Mənzil-tikinti kooperativinin tikdirdiyi ev kooperativin ayrı-ayrı üzvlərinə
(payçılara) yox, hüquqi şəxs kimi bütövlükdə kooperativin özünə məxsusdur.
Buna görə də kooperativ üzvü mülkiyyət hüququna malik deyil. Məhz bu sə
bəbdən vərəsəlik üzrə onun kooperativdəki paya olan hüququ (mənzilə olan
mülkiyyət hüququ yox) keçir və mirasa daxil edilir. Kooperativ payın pulla də
yərini vərəsələrə ödəyir. Mənzil - tikinti kooperativi vərəsəni payçı (kooperativ
üzvü) kimi qəbul edə bilər. Belə halda vərəsə kooperativə məxsus olan evdəki
müəyyən mənzilə istifadə hüququ əldə edir.
Mənzil - tikinti kooperativinin üzvü onun istifadəsinə verilmiş mənzil üçün
özünün pay haqqını tamamilə verdikdən sonra bu əmlak üzərində mülkiyyət
hüququ əldə edir. Həmin mənzilə olan mülkiyyət hüququ vərəsəlik qaydasında
verilir və mirasa daxil edilir.
Daş-qaş (qızıl-güm üş, cəvahirat) m əm ulatlarının və d ig ə r zin ə t ş e ylə ri
nin vərəsəlik üzrə keçməsinə hər hansı məhdudiyyət qoyulmur. Bu məmulat
lar mirasa daxil edilə bilər. Amma dövriyyədən çıxarılmış predmetlər (məsələn,
külçə halında qızıl, gümüş və platin və s.) vərəsəlik üzrə verilə bilməz.
Valyuta sə rvətlərinin mirasa daxil edilməsi mümkündür. Söhbət, hər şey
dən əvvəl, xarici valyutadan, xarici valyutada qiymətli kağızlardan (səhmlər
dən, istiqrazlardan və s.) gedir1
2. Xarici valyuta, yəni müvafiq xarici dövlətin
ərazisində olan və qanuni ödəniş vasitəsi sayılan kağız pullar xüsusən tez-tez
hallarda vərəsəlik üzrə keçir.
Miras qoyanın üm um i m ülkiyyətdəki pay hüququ mirasa daxil edilə bilər.
Əgər söhbət paylı üm um i m ülkiyyətdən gedərsə, onda vərəsəliyin obyekti
(predmeti) yalnız müvafiq paydan ibarət olacaqdır. Bu pay ümumi əmlakdan
naturada ayrıla da bilər, ayrılmaya da bilər. Əgər payın naturada ayrılması
mümkün deyilsə (qanun ya bu cür bölgüyə yol vermir və ya ümumi əmlakdan
payın ayrılması əmlaka zərər vurulmasına gətirib çıxarır), onda paylı mülkiyyə
tin digər mülkiyyətçiləri payın pulla dəyərini vərəsələrə ödəyir (MM-in 220-ci
maddəsi).
Miras qoyanın üm um i birgə (paysız) m ülkiyyə td ə ki pay hüququ (payı)
da mirasa daxil ola bilər3. Əvvəlcə miras qoyanın ümumi əmlakdakı payını mü
əyyənləşdirmək lazımdır. Bir qayda olaraq, paylar bərabər sayılır. Amma mül
kiyyətçilərin razılaşmasında ayrı qayda da nəzərdə tutula bilər (MM-in 223-cü
1 Torpaq M əcə llə sinin 49-cu maddəsi // A R Q K , I xüsusi buraxılış, s. 817.
2 «Valyuta tənzim i haqqında» qanunun 1-ci maddəsi (A R Q K , I I kitab, s. 369).
3 Üm um i birgə əm lak və rə səliyin predmeti ola b ilm ə z (С оветское гражданское право. У чебник.
Том 2 / Под рсд.
В.П.Грибанова, С.М.Корнеева.
М ., 1980, с. 476).
532
maddəsinin 3-cü bəndi). Bundan sonra pay ayrılır. Ər-arvada məxsus olan
ümumi əmlak bölünərkən məhz bu qaydadan istifadə olunur. Həmin pay da
vərəsəliyin obyekti (predmeti) kimi çıxış edir.
Nağd pul (bank biletləri şəklində olan manatlar), habelə qiymatli kağızlar
(səhmlər, istiqraz vərəqələri, sertifikatlar və s.) mirasa daxil edilir. Onların və
rəsəliyin obyekti kimi çıxış etməsi hallarına tez-tez rast gəlirik.
