hü
un
hüququn yarımsahələrindən biri hesab edilir. Vərəsəlik hü-
insipləri
ququnun yarımsahə kimi ayrılmasına dəlalət edən əsas də-
p
lillərdən biri onun özünəxas prinsiplərə malik olmasıdır.
Məhz bu prinsiplərin və digər amillərin sayəsində vərəsəlik hüququ mülki hü
quq yarımsahəsi kimi status əldə edir.
Vərəsəlik hüququnun prinsipləri onun mahiyyətini və əsl məğzini ifadə edir.
Vərəsəlik hüququnun sosial istiqaməti, əsas ideyası bu prinsiplərdə təzahür
edir. Əsasən ayrı-ayrı hüquq normalarına görə həmin prinsiplər üm um m əcbu-
ri qüvvəyə malikdir.
Vərəsəlik hüququnun prinsipləri dedikdə, vərəsəlik hüququnun mahiyyətini
ifadə edən əsas ideyalar və rəhbər başlanğıclar başa düşülür.
Universal vərəsəlik v a ris liy i və ya vərəsəlik v a ris liy in in universallığı
p rinsipi (universallıq p rinsipi) vərəsəlik hüququnun əsas və fundamental 1
1 V ərəsə lik hüquq m ünasibətinin ik i cür o byektinin fə rq lə n d irilm ə si ideyast O .S .lo ffc y ə məxsusdur
(Иоффе O.C.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с. 291)
558
prinsipi sayılır1. Onun əsas tezisini hələ neçə-neçə əsr bundan əvvəl Roma
hüquqşünasları formula etmişlər1
2. Roma hüququ tərəfindən vərəsəlik varisliyi
nin universallığı ideyası tam qəbul edilmişdi.
Universallıq prinsipinin dörd əsas təzahür forması vardır. Bu prinsipin birin
ci təzahür formasına görə, vərəsəlik bilavasitə xarakterə malikdir. Bu o de
məkdir ki, miras qoyan şəxsin hüquq və vəzifələri vərəsələrə hər hansı bir
üçüncü şəxsin vasitəçiliyi və iştirakı olmadan keçir.
Universallıq prinsipinin ikinci təzahür formasına görə, miras qoyanın və
rəsələrə ayrı-ayrı hüquq və vəzifələri yox, onların bütöv kompleksi keçir
Söhbət miras qoyanın hüquq və vəzifələrinin vərəsələrə qismən yox, tam
həcmdə keçməsindən gedir. Hüquq və vəzifələrin bir hissəsini qəbul edib, di
gər hissəsindən imtina etmək olmaz.
Universallıq prinsipinin üçüncü təzahür formasına görə, vərəsəlik birdə
fəlik xarakter daşıyır. Bu o deməkdir ki, miras qoyanın hüquq və vəzifələri
bir dəfədə, eyni bir aktla qəbul edilir. Buna mirası qəbul etmək aktı deyilir.
Mirası qəbul etmək aktı bütün hüquq və vəzifələrə şamil olunur. Mirası qis
mən, şərtlə və ya qeydlə qəbul etmək olmaz. Mülki hüquq və vəzifənin ayrıca
olaraq qəbul edilməsinə yol verilmir.
Universallılıq prinsipinin dördüncü təzahür formasına görə, vərəsələrə
miras qoyanın təkcə hüquqları yox, həm də vəzifələri keçir. Vərəsəlik qayda
sında hüquqlar vəzifələrsiz, vəzifələr isə hüquqlarsız keçmir.
Vəsiyyət azadlığı prinsipi vərəsəlik hüququnun əsas prinsiplərindən biri
sayılır3. O, mülki qanunvericilikdə birbaşa formula edilir (MM-in 1166-cı mad
dəsi). Bu prinsip haqqında da əsas müddəalar Roma hüququnda formula edil
mişdi. Roma hüququ şəxsə ölüm hadisəsi olacağı halda xüsusi aktın - vəsiy
yətin ("testamentunY'un) vasitəsi ilə öz əmlakının hüquqi taleyini müəyyənləş
dirmək imkanı verirdi4. Bu hüquqi imkan vəsiyyət azadlığı prinsipinin əsasını
təşkil edirdi.
