§ 1. Kəşf hüququnun anlayışı,
obyekti və subyektləri
Kəşf hüququnun
Kəşf hüc>uclu mülki hüququn, daha dəqiq söyləsək,
9 anlavısı
onun yarlmsahəsi olan əqli mülkiyyət hüququnun su-
y ş
binstitutlanndan biridir. O, əqli mülkiyyət hüququnun,
necə deyərlər, dördüncü əsas institutuna - qeyri-ənənəvi obyektləri qoruma
in stitu tun a (qeyri-standart obyektlərin mühafizəsi institutu) aiddir.
Kəşf hüququ iki mənada işlədilir: obyektiv mənada; subyektiv mənada.
O byektiv mənada kəşf hüququ dedikdə, kəşfin qorunması ilə bağlı olaraq
yaranan münasibətləri tənzimləyən hüquq normalarının məcmusu başa düşü
lür. Məhz bu mənada kəşf hüququ əqli mülkiyyət hüququnun subinstitutu kimi
tanınır və kəşf münasibətlərini tənzimləyir. Kəşf münasibətlərini tənzimləyən
normalar sovet dövründə qəbul edilmiş xüsusi hüquqi aktda ifadə olunur. Söh
bət SSRİ Nazirlər Sovetinin 1973-cü il avqust ayının 21-də təsdiq etdiyi və
«Kəşflər, ix tira la r və səmərələşdirici təkliflər haqqında əsasnamə» kimi
aktdan gedir1.
Əsasnamənin bir çox normalarının faktiki olaraq qüvvəsi yoxdur. Məsələ
burasındadır ki, həmin normaların indiki şəraitdə həyata keçirilmə mexanizmi,
necə deyərlər, pozulmuş, yox edilmişdir. Digər tərəfdən, əsasnamənin norma
larının xeyli hissəsi indiki münasibətlər baxımından öz əhəmiyyətini və rolunu
itirmişdir. Lakin ölkəmizdə müasir dövrdə kəşfin qorunmasını tənzimləyən xü
susi qanunun olmadığı şəraitdə, sözsüz, əsasnaməyə daxil olan normaların
bəziləri indi də öz aktuallığını saxlayır.
Köhnə Mülki Məcəllə (1964) özünün beşinci bölməsini kəşf hüququnun
tənzimlənməsinə həsr etmişdi. Bu bölməyə daxil olan maddələr (516-518)
kəşf müəllifinin hüquqlarını və həmin hüquqların vərəsəlik qaydasında keçmə
sini və digər məsələləri tənzimləyirdi. Köhnə məcəllədən fərqli olaraq yeni mə
cəllədə kəşf hüququna aid olan hər hansı bir normaya rast gəlmirik.
S ubyektiv mənada kəşf hüququ dedikdə, kəşf müəllifinin onun barəsində
malik olduğu hüquqi imkanlar başa düşülür. Bu mənada o, müstəqil subyek
tiv hüquq sayılır.
Bununla belə, bəzən ədəbiyyatda kəşf hüququ müstəqil subyektiv hüquq
kimi tanınmır. Sovet dövrünün alimlərindən B.S. Antimonov və E.A.Fleyşis
kəşf hüququna subyektiv müəlliflik hüququnun xüsusi növü kimi baxırlar1
* 3. Bu
cür mövqe ilə çətin razılaşmaq olar. Düzdür, onlar arasında ümumi əlamətlər
1 СП СССР, 1973, № 19, ст. 109.
1 Иоффе О.C.
Сиротское гражданское право. Курс лекций. Л , часть 3, 1965, с. 153.
3
Антимонов Б .С , ФлейшицЕЛ
Изобретательское право. М ., I960, с. 120.
503
mövcuddur ki, həmin əlamətlər kəşflə əsər arasındakı ümumi cəhətdən irəli
gəlir. Belə ki, həm əsər, həm də kəşf qeyri-m addi nem ətdir. Həm kəşf mü
əllifi, həm də əsərin müəllifi müəlliflik hüququna (əsərin və ya kəşfin müəllifi ki
mi tanınmaq hüququna) malikdirlər. Tədris ədəbiyyatında göstərilir ki, kəşf el
mi əsərdir1. Lakin əsərdən fərqi olaraq kəşf m üə llifin fə rd i yaradıcılıq tərzi,
üsul və qaydasını əks etdirm ir.