Əşya hüququnun məhdud əşya hüququna gəldikdə isə, onun ayrı-ayn
növləri mirasa daxil ola bilər. Söhbət hər şeydən əvvəl, miras qoyanın ipoteka
hüququndan, girov hüququndan, superfitsi (tikiliyə vərəsəlik) hüququndan,
servitut hüququndan gedir. Onlar məhdud əşya hüququnun növləridir.
Mülki qanunvericilik nəzərdə tutur ki, tələb güzəşt edildikdə yeni kreditora
girov və ipoteka hüququ da keçir (MM-in 515-ci maddəsi). Burdan belə bir nə
ticə çıxara bilərik ki, tələb vərəsəlik qaydasında vərəsəyə güzəşt edildikdə, gi
rov və ipoteka hüququ da ona keçir və mirasa daxil olur. Məsələn, miras
qoyan hələ sağlığında qonşuya borc pul verir və torpaq sahəsini ipotekaya
götürür. Bununla o, ipoteka hüququ əldə edir. Bu hüquq əsas tələb hüququ ilə
(borcun qaytarılmasını tələb etmək hüququ ilə) birlikdə vərəsəyə keçir və mira
sa daxil olur.
S u p e rfitsi (tik iliy ə vərəsəlik) hüququ da vərəsəliyin obyekti ola bilər.
Mülki qanunvericilik birbaşa müəyyənləşdirir ki, bu hüquq vərəsəlik üzrə keçir
(MM-in 250-ci maddəsinin 1-ci bəndi). Məsələn, şəxs başqasının mülkiyyətin
də olan torpaqda yaşayış evi tikir və bununla superfitsi hüququ əldə edir. Bu
hüquq həmin şəxsə yaşayış evindən istifadə etmək imkanı verir. Həmin hüquq
vərəsəlik üzrə verilir.
S e rvitu t hüququ da vəsiyyət üzrə keçə bilər'. Xüsusilə qanuni (normativ)
servitut hüququ vərəsəliyin obyekti olur. Məsələn, şəxsin öz yaşadığı evdən
ümumi istifadədə olan yola (ictimai yola) keçidi yoxdur. Qonşu öz torpaq sa
həsindən ona zəruri keçid ayırır. Bununla qonşunun torpaq sahəsi servitutla
yüklənir və həmin şəxs servitut hüququ əldə edir (MM-in 175-ci maddəsinin 1-
ci bəndi). Bu hüquq vərəsəlik üzrə verilə bilər.
Məhdud əşya hüququnun digər bir növü olan uzufrukt hüququna gəldikdə
isə, qeyd etmək lazımdır ki, bu hüquq vərəsəliyin obyekti ola bilməz. Uzufrukt
hüququ başqasının əşyasından istifadə etmək və fayda götürmək hüququdur.
İstifadəçi (uzufruktuar) həmin əşyanı vərəsəlik üzrə vermək hüququna malik
deyildir (MM-in 263-cü maddəsinin 1-ci bəndi). Mənzilə uzufrukt da vərəsəlik
üzrə keçmir (MM-in 267-ci maddəsinin 1-ci bəndi)1
2 3
.
Azərbaycan Respublikasının mülki hüququnun tənzimlədiyi sahiblik (MM-
in 7-ci fəsli) isə əşya hüququ hesab edilmir. Almaniya alimi L.Ennekserus ya-
1 Şəxsi scrvitu tla r şəxsin ölüm ü ilə ləğv e d ilir və vərəsəlik üzrə keçmir
(Победоносцев КЛ .
Курс
гражданского права. M ., 2003. Том 2, с. 239).
3
Inqilabaqədərki rus s iv ilis ti K.Pobcdonostscv yazırdı k i, uzufrukt şəxsin ölümü ilə ləğv edilir və
buna görə də mirasa d axil o lun m u r
(Победоносцев К.Л.
Курс гражданского права. M., 2003. Том 2,
с. 239).
533
zır ki, sahiblik vərəsəlik üzrə keçir. Özü də faktiki sahibliyə nail olunmadan1.
Alim bu fikri söyləyərkən, Almaniya Mülki Qanunnaməsində ifadə olunan belə
bir göstərişi əsas tutur: sahiblik vərəsəyə keçir (MQ-nin 857-ci §-ı)1
2. Inqilaba-
qədərki rus sivilisti V.I.Sİnayski də belə hesab edir ki, sahiblik vərəsəlik üzrə
keçir3. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 164-cü maddəsinin 2-
ci bəndində ifadə olunan göstərişdən görünür ki, sahiblik vərəsəlik üzrə keçir.