Vəsiyyət azadlığı prinsipi bilavasitə mülkiyyət azadlığı prinsipindən irəli gə
lir. Bu prinsip həm də müqavilə azadlığı prinsipi kimi böyük əhəmiyyətə malik
dir. Vəsiyyət azadlığı prinsipi həmin prinsiplərlə birlikdə müasir vətəndaş (sivil)
cəmiyyətinin təməl daşını təşkil edir5.
Vəsiyyət azadlığı prinsipinin iki əsas təzahür forması vardır. Bu prinsipin bi
rinci təzahür formasının mahiyyəti ondan ibarətdir ki, şəxs ölüm hadisəsi
olacağı halda öz əmlakının gələcək hüquqi taleyi barədə heç kəsdən asılı ol-
1 B əzi m ü ə lliflə r universallıq prinsipini vərəsəlik hüququnun prinsipi kim i qəbul etm irlər (məsələn,
bax:
Рубанов А. А.
Наследование n международном частном праве (отношения между
капиталистическими странами). М ., 1966, с. 225-226;
Никитюк П С.
Наследственное право и
наследственный процесс. Киш инев. 1973, с. 15-18).
2 Новицкий И.Б.
Основы римского гражданского права. М ., I960, с. 228,280,291.
3 M ü ə lliflə rd ə n P .S .N ikityuk göstərir ki, vəsiyyət azadlığı prinsipini vərəsəlik hüququnun prinsipi
hesab etmək olm az
{Никипиок П.С.
Наследственное право и наследственный процесс. Кишинев.
1973, с. 14). Bu fik rin əsasız olmasını sübuta yetirmək, elə hesab edirik k i, lazımsız işdir.
Чезаре Санфилиппо.
Курс римского частного права. Учебник. М ., 2002, с. 302; Римское
частное право. У чеб ник / П од ред.
И.Б. Новицкого. И.С. Перетерского.
М ., 1999, с. 237.
0 Покровский И.А.
Основные проблемы гражданского права. М., 1998, с. 300.
559
madan, kənar müdaxiləyə yol verilmədən sərəncam verə bilər. Belə ki, o, əm
lakını ölümündən sonra xüsusi aktın vasitəsi ilə öz istəyi və mülahizəsinə uy
ğun olaraq ayrı-ayrı subyektlərə vermək imkanına malikdir. Söhbət əmlakın
mülki hüququnun istənilən subyektinə - fiziki və hüquqi şəxslərə, dövlətə
(Azərbaycan Respublikasına), bələdiyyələrə, xarici şəxslərə və dövlətlərə, ha
belə beynəlxalq təşkilat və qurumlara verilmək imkanından gedir. Şəxs ölümün
dən sonra əmlakının hüquqi taleyi barədə sərəncam verərkən öz iradəsi ilə hə
rəkət edir. Həmin sərəncam onun iradəsini ifadə edir. Heç kəs onu bu cür sə
rəncam verməyə məcbur edə bilməz. Hədə, zorakılıq, yalan, yanılma və digər
halların təsiri altında verilən sərəncam (vəsiyyət sərəncamı) etibarsız sayılır.
Vəsiyyət azadlığı prinsipinin ikinci təzahür formasına görə, şəxs öz istəyi
və mülahizəsinə uyğun olaraq, heç kəsdən asılı olmadan vəsiyyətnaməni dəyiş
dirə və ya ləğv edə bilər. Belə halda şəxs yalnız öz iradəsi ilə hərəkət edir. Ləğv
edilmiş vəsiyyətnamənin bərpasına yol verilmir. Şəxs vəsiyyətnaməni dəyişdi
rərkən və ya ləğv edərkən qanunda nəzərdə tutulan üsullardan istifadə edir.