Bəzi müəlliflər kəşf hüququnu ixtira hüququnun tərkib hissəsi kimi tanıyır
lar1
2. Bu da həqiqətə uyğun olmayan mövqedir. Belə ki, kəşf hüququ və ixtira
hüququ arasında nə qədər oxşarlıq olsa da onlar ayrı-ayrı subyektiv hüquqlar
dır. Həmin hüquqlar arasında oxşarlıq onların obyektləri olan kəşf və ixtira
arasındakı ümumi əlamətlə şərtlənir. Belə ki, həm kəşf, həm də ixtira əqli
m ülkiyyət o byekti sayılır; digər tərəfdən, əsərə xas olan təkrarolunmazlıq ki
mi xüsusiyyətə həm kəşf, həm də ixtira malik deyil. Belə ki, onlar təkrar olun
maq əlaməti ilə xarakterizə olunurlar.
Bununla yanaşı, kəşf və ixtira arasında fərqli cəhətlər də vardır. Belə ki, ixti
ra praktik fəaliyyət qaydasıdır. O, texniki, praktiki məsələnin və problemin həl
lini verir. Kəşf isə ixtiradan fə rq li olaraq elm i m əsələnin və pro b le m in həl
lini ve rir3.
Kəşf və ixtira bir-biri ilə qarşılıqlı surətdə bağlı olan əqli mülkiyyət obyektlə
ridir. Xüsusən də kəşf ixtiranın yaradılmasının bazasını təşkil edir. Belə ki, bir
sıra hallarda kəşf hər hansı bir ixtiranın yaradılması üçün stimul rolunu oyna
yır. Məsələn, rentgen şüalarının aşkar edilməsi kəşfdir. Bunun əsasında rent
gen aparatı yaradılmışdır ki, o, ixtira sayılır.
Subyektiv kəşf hüququ kəşf barəsində yaranır. Buna
görə də kəşf həmin hüququn obyekti sayılır.
S ubyektiv kəşf hüq uq u n u n o b ye kti dedikdə,
həmin hüququn yaranmasına səbəb olan kəşfin özü başa düşülür.
«Kəşf» müxtəlif mənalarda işlədilən anlayışdır. Kəşf dedikdə, mülki qanun
vericilik, habelə sivilistika doktrinası məhz elm i kəşfi nəzərdə tutur. Yalnız el
mi kəşf mülki-hüquqi əhəmiyyətə malik olub, qorunur.
Kəşfin leqal anlayışı kəşf haqqında əsasnamədə verilmişdir4: kəşf maddi
aləmin əvvəllər m əlum olm ayan o b ye ktiv qanun a u yğ u n lu qların ın , xassə
lərinin və təzahürlərinin elə m üəyyən e d ilm ə sid ir ki, bunun nəticəsində
b ilik səviyyəsinə köklü d ə y iş ik lik lə r edilir. Burada «müəyyən edilməsi» ter
mini «aşkar edilməsi», «üstünün açılması» kimi mənalarda işlədilir. Maddi alə
min qanunauyğunluqlarının (qanunlarının), xassələrinin və təzahürlərinin məhz
aşkar edilməsi, üstünün açılması kəşf deməkdir5.
Subyektiv kəşf
hüququnun obyekti
1
Гуев A.H.
Гражданское право. У чебник. Том 3, М ., 2003, с. 239.
2
Рясеицеа В.Л.
Советское изобретательское право. М ., 1961, с.
15;
Корецкий В.И.
Изобретательское право на новом этапе. Душанбе. 1961, с. 57.
5 Научно-практический комментарий к Основам граж данского законодательства СССР и
союзных республик. М ,, 1962, с. 370.
4 K oşllor, ixtira la r vo səınoroloşdirici to k liflo r haqqında osasnamo.
s Н аучно-практический комментарий к Основам граж данского закополатслства СССР и
союзных республик. М ., 1962, с. 370.
504
Kəşfin əlamətləri
(qorunma şərtləri)
Anlayışdan görürük ki, kəşfin üç obyekti vardır’ : qanunauyğunluq; xassə;
təzahür. Kəşfin məzmunu da məhz həmin obyektləri müəyyənləşdirməkdən
ibarətdir.