Amma ömürlük sahiblik sahibin ölümü ilə ləğv edilir və vərəsəlik üzrə keçmir4 5
.
Öhdəlik (tələb) hüquqları da vərəsəliyin əsas obyektlərindən (predmetlə-
rindən) biridir. Bu hüquqlar, hər şeydən əvvəl, müxtəlif cür mülki-hüquqi mü
qavilələrdən irəli gəlir.
Borc m üqaviləsindən yaranan öhdəlik (tələb) hüququ vərəsəliyin obyekti
(predmeti) qismində çıxış edə bilər. Belə ki, miras qoyan hələ sağlığında öldüyü
məqamadək müəyyən şəxsə borc pul verir. Həmin borcun qaytanlmasını və
borca görə faizlərin ödənilməsini tələb etmək hüququ vərəsəlik üzrə keçir.
Bank əm anəti (depozit) m üqaviləsindən əmələ gələn ö h d ə lik (tələb)
hüququ vərəsələrə keçir. Miras qoyan kommersiya banklarına əmanətlər qoya
bilər. Həmin əmanətlərin qaytarılmasını və onlara hesablanmış faizlərin veril
məsini tələb etmək hüququ mirasa daxil edilir, bir şərtlə ki, bu əmanətlər barə
sində vəsiyyət sərəncamı olmasın6. Üçüncü şəxsin xeyrinə bank əmanəti mü
qaviləsi bağlayan şəxs öldükdə isə əmanət mirasa daxil edilmir. Ona görə ki,
əmanəti almaq hüququ üçüncü şəxsə məxsusdur.
Bank hesabı m üqaviləsindən irə li gələn ö h d ə lik (tələb) hüq uq u mirasa
daxil edilir. Belə ki, fərdi sahibkarlar - sahibkar statuslu fiziki şəxslər (hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər) bank he
sabı aça bilərlər. Onlar öldükdə həmin hesabdakı pul vəsaiti (nağdsız pul) və
rəsəlik üzrə keçir. Pul vəsaiti (nağdsız pul) şəxsin bankdan pulun verilməsini
tələb etmək (öhdəlik) hüququnu ifadə edir. Buna görə də əmlak hüququ kimi
o, mirasa daxil edilir.
Daimi renta m üqaviləsi üzrə renta alanın h ü q uqları vərəsəlik üzrə keçə
bilər (MM-in 872-ci maddəsinin 2-ci bəndi). Buna görə də bu hüquq mirasa
daxil edilir.
Sığorta m üqaviləsindən irə li gələn ö h d ə lik (tələb) h ü q uq la rı vərəsəli-
1
Эннекцерус Л.
К ур с германского гражданского права. M ., 1949. Т о м 1. Полутом 1, с. 271.
A lim sa h ib liyin və rə səlik üzrə keçməsinə əsaslanaraq g östə rird i k i, s a h ib lik fakt yox, hüquqdur.
Bunun sa hib liyin hüquq k im i tanınması üçün böyük rolu vardır.
2 Германское право. Гражданское уложение. Часть 1. М ., 1996.
3
Синайский В.И.
Русское гражданское право. М ., 2002, с. 299.
Победоносцев К Л .
К у р с гражданского права. М ., 2003, Том 2, с. 239.
5 RF-da bank ə m a nə tləri M ü lk i Q an u nve riciliyin Əsaslan (1991) qəb ul edilənə k im i xüsusi qayda
əsasında və rə səlik üzrə v e rilird i. B u qaydaya görə, əgər bank əm anəti barədə v ə siyyə t sərəncamı
edilərdisə, onda o, mirasa d axil e d ilm ird i. H ə m in qayda Əsasların 153-cü m addəsinin 4-cü bəndinə
görə ləğv e dildi. Y en i qaydaya görə, bank əm anətləri üm um i əsaslarla və rə sə lik üzrə keçə b ilə r. Amma
RF-in A li S ovetinin 3 m art 1993*cü il ta rix li qərarına görə (9-cu bənd) Əsaslann m üəyyən e td iyi qayda
vətəndaşların RF-in Əm anət Bankmdakı əm anətlərinə tətbiq e d ilm ir (V V S RF, 1993, № 11, st. 393).
Bununla Əmanət Bankına qoyulan ə m anətlər barədə ə v v ə lk i qayda bərpa edilir.