Vəsiyyət azadlığı prinsipinin qüvvəsi mütləq xarakter daşımır. Bu, o demək
dir ki, qanunda nəzərdə tutulan halda o, məhdudlaşır. Belə ki, həmin prinsip
miras qoyana öz yaxın qohumlarının mənafeləri ilə hesablaşmadan istənilən
şəxsi vərəsə kimi göstərmək imkanı verir. Amma vəsiyyət azadlığı prinsipi mi
ras qoyanın ailəsinin xeyrinə məhdudlaşır. Söhbət vərəsəlik hüququnda möv
cud olan məcburi vərəsəlik və mirasda məcburi pay halından gedir.
Məcburi vərəsəlik vəsiyyət azadlığı prinsipinin miras qoyan şəxsin (vəsiyyət
edənin) ailə mənafeləri ilə toqquşmasından yaranmışdır. Belə ki, şəxs vəsiyyət
azadlığı prinsipindən istifadə edərək əmlakı öz istədiyi şəxsə vəsiyyət edir və
yaxın qohumlarının (ailə üzvlərinin və s.) mənafeyini nəzərə almır. Amma bu
na baxmayaraq, həmin şəxslərə (yəni mənafeləri nəzərə alınmayan şəxslərə)
mirasdan məcburi pay çatır. Həmin şəxslər məcburi vərəsələr adlanır. Məhz
bu kateqoriya vərəsələrin olması vəsiyyət azadlığı prinsipinin məhdudlaşdırıl-
masını şərtləndirir.
Vəsiyyət azadlığı prinsipi xarici ölkələrin vərəsəlik hüququnun əsas prinsip
lərindən biri kimi tanınır1. Xüsusən ingilis-amerikan hüququnda həmin prinsipə
mühüm əhəmiyyət verilir. Bu onunla izah olunur ki, ABŞ-da və İngiltərədə mü
bahisəsiz olaraq əsas rol vəsiyyət üzrə vərəsəliyə məxsusdur.
Məcburi vərəsələrin hüquq və mənafelərinin təmin olunması prinsipi
vərəsəlik hüququnun prinsiplərindən biridir. Özü də dərhal buradaca qeyd et
məliyik ki, bu prinsip vəsiyyət azadlığı prinsipi ilə daha çox bağlı olan prinsip
dir. Ona görə ki, həmin prinsip vəsiyyət azadlığı prinsipini məhdudlaşdıran
prinsip kimi çıxış edir.
Göstərilən prinsip mülki qanunvericilikdə birbaşa formula edilir (MM-in
1193-cü maddəsi). Onun əsas mahiyyəti bundan ibarətdir ki, vəsiyyət edənin
yaxın qohumları sayılan bəzi kateqoriya şəxslərin (uşaqlarının, valideynlərinin
və arvadının-ərinin) vəsiyyət sərəncamının məzmunundan asılı olmayaraq
1 Гражданское и торговое право капиталистических государств. У чеб ник. Часть 2 / Отв. рсд.
Р.Л.Нарышкина.
М ., 1984, с. 278.
560
mirasdan məcburi pay almaq hüququ vardır. Belə ki, şəxs vəsiyyət azadlığı
prinsipini əldə əsas tutaraq və onu həyata keçirərək, əmlakı bəzən tamamilə
kənar şəxslərə (qohum sayılmayan, ailə üzvləri olmayan şəxslərə), hətta belə
təsadüfi şəxslərə vəsiyyət edir, yaxın qohumların (ailə üzvlərinin) mənafelərini
isə nəzərə almır. O yaxın, qohum şəxslərin (ailə üzvlərinin) ki, həmin şəxslə
rin miras əmlakın yaranmasında xeyli zəhməti və əməyi olmuşdur. Şəxsin və
siyyəti isə göstərilən şəxslərə miras əmlakdan pay almağa imkan vermir. Bu
cür vəziyyətdə onların hüquq və mənafelərinin təmin olunmasına ehtiyac yara
nır. Bunu nəzərə alaraq qanun həmin şəxslərə hüquq verir ki, onlar vəsiyyət
sərəncamının məzmunundan asılı olmayaraq mirasdan məcburi pay alsınlar.
Bu kateqoriya şəxslər (vəsiyyət edənin uşaqları, valideynləri və ya arvadı - əri)
mülki hüquq elmində (doktrinasında) məcburi vərəsələr adlanır. Qanunun mü
əyyən etdiyi qayda da məhz məcburi vərəsələrin hüquq və mənafelərini təmin
etməyə yönəlmişdir. Göstərilən prinsipin mahiyyəti də bundan ibarətdir. Bu
prinsipə görə, məcburi vərəsələrin mirasdan məcburi pay almaq hüququ vardır.
Məcburi pay miras əmlakın elə bir hissəsidir ki, məcburi vərəsələr vəsiyyət
sərəncamının vasitəsi və köməyi ilə həmin paydan məhrum edilə bilməz.
Əgər məhrum edilərsə, onda vəsiyyət sərəncamının həmin hissəsi etibarsız
hesab ediləcəkdir.
Vərəsəliyin mülkiyyət hüququ ilə bağlı olması prinsipi vərəsəlik hüqu
qunun prinsipləri sırasına daxil edilir. Bu prinsipə görə, vərəsəliklə mülkiyyət
hüququ arasında sıx və qarşılıqlı əlaqə vardır. Onlar bir-birini tamamlayaraq
qarşılıqlı surətdə şərtləndirir.
Vərəsəliklə mülkiyyət hüququnun bağlılığı və əlaqəsi iki aspektdə təzahür
edir. Birincisi, vərəsəlik mülkiyyət hüququnun əmələ gəlməsinin ən vacib
törəmə üsullarından biridir. Bu üsul əsasında vərəsə miras qoyanın əmlakı
üzərində mülkiyyət hüququ əldə edir.
İkincisi, vərəsəlik mülkiyyət hüququnun elementlərindən biri olan sə
rəncam səlahiyyətlərinin formalarından biridir. Belə ki, şəxs ölüm hadisəsi
olacağı halda öz əmlakı barəsində vəsiyyət sərəncamı edir. Bununla o, əmla
kın hüquqi taleyini müəyyənləşdirir.
Vərəsəliyin ailə-qohumluq münasibətlərinə əsaslanması prinsipi onu
ifadə edir ki, vərəsəlik ailə-qohumluq xarakterinə malikdir. Buna görə də hü
quq ədəbiyyatı səhifələrində bu prinsip «vərəsəliyin ailə-qohumluq xarak
terli olması prinsipi» adı altında da nəzərdə tutulur1.
Göstərilən prinsip onu ifadə edir ki, vərəsəliyə, hər şeydən əvvəl, ailə-qo
humluq əlaqələrinə görə miras qoyana nisbətən daha yaxın olan şəxslər çağı
rılırlar. Söhbət miras qoyanın ailə üzvlərinin (ərin, arvadın, uşaqların, övladlığa
götürülənlərin), miras qoyanın yaxın qohumlarının (valideynlərinin, qardaş və
bacılarının və s.), habelə onunla qohumluq əlaqəsində olan digər şəxslərin
(xalaların, bibilərin, dayıların, əmilərin və onların uşaqlarının və s.) vərəsə sta
tusu əldə etmək, vərəsə olmaq hüququndan gedir. Buna görə də hüquq ədə
biyyatında çox vaxt həmin prinsip «miras qoyana nisbətən daha yaxın olan
1
Никитюк П.С.
Наследственное право и наследственный процесс. Кишинев. 1973, с. 12,15.
561
şəxslərin vərəsəlik hüququnun tanınması prinsipi» adlandırılır1.
Göstərilən prinsipə görə, miras qoyana nisbətən daha yaxın olan şəxslər
beş növbə üzrə vərəsələr sırasına daxil edilirlər (MM-in 1159-cu maddəsi).
Belə ki, birinci növbədə miras qoyanın uşaqları, əri (və ya arvadı), valideynlər
və s. vərəsə olurlar. İkinci növbədə miras qoyanın qardaş və bacıları vərəsə
olurlar və s. Bu kateqoriya şəxsləri miras qoyanla ailə-qohumluq əlaqələri bir
ləşdirir. Onlar bir qayda olaraq, öz zəhmət, fəaliyyət və əməkləri ilə miras əm
lakın yaranmasında bu və ya digər dərəcədə iştirak edən şəxslərdir. Məhz bu
səbəbdən də həmin şəxslər vərəsə olmaq hüququna malikdirlər.
Göstərilən prinsipin əsas təyinatı miras qoyanla ailə-qohumluq əlaqəsində
olan şəxslərin mənafelərini təmin və mühafizə etməkdən ibarətdir. Buna görə
də həmin prinsip bir qayda olaraq, inkişaf etmiş xarici ölkələrin vərəsəlik hüqu
qunda «ailə mənafeyinin qorunması prinsipi» adlanır1
2. Bu prinsip vəsiyyət
azadlığı prinsipi ilə birlikdə həmin ölkələrin vərəsəlik hüququnun əsasını təşkil
edən prinsip sayılır.
Vərəsəliyin maddi-təminat təyinatlı olması prinsipi onda ifadə olunur ki,
vərəsəlik əsasında fiziki şəxs ölüm hadisəsi olacağı halda öz ailə üzvlərinə və
digər qohumlarına, habelə tanış-bilişlərinə, yoldaş və dostlarına maddi kömək
və yardım etmək imkanı əldə edir. Vərəsəlik üzrə daşınmaz əmlak, qiymətli
kağızlar (səhmlər, istiqraz vərəqələri, depozit sertifikatları və s.), nağd pul, xa
rici valyuta, əmanətlər və s. həmin şəxslərə keçir ki, bu, maddi cəhətdən onla
rın normal yaşamasını təmin edir. K.Marks vərəsəliyin maddi-təminat təyinatlı
olmasını xüsusilə qeyd edirdi.
Qanun üzrə vərəsəlik zamanı miras paylarının bərabərliyi prinsipi mül
ki qanunvericilikdə birbaşa formula edilir (MM-in 1159-cu maddəsi). Bu prinsip
onda ifadə olunur ki, qanun üzrə vərəsəlikdə miras əmlak vərəsələr arasında
bərabər paylara bölünür. Başqa sözlə desək, qanun üzrə vərəsəlik zamanı
vərəsələr miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əgər və
rəsəliyə birinci növbə üzrə vərəsələr çağırılmışdırsa, onların hər birinin payı
bərabər olur. Əgər vərəsəliyə ikinci növbə üzrə vərəsələr çağırılmışdırsa, onda
miras əmlak onlar arasında bərabər paylara bölünür və s.
Vərəsəliyə çağırılan şəxslərin seçim azadlığı prinsipi onda ifadə olunur
ki, həmin şəxslər mümkün olan iki alternativ variantdan birini sərbəst və müs
təqil surətdə, heç kəsdən asılı olmadan seçmək hüququna malikdirlər. Söhbət
mirası qəbul etmək və ya mirasın qəbulundan imtina etmək kimi alternativ va
riantlardan birinin seçilməsindən gedir. Özü də seçim hər hansı motiv, dəlil və
arqumentdən asılı deyildir. Seçim zamanı vərəsələrin daxili iradəsi sərbəst su
rətdə, kənar təsirlər olmadan formalaşır və ifadə olunur. Əgər belə olmazsa,
sərbəst seçim hüququndan danışmaq olmaz. Bu hal isə əqdin etibarsızlığı
1 M əsələn, bax:
Антимонов Б.С., Граве K.A.
Советское наследственное право. M ., 1955, с. 30-
3 1;
Немков A M.
Основные принципы советского наследственного права / / У ч . записки Пермского
ун-та. № 129, 1965, с. 109;
Никитюк П.С.
Наследственное право и наследственный процесс.
Кишинев. 1973, с. 15.
2 Гражданское и торговое право капиталистических государств. У чеб ник. Часть 2 / П од ред.
Р.Л.Нарышкина.
М ., 1984, с. 278.
562
haqqında qaydaların tətbiqinə səbəb olur. Axı, mirası qəbul etmək və ya mira
sı qəbulundan imtina birtərəfli əqddir. Ona görə də hədə, zorakılıq və sair hal
ların təsiri altında bağlanan bu cür əqdlər etibarsız sayılır.
Mirasın qorunması prinsipi vərəsəlik hüququnun prinsiplərindən biri sayı
lır. O, mühafizəedici xarakter daşıyır. Həmin prinsipə görə, miras həm qoru
nur, həm də idarə olunur. Məqsəd vərəsələrin və digər kateqoriya şəxslərin
mənafelərini qorumaqdan ibarətdir.
Mirasın açıldığı yerdəki notarius mirasın qorunması üçün zəruri tədbirlər gö
rür. Əmlakın qorunması məqsədilə miras siyahıya alınır və saxlanmaq üçün
vərəsəyə və ya başqa şəxsə verilir. Əmlakın idarə olunmasına zərurət yarana
bilər. Belə halda notariat orqanı əmlak idarəçisini təyin edir. Mirasın qorunma
sı prinsipi də göstərilən bu tədbirləri nəzərdə tutan hüquq normalarında (MM-
in 1317-1320-ci maddələri) ifadə olunur.
Vərəsələrin növbə əsasında vərəsəliyə çağırılmaları prinsipini vərəsə
lik hüququnun prinsipləri sırasına daxil edə bilərik1. Bu prinsip onu ifadə edir
ki, hər bir növbə üzrə vərəsələr özündən əvvəlki növbə üzrə vərəsələr olma-
dıqda və ya ləyaqətsiz vərəsə hesab edildikdə (vərəsəlikdən kənarlaşdırıldıq-
da) və ya vərəsəlikdən məhrum edildikdə və ya mirası qəbul etmədikdə və ya
xud mirasdan imtina etdikdə vərəsəliyə çağırılırlar. Əvvəlki növbə üzrə vərəsə
lərdən heç olmazsa, birinin olması sonrakı növbə üzrə vərəsələrin vərəsəliyə
çağırılmalarını qeyri-mümkün edir. Məsələn, ata öldükdən sonra onun birinci
növbə üzrə vərəsəsi (məsələn, oğlu) olarsa, onda atanın ikinci növbə üzrə və
rəsələri (yəni, qardaş-bacıları) vərəsəliyə çağırıla bilməzlər.
§ 3. Vərəsəliyin əhəmiyyəti
Vərəsəlik vacib ictimai-faydalı funksiya yerinə yetirən sosial fenomendir.
Onun malik olduğu sosial əhəmiyyət kifayət qədər böyükdür. «.Marks vərəsə
liyin sosial əhəmiyyətini qeyd edərək göstərirdi ki, məhz vərəsəlik sayəsində
ölmüş şəxsin hələ sağlığında (ölməmişdən qabaq) malik olduğu hüquqlar və
rəsələrə keçir1
2.
Vərəsəliyin mühüm əhəmiyyəti ondan ibarətdir ki, onun əsasında vərəsələr
ölmüş şəxsin əmlakı üzərində mülkiyyət hüququ əldə edirlər. Miras qoyan şəx
sin mülkiyyətində olan ayrı-ayrı əmlak növləri (yaşayış evi, qaraj, minik avto
mobili, səhmlər, sertifikatlar, istiqraz vərəqələri, nağd pul və s.) məhz vərəsəli
yin vasitəsi və köməyi ilə vərəsələrin mülkiyyətinə keçir. Deməli, o, mülkiyyət
hüququnun əldə edilməsinin törəmə üsulu kimi çıxış edir. Demək olar ki.
bütün xarici ölkələrin hüquq sistemlərində vərəsəlik mülkiyyət hüququnun əldə
edilməsinin ən vacib üsullarından biri kimi tanınır3. Vərəsəlik hüququnun real
əhəmiyyəti ondan ibarətdir ki, o, yeni hüququn - mülkiyyət hüququnun əmələ
gəlmə əsasıdır4. Bunun sayəsində mülkiyyət münasibətlərində varislik məsə-
1 Bu barədə bax:
Гомопо А.И.
Нотариат. М ., 2003, с. 120.
2
К.Маркс и Ф.Энгельс.
Соч., том 16, с. 383.
3 Гражданское и торговое право капиталистических государств. Учебник. Часть 2 / Под ред.
Р.Л.Нарышкина.
М ., 1984, с. 278.
4
Иоффе О.С.
Правоотношение по советскому гражданскому праву. Л., 1949, с. 138.
563
ləsi təmin olunur. Bu yolla isə cəmiyyətin iqtisadi quruluşu möhkəmlənir. Bun
dan belə bir nəticə çıxara bilərik ki, vərəsəliyin əsas məqsədi mülkiyyət mü
nasibətlərinə əsaslanan cəmiyyətdəki istehsal münasibətlərini qorumaq
və möhkəmləndirməkdən ibarətdir.
Digər tərəfdən vərəsəliyin əhəmiyyəti onunla şərtlənir ki, o, mülkiyyət hüqu
qunun məzmununa daxil olan «üçlük» səlahiyyətlərdən birinin - sərəncam-
vermə səlahiyyətinin realizə olunma formasıdır. Söhbət vərəsəliyin əmlak
barəsində sərəncam səlahiyyətinin həyata keçirilməsinə imkan verməsindən
gedir.
Vərəsəliyin başqa mühüm əhəmiyyəti ondan ibarətdir ki, o, maddi-teminat
funksiyasını yerinə yetirir. Belə ki, vərəsəlik vərəsələrə maddi kömək və yar
dım göstərilməsini təmin edən vasitədir. Miras qoyanın əmlakı onun ailə üzvlə
rinə, yaxın qohumlarına və digər şəxslərə keçir. Bu isə onlara göstərilən mad
di köməklikdir. Həmin köməklik isə vərəsəlik sayəsində təmin olunur.
Vərəsəlik hər bir fiziki şəxsi belə bir ümidlə yaşamaq və işləmək imkanı ilə
təmin edir: ölüm hadisəsi baş verəcəyi halda fiziki şəxsin bütün ömrü və hə
yatı boyu əldə etdiyi nemətlər onun ölümündən sonra ailə üzvlərinə və yaxın
qohumlara, habelə vəsiyyət olunan digər şəxslərə keçəcəkdir. O, insanın öz
yaxınlarının xoşbəxtliyi və rifahı naminə çalışması üçün güclü stimul yaradır1.
Tövsiyə olunan əlavə ədəbiyyat
Antimonov B.S., Qrave K.A. Sovetskoe nasledstvennoe pravo. M., 1955
(ql. 1,2,3);
Serebrovskiy V.l. Oçerki sovetskoqo nasledstvennoqo prava. M., 1953
(ql.
1 ,2);
Ioffe O.S. Sovetskoe qrajdanskoe pravo. Kurs leküiy. Çastğ 3. L , 1965
(razd. 3, ql. 1);
Qordon M.V. Nasledovanie po zakonu i po zavehaniö. M., 1967 (§ 1);
Nikitök P.S. Nasledstvennoe pravo i nasledstvennıy proüess. Kişinev.
1973 (ql. 1);
Gydinova G.B. Nasledovanie po zakonu i po zavehaniö. M., 1983 (ql. 1,2);
Sovetskoe qrajdanskoe pravo. Uçebnik. Tom 2 / Pod red. V.A.Rəsenüeva.
M„ 1976 (ql. 28, § 1,2);
Sovetskoe qrajdanskoe pravo. Uçebnik. Tom 2 / Pod red. V.P.Qribanova,
S.M.Korneeva. M., 1980 (ql. 26, § 1,2,3).
Sovetstkoe qrjdanskoe pravo. Uçebnik. Tom 2 / Pod red. O.A.Krasavçiko-
va. M., 1985 (ql. 53, § 1, 2, 3);
Qrajdanskoe pravo. Uçebnik. Çastğ 3 / Pod red. A.P.Serqeeva, Ö.K. Tols-
toqo. M., 1998 (ql. 62, § 2);
Qrajdanskoe pravo. Uçebnik. Tom. 1 / Pod red. E.A.Suxanova. M., 1998
(ql.
17, §
1);
Zayüeva T.I., Kraşeninnikov P.V. Nasledstvennoe pravo. M., 2003 (ql. 1,
2
);
564
Синайский В.И.
Русское гражданское право. М ., 2002, с. 559.
Salomatova T.V. Nasledovanie po zavehaniö i po zakonu. M , 2002 (ql. 1,
Dostları ilə paylaş: |