Elmi kəşf yaradıcılıq (əqli) fəaliyyətinin nəticələrindən biridir. Ümumdünya
Əqli Mülkiyyət Təşkilatlarını təsis edən konvensiya onu intellektual mülkiyyət
obyektləri sırasına aid edir1
2. Eynşteynin nisbilik nəzəriyyəsi, D.I.Mendeleyevin
kimyəvi elementlərin dövriliyi qanunu, Darvinin təkamül nəzəriyyəsi və s. yara
dıcılıq fəaliyyətinin nəticəsi olduğu üçün elmi kəşf hesab edilir.
Elmi kəşf hüquqi mühafizənin müstəqil obyektidir. Hüquqi mühafizə ob
yekti kimi o, bir sıra spesifik əlamətlərə (qorunma şərtlərinə) malik olmalı
dır. Bu əlamətlərə (qorunma şərtlərinə) cavab verməyən kəşf qorunmur, hüqu
qi mühafizə ilə təmin edilmir.
Kəşf elmi nailiyyətdir, elmi nəticədir. Lakin istənilən
hər hansı elmi nailiyyət (nəticə), necə deyərlər, avto
matik surətdə, özlüyündə kəşf kimi tanına bilməz. El
mi nailiyyətin (nəticənin) kəşf hesab edilməsi üçün onun bir sıra əlamətlərə
malik olması tələb edilir. Onlara kəşfin əlamətləri deyilir3.
Kəşfin əlamətləri dedikdə, elmi nailiyyətin (nəticənin) kəşf kimi tanın
masına səbəb olan xüsusiyyətlər başa düşülür.
Yalnız kəşfin əlamətlərinə cavab verən elmi nailiyyətlər (nəticələr) qorunur.
Buna görə də kəşfin əlamətləri eyni zamanda kəşfin qorunma şərtlərinin
özü dem əkdir4.
Kəşfin birinci əlaməti ondan ibarətdir ki, o, hər hansı bir elmi problemin
(məsələnin) həllini verən elmi müddəadır. Elmi problemin (məsələnin) həllini
vermək dedikdə, müəyyən növ elmi faktların müəyyənləşdirilməsi, aşkar edil
məsi, üzə çıxanlması başa düşülür. Elmi problem (məsələ) maddi aləmin dərk
olunması, başa düşülməsi problemidir (məsələsidir). Buna görə də kəşf maddi
aləmin dərk olunma problem inin (məsələsinin) həlli deməkdir. Bu səbəbdən
o, maddi aləmin, obyektiv gerçəkliyin dərk olunmasının nəticəsi sayılır.
Kəşf nəsə yeni bir şey yaratmır. O, ancaq artıq maddi aləmdə, obyektiv
gerçəklikdə müəyyən obyektlərin (qanunauyğunluqların, xassələrin və təza
hürlərin) mövcud olmasını üzə çıxara, aşkar edə bilər. Özü də yalnız obyektiv
olaraq mövcud olan obyektlərin aşkar edilməsi mümkündür. Buna görə də el
mi fərziyyələr, hipotezalar və s. elmi kəşf kimi tanınmır.
Elmi problemin (məsələnin) həllini vermədiyinə görə qanunun birbaşa gös
tərişi ilə bəzi kəşflər m ülki-hüquqi mənada elmi kəşf anlayışına daxil edil
mir: coğrafi kəşflər (məsələn, qitənin aşkar edilməsi); arxeoloji kəşflər (mə
sələn, qədim şəhərin qalıqlarının üzə çıxarılması); paleontoloji kəşflər (məsə
lən, ən qədim insanın skeletinin aşkar edilməsi). Faydalı qazıntı yataqlarının
müəyyən edilməsi də eyni vəziyyətdədir. Belə ki, coğrafiya, arxeologiya və pa-
1
Мамиофа И.Э.
О ткрытие и его объскт//Вопросы изобретательства. 1976. № 7.
2
Ümumdünya Ə q li M ü lkiyyə t Təşkilatını tosis cdon konvensiyanın 2-ci maddəsinin 8-ci bəndi.
3 Советское гражданское право. Учсбник/Отв. ред.
О.Н.Садиков.
М.,1983, с. 368.
4 K əşfin qorunma şərtləri barədə bax:
Мамиофа И.Э.
Условия правовой охраны открытий// Воп
росы изобретательства. 1977, №1, с. 17-18.
505
leontologiya sahəsində olduğu kimi, faydalı qazıntı yataqlarının müəyyən edil
məsi sahəsində də müddəalar mülki-hüquqi mənada kəşf sayılmır. Buna görə
də onlar hüquqi mühafizə ilə təmin edilmirlər.
Bunlardan əlavə, praktiki məqsədə çatmağın konkret üsulunu müəyyən
edən, hər hansı bir praktiki fəaliyyət qaydası formula edən elmi-texniki nailiy
yət də kəşf hesab edilmir. Məsələ burasındadır ki, belə nailiyyətlər onlardan
praktikada istifadə olunması üzrə texniki problemi (məsələni) həll etdiyinə gö
rə ixtira sayılır. Məsələn, hər hansı xəstəliyin yaranmasına səbəb ola bilən
mikrobun mövcud olması faktını aşkar etmək kimi elmi nailiyyət ixtira yox, kəşf
sayılır. Ona görə ki, mikrobun mövcud olma faktının aşkar edilməsi hər hansı
praktiki, texniki problemi (məsələni) həll etmir. Amma xəstəliyin müalicə olun
masının yeni, əvvəllər tətbiq olunmayan üsulunu yaratmaq ixtiradır. Ona görə
ki, ixtira konkret praktiki, texniki problemi (məsələni) həll edən nailiyyətdir. Baş
qa bir misalda daxili atom enerjisinin aşkar edilməsi kəşfdir. Amma həmin ener
jidən həm hərbi məqsədlər üçün praktikada istifadə edilməsi (məsələn, atom
bombası), həm də onun dinc məqsədlər üçün praktikada tətbiq olunması (mə
sələn, atom elektrik stansiyası, atom enerjisi ilə işləyən gəmi və s.) ixtira sayılır.
Kəşf dərk etmə məsələsi ilə sıx surətdə bağlıdır. Belə ki, o, əqli, dərketmə
fəaliyyətinin nəticəsidir. Digər tərəfdən, kəşf elmi dərketmə prosesini ifadə
edir. Maddi aləmin obyektiv olaraq mövcud olan qanunauyğunluqlarını, xassə
lərini və təzahürlərini dərk etməklə insan kəşf edir. Kəşf dərketmə əhəmiyyəti
nə, ixtira isə praktiki əhəmiyyətə malikdir. Kəşf nəticəsində elmi anlayış, ixtira
nəticəsində isə praktiki iş (fəaliyyət) üsulu və qaydası yaradılır.
Lakin kəşf və ixtira arasında sıx bağlılıq vardır. Qeyd etdiyimiz kimi, kəşf ix
tiradan fərqli olaraq texnika sferası ilə bağlı deyil. Onlar arasında əlaqə bunda
ifadə edilir ki, ixtira ya əvvəllər edilmiş kəşfə əsaslanır, yaxud da özündə həm
də kəşfi birləşdirir, bu şərtlə ki, həmin kəşf ilk dəfə edilsin. Bəzən əldə olun
muş nailiyyət özündə həm kəşfi, həm də ixtiranı birləşdirir'. Məsələn, süni yol
la yaradılan kimyəvi elementlərin müxtəlif izotopları kimi kəşf, bu şərtlə ki, on
dan həm də praktiki məqsədlər üçün istifadə edilsin1
2.
Kəşfin ikin ci əlam əti ondan ibarətdir ki, o, b ilik sə viyyə sin ə köklü dəyi
ş ik lik edən n a iliyyətdir, m üddəadır. Bu əlamət qanunvericilikdə kəşfə veri
lən leqal anlayışda birbaşa nəzərdə tutulmuşdur. Elmi nailiyyət və müddəa
əgər bilik səviyyəsinə köklü dəyişiklik gətirərsə, kəşf hesab edilir. Bu səbəb
dən bilik səviyyəsinə adi dəyişiklik edən elmi nailiyyət və müddəa məlum mə
sələdir ki, kəşf kimi tanına bilməz.
Qanunvericilik «bilik səviyyəsinə köklü dəyişiklik gətirmək» anlayışının ma
hiyyətinə aydınlıq gətirmir. Amma mülki hüquq elmində (doktrinasında) həmin
anlayışın məzmununun açıqlanmasına təşəbbüs göstərilir3.
1
Иоффе О.C.
Советское гражданское право. К ур с лекций. У чебное пособие. Часть 3. Л ., 1963,
с. 156.
Bəzən əsassız olaraq bu k im i k ə ş flə r ix tira ilə e y n ilə ş d irilir
{Антимонов Б.С., Флейщиц E.A.
Изобретательское право. M ., 1960, с. 110-111).
3
Сергеев А.П.
Право интеллектуальной собственности Российской Федерации. У чебник. М.,
1999, с. 658;
Гуев А.Н.
Гражданское право. У чебник. Том 3, М ., 2003, с. 234.
506
B ilik səviyyəsinə köklü dəyişikliklər gətirmək dedikdə, bilik səviyyəsini
mahiyyətcə, yeni mərhələyə qaldırmaq, bizi əhatə edən aləmin elmi dərk olun
masına mühüm töhfə vermək başa düşülür. Köklü dəyişiklik əsaslı, funda
mental d ə yişiklik dem əkdir və belə dəyişiklik obyektiv gerçəkliyin, maddi
aləmin özünün dəyişməsini ifadə edir. Belə dəyişiklik nəticəsində bizi əhatə
edən maddi aləm haqqında, obyektiv gerçəklik barədə yeni biliklər əldə edirik,
dünyanın dərk olunması genişlənir və dərinləşir. Yalnız maddi aləmin dərk
edilməsinin bu və ya digər sahəsi üçün böyük əhəmiyyəti olan elmi nəticə kəşf
kimi tanına bilər.
Yenilik kəşfin üçüncü əlaməti sayılır. Yalnız yeni olan elmi nailiyyət və
müddəa, kəşf hesab edilir. Bu əlamət də kəşfə verilən leqal anlayışda birbaşa
nəzərdə tutulur.
Kəşf elmi problem in (məsələnin) yeni həllini verən nailiyyətdir, müddə
adır. Kəşfin yeni olması (yeniliyi) onu ifadə edir ki, o, maddi aləmin əvvəllər mə
lum olmayan obyektlərini (obyektiv olaraq mövcud olan qanunauyğunluqları,
xassələri və təzahürləri) aşkar edir, üzə çıxarır, obyektiv gerçəklik barədə yeni
biliklər verir. Bu, ölkədaxili lokal xarakterli yenilik yox, dünya miqyaslı yenilik
dir. Deməli, qanunvericilik mütləq dünya yeniliyi prinsipindən çıxış edir. Bu
prinsipə görə kəşf mütləq dünya yeniliyi əlaməti ilə xarakterizə olunur1.
Mütləq dünya yeniliyi onu ifadə edir ki, əldə olunan vaxta kimi müvafiq elmi
nəticə həm ölkə elminə, həm də xarici ölkələrin elminə, bir sözlə, dünya elmi
nə məlum olmazsa, kəşf sayılır1
2; elmi nəticə dünya elminin inkişafı baxımından
müəyyən sıçrayış edərsə, kəşf kimi tanınır3. Deməli, kəşfin yeniliyi, onun yeni
olması məsələsi həll edilərkən ölkə elminin yox, dünya elminin inkişaf səviy
yəsi əsas götürülür. Deməli, kəşfin yeniliyi dünya elminin inkişaf səviyyəsi ilə
müəyyən edilir.
Kəşfin yeniliyi isə öz növbəsində elmi ilkinlik tarixinə görə təyin olunur.
Belə ki, müəllifə kəşfdə elmi ilkinlik, yəni elmi birincilik məxsusdur. Elmi ilkinlik
(birincilik) tarixi isə müəyyən edilir:
• ya kəşfin ilk dəfə formula edilməsi tarixi ilə;
• ya kəşfin dərc edilməsi tarixi ilə;
• ya kəşfin üçüncü şəxslərə bildirilməsi tarixi ilə;
• ya da kəşf üçün diploma almaq məqsədilə səlahiyyətli dövlət orqanına
iddia sənədinin verilməsi tarixi ilə.
Praktikada elmi ilkinlik (birincilik) tarixini müəyyən etmək üçün müxtəlif ta
rixlər əsas götürülə və nəzərə alına bilər: elmi məqalənin dərc olunma tarixi;
elmi məqalənin redaksiyaya daxil olma (göndərilmə) tarixi; elmi nailiyyət barə
də seminarda məruzə edildiyi tarix; elmi müddəanı ifadə edən diplomun mü
dafiə olunduğu tarix və s.
Kəşfin dördüncü əlaməti ondan ibarətdir ki, o, həqiqi olmalıdır. Yalnız
həqiqi olduqda, elmi müddəa və nailiyyət kəşf kimi tanınır. Həqiqi olmaq de
1 Советское гражданское право. Учсбник/Отв. ред.
О.Н.Садиков.
М ., 1983, с. 368.
2 Научно-практический комментарий к Основам гражданского законодательства СССР и
союзных республик. М ., 1962, с. 370.
3
Иоффе О.С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с. 157.
507
dikdə, kəşfin həqiqətə uyğun olması başa düşülür. Buna görə də kəşf həqiqə-
təuyğun olan elmi müddəadır.
Elmi müddəanın həqiqiliyi eksperim ent yolu ilə sübut edilməli, təsdiq olun
malı, obyektiv yoxlamadan keçməlidir. Buna görə də kəşf nəzəri və ya praktik
(eksperiment) cəhətdən sübut edilmiş, təsdiq olunmuş və yoxlanılmış elmi
müddəa deməkdir. Bu səbəbdən də, yəni nəzəri və ya praktiki (eksperiment)
cəhətdən sübut olunmadıqları, yoxlamadan keçmədikləri üçün elmi fərziyyələr
və hipotezalar, habelə ictimai elmlər (məsələn, fəlsəfə, hüquq, siyasi iqtisad
və s.) sahəsində elmi müddəalar kəşf sayılmır. Məsələ burasındadır ki, kəşf
təbii-texniki elm lər sahəsinə aiddir. İctimai elmlər sahəsinə aid olan elmi
müddəalar təbii elmlər sahəsindəki elmi nailiyyətlər kimi həqiqi və dəqiq surət
də sübut edilə bilmir. Belə ki, həmin sahədəki yeni müddəalar yalnız uzun
müddətli diskussiya və çoxillik praktika əsasında yoxlama nəticəsində təsdiq
lənə bilər. Başqa sözlə desək, belə müddəaların həqiqiliyi obyektiv yoxlama
ilə sübut olunmur və ancaq uzunmüddətli ictimai praktika ilə təsdiqlənə bilər.
Kəşfin edilməsinin yolları, yəni kəşfin hansı yollarla edilməsinin əhəmiyyəti
yoxdur. Buna görə də tapıntı, müşahidə və ya tədqiqat nəticəsində kəşf edil
məsi mümkündür1.
Kəşfin beşinci əlam əti ondan ibarətdir ki, o, qanunda g ö stərilə n o b ye kt
lərin aşkar edilm əsidir. Həmin obyektlərə aiddir: qanunauyğunluqlar; xassə
lər; təzahürlər. Kəşfə verilən leqal anlayışda həmin obyektlər sadalanır. Onlar
kəşfin ayrı-ayrı obyektləridir. Digər tərəfdən, həmin obyektlərə görə kəşf üç
növə bölünür.
Kəşfin ob ye kti kim i m addi aləm in q a n un auyğunluqları dedikdə, maddi
aləmin xassə və təzahürləri arasında sabit, mühüm və universal xarakterli, bir-
birini qarşılıqlı surətdə şərtləndirən elə əlaqəsi başa düşülür ki, belə əlaqə əv
vəllər məlum olmayaraq obyektiv surətdə mövcud olur. Obyekti qanunauyğun
luqlardan ibarət olan kəşflər ən əhəmiyyətli kəşflər hesab edilir. Belə kəşflər
təbiətin sirlərini onun mahiyyəti baxımından açılmasını təmin edir. Mexanika,
termodinamika, əsəb fəaliyyəti, canlı orqanizmin inkişafı və digər məsələlər
barədə qanunlar bu kəşflərə misal ola bilər.
Kəşfin obyekti kim i m addi aləmin xassələri dedikdə, maddi aləmin ob
yektlərinin keyfiyyət tərəfi başa düşülür ki, o, əvvəllər məlum olmayaraq ob
yektiv mövcud olur. Obyektin keyfiyyət tərəfi onun mühüm xüsusiyyətlərinin
məcmusundan ibarətdir.