534
yin obyekti ola bilər1. Əmlak sığortası müqaviləsini bağlamış sığortalı öldükdə
onun hüquqları vərəsəlik qaydasında keçir1
2. Bundan əlavə, sığortalının ölümü
ilə əlaqədar sığorta müqaviləsinə xitam verildikdə, əvvəlcədən ödənilmiş sı
ğorta haqları (sığorta müqaviləsinin müddətinin qalmış hissəsi üçün) vərəsəlik
üzrə verilir3. Sığortalının ailə üzvlərindən birinin (arvadın, uşaqların) xeyrinə
ölüm halı üçün bağladığı həyat sığorta müqaviləsi üzrə əldə edilən sığorta
məbləği mirasa daxil edilmir. Ona görə ki, həmin sığorta məbləğini almaq hü
ququ müqavilədə adı göstərilən ailə üzvlərinə (üçüncü şəxslərə) məxsusdur4.
Bununla bərabər, bəzi hallarda sığorta məbləği mirasa daxil edilir, üçüncü
şəxsə verilmir. Həmin hallara aiddir5: üçüncü şəxs sığorta məbləğini almaq
dan imtina etdikdə; üçüncü şəxs sığortalıdan (sığorta etdirəndən) əvvəl öldük
də; üçüncü şəxs sığortalının (sığorta etdirənin) həyatına qəsd etdikdə; üçüncü
şəxs və sığortalı (sığorta etdirən) eyni vaxtda öldükdə və s.
Bundan əlavə, kirayə (icarə) müqaviləsi üzrə əmlakın qaytarılmasını və ki
rayə (icarə) haqqının ödənilməsini, podrat müqaviləsi üzrə podrat haqqının,
daşıma müqavilə üzrə daşıma haqqının və yükün verilməsini tələb etmək hü
ququ da mirasa daxil edilə bilər.
Öhdəlik hüquqları qeyri-m üqavilə (delikt) münasibətlərindən də əmələ
gələ bilər. Belə ki, miras qoyanın əmlakına zərər vurula bilər. Əmlaka vurulan
zərərin əvəzinin ödənilm əsini tələb etmək hüququ vərəsəlik üzrə keçir6.
Amma həyata və ya sağlamlığa vurulan zərərin əvəzinin ödənilməsi haqqında
tələb hüquqları vərəsəliyin obyekti ola bilməz (MM-in 514-cü maddəsi).
Ö hdəlik hüquqları kondikasiya (əsassız varlanma) münasibətlərindən
də yarana bilər. Bu cür hüquqların vərəsəlik üzrə verilməsi mümkündür. Mə
sələn, şəxsin göndərdiyi pul səhvən eyni familiyalı başqa şəxsə çatır. Həmin
pulun geri qaytarılmasını tələb etmək hüququ vərəsəliyin obyekti ola bilər.
Əmək m üqaviləsi üzrə əmək haqqının verilm əsini tələb etmək hüququ
m irasa daxil edilm ir. Belə ki, şəxsin ölümü həmin şəxsə ona çatası əmək
haqqını almağa macal vermir. Alınmayan əmək haqqı vərəsəliyin obyekti ol
mur. O, ölənin ailə üzvlərinə verilir. Bu, ölən şəxsin ailə büdcəsinə təsir gös
tərməmək və dəfn xərclərini ödəmək üçün ailəyə maddi imkan vermək baxı
mından ədalətli qaydadır7.
RF-in qanunvericiliyinə görə, pensiyaçıya verilməli olan, lakin alınmamış
pensiya məbləği ümumi əsaslar üzrə vərəsəlik qaydasında keçir. RSFSR Ali
Məhkəməsinin mülki işlər üzrə məhkəmə kollegiyası məsələyə məhz bu cür
1 Баторин В.
Наследование страховой суммы по договору смешанного
страхования жизни //
Советская юстиция, 1972, № 1, с. 20-21; Советское гражданское право. Учебник. Том 2 / Под ред.
В. А. Рясенцева.
М ., 1976, с. 189.
2 «Sığorta haqqında» qanunun 36-cı maddəsinin 1-ci bəndi // Biznesmenin bülleteni, 1999, 31
(255), s. 36.
1 «Sığorta haqqında» qanunun 28-ci maddəsinin 4-cü bəndi.
4 Серебровский C.И.
Очерки советского наследственного права. М ., 1953, с. 41
.
5 Полтавская Н., Кузнецов В.
Нотариат (курс лекций). М ., 2002, с. 142.
6 Антимонов Б.С., Граве К.А.
Советское наследственное право. М ., 1955, с. 70.
7 Постановление Совета Министров СССР «О порядке выдачи зарплаты, не полученной ко
д н ю смерти рабочего или служащего» от 19 ноября 1984 г. № 1153 / / СП СССР, 1985, №1, ст. 2.
