§ 2. Vərəsəlik hüququnun əsas anlayışları
və onların hüquqi xarakteristikası
Vərəsəlik hüququnun əsas anlayışları5 onun mahiyyətini
Vərəsəlik
və məzrnLjnunu müəyyənləşdirməyə imkan verir. Vərə-
uququnun
ggük hQqUqUnu öyrənmək və ona yaxından bələd olmaq
’
*
uçun bu anlayışları mənimsəmək, qavramaq və başa
düşmək lazımdır. Məhz həmin anlayışlar əsasında vərəsəlik hüququna mülki
hüquqi xarakteristika vermək mümkündür.
Vərəsəlik hüququnun əsas anlayışları o d u r ki, o n la r və rə sə lik hüqu
qunun məna və m ahiyyətini dərk etməyə im kan verən m ü lk i-h ü q u q i ha
disələri ifadə edir. Vərəsəlik hüququnda işlədilən və istifadə olunan həmin
anlayışlara biz, canlı danışıq dilində, normativ aktlarda və məhkəmə praktika
sında tez-tez rast gəlirik. Onların əhatə dairəsi kifayət qədər genişdir:
• vərəsəlik;
• vərəsəliyin əsasları;
• miras əmlak və ya miras;
' Сборник постановлений Пленума В ерховного Суда СССР. 1924-1977 гг . Ч а сть!, с. 234;
Бюллетень Верховного Суда СССР. 1966, № 4.
2 Бюллетень В ерховного Суда СССР. 1985, Ха 4.
3 Бюллетень Верховного Суда РФ. 1997,
Х а
1, с. 14; С борник постановлений Пленума Верхов
ного Суда СССР и РСФСР (Российской Федерации) по гражданским делам. М ., 1995, с. 292.
Azərbaycan Respublikası A li M ə hkəm əsi Plenumunun « M ə h kə m ə lə r tərəfin d ən və rə səlik qanu
nunun tətbiq edilm əsinin bəzi m ə sələləri haqqında» qərarı//Azərbaycan Respublikası A li M əhkəm əsi
Plenumunun q ərarlar məcmuəsu (1961-1997-ci il). Bakı. 1998, s. 101.
Hüquq ədəbiyyatı sə hifə lə rin də m ü ə lliflə rin əksəriyyəti və rə səlik hüququnun əsas anlayışlarının
işıqlandırılm asına ya ayrıca fəsil, ya da ayrıca paraqraf həsr edirlər. M əsələn, bax:
Серебровскии В.И.
Очерки советского наследственного права. М ., 1953, глава И;
Антимонов Б.С.. Граве К.А.
Совет
ское наследственное право. М ., 1955, глава II; Советское гражданское право. У чеб ник. Том 2 /
Под ред.
О.А. Красавчикова.
М ., 1985, раздел V II, § 2; Гражданское право. У чеб ник. Часть 3 / Под
ред.
А.П.Сергеева. Ю.К.Толстого.
М ., 1998, раздел V II, гл. 62, § 2; Гражданское право. Учебник.
Том 1 /П од ред.
Е.А.Суханова.
М ., 1998, глава 17, § 1. B iz də bu ənənəyə əm ə l e dirik. H əm in ən
ənəyə bəzi d ərsliklərdə əm əl olunm ur. M əsələn, bax: Советское гражданское право. У чебник. Том 2
/ Под ред.
В.А.Рясеицева.
М ., 1976; Советское гражданское право. У чеб ник. Том 2 / П од ред.
В.П.
Грибанова, С.М.Корнеева.
М ., 1980.
524
• qanun üzrə vərəsəlik;
• vəsiyyət üzrə vərəsəlik;
• miras qoyan;
• vərəsə;
• mirasın açılması;
• mirasın açıldığı yer;
• vərəsəlik hüquq münasibəti.
Gəlin, vərəsəlik hüququnun əsas anlayışlarına hüquqi xarakteristika verək.
Vərəsəlik və
MÜIki hü
onun əsas
dövrdə müxtəlif əmlak hüquqları (məsələn, evə, minik
xüsusiyyətləri
avtomobilinə, torpaq sahəsinə mülkiyyət hüququ və s.)