Kəşfin ob ye kti kim i m addi aləmin təzahürləri dedikdə, maddi aləmin ob
yektlərinin mahiyyətini ifadə edən formalar başa düşülür ki, onlar əvvəllər mə
lum olmayaraq obyektiv mövcud olur. Maddi aləmin obyektinin mahiyyəti və
onu ifadə edən təzahürlər fəlsəfi baxımdan, necə deyərlər, fəlsəfi planda ma
hiyyət və təzahür kimi kateqoriyalar arasındakı münasibətin eynidir. Buna görə
də onlar üzvü surətdə bir-birilə bağlıdır.
1
Ионас В.Я.
Изобретательское правоотношение в советском гражданском нраве. Авторсф.
канд.дисс. Л ., 1965, с. 4.
508
.,
...
Kəşflə bağlı olaraq müəyyən növ hüquq münasibəti
subvektlər-Un
əmələ 9Əİİr' ° na kəşf hüquq münasibəti deyilir.
s ye ərl
Öz hüquqi təbiətinə görə kəşf hüquq münasibətləri
mülki hüquq münasibətinin bir növü hesab edilir. Buna görə kəşf hüquq müna
sibəti də mülki hüquq münasibəti kimi quruluşca üç elementdən ibarətdir ki,
subyekt onlardan biridir. Söhbət kəşf hüququnun subyektlərindən gedir.
Kəşf hüququnun subyektləri dedikdə, həmin hüququn daşıyıcıları başa
düşülür. Subyektlər subyektiv kəşf hüququnun məxsus olduğu şəxslərə deyi
lir. Üç kateqoriya şəxs kəşf hüququnun subyekti sayılır: müəllif; şərik müəllif
lər; vərəsələr. Müəllif kəşf hüququnun əsas və başlıca, mərkəzi subyektidir.
Bu, məlum məsələdir. Belə ki, kəşfi müəllif edir.
Kəşfin m üəllifi dedikdə, öz yaradıcı əməyi ilə kəşf edən şəxs başa düşü
lür. Elə buradaca dərhal qeyd etməliyik ki, yalnız fiziki şəxslər kəşfin müəlli
fi ola bilərlər. Fiziki şəxs sayılmayan şəxslər, məsələn, elmi tədqiqat institut
ları, ali təhsil məktəbləri və digər təşkilatların (müəssisələrin) bir sözlə, hüquqi
şəxslərin kəşfin m üəllifi olması qeyri-mümkündür. Hətta işçi kimi fiziki
şəxs qulluq tapşırığı qaydasında kəşf etsə də, kəşfin müəllifi həmin tapşırığı
verən müəssisə və təşkilat yox, kəşfi edən işçi sayılacaqdır.
Yalnız kollektiv yaradıcılığın nəticəsi olan kəşfə ayrı-ayrı şəxslərin müəllifliyini
müəyyənləşdirmək mümkün olmadığı hallarda, diplom (diplom kəşfə müəllifliyi
və digər halları təsdiq edən sənəddir) kəşfin edildiyi müəssisənin (təşkilatın) adı
na verilir1. Belə halda kəşfə fiziki şəxsin yox1
2, hüquqi şəxsin müəllifliyi yaranır3.
Kəşf müəllifi olmaq hüququ fiziki şəxslərin mülki hüquq qabiliyyətinin məz
mununa aid olan hüquqi imkanlardan biridir. Fiziki şəxslərin mülki hüquq qabi
liyyəti isə onların nə yaşından, nə də sağlamlıq vəziyyətindən asılıdır. Deməli,
fiz ik i şəxslər yaşından və sağlamlıq vəziyyətindən asılı olmayaraq kəşfin
m üəllifi ola bilərlər. Məhz bu səbəbdən istənilən fiziki şəxsin, məsələn, yet
kinlik yaşına çatmayan şəxslərin və ya ruhi xəstələrin də kəşf müəllifi olmaları
mümkündür. Bir sözlə, istənilən fiziki şəxs mülki fəaliyyət qabiliyyətindən asılı
olmayaraq kəşfin müəllifi ola bilər.
Amma bununla belə, müasir dövrdə kəşf edilməsi, adətən, kifayət dərəcə
də elmi hazırlıq və erudisiya tələb edir. Buna görə də praktiki olaraq kəşfin
müəllifi kimi ilk növbədə, elmi işçilər - müvafiq bilik sahəsinin mütəxəssisləri
tanınırlar.
Çox vaxt kəşfi elmi tədqiqat institutlarının, ali təhsil məktəblərinin və digər
təşkilatların elmi işçiləri edirlər.
Xarici vətəndaşlara (əcnəbilərə) gəldikdə isə qeyd etməliyik ki, bir qayda
olaraq, kəşfin m üəllifi olmaq hüququ vətəndaşlıq məsələsindən asılıdır
Məsələ burasındadır ki, xarici ölkələrin çoxunda kəşf müəlliflərinin hüquqları
tanınmır və qorunmur. Buna görə də bu məsələdə qarşılıqlı olmaq prinsipinə
1 Научно-практический комментарий к Основам гражданского законодательства СССР и
союзных рсспублик/Под ред.
С.Н.Братуся и Е.А.Флешциц.
М., 1962, с. 371.
2 V .j.S crcbrovski göstərir ki, belt» lıalda necə olur-olsun kəşfin m ü ə llifi ayrı-ayrı vətəndaşlar hesab
e d ilir
(Серебровский В.И.
Правовая охрана научных открытий в СССР, с. 39-40).
1
Иоффе О С.
Советское гражданское право. Курс лекций. Часть 3. Л ., 1965, с. 162.
509
əməl olunmalıdır. Belə ki, kəşfin müəllifi xarici vətəndaş olarsa, onun hüquqlan
yalnız göstərilən prinsip əsasında hüquqi mühafizə ilə təmin oluna bilər.
Vərəsələr kəşf hüququnun subyektləri sırasına daxildir. Söhbət, hər şey
dən əvvəl, kəşf müəllifinin qanun üzrə vərəsələrindən gedir. Vərəsə qismin
də həm də vəsiyyət üzrə vərəsələr çıxış edə bilərlər.
Yalnız kəşf müəllifinin əmlak hüquqlarının vərəsəliyin predmeti olması
mümkündür. Belə ki, kəşfin müəllifi öldükdə, onun əmlak hüquqları (məsələn,
kəşf üçün diplom almaq hüququ, haqq almaq hüququ və s.) vərəsəlik hüquq
normaları ilə müəyyən edilmiş qaydada vərəsələrə keçir.
Kəşf müəllifinin qeyri-əmlak hüquqlarına (məsələn, kəşfin müəllifi kimi ta
nınmaq hüququna, ad hüququna və s.) gəldikdə qeyd edə bilərik ki, belə hü
quqlar şəxsi xarakterə malik olduğuna görə müəllifin ölümü ilə ləğv edilir və
buna görə də vərəsələrə keçmir. Lakin müəllifin vərəsələri belə hüquqları ic ti
mai cəhətdən əhəm iyyəti olan mənafe kim i qoruyurlar.
Bəzən kəşf kollektiv elmi yaradıcılıq, yəni bir neçə şəxsin yaradıcılıq fəaliy
yəti nəticəsində edilir. Belə halda kəşfə şərikli müəlliflik yaranır.
İki və ya daha artıq şəxsin birgə elmi əməyi ilə edilən kəşfə müəlliflik şərikli
m üə lliflik adlanır. Bir neçə şəxsin birgə elmi əməyi, onlardan hər birinin kəşfin
müəyyən edilməsində öz elmi töhfəsini verməsi belə müəllifliyin yaranmasının
labüd (məcburi) şərtidir.
Şərikli müəlliflik zamanı birgə elmi əmək prosesində iştirak edən şəxslər
şərik m üəlliflər adlanır. Belə ki, əgər kəşf iki və daha artıq şəxs tərəfindən
edilərsə, onların hamısı edilmiş kəşfin şərik müəllifi kimi tanınırlar. Onlardan
hər biri kəşf üçün diplom almaq hüququna malikdir. Kəşfin müəllifinə (müəllif
lərinə) yalnız texniki kömək göstərən şəxs şərik müəllif sayılmır. Bu, məlum
məsələdir. Belə ki, kəşfin edilməsində yalnız öz yaradıcı, elmi əməyi ilə iştirak
edən şəxs şərik müəllif statusu əldə edə bilər.
Dostları ilə paylaş: |