535
yanaşmışdır. Amma bizim ölkə qanunvericiliyinə görə pensiyaçıya hesabla
nan, lakin onun ölümünə görə alınmamış pensiya mirasa aid olunmur1. Qa
nunda göstərilir ki, pensiyaçıya verilməli olan, lakin onun ölümü ilə əlaqədar
alınmamış pensiya məbləği mirasın tərkibinə daxil edilmir. Həmin məbləğ pen
siyaçının ailə üzvlərinə ödənilir. O ailə üzvlərinə ki, onların ailə başçısını itirmə
yə görə pensiya almaq hüququ olsun2. Bu cür hüququ olmayan ailə üzvləri,
pensiyaçının valideynləri, əri (arvadı), ölümünə kimi onunla birgə yaşayan di
gər ailə üzvləri də həmin məbləği ala bilərlər. Sosial sığorta üzrə miras qoyan
tərəfindən alınmamış müavinətlər (yəni, sosial sığorta üzrə ödəmələr: əmək
qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət; hamiləliyə və doğuma gö
rə müavinət; uşağa qulluqla əlaqədar müavinət; dəfn üçün müavinət; uşağın
anadan olmasına görə birdəfəlik müavinət və s.)3 miras tərkibinə aid olunmur.
Bu əmlak hüquqları subyektiv mülki hüquqlar sayılmır. Ona görə də həmin
əmlak hüquqları vərəsəlik hüququnun ümumi normaları ilə tənzimlənmir4.
Göstərilən müavinətlər ölmüş şəxslə birgə yaşayan ailə üzvlərinə verilir5.
Alim ent alm aq hüququ vərəsəlik üzrə ke çm ir və buna görə də mirasa
daxil edilmir. Ona görə ki, birincisi, şəxsin bu kimi hüququ həmin şəxsin özü
ilə qırılmaz surətdə bağlıdır, ikincisi, həmin hüquq mülki əmlak hüququ hesab
edilmir6. Aliment öhdəlikləri qəti olaraq şəxsi xarakter daşıyır7. Heç bir vaxt
aliment hüququ vərəsəlik qaydasında keçmir. Miras qoyanın ölümü ilə də bu
hüquqa xitam verilir.
Pensiya hüququ vərəsəlik qaydasında ke çm ir və fiziki şəxsin ölümü ilə
xitam edilir. Söhbət istənilən hər hansı əsasa görə (yaşa, əlilliyə və s. görə) tə
yin edilə bilən pensiyadan gedir. Dövlət tərəfindən ailə başçısının itirilməsinə
görə təyin edilmiş pensiya isə vərəsəliklə bağlı deyil. Ona görə ki, ölmüş ailə
başçısı bu pensiyanı almaq hüququna malik deyildir. Digər tərəfdən pensiya
vərəsəyə təyin olunsa da heç vaxt mirasa daxil edilmir8. Bundan əlavə, pensi
ya hüququ mülki əmlak hüququ sayılmır9.
Poçt ilə göndərilən şeylərin mirasa daxil olması mümkündür. Həmin şeylə
rin bəzi növləri, məsələn, pul baratları, banderol və bağlamalar vərəsəliyin ob
yekti ola bilər10. Belə ki, göstərilən şeylər onları göndərən şəxsə qaytarılmır.
Bu halda notarius ölən şəxsin yaşayış yerindəki rabitə şöbəsinə həmin şəx
sin adına pul baratı, banderol və s. olub-olmaması barədə sorğu göndərir.
1
HuKumıOK
П.С.
Наследственное право и наследственный процесс. К иш инев. I97 3 , с.25.
«Vətəndaşların pensiya təm inatı haqqında» qanunun 110-cu maddəsi / / A R Q K , I I xüsusi
buraxılış, s. 134.
Həm in m ü a vinə tlə rin dairəsi g östə rilir: «Sosial sığorta haqqında» qanunun 6-cı maddəsi // A R
Q K , I I xüsusi buraxılış, s. 480.
Черепахин Б.Б.
Правопреемство по советскому гражданском у праву. / / В книге : Труды по
гражданскому праву. М ., 2001, с. 400.
Полтавская N.. Кузнецов В.
Нотариат (кур с лекций). М ., 2002, с. 142.
Н аучно-практический комментарий к Г К РСФСР / О тв ред.
Е.А.Флейщиц.
М ., 1966, с. 599.
Пергамент А.И.
Алиментные обязательства по советскому праву. М., 1951, с. 12.
Антимонов Б.С.. Граве К.А.
Советское наследственное право. М ., 1953, с. 87.
Н аучно-практический комментарий к Г К РСФСР / О тв. ред.
Е.А.Флейщиц.
М ., 1966, с. 599.
Полтавская Н.. Кузнецов В.
Нотариат (кур с лекций). М ., 2002, с. 144.
536
Əgər olarsa, notarius vərəsəlik şəhadətnaməsi verir. Bu şəhadətnamə əsa
sında vərəsələr poçt ilə göndərilən şeyləri alırlar.
Tapşırıq m üqaviləsi üzrə (o cümlədən komissiya müqaviləsi üzrə) tə
rəflərin hüquqları bir qayda olaraq, vərəsəlik qaydasında keçmir. Qanunda
göstərilir ki, tərəflər öldükdə tapşırıq müqaviləsi (MM-in 786-cı maddəsinin 2-ci
bəndi), komisyonçu öldüyü halda komissiya müqaviləsi ləğv edilir (MM-in 821-
ci maddəsi). Məsələn, tapşırıq müqaviləsi üzrə tapşıran nümayəndəyə (vəka-
lət alana) üçüncü şəxslə alqı-satqı əqdi bağlamağı və onu icra etməyi tapşırır.
Tapşıranın bu müqavilədən əqdin bağlanmasını və icra edilməsini tələb etmək
hüququ yaranır. Bu hüquq o, öldükdə, vərəsəlik qaydasında keçmir, çünki
onun ölməsi ilə tapşırıq müqaviləsi ləğv edilir.
Amma tərəflərin sağlığında əmələ gələn əmlak hüquqları tapşıranın və nü
mayəndənin vərəsələrinə keçə bilər. Məsələn, nümayəndə tapşırıq müqaviləsi
üzrə yaşayış evini satır. Bu məqamda tapşıran ölür. Onun satış pulunun veril
məsini nümayəndədən tələb etmək hüququ vərəsəliyin obyekti olur.
Ö m ürlük renta m üqaviləsi üzrə də renta alanın hüquqları vərəsəliyin
obyekti ola bilməz. Renta alan ölən kimi renta ödənişi almaq hüququ da ləğv
edilir.
Əmlak xarakterli əqli m ülkiyyət hüquqları (müstəsna hüquqlar) vərəsə
lik üzrə keçə bilər və buna görə də mirasa daxildir. Bu hüquqlar əqli mülkiyyət
obyektləri (yaradıcılıq fəaliyyətinin nəticələri və məhsulları) barəsində yaranır.
Söhbət, hər şeydən əvvəl, müəlliflik hüququnun obyekti olan elm, ədəbiyyat
və incəsənət əsərlərinin yaradılması və onlardan istifadə edilməsi ilə bağlı ola
raq əmələ gələn əmlak xarakterli hüquqlardan gedir. Müəlliflik qanunvericiliyi
nə görə, m üə lliflik hüquqları vərəsəlik qaydasında keçir'. Bu hüquqlar
həm vəsiyyət üzrə vərəsəliyin, həm də qanun üzrə vərəsəliyin obyekti (pred-
meti) ola bilər. Özü də dərhal buradaca qeyd etməliyik ki, m üəllifin şəxsi hü
quqları vərəsəlik üzrə keçmir1
2. Qeyri-əmlak xarakterli bu cür hüquqlara aid
dir: əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); əsərdən öz adı
ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə ica
zə vermək hüququ (ad hüququ); şöhrətinə hörmət edilməsi hüququ3.
Müəllifin şəxsi qeyri-əmlak hüquqlarının vərəsəlik qaydasında keçməməsi-
nə və buna görə də mirasa daxil edilməməsinə baxmayaraq, onlar vərəsələr
tərəfindən qorunur. Həm vəsiyyət üzrə, həm də qanun üzrə vərəsələr bu hü
quqların qorunmasını (müdafiəsini) həyata keçirə bilərlər. Məsələn, vərəsələr
əsərin toxunulmazlığını müdafiə edə bilərlər4.
M üəllifin əmlak (iqtisadi) hüquqlarına gəldikdə isə, bu hüquqlar vərəsəlik
qaydasında verilir və mirasa daxil edilir. Bu hüquqlara aiddir: əsərin surətini çı
xarmaq hüququ; əsərin nüsxələrini hər hansı üsulla yaymaq, satmaq, kirayəyə
vermək hüququ; müəllif qonorarı almaq hüququ və s. Məsələn, müəllif öz əsə
1 « M ü ə lliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunun 28-ci maddəsi //A R Q K , I I I kitab.
-
H əm in qanunun 29-cü maddəsi.
5 H əm in qanunun !4-cü maddəsi.
4
Гордон M.В.
Советское авторское право. М ., 1955, с. 34;
Серебровский В.И.
Вопросы
советского авторского права. М ., 1956, с. 226-234.
537
rinin nüsxələrini kitabxanaya satır və onun pulunu almamış ölür. Həmin pulun
verilməsini tələb etmək hüququ mirasa daxil edilir.
Patent hüququnun (sənaye m ülkiyyəti) o b y e ktlərin in (ixtiraların, sənaye
nümunələrinin, faydalı modellərin) yaradılması və istifadəsi ilə bağlı olaraq ya
ranan hüquqlar (patent hüquqları) əqli mülkiyyət hüququnun bir növüdür. Bu
hüquqlar vərəsəlik üzrə verilir və buna görə də mirasa daxil edilir. Patent qa
nunvericiliyi müəyyən edir ki, sənaye m ülkiyyəti o b ye ktinə patent almaq
hüququ vərəsəlik üzrə k e ç ir’ . Məsələn, mühəndis ixtira edir (elə hesab edək
ki, yeni növ kompüter ixtira edir). O, həmin ixtiraya patent almamış ölür. Mü
həndisin vərəsəsi patent sahibi olur. Bununla da patent hüququ vərəsəliyin
obyekti olur, yəni vərəsəlik qaydasında güzəşt edilir, özgəninkiləşdirilir1
2.
Amma sənaye mülkiyyəti obyektini (ixtiranı, faydalı modeli və sənaye nü
munəsini) yaradıcı əməyi ilə yaradan şəxsin - müəllifin hüququ (sənaye mül
kiyyəti obyektinin müəllifi kimi tanınmaq hüququ) vərəsəlik qaydasında özgə-
ninkiləşdirilmir3 və buna görə də mirasa daxil edilmir. Qeyd etdiyimiz kimi, yal
nız bu obyektlərdən istifadə hüququ vərəsəliyin o b ye kti ola bilər.
Əqli mülkiyyət obyektlərinin digər növlərindən istifadə hüququ da vərəsəlik
qaydasında keçə bilər. Onlara aiddir: firma adlarından istifadə hüququ; əmtəə
nişanlarından istifadə hüququ; kəşflərdən istifadə hüququ; seleksiya nailiyyət
lərindən istifadə hüququ; kommersiya sirrindən (informasiyadan) istifadə hü
ququ; «nou-hau»dan istifadə hüququ.
Göründüyü kimi, vərəsəlik qaydasında keçən əqli mülkiyyət obyektlərindən
istifadə hüququdur. Bu obyektlərin özlərinə gəldikdə isə qeyd etmək lazımdır
ki, həmin obyektlər vərəsəlik üzrə keçmir və buna görə də mirasa daxil olmur.
Ona görə ki, əqli mülkiyyət obyektləri qeyri-maddi (ideal) xarakterə malikdir.
Əmlak hüquqlarının ko rp o ra tiv hüq uq la r kim i növü və rə sə liyin obyekti
(predmeti) ola bilər. Bu hüquqlar təsərrüfat cəmiyyətləri və ortaqlıqlarında,
kooperativlərdə iştirakçılıqla bağlı olaraq yaranan hüquqlardır. Tam ortaqlığın
iştirakçısı öldükdə onun şərikli kapitaldakı payına uyğun ortaqlıq əmlakından
ona çatası hissəsinin dəyəri vərəsəlik qaydasında keçir və mirasa daxil edilir.
Vərəsəyə ortaqlıq əmlakından çatası hissə naturada da verilə bilər (MM-in 78-
ci maddəsinin 1-ci və 2-ci bəndləri).
Kom m andit ortaqlığının iştira kçısı (tam ortaq) öldükdə, ona ortaqlıq əm
lakından çatası hissə və ya onun dəyəri vərəsəlik üzrə keçir. Maya qoyan
(kommanditçi) öldükdə isə, onun şərikli kapitaldakı payı və mənfəətdən ona
düşəsi hissə vərəsəliyin obyekti olur.
Məhdud m əsu liyyətli cəm iyyətin iştirakçısı öldükdə onun nizamnamə
kapitalındakı payı vərəsəlik üzrə keçir və mirasa daxil edilir. Cəmiyyətin ni
zamnaməsində nəzərdə tutularsa, pay vərəsəlik üzrə yalnız cəmiyyətin qalan
iştirakçılarının razılığı ilə keçir (MM-in 93-cü maddəsinin 6-cı bəndi).
Əlavə m əsu liyyətli cəm iyyət iştirakçısı öldükdə onun nizamnamə kapita-
1 «Patent haqqında» qanunun I7 -c i maddəsinin 2-ci bəndi / / A R Q K , I I I kitab.
Сергеев А.П.
Право интеллектуальной собственности в Российской Федерации. У чебник. М .,
1999.
3 «Patent haqqında» qanunun 11-ci maddəsinin 3-ci bəndi / / A R Q K , I I I kitab.
538
Iındakı payı vərəsəliyin obyekti ola bilər. Buna görə də həmin pay mirasın tər
kibinə daxil olur.
Səhm dar cəm iyyətinin səhmdarı öldükdə səhm vərəsəliyin obyekti ola
bilər. Əgər qapalı səhmdar cəmiyyətinin səhmdarı ölərsə, onda səhm yalnız
cəmiyyətin razılığı ilə onun vərəsələrinə keçə bilər (MM-in 101-ci maddəsinin
3-cü bəndi). Açıq səhmdar cəmiyyətinin səhmdarı öldükdə isə səhm digər
səhmdarların razılığı olmadan vərəsəlik üzrə keçir. Ona görə ki, bu növ səhm
dar cəmiyyətinin səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdiri-
lə bilər (MM-in 99-cu maddəsinin 1-ci bəndi).
Kooperativ üzvü öldükdə, onun payının dəyəri mirasa daxil edilə bilər. Vərəsə
kooperativ üzvlüyünə qəbul ediləndə məlum məsələdir ki, pay vərəsəliyin obyekti
ola bilməz (MM-in 112-ci maddəsinin 4-cü bəndi).
Vərəsəlik üzrə yalnız əmlak hüquqları keçmir. Bəzi şəxsi qeyri-əmlak hü
quqlarının da vərəsəliyin obyekti olması istisna edilmir. Mülki hüquq elmində
bu növ hüquqların mirasa daxil edilməsinin mümkünlüyü göstərilir. Müəlliflər
dən bəziləri qəti olaraq göstərirlər ki, vərəsələrə yalnız əmlak hüquqları keçir.
Bununla onlar bəzi şəxsi qeyri-əmlak hüquqlarının vərəsəlik üzrə keçməsini
inkar edirlər1
2.
Üm um i qayda belədir ki, şəxsi qeyri-əmlak hüquqları vərəsəlik üzrə
keçm ir. Ona görə ki, həmin hüquqlar şəxsi xarakterə malik olub, onun daşıyı
cısı olan vətəndaşın şəxsiyyəti ilə qırılmaz və sıx surətdə bağlıdır. Bu hüquqlar
onların məxsus olduğu vətəndaşın özündən (şəxsiyyətindən) ayrılmazdır və
özgəninkiləşdirilmir. Əgər həmin vətəndaş ölərsə, onda vətəndaşla birlikdə
onun özündən (şəxsiyyətindən) ayrılmaz olan özgəninkiləşdirilməyən şəxsi
(qeyri-əmlak) hüquqlar da «ölür», yəni ləğv edilir.
Amma bütün şəxsi (qeyri-əmlak) hüquqların onların daşıyıcısı olan vətənda
şın şəxsiyyəti ilə bağlılıq dərəcəsi eyni deyildir. Bəzi hüquqlar vətəndaşın şəx
siyyəti ilə o dərəcədə bağlıdır ki, onlar doğrudan da bir-birindən ayrılıqda
mövcud ola bilməz. Bu hüquqlara misal olaraq şəxsin əsərin müəllifi kimi ta
nınmaq hüququnu (müəlliflik hüququnu), müəllifin əsərdən öz adı ilə istifadə
etmək hüququnu (ad hüququnu), şərəf və ləyaqət hüququnu, fiziki toxunul
mazlıq hüququnu, sənaye mülkiyyətinin (ixtiranın, faydalı modelin və sənaye
nümunəsinin) müəllifi kimi tanınmaq hüququnu (müəlliflik hüququnu), azadlıq
hüququnu və s. göstərmək olar. Məlum məsələdir ki, bu hüquqlar onların da
şıyıcısı olan vətəndaşın özündən ayrılmaz olduğuna görə özgəninkiləşdirilə,
başqasına verilə və vərəsəlik üzrə keçə bilməz. Vətəndaşın ölümü ilə onların
mövcudluğuna son qoyulur.
Dostları ilə paylaş: |