəsiyyət edənin valideynləri;
• vəsiyyət edənin arvadı (əri).
Göstərilən siyahıdan məlum olur ki, məcburi vərəsə rolunda yalnız birinci
növbə üzrə vərəsələr sırasına däxjTöjan şəxslər çıxış edə bilərlər. Bu o de
məkdir ki, nə ikinci, nə üçüncü və s. növbə üzrə vərəsələr tərkibinə aid edilən
şəxslər məcburi vərəsə ola bilərlər.
581
Məcburi vərəsələrin dairəsini nəzərdə tutan siyahını nə genişləndirici, nə də
məhdudlaşdırıcı təfsir etmək olar. Bəzi müəlliflərin məcburi vərəsələrin siyahı
sını genişləndirməyə təşəbbüs göstərmələrinin heç bir əsası yoxdur.
.
M əcburi vərəsələr m əcburi pay alm aq hüququ olan şəxslər-
əc url
dir. Azərbaycan Respublikasının mülki qanunvericiliyi həmin
pay
şəxsləri məcburi payla təmin edir. Məcburi pay nədir və o, nə cür
hüquqi təbiətə malikdir? Məcburi pay miras payıdırmı, yoxsa yalnız vərəsəyə
olan tələb (öhdəlik) hüququnu ifadə edirmi? Başqa sözlə desək, məcburi pay
almaq hüququna malik olan şəxs vərəsədirmi, yoxsa, tələb (öhdəlik) hüququ
nun daşıyıcısı rolunda çıxış edən kreditordurmu?
Mülki qanunvericilik müəyyən edir ki, məcburi vərəsələrin (vəsiyyət edənin
uşaqlarının, valideynlərinin və arvadının və ya ərinin) vəsiyyətnamənin məz
munundan asılı olmayaraq mirasda məcburi payı vardır (MM-in 1193-cü mad
dəsi). Bu hüquqi göstərişdən aydın olur ki, Azərbaycan Respublikasının vərə
səlik hüququ m əcburi pay adı altında m əhz m iras payını nəzərdə tutur. De
məli, məcburi pay hüququna malik olan şəxs vərəsələrdən tələb etmək (öhdə
lik) hüququna malik olarr kreditor yox, tam h ü q uq lu vərəsədir. Özü də o, elə
bir vərəsədir ki, vəsiyyət edənin iradəsi ilə vərəsəlikdən kənarlaşdırıla bilməz.
Hətta o, vəsiyyət edən şəxsin iradəsi əleyhinə olan vərəsədir. Ona görə də bu
cür vərəsəlik müasir hüquqda məcburi vərəsəlik və ya və siyyə td ən yan
keçən v a ris lik adlanır1.
Məcburi pay haqqında qayda vəsiyyət sərəncamına edilən və qanunla mü
əyyənləşdirilən düzəlişdir. Həmin qaydanın tətbiqi onu ifadə etmir ki, qanun
üzrə vərəsəlik haqqında norma tətbiq ediləcəkdir. Əksinə, miras qoyanın və
siyyətnaməsi qüvvədə qalır. Amma o hissədə qüvvədə qalır ki, məcburi pay
haqqında qaydada nəzərdə tutulan düzəlişin edilməsi tələb olunmur. Vəsiyyət
namənin yalnız məcburi paya toxunan hissəsi etibarsız hesab edilə bilər2.
Məcburi payın həcmi nə qədərdir? Azərbaycan Respublikasının vərəsəlik
hüququ bu suala dəqiq cavab verir: hər b ir m əcburi vərəsəyə düşən pay
qanun üzrə vərəsəlik zamanı onlara çatası payın ya rısından, y ə n i i h i s
səsindən ib a rə td ir (MM-in 1193-cü maddəsi). Başqa sözlə desək, məcburi
vərəsələr onlardan hər birinə qanun üzrə vərəsəlik zamanı çatası payın i
hissəsini (ikidə bir hissəsini) alırlar. Misal çəkməklə bu məsələnin mahiyyətinə
aydınlıq gətirək. Məsələn, ər (vəsiyyət edən) ümumi qiyməti 100 min manat
olan əmlakının hamısını öz qonşusuna vəsiyyət edir. Onun iki valideyni, arvadı
və iki uşağı var (cəmi 5 nəfər vərəsə). Əvvəlcə qanun üzrə vərəsələrdən hər
birinə (valideynlərə, uşaqlara və arvada) qanun üzrə vərəsəlik zamanı çatası
payı hesablayaq. Bunun üçün miras əmlak qanun üzrə həmin vərəsələrin sa
yına bölünür: 50 min manat : 5 = 10 min manat (mirasın yarısı, yəni 50 min
1
Чезаре Санфилиппо. Курс римского частного права. Учебник (перевод с итальянского) /Под
рсц.^Ц.В.Дождева. М., 2002, с. 321.
Вах: п. 6 постановления Пленума Верховного Суда СССР от 1 июля 1966 г., Ns б «О
судебной практике по делам о наследовании»// Бюллетень Верховного Суда СССР, 1966. № 4
582
manat arvadın payı olduğuna görə vəsiyyətnamənin predmeti ola bilməz). Bu
nu nəzərə almaqla məcburi vərəsələrdən hər birinə düşəsi .məcburi payı he
sablayaq: 10 min manat -— = - ^ - ^ = 5 min manat. Deməli, hər bir məcburi
2
2
vərəsəyə düşən məcburi pay 5 min manatdan ibarətdir1.
§ 4. Himayədə olan şəxslərin vərəsəliyi.
Ləyaqətsiz vərəsələr
Himavədə
Azərbaycan Respublikasının vərəsəlik hüququ himayədə
olan səxslərin
olan ?əxslərın vərəsəliyə çağırılması üçün xüsusi qayda
vərəsəliyi
müəyyən edir (MM-in 1161-ci maddəsi). Bu qaydaya görə
m iras qoyanın himayəsində olm uş şəxslərin miras
dan dolanacaq təm inatı (aliment) almaq hüququ vardır. Dolanacaq təmi
natı dedikdə, şəxsin saxlanması üçün vəsait başa düşülür. Göstərilən halda
yaranmış münasibəti vərəsəlik, həmin şəxsi isə vərəsə hesab etmək olarmı?
Köhnə qanunvericilik bu suala cavab verərək müəyyənləşdirirdi ki, şəxsin
(miras qoyanın) ölümünə qədər bir ildən az olmayaraq, onun himayəsində
olan, əmək qabiliyyəti olmayan vətəndaş qanun üzrə vərəsələr sırasına daxil
dir. Digər vərəsələr olduqda, onlar öz növbəsində vərəsəliyə çağırılan vərəsə
lər ilə bərabər vərəsə olurdular (köhnə 1964-cü il MM-in 534-cü maddəsi). Bi
rinci növbə vərəsələr olduqda himayədə olan vətəndaşlar birinci növbə vərə
sələrlə bərabər, ikinci növbə vərəsələr olduqda isə ikinci növbə vərəsələrlə
bərabər vərəsəliyə çağırılırdılar. Əgər nə birinci növbə vərəsələr, nə də ikinci
növbə vərəsələr olardısa, onda himayədə olan şəxslər birinci növbə vərəsələr
kimi vərəsəliyə çağırılırdılar. Belə təsəvvür yaranır ki, köhnə qanunvericiliyə
görə, himayədə olan şəxslərlə bağlı münasibət vərəsəlik, həmin şəxsin özü
isə vərəsə sayılırdı.
Yeni qanunvericiliyin müəyyən etdiyi qaydaya gəldikdə isə qeyd etmək la
zımdır ki, bu qaydaya görə, himayədə olan şəxslə bağlı olan münasibət vərəsə
lik xarakterli m ünasibətdir. Bu halda sinqulyar vərəsəlik varisliyi göz qaba
ğındadır. Dolanacaq təminatı almaq kimi konkret əmlak hüququna malik olan
həmin şəxsə isə sinqulyar (xüsusi) vərəsə kimi baxmaq lazımdır. Digər tərəf
dən, himayədə olan şəxs sinqulyar vərəsədən savayı, həm də kreditor kimi
(tələb etmək hüququna malik olan şəxs kimi) çıxış edir. Bu hal isə həmin şəxsin
öz hüquqi vəziyyətinə görə ikili təbiətə malik olmasını və vərəsəlik hüququnun
spesifik subyekti kimi çıxış etməsini şərtləndirir. Belə ki, o, mirası qəbul etmiş
vərəsələrdən (borclu şəxslərdən) aliment (dolanacaq təminatı) verilməsini tələb
etmək hüququna malikdir. Bu isə onu göstərir ki, himayədə olan şəxslə mirası
qəbul etmiş vərəsələr arasında öhdəlik hüquq münasibəti (öhdəlik) yaranır.
Yalnız müəyyən şərtlər olduğu halda, şəxs sinqulyar (xüsusi) vərəsə kimi
mirasdan aliment (dolanacaq təminatı) tələb edə bilər. Birinci şərtə görə,
1
Толстой Ю.К. Определение размера обязательной доли при наследовании // В книге: Наука
и практика в разрешении гражданских правовых споров. Л. 1970, с. 60.
583
şəxs m iras qoyanın him ayəsində (öhdəsində) olm alıdır. M iras qoyanın
him ayəsində olm aq dedikdə, şəxsin miras qoyanın hesabına yaşaması (ta
mamilə miras qoyan tərəfindən saxlanması, onun öhdəsində olrfıası) və ya mi
ras qoyanın etdiyi elə bir kömək (yardım) başa düşülür ki, bu kömək (yardım)
həmin şəxsin yaşaması üçün əsas və daimi vəsait mənbəyi olm alıdır. Miras
qoyanın bəzi məqamlarda göstərdiyi ayrı-ayrı maddi yardım hallan şəxsin mi
ras qoyanın himayəsində olması faktına dəlalət etmir1
2. Əgər himayədə olan
şəxs hər hansı əmlaka və ya yaşamaq üçün əlavə mənbəyə malik olarsa,
onda bu hal onu vərəsəlik hüququndan məhrum etmir3. Miras qoyanla hima
yədə olan şəxs arasında qohumluq münasibətlərinin, habelə onların birgə ya
şamaq faktının hüquqi əhəmiyyəti yoxdur.
Himayədə olmaq faktı aşağıdakı sənədlərlə sübut oluna bilər: mənzil-istis
mar sahəsinin verdiyi arayışla; miras qoyanın iş yerindən müvafiq şəxsin onun
himayəsində olması barəsində verilən arayışla; əhalinin sosial müdafiəsi mər
kəzinin ailə başçısının ölümü ilə pensiya təyin edilməsi barədə verdiyi arayış
la4. Əgər göstərilən sənədlərlə sübut olunmazsa, onda himayəçilik faktı (öhdə
də olmaq faktı) mülki-prosessual qanunvericiliyə uyğun olaraq məhkəmə qay
dasında müəyyənləşdirilir5.
İkinci şərtə görə, miras qoyanın himayəsində olan şəxsin əm ək q a b iliy y ə
ti olm am alıdır. Əmək qabiliyyəti olmayan şəxslərə aid edilir6:
• 55 yaşa çatan qadınlar, 60 yaşa çatan k iş ilə r (söhbət şəxslərin onlara
yaşa görə pensiya almaq hüququ verən müəyyən yaş həddinə çatmasın
dan gedir. Köhnə qanunvericilik göstərilən yaş hədlərini nəzərdə tutdu
ğuna görə, Plenum qərarı məhz həmin yaş hədlərinə əsaslanırdı. Şəxsin
pensiya yaşına çatmasından sonra əmək fəaliyyətini davam etdirməsi
əhəmiyyətə malik olmayıb, məsələyə dəxli yoxdur7. Azərbaycan Respub
likasının yeni qanunvericiliyi isə həmin yaş həddini qadınlar üçün 56,5,
kişilər üçün 61, 5 müəyyənləşdirir)8.
1 Гущин В.В. Наследственное право. Учебное пособие. М., 2003, с. 57.
Зайцева Т.И., Крашенинников П.В. Наследственное право. М., 2003, с. 97.
3 Власов Ю.Н., Калинин В.В. Наследственное право Российской Федерации. Учебно-
методическое пособие. М., 2002, с. 89.
«Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimat»ın
103-cü bəndi.
5 Azərbaycan Respublikasının M ülki - Prosessual Məcəlləsinin 307-ci maddəsinin 1-ci bəndi // AR
Q K, l xüsusi buraxılış, s. 454.
6 Bax: n. 2 постановления Пленума Верховного Суда СССР «О судебной практике по делам о
наследовании» от I июля 1966 г. // Бюллетень Верховного Суда СССР. 1966. № 4; Власов Ю.Н.,
Калинин В.В. Наследственное право Российской Федерации. Учебно-методическое пособие. М.,
2002, с. 89; Зайцева Т.И., Крашенинников П.В. Наследственное право. М., 2003, с. 97; Гущин В.В.
Наследственное право. Учебное пособие. М., 2003, с. 57.
Гущин В.В. Наследственное право. Учебное пособие. М., 2003, с. 57.
Azərbaycan Respublikasının «Vətəndaşların pensiya təminatı haqqında» 23 sentyabr 1992-ci il ta
rix li qanunun 12-ci maddəsinə əsasən yaşa (qocalığa) görə kişilər 60 yaşına, qadınlar isə 55 yaşına çat
dıqda pensiya almaq hüququna malik idilər. 03.07.1997-ci il tarixində bu qanunun 12-ci maddəsinə belə
bir dəyişiklik edilmişdir: yaş həddi 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-
nə kimi hər il 6 ay artırılsın. Bunu nəzərə alsaq hal-hazırda pensiya hüququ kişilər üçün 61,5 yaşdan,
qadınlar üçün isə 56,5 yaşdan hesablanır.
584
• I, U və III q ru p ə lillə r (həmin şəxslərə yaşa və əlilliyə görə pensiya təyin
edilməsinin məsələyə dəxli yoxdur, yəni pensiya təyin edilməsindən asılı
olmayaraq əlillər qeyri-əmək qabiliyyətli sayılırlar);
• 16 yaşına çatmayan şəxslər (şagirdlər üçün isə 18 yaş həddi əsas götü
rülür).
Şəxsin əmək qabiliyyətinə malik olmaması müvafiq sənədlərlə təsdiqlənə
bilər: pensiya vəsiqəsi ilə; pasportla; tibbi-sosial ekspertizanın rəyi ilə; əlillik
haqqında arayışla; tibb-əmək ekspert komissiyasının arayışı ilə; doğum haq
qında şəhadətnamə ilə (yetkinlik yaşına çatmayan uşaqlar üçün); məktəb mü
diriyyətinin (təhsil yerinin) verdiyi arayışla (şagirdlər üçün)'.
Üçüncü şərtə görə, himayədə olan şəxsin adı vəsiyyətnamədə çəkil
m əm əlidir. Vəsiyyətnamədə adı çəkilməmək dedikdə, şəxsin vəsiyyətnamədə
vərəsə kimi göstərilməməsi başa düşülür. Başqa sözlə desək, himayədə olan
şəxs vəsiyyət üzrə vərəsə qismində çıxış etməməlidir.
Müəyyən kateqoriya elə şəxslər vardır ki, həmin şəxsləri
əyaqə sız
Azarbaycan Respublikasının Mülki Məcəlləsi vərəsəlik hüqu-
vərəsə
y
1
qundan (vərəsə olmaq hüququndan) məhrum edir. Bu şəxs
lər mülki qanunvericilikdə ləyaqətsiz vərəsə adlanır.
Ləyaqətsiz vərəsə dedikdə, müəyyən hallara görə, vərəsəlikdən kə-
narlaşdırılan və buna görə də vərəsəlik hüququndan məhrum edilən
şəxs başa düşülür.
Ləyaqətsiz vərəsə mirası əldə etmək və almaq hüququna malik olmayan
şəxsdir. O, cəmiyyətdəki birgə yaşayış qaydaları baxımından özünün nalayiq
davranışına görə vərəsəlikdən kənarlaşdırılır1
2. Bu kateqoriyadan olan şəxslər
özünün etdiyi hüquqa və ya əxlaqa zidd hərəkətlərin nəticəsində vərəsə ol
maq imkanından məhrum olurlar. Köhnə mülki qanunvericilik ləyaqətsiz vərə
sə sırasına üç kateqoriya şəxsi aid edirdi: qanunsuz hərəkət etməklə özlərinin
vərəsəliyə çağırılmasına imkan yaradan vətəndaşları; valideynlik hüququndan
məhrum edilən vətəndaşları; miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini
qəsdən yerinə yetirməyən vətəndaşları (MM-in 531-ci maddəsi). Lakin indiki,
müasir qanunvericilik valideynlik hüququndan məhrum edilən şəxslərin ləya
qətsiz vərəsə kateqoriyasına aid edilməsi barədə konkret və birbaşa göstəriş
ifadə etmir. Amma buna baxmayaraq elə hesab edirik ki, valideynlik hüququn
dan məhrum edilmiş şəxslər, miras qoyan şəxsi saxlamaq üzrə öz vəzifələrini
yerinə yetirməkdən qəsdən boyun qaçıran şəxslər də ləyaqətsiz vərəsə sırası
na daxildir. Yeri gəlmişkən, RF-in yeni mülki qanunvericiliyi köhnə qanunveri
cilik kimi məsələyə bu cür yanaşır (RF MM-in 1117-ci maddəsi).
Beləliklə, Azərbaycan Respublikasının vərəsəlik hüququna görə, ləyaqətsiz
vərəsə kateqoriyasına aiddir:
• müəyyən hallara görə vərəsə olmayan şəxslər (MM-in 1137-ci maddəsi)
- I qrup ləyaqətsiz vərəsələr;
1 «Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimabnn
103-cü bəndi.
2 Советское гражданское право. Учебник. Том 2 / Под ред. О.А.Красавчикова. М. 1985. с. 512.
585
• valideynlik hüququndan məhrum edilmiş şəxslər (MM-in 1138-ci maddə
si) - II qrup ləyaqətsiz vərəsələr;
• miras qoyanın saxlanması üzrə öhdələrinə qoyulmuş vəzifələrdən qəti su
rətdə boyun qaçıran şəxslər (MM-in 1138-ci maddəsi) - III qrup ləyaqət
siz vərəsələr.
Fiziki şəxsin I qrup ləyaqətsiz vərəsə kimi tanınması üçün həmin şəxsin
iki alternativ hərəkətdən birini etməsini müəyyənləşdirmək lazımdır:
• birincisi, fiziki şəxsin miras qoyanın son iradəsini həyata keçirməsinə ma
neə olması və bununla özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə
çağırılmasına və ya miras paylarının artırılmasına imkan yaratması. Söh
bət fiziki şəxsin hüquqazidd hərəkətlər etməsindən gedir. Həmin hərə
kətlər isə ifadə oluna bilər: saxta vəsiyyətnamə tərtib etməkdə; əsl və
həqiqi vəsiyyətnamənin gizlədilməsində; şəxsi konkret vətəndaşın xeyri
nə vəsiyyətnamə yazmağa məcbur etmədə; vəsiyyət üzrə vərəsələrdən
kimsəni mirasdan imtina olunmasına vadar etmədə; şəxsi leqat (vəsiyyət
tapşırığı) nəzərdə tutuna vəsiyyətnamə yazmağa məcbur etmədə; leqa-
tarini leqatdan imtina etməyə məcbur etmədə; leqat barədə məlumatı
gizlətməkdə; vəsiyyətnaməni saxtalaşdırmaqda; başqa vərəsələrin olma
sı barədə məlumatın gizlədilməsində və s'.
• ikincisi, fiziki şəxsin vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son
iradəsinə qarşı cinayət və ya digər əxlaqsız hərəkət törətməsi1
2.
Amma göstərilən hərəkətlərdən birinin edilməsi şəxsin ləyaqətsiz vərəsə
hesab olunması üçün yetərli deyildir və kifayət etmir. Bunun üçün həm də iki
əlavə şərtin olması lazımdır3. B irin ci şərt ondan ibarətdir ki, şəxsin vərəsəlik
hüququndan məhrum edilməsinə səbəb olan h a lla r (hərəkətlər) məhkəmə
tərəfindən təsdiq olunm alıdır. Həmin halın (miras qoyanın əleyhinə yönələn
hüquqazidd hərəkətin) müəyyənləşdirilməsi barədə qanuni qüvvəyə minmiş
məhkəmə aktı mübahisəsiz olaraq şəxsi vərəsəlikdən kənarlaşdırmaq üçün
əsas rolunu oynayır. Vərəsəlik şəhadətnaməsi verən zaman notarius müstəqil
surətdə həmin akta əsasən şəxsi ləyaqətsiz vərəsə hesab edir (əgər vərəsəlik
barədə mübahisə olmazsa). Belə hallarda məhkəmənin şəxsi vərəsəlikdən
kənarlaşdırmaq barədə əlavə qərar çıxarması tələb edilmir4. Başqa sözlə de
sək, lazım deyildir ki, məhkəmə şəxsin ləyaqətsiz vərəsə hesab edilməsi barə
də hər hansı xüsusi akt qəbul etsin. Vərəsənin miras qoyanın ölümünə səbəb
olan cinayət törətməkdə təqsirli bilinməsi barədə məhkəmə hökmünün olması
1 Советское гражданское право. У чеб ник. Том 2 / П од ред.
В.П.Гоибанова, С.М.Корнеева.
М .,
1980, с. 484;
Гущин В.В.
Наследственное право. Учебное пособие. М ., 2003, с. 15;
Зайцева Т.И., Кра
шенинников П.В.
Наследственное право. М ., 2003, с. 38.
2 SSRİ A li M ə hkəm əsi öz qərarında göstərirdi k i, şəxsi və rə səlik hüququndan m əhrum edilməsinə
səbəb olan qanunsuz h ə rə kə tlə r (hüquqa zidd hərəkə tlər) dedikdə, cinayət qaydasında cəzalandırılan
hərəkə tlər başa düşülür (bax: постановления Пленума
Верховного Суда СССР «О судебной
практике по делам о наследовании» от 1 июля 1966 г. № б // Бюллетень Верховного Суда СССР.
1966. № 4). Azərbaycan Respublikasının və rə səlik hüququ bu göstərişi nəzərə alm ışdır.
3 Г
рудцынаЛ.10.
Наследование (в вопросах и ответах). М ., 2002, с. 79.
4
Власов Ю.Н., Калинин В.В.
Наследственное право Р оссийской Федерации. У чебно-
методическое пособие. М ., 2002, с. 22.
586
kifayətdir ki, notarius müvafiq şəxsi ləyaqətsiz vərəsə kimi tanısın. Cinayət işi
üzrə məhkəmə hökmü vərəsəni (şəxsi) vərəsəlikdən kənarlaşdırmaq üçün pro
sessual sənəd rolunu oynayır1. Əgər məhkəmə məsələni cinayət-hüquqi qayda
da yox, mülki-hüquqi qaydada həll etmişsə, onda vərəsəni vərəsəlik hüququn
dan məhrum etmək üçün prosessual sənəd kimi məhkəmə qərarı çıxış edir1
2.
RF-nin Ali Məhkəməsi isə izah edərək göstərmişdir ki, məsələ (hərəkət, hal)
məhkəmə hökmü ilə müəyyənləşdirilməlidir3. Bu isə dəqiq olmayan mövqedir.
İkinci şərt isə ondan ibarətdir ki, şəxsin vərəsəlikdən kənarlaşdınlmasına sə
bəb olan hərəkətlər qəsdən edilm əlidir və xüsusi olaraq ya miras qoyanın
əleyhinə (məsələn, miras qoyanı öldürmək), ya vərəsələrdən hər hansı birinin
əleyhinə (məsələn, vərəsəni hədələməklə mirasdan əl çəkməyə məcbur etmək;
bu isə mirasın hədələyən, yəni hədə təsiri göstərən şəxsə keçməsini təmin edir),
ya da vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş axırıncı iradəsinin hə
yata keçirilm əsi əleyhinə (məsələn, əsl və həqiqi vəsiyyətnamənin saxta və
siyyətnamə ilə əvəz olunmasına cəhd göstərmək) yönəlməlidir4. RF Ali Məhkə
məsi Plenumu izah edərək göstərmişdir ki, həmin hərəkətlər yalnız qəsdən edil
məlidir5. Azərbaycan Respublikasının vərəsəlik hüququ bu göstərişi rəsmən nə
zərə almışdır. Bu göstəriş köhnə qanunvericilikdə (köhnə 1964-cü il MM-in 531-
ci maddəsində) ifadə olunmamışdı. RF Ali Məhkəməsi Plenumu daha sonra izah
etmişdir ki, şəxs ehtiyatsızlıqdan törədilən cinayətə görə (məsələn, avtomobil qə
zası nəticəsində miras qoyanın ölümünə görə) məhkum edilərsə, onda həmin
hal göstərilən şəxsin ləyaqətsiz vərəsə kimi vərəsəlikdən kənarlaşdırılması üçün
əsas ola bilməz. Mülki hüquq elmi də həmin mövqedə durur6 * * * 1
0
.
Göstərdiyimiz hallardan biri olduqda və həmin hal məhkəmə qaydasında
təsdiqləndikdə, hüquq pozuntusu törədən şəxs ləyaqətsiz vərəsə kimi nə qa
nun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilmir, vərəsəlik hüququndan məh
rum edilir.
İkinci q ru p ləyaqətsiz vərəsələrə valideynlik hüququndan məhrum edil
miş şəxslər daxildir. Bir sıra hallar mövcud olduqda valideynlər (və ya onlar
dan biri) məhkəmə qaydasında valideynlik hüququndan məhrum edilə bilərlər.
1 P .S .N İkilyu k g östə rir k i, ə m ə lin cinayəl olması nəinki məhkəmə hökmü ilə , habelə istintaq -
p rokurorluq orqanlarının qərarı ilə də m üəyyənləşdirilə b ilə r
(,Никитине П.С.
Наследственное право и
наследственный процесс. Киш инев. 1973, с. 54,57).
2
Зайцева Т.И., Крашенинников П.В.
Наследственное право. М ., 2003, с. 38.
3 Постановления Пленума Верховного Суда СССР «О некоторых вопросах, возникающих в
практике судов по делам о наследовании» от 23 апреля 1991 г. № 2 (пун кт 2) // Судебная
практика по гражданским делам. М ., 2001, с. 424.
4
Иоффе О С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с.290.
5 Постановления Пленума Верховного Суда СССР «О некоторых вопросах, возникающих в
практике судов по делам о наследовании» от 23 апреля 1991 г. № 2 // Судебная практика по
гражданским делам. М ., 2001, с. 259-260.
6
Никитюк П.С.
Наследственное право и наследственный процесс. Кишинев. 1973, с. 55-56;
Гражданское право. У чебник. Часть 3 / Под ред.
А.П.Сергеева, Ю.К.Толстого.
М., 1998, с. 512;
Власов Ю.Н., Калинин В.В.
Наследственное право Российской Федерации. Учебно-методическое
пособие. М ., 2002, с. 19;
Зайцева Т.И., Крашенинников П.В.
Наследственное право. М ., 2003, с.36.
10 fevral 1971-ci il tarixində RSFSR Ə d liyyə N a zirliyi Kemerovo vilayət məhkəməsinə izah etmişdir
k i, ehtiyatsızlıqdan miras qoyanın öldürülm əsi vərəsəni vərəsəlik hüququndan məhrum etmir.
587
Həmin hallar ailə qanunvericiliyi ilə müəyyən edilir1: şəxsin öz valideynlik vəzi
fələrini yerinə yetirməməsi: alimenti qəsdən ödəməməsi; şəxsin öz valideynlik
hüquqlarından sui-istifadə etməsi və s. Bu hallardan biri olduqda, məhkəmə
şəxsin va lid e yn lik hüququndan m əhrum edilm əsi barədə qərar qəbul
edir. Bu qərar əsas verir və kifayətdir ki, öz uşaqlarının ölümündən sonra hə
min şəxs vərəsəlik şəhadətnaməsi verilən zaman notarius tərəfindən müstəqil
surətdə ləyaqətsiz vərəsə hesab edilsin və vərəsələrin sırasından çıxarılsın,
yəni vərəsəlikdən kənarlaşdırılsın. Vərəsəlik şəhadətnaməsinin alınması lazım
olmadığı hallarda isə bu məsələni həmin qərar əsasında vərəsələrin özləri həll
edirlər. Digər məhkəmə aktının (prosessual sənədin), yəni valideynlik hüqu
qundan məhrum edilmiş şəxsin vərəsəlikdən kənarlaşdırılması barədə məhkə
mə qərarının olması tələb edilmir1
2.
Valideynlik hüququndan məhrum edilmiş şəxsi vərəsəlikdən kənarlaşdır
maq üçün əlavə şərtin olması lazımdır. Bu şərt m irasın açıldığı günədək va
lideynlik hüquqlarının bərpa edilm əm əsindən ib a rə td ir. Əgər miras açıldığı
günədək şəxsin valideynlik hüquqları bərpa edilərsə, onda həmin şəxs ləya
qətsiz vərəsə kimi tanınmır. Valideynlik hüquqlarının bərpası isə ailə qanunve
riciliyi ilə müəyyən edilir3.
Valideynlik hüquqlarından məhrum edilmiş şəxslərin vərəsəlikdən kənarlaş-
dırılması yalnız qanun üzrə vərəsəlik zamanı m ə cb u rid ir. Söhbət həmin
şəxslərin öz uşaqlarının ölümündən sonra qanun üzrə vərəsəliyə çağırılması
nın qadağan edilməsindən gedir. Vəsiyyət üzrə vərəsəlik zamanı isə vali
deynlik hüquqlarından məhrum edilən şəxsin vərəsəlikdən kənarlaşdırılması
məcburi deyil. Miras qoyan sağlığında onun barəsində nalayiq hərəkətlərə yol
verən valideynləri ilə necə davranmağı özü həll edir. Onun ixtiyarı çatır ki, öz
valideynlərinin bu cür hərəkətlərini nəzərə almasın və əmlakını valideynlik hü
quqlarından məhrum edilmiş şəxslərə vəsiyyət etsin4. Başqa sözlə desək, va
lideynlik hüquqlarından məhrum edilmiş şəxslər üçün vəsiyyət üzrə vərəsəlik
istisna olunmur, bu, mümkündür5. Məsələn, şəxs öz əmlakını valideynlik hü
quqlarından məhrum edilmiş atasına vəsiyyət edə bilər.
Valideynlik hüquqlarından məhrum edilmiş şəxsin öz övladlarının ölümün
dən sonra qanun üzrə vərəsəlikdən kənarlaşdırılması öz növbəsində övladla
rın valideynlik hüquqlarından məhrum edilmiş öz valideynlərinin ölümündən
sonra vərəsəlikdən kənarlaşdırılmasına səbəb olmur. Həmin övladlar valideyn
lik hüquqlarından məhrum edilmiş öz valideynlərinin ölümündən sonra vərəsə-
1 A ilo M ə cə llə sin in 64-cü maddəsi // A R Q K , I xüsusi buraxılış, s. 789.
Иоффе О.C.
Советское гражданское право. К ур с лекций. Часть 3. Л ., 1965, с.289;
Никитюк
П
С .
Наследственное право и наследственный процесс. К иш инев. 1973, с. 57; Советское граждан
ское право. У чеб ник. Том 2 / Под ред.
О.Л.Красавчикова.
М ., 1985, с. 512;
Зайцева Т.И., Краше
нинников П.В.
Наследственное право. М ., 2003, с. 38;
Власов 10.Н., Калинин В.В.
Наследственное
право Российской Федерации. М ., 2002, с. 22;
Грудцына Л.Ю.
Наследование (в вопросах и от
ветах). М ., 2002, с. 80.
J A ilə M ə cə llə sinin 64-cü maddəsi / / A R Q K , I xüsusi buraxılış, s. 789.
Советское гражданское право. У чебник. Том 2 /П о д ред.
В.П.Грибанова, С.М.Корнеева.
М..
1980, с. 485.
5 Советское гражданское право. У чеб ник. Том 2 / Под ред.
О.А.
Красавчикова.
М ., 1985, с. 512.
588
lik hüququna malik olurlar1. Məsələn, valideynlik hüquqlarından məhrum edil
miş ata ölür. Onun uşaqları qanun üzrə vərəsəliyə çağırılırlar.
Üçüncü qrup ləyaqətsiz vərəsələr kateqoriyasına o şəxslər daxildir ki,
onların üzərinə miras qoyanı saxlamaq vəzifəsi (ailə öhdəliyi) qoyulsun (bu və
zifə qanunla onlara həvalə edilir). Həmin şəxslər miras qoyanı saxlamaq üçün
aliment ödəməyə borclu olan şəxslərdir. Əgər göstərilən şəxslər aliment öhdə
liyini yerinə yetirməkdən qəsdən, qərəzli olaraq, qəti surətdə boyun qaçırsa
lar, ləyaqətsiz vərəsə kimi miras qoyanın qanun üzrə vərəsəsi ola bilmirlər.
Özü də dərhal qeyd edirik ki, aliment ödəmək vəzifəsini yerinə yetirməkdən
boyun qaçıran şəxslərin vərəsəlikdən kənarlaşdırılması yalnız qanun üzrə və
rəsəlik zamanı məcburidir. Vəsiyyət üzrə vərəsəlik zamanı isə bu, məcburi
deyildir. Belə ki, miras qoyan onu saxlamaqdan, ona aliment ödəməkdən qəs
dən boyun qaçıran şəxsin nalayiq və qanunazidd davranışını nəzərə almayıb,
öz əmlakını həmin şəxsə vəsiyyət edə bilər. Bu şəxs üçün vəsiyyət üzrə vərə
səlik qadağan edilmir1
2.
Aliment öhdəliyini yerinə yetirməkdən qəti surətdə boyun qaçırmaq
dedikdə, şəxsin həm könüllü yolla, həm də məhkəmə (məcburi) yolla aliment
verməkdən qərəzli olaraq, qəsdən imtina etməsi başa düşülür. Əgər şəxs ali-
menti məhkəmə ilə ödəyərsə, o, ləyaqətsiz vərəsə kimi tanına bilməz.
Notarius və ya vərəsələr aliment ödəməkdən boyun qaçıran şəxsləri müs
təqil surətdə ləyaqətsiz vərəsə kimi vərəsəlikdən kənarlaşdıra bilməzlər. Bu
nun üçün müvafiq məhkəmə aktının (prosessual sənədin) - məhkəmə qə
rarının olması tələb edilir. Belə ki, miras qoyanın saxlanması üçün aliment
ödəməkdən boyun qaçırmaq faktı boyun qaçıran şəxsi vərəsəlikdən kənarlaş
dırmaq üçün əsas rolunu oynayır. Həmin fakt isə yalnız məhkəmə qaydasın
da müəyyənləşdirilir. Məhkəmə bu faktın müəyyənləşdirilməsi ilə bağlı ola
raq şəxsin vərəsəlikdən kənarlaşdırılması barədə qərar çıxarır. Yalnız həmin
qərar qüvvəyə mindikdən sonra notarius şəxsi ləyaqətsiz vərəsə kimi vərəsə
lik hüququndan məhrum edə bilər3. Məhkəmə isə həmin qərarı maraqlı şəxs
lərin tələbi ilə qəbul edir. Maraqlı şəxs rolunda adətən, miras qoyanın digər
vərəsələri çıxış edirlər. O vərəsələr çıxış edirlər ki, şəxsin ləyaqətsiz vərəsə ki
mi tanınması onların vərəsəlik hüququna təsir göstərir.
Bəzən məhkəmə hökmü göstərilən əsasa görə şəxsi vərəsəlikdən kənar
laşdırmaq üçün əsas rolunu oynaya bilər4. Belə ki, cinayət qanunvericiliyi müəy
yən şəxsləri saxlamaq üçün onlara maddi kömək göstərməkdən (aliment ödə
məkdən) qərəzli boyun qaçırmaya görə cinayət məsuliyyəti nəzərdə tutur5. Bo
yun qaçıran şəxs məhkəmə hökmü əsasında cəzalandınlır. Həmin hökm həm
1 A ilə M ə cə llə sinin 66-cı maddəsinin 4-cü bəndi / / A R Q K , 1 xüsusi buraxılış, s. 789.
2 Советское гражданское право. Учебник. Том 2 /Под ред.
В.П.Грибанова, С.М Корнеева.
М.,
1980, с. 485; Советское гражданское право. Учебник. Том 2 / Под ред.
О.А.Красавчикова.
М-,
1985, с. 512.
3
Власов Ю.Н.. Калинин В.В.
Наследственное право Российской Федерации. М-, 2002, с. 22.
4 Бюллетень В ерховного Суда РСФСР. 1981. № 11, с. 9-10;
Ннкитюк П.С.
Наследственное
право и наследственный процесс. Кишинев. 1973, с. 57; Советское гражданское право. Учебник.
Том 2 / П од ред.
О.А.Красавчикова.
М ., 1985, с. 512.
5 Cinayət Məcəlləsinin 176-cı maddəsi
II
A R Q K , I xiisusi buraxılış, s. 41.
589
də şəxsi ləyaqətsiz vərəsə kimi vərəsəlikdən kənarlaşdırmaq üçün əsasdır.
Tövsiyə olunan əlavə ədəbiyyat
Серебровский B.H. Очерки советского наследственного права. M.,
1953 (гл. 3);
Антимонов Б.С., Граве К.А. Советское наследственное право. М.,
1955 (гл. 4);
Иоффе О.С. Советское гражданское право. Курс лекций. Часть 3. Л.,
1965 (разд. 3, гл. 2);
Гордон М.В. Наследование по закону и по завещанию. М., 1967 (разд. 3).
Н икитю к П.С. Наследственное право и наследственный процесс. Ки
шинев. 1973 (гл. 2).
Эйдинова Э.Б. Наследование по закону и по завещанию. М., 1983
(разд. 3).
Зайцева Т.И., Краш енинников П.В. Наследственное право. М., 2003
(гл. 4);
Гущин В.В. Наследственное право. Учебное пособие. М., 2003 (гл. 3);
Власов Ю.Н., Калинин В.В. Наследственное право Российской Феде
рации. М., 2002 (гл. 4);
Грудцы на Л.Ю. Наследование (в вопросах и ответах). М., 2002 (гл. 2,
с. 95-109);
Л япунов С.Г. Наследование. М., 2003 (§ 5);
Данилов Е.П. Наследование. Нотариат. Похороны. М., 2002 (гл. 1);
Саломатова Т.В. Наследование по завещанию и по закону. М., 2002
(гл. 1, § 4);
Синайский В.И. Русское гражданское право. М., 2002 (часть 5, гл. 1);
Советское гражданское право. Учебник. Том 2 / Под ред. В.А.Рясен-
цева. М., 1976;
Советское гражданское право. Учебник. Том 2 / Под ред. В.П .Гриба
нова, С.М.Корнеева. М., 1980;
Советсткое гржданское право. Учебник. Том 2 / Под ред. О.А.Красав-
чикова. М., 1985;
Гражданское право. Учебник. Часть 3 / Под ред. А.П.Сергеева, Ю.К.
Толстого. М., 1998;
Гражданское право. Учебник. Том. 1 / Под ред. Е.А.Суханова. М., 1998;
Плетнев М.Ю. Нотариат. Учебное пособие. М., 2003 (гл. 6);
Власов Ю.Н., Калинин В.В. Нотариат (курс лекций). М., 2002 (лекция 23);
Гомола А.И. Нотариат. Учебное пособие. М., 2003 (тема 9);
Полтовская Н., Кузнецов В. Нотариат (курс лекций). М., 2002 (лекция 11);
Корнеева И.Л. Наследственное право. Учебное пособие. М., 2003 (те
ма 6).
590
XIV FƏSİL
VƏSİYYƏT ÜZRƏ VƏRƏSƏLİK
Dostları ilə paylaş: |