əldə edir. O, əmlak xarakterli digər hüquqlara, məsələn,
öhdəlik (tələb) hüquqlarına (öz adına qoyulmuş əmanətin bankdan verilməsini
tələb etmək hüququna, borc müqaviləsi əsasında öz qonşusuna verdiyi borc
pulu tələb etmək hüququna, daşıma müqaviləsi üzrə daşıyıcıdan yükün veril
məsini tələb etmək hüququna, podrat müqaviləsi üzrə sifariş verdiyi evin veril
məsini tələb etmək hüququna və s.) malik ola bilər. Həmin şəxsin qeyri-əmlak
hüquqlarına da malik olması mümkündür. Məsələn, hər hansı şəxs ixtira edir
və bununla müəllif kimi onun həmin ixtiraya patent almaq hüququ yaranır.
Bununla belə, həmin şəxs üçün müxtəlif cür əmlak vəzifələri də yarana bi
lər. Onların yaranması şəxsin iştirak etdiyi cürbəcür mülki hüquq münasibəti
ilə bağlı ola bilər. Məsələn, şəxsin borc müqaviləsi üzrə borcu qaytarmaq, ki
rayə müqaviləsi üzrə kirayəyə götürdüyü əmlakı sahibinə vermək, kredit mü
qaviləsi əsasında aldığı krediti ödəmək və s. kimi əmlak (mülki) vəzifələri əmə
lə gəlir. Başqa bir misalda şəxsin alqı-satqı müqaviləsi əsasında nisyə (kredit
lə) aldığı malın pulunu ödəmək vəzifəsi əmələ gəlir.
Məlum məsələdir ki, göstərilən şəxsin həyatı əbədi və həmişəlik deyil. Mü
əyyən müddətdə o, həyatı tərk edir, yəni ölür. Belə halda şəxsin malik olduğu
hüquqların və daşıdığı vəzifələrin taleyi necə olur? Bu hüquq və vəzifələr ləğv
edilir, yoxsa, başqa şəxslərə keçir?
Şəxsin ölümü göstərilən hüquq (əmlak və şəxsi qeyri-əmlak hüquqlannın)
və vəzifələrin xitamına səbəb olmur. Bu hüquq və vəzifələr qanunda, daha
doğrusu, vərəsəlik hüquq normalarında göstərilən qaydada başqa şəxs
lərə (şəxsə) keçir. Hüquq və vəzifələrin bu cür keçməsi mülki hüquq elmində
(sivilistika doktrinasında) və mülki qanunvericilikdə vərəsəlik adlanır.
Beləliklə, vərəsəlik dedikdə, ölm üş şəxsin əmlak və bəzi şəxsi qeyri-
əmlak hüquqlarının və vəzifələrinin qanunda nəzərdə tutulan qaydada
başqa şəxsə (şəxslərə) keçməsi başa düşülür. Ölmüş şəxsə sivilistika el
mində və mülki qanunvericilikdə miras qoyan, onun hüquq və vəzifələrinin
keçdiyi şəxsə (şəxslərə), yəni onları qəbul edən şəxsə (şəxslərə) vərəsə (vərə
sələr), həmin hüquq və vəzifələrin məcmusuna isə miras əmlak deyilir (sonrakı
yarımbaşlıqlarda onların mənasını açacağıq). Miras qoyan, yəni hüquq və vəzi
fələrin əvvəlki, köhnə sahibi hüquqi sələf (auktor), bu hüquq və vəzifələri qə
bul edən şəxs, yəni yeni sahib isə hüquqi varisdir (suksessordur).
Vərəsəliyə verilən anlayışdan müəyyən etmək mümkün olur ki, vərəsələrə
525
miras qoyanın bütün hüquq və vəzifələri keçmir. Ölən şəxsin elə hüquq və və
zifələri vardır ki, onlar vərəsələrə keçmir və keçə də bilməz, çünki bu hüquq
və vəzifələr başqa şəxslərə verilmək və özgəninkiləşdirilmək xüsusiyyətindən
məhrumdur.
Vərəsələrə əsasən ölmüş şəxsin (miras qoyanın) hələ sağlığında malik ol
duğu əmlak hüquqları, xüsusən də mülkiyyət hüququ keçir. Bununla bərabər,
miras qoyanın bütün əmlak hüquqlarının hamısı vərəsəlik qaydasında keçmir;
Azərbaycan Respublikasının vərəsəlik hüququ ölən şəxsin şəxsiyyəti ilə qırıl
maz surətdə bağlı olması və ya digər mülahizələrə görə bəzi əmlak hüquqları
nın (məsələn, miras qoyanın aliment almaq hüququnun) vərəsəlik üzrə keç
məsinə və ötürülməsinə yol vermir (MM-in 1153-cü maddəsi).
Əvvəldə qeyd etdiyimiz kimi, vərəsələrə miras qoyanın bəzi şəxsi qeyri-
əmlak hüquqları da (məsələn, ixtiraya patent almaq hüququ, ölmüş müəllifin
əsərinə müəlliflik şəhadətnaməsi almaq hüququ və s.) keçə bilər. Amma ümu
mi qayda belədir ki, m iras qoyanın şəxsi qeyri-əm lak h ü q uqları vərəsələrə
keçmir. Ad hüququ, əsərin müəllifi kimi tanınmaq hüququ, ixtiraya olan müəllif
lik hüququ və s. bu qəbildən olan hüquqlara misal ola bilər. Bu hüquqlar miras
qoyanın şəxsiyyətindən ayrılmaz olub, özgəninkiləşdirilmir, hər hansı şəxsə
verilmir. Mülki qanunvericilik bu hüquqları « ö zg əninkiləşdirm əyən h ü q uq
lar» anlayışı ilə əhatə edir (MM-in 2-ci maddəsinin 4-cü bəndi).
Miras qoyanın əmlak vəzifələrinə gəldikdə isə qeyd etmək lazımdır ki, bu
vəzifələr, bir qayda olaraq, vərəsələrə keçir. Amma şəxsi xarakterə malik olan
bəzi əmlak vəzifələri (məsələn, aliment ödəmək vəzifəsi və s.) vərəsəlik qay
dasında ötürülmür, yəni vərəsələrə keçmir. M iras qoyanın daşıdığı şəxsi
qeyri-əm lak vəzifələri (məsələn, tapşırıq müqaviləsi üzrə vəkalət alanın
üçüncü şəxslə müqavilə bağlamaq vəzifəsi və s.), bir qayda olaraq, vərəsəlik
qaydasında ötürülmür1. Bu cür ötürməni vərəsəlik hüququ yolverilməz hal he
sab edir (MM-in 1153-cü maddəsi).
Vərəsəlik müəyyən xüsusiyyətlərə malik olan anlayışdır. Hüquq ədəbiyyatı
səhifələrində yaranmış üstün konsepsiyaya görə, universal (ümumi) hüquq
varisliyi onun əsas və başlıca xüsusiyyəti kimi qəbul edilir və tanınır1
2: vərəsəlik
bir qayda olaraq universal (üm um i) hüquq v a ris liy id ir3. Universal hüquq va
risliyi onun daxili xüsusiyyəti olub, spesifik cəhətini və əlamətini təşkil edir4.
Universal hüquq varisliyi kimi vərəsəlik hansı əlamətlərlə xarakterizə olu
1 Антимонов Б.С., Граве K.A. Советское наследственное право. M., 1955, с. 48.
Məsələn, bax: Серебровский В.И. Очерки советского наследственного права. М., 1953, с. 41-
42; Антимонов Б.С., Гоаве К.А. Советское наследственное право. M., 1955, с. 51; Fr. Jansen G.Lana
rich. Leitfanden dcs Erbrccht dcr D.D.R. Berlin 1959, s. 47; Иоффе O.C. Советское гражданское
право. Часть 3. Л., 1965, с. 291-292.
3
Almaniya mülki hüquq elmindo vərəsəlik universal hüquq varisliyinə aid edilir (məsələn, bax:
ЭннекцерусЛ. Курс германского гражданского права. М., 1950, том 1, полутом 2, с. 93).
P.S.Nikityuk universal hüquq varisliyinin vərəsəliyin əsas əlaməti olmasını şübhə altına alır. Müəllifin bu
cür mövqeyi onunla bağlıdır ki, onun fikrincə, vərəsəlik qismən (sinqulyar) hüquq varisliyi qaydasında da ola bi
lər. Bu ümumi qaydadan və normadan istisna hal kimi kənara çıxmadır və universal hüquq varisliyinin
vərəsəliyin əsas əlaməti olmasına qətiyyən təsir göstərə bilməz (Никитюк П.С. Наследственное право и
наследственный процесс. Кишинев. 1973, с. 23-24).
526
nur? Mülki hüquq doktrinasında bir neçə əlamətin olması göstərilir1.
Universal hüquq varisliyi kimi vərəsəliyin birinci xarakterik əlaməti on
dan ibarətdir ki, o, həmişə bilavasitə (vasitəsiz) xarakterə malik olur. Bu o
deməkdir ki, miras qoyanın hüquq və vəzifələri vərəsələrə hər hansı üçüncü
şəxsin iştirakı və vasitəçiliyi olmadan birbaşa, düzünə keçir. Bu hüquq və vəzi
fələrin vərəsələrə verilməsi üçün hər hansı üçüncü şəxsin əlavə hərəkət etmə
si tələb olunmur. Sadəcə olaraq mirası qəbul etmək kimi hərəkətlə, vərəsə
ölən şəxsin bütün hüquq və vəzifələrini əldə etmiş olur.
Göstərilən xarakterik əlaməti ilə universal (ümumi) hüquq varisliyi sinqulyar
(xüsusi) hüquq varisliyindən fərqlənir. Sinqulyar (xüsusi) hüquq varisliyinə gö
rə miras qoyanın bəzi əmlak hüquqları ondan bilavasitə yox, vərəsənin vasitə
silə müəyyən şəxsə verilir. Həmin şəxs universal hüquq varisi yox, sinqulyar
hüquq varisi hesab edilir. Məsələn, miras qoyan vərəsəyə belə bir tapşırıq ve
rir ki, vərəsə ona vəsiyyət olunmuş yaşayış evinin bir otağını qohumlardan biri
nə əvəzsiz istifadəyə versin. Qohum olan şəxs sinqulyar hüquq varisidir. O,
evdən əvəzsiz istifadə hüququnu miras qoyandan bilavasitə yox, vərəsənin
vasitəsilə əldə edir.
Universal hüquq varisliyi kimi vərəsəliyin ikinci xarakterik əlaməti ondan
ibarətdir ki, bu əlamətə əsasən vərəsələrə miras qoyanın hüquq və vəzifə
ləri tam, b ü töv halda keçir. Bu o deməkdir ki, vərəsələrə miras qoyanın hər
hansı ayrı-ayrı hüquq və vəzifəsi yox, onların bütöv kompleksi keçir. Başqa
sözlə desək, vərəsələrə miras qoyanın hüquq və vəzifələri öz məzmununu də
yişmədən, yəni dəyişməz şəkildə, olduğu kimi məcmu halında verilir.
Göstərilən əlaməti ilə də universal hüquq varisliyi sinqulyar hüquq varisli
yindən fərqlənir. Sinqulyar hüquq varisliyinə görə, şəxsə miras qoyanın ayrı-
ayrı hüquq və vəzifələri keçir. Bu cür varisliklə hüquq və vəzifələrin məcmu,
tam, bütöv və kompleks halında verilməsindən söhbət gedə bilməz. Məsələn,
vəsiyyət edən vərəsəyə tapşırır ki, minik avtomobilinə olan mülkiyyət hüququ
nu qonşuya versin və ya ona müəyyən məbləğdə pui ödəsin və ya ona mən
zildən ömürlük istifadə hüququ versin.
Universal hüquq varisliyi kimi vərəsəliyin üçüncü xarakterik əlaməti on
dan ibarətdir ki, o, həmişə birdəfəlik xarakterə malik olur1
2. Bu o deməkdir
ki, ölən şəxsin kompleks halında hüquq və vəzifələri vərəsələrə bir dəfədə,
dərhal və eyni anda keçir. Həmin hüquq və vəzifələrin vərəsələrə keçməsi
üçün yalnız bircə aktın olması kifayətdir. Bu akta miras əmlakın qəbul edil
məsi deyilir. Miras əmlakın qəbul edilməsi elə bir vahid aktdır ki, bunun sayə
sində ölən şəxsin bütün hüquq və vəzifələri vərəsələrə keçir.
Miras əmlakın qəbul edilməsi aktının üç əsas prinsipi vardır: birincisi, bu ak
1 Антимонов Б.С., Граве К.А. Советское наследственное право. М., 1955, с.51-54; Черепахин Б.Б.
Правопреемство по советскому гражданскому праву. М., 1962 // В книге: Черепахин Б.Б. Труды по
гражданскому праву.
М.,
2001, с. 398-442; Советское гражданское право. Учебник. Том 2 / Под ред.
О.А. Красавчикова. М., 1985, с. 509; Гражданское право. Учебник. Том I / Под ред. Е.А. Суханова.
М., 1998, с. 533-534.
2 Черепахин Б.Б. Правопреемство по советскому гражданскому праву. М. 1962 // В книге:
Черепахин Б.Б. Труды по гражданскому праву. М., 2001, с. 399.
527
ta görə, vərəsə bəzi hüquqları qəbul edib, digər hüquqlardan imtina edə bil
məz’ , yəni m iras əmlak hər hansı şərtlə - qeydlə qəbul edilm əm əlidir.
İkincisi, bu akta görə hər hansı bir konkret ayrıca hüququ qəbul edən vərəsə
bununla avtomatik surətdə ölən şəxsin yerdə qalan digər hüquq və vəzifələri
ni, o cümlədən ona həm m əlum olan, həm də m əlum olm ayan hüquq və
vəzifələrini qəbul etm iş olur. Məhkəmə praktikası da məhz bu mövqedən çı
xış edir2: miras əmlakın bir hissəsinə faktiki surətdə sahiblik etməyə, harada
həyata keçirilməsindən və harada olmasından asılı olmayaraq, bütün miras
əmlakın qəbul edilməsi kimi baxılır. Deməli, miras əmlakı qəbul etmək aktı
bütövlükdə miras əmlaka şamil olunur.
Misala müraciət edək. Vərəsəyə ölmüş atadan dörd otaqlı mənzil, bağ evi,
qaraj, minik avtomobili və əlli min manat pul keçir. Lakin o, atanın sağlığında
banka qoyduğu əmanətdən, əldə etdiyi qiymətli kağızlardan (səhmlərdən, de
pozit sertifikatlarından) və məhdud məsuliyyətli cəmiyyətdəki pay hissəsindən,
habelə qonşuya müəyyən məbləğdə pul borclu olması kimi əmlak vəzifəsin
dən xəbəri olmur. Vərəsə notariat kontoruna gedir və mənzilin qəbul edilməsi
barədə ərizə verir. Bununla o, mirasın qəbul edilməsi aktını həyata keçirir. Hə
min akt nəticəsində isə vərəsə miras əmlakın qalan hissəsini - həm ona mə
lum olan hissəsini (bağ evini, qarajı, minik avtomobilini və əlli min manatı),
həm də ona məlum olmayan hissəsini (əmanəti, qiymətli kağızları, məhdud
məsuliyyətli müəssisədəki pay hissəsini), habelə əmlak vəzifəsini (borcu qay
tarmaq vəzifəsini) qəbul etmiş sayılır.
Üçüncüsü, m iras əmlakın qəbul edilm əsi aktının g eriyə qüvvəsi vardır.
Bu o deməkdir ki, miras əmlak bu əmlakın qəbul edilməsi anından yox, mira
sın açıldığı andan vərəsələrə keçmiş sayılır.
Beləliklə, vərəsəliyin həmişə birdəfəlik xarakterə malik olması kimi xüsusiy
yətinə görə, miras əmlakı kim qəbul etmişsə, o da həmin əmlakı prinsip etibarı
ilə tam (hissələrlə yox) və bir dəfədə qəbul etmiş olur.
Göstərilən xüsusiyyəti ilə də universal hüquq varisliyi sinqulyar hüquq va
risliyindən fərqlənir. Sinqulyar hüquq varisliyi qaydasında vərəsə yalnız ona
məlum olan konkret hüquq əldə edə bilər. H üquqları dərhal, b ir dəfədə və
bircə aktla qəbul etm ək kim i əlamət sin q u ly a r h ü quq v a ris liy in ə yaddır.
Bundan əlavə, sinqulyar hüquq varisliyi qaydasında müvafiq şəxsə miras qo
yanın əmlak vəzifəsi keçmir.
Universal hüquq varisliyi kimi vərəsəliyin d ö rdüncü x a ra kte rik xü su s iy y ə
ti ondan ibarətdir ki, onun geriyə qüvvəsi vardır. Bu o deməkdir ki, vərəsə
hüquq və vəzifələrin bütöv kompleksindən başqa vərəsələrin xeyrinə imtina 1
1
Məhz bu səbəbdən K.A.Qravcnin belə bir fikri ilə razılaşmaq olmaz ki, vərəsə miras əmlakdan
ona çatası hissə qəbul etməklə guya miras, əmlakın qalan hissəsindən imtina etmiş olur (Граве К.Л.
Вопросы наследственного права в практике Верховного Суда СССР. 1949, с. 45).
Вах: п.7 постановления Пленума Верховного Суда СССР от 1 июля 1966 г. «О судебной
практике по делам о наследовании» /I Сборник постановлений Пленума Верховного Суда СССР.
1924-1977. М., 1978, часть 1, с. 236.
528
edə bilər’ .
RF-in yeni mülki qanunvericiliyi universal hüquq varisliyi kimi vərəsəliyin
xarakterik xüsusiyyətlərini birbaşa sanksiyalaşdırır: vərəsəlik zamanı ölən şəx
sin əmlakı dəyişmədən olduğu kimi tam, bütöv halda və eyni bir anda digər
şəxslərə keçir (RF-in MM-in 1110-cu maddəsinin 1-ci bəndi) . Bu cür normaya
bizim ölkənin MM-də rast gəlmirik.
.
Vərəsəliyin əsasları vərəsəlik hüququnun əsas anlayışlann-
э Т г^ гм °
dan ir id ir. M0hz vərəsəliyin əsaslan sayəsində müəyyən
şəxslər vərəsə kimi tanınırlar, yəni vərəsə olurlar, ölən şəx
sin bütün mülki hüquq və vəzifələri kompleks halında onlara keçir və beləliklə,
vərəsəlik hüququ əmələ gəlir. Deməli, vərəsəliyin əsasları vərəsəlik hüququ
nun yaranmasına səbəb olan hüquqi fakt rolunu oynayır. Bu fakt həmişə təkcə
bir hüquqi fakt kimi yox, mürəkkəb faktiki tərkib (hüquqi faktların tərkibi və ya
hüquqi tərkib) kimi çıxış edir3. Həmin tərkib isə qanunda nəzərdə tutulmuşdur.
Ona vərəsəliyin hüquqi tərkibi deyilir.
V ərəsəliyin əsasları dedikdə, qanunda nəzərdə tutulan elə hüquqi tər
kib başa d ü ş ü lü r ki, bu tə rkib müəyyən şəxslərin vərəsə kimi tanınması
na, həm in şəxslərin vərəsəlik hüquqlarının əmələ gəlməsinə və ölən şəx
sin əmlakının (hüquq və vəzifələrin) onlara keçməsinə səbəb olur. Vərə-
səliyin əsasları vərəsəlik kimi mülki-hüquqi hadisənin yaranmasını şərtləndirir.
Bizim ölkə qanunvericiliyi vərəsəliyin üç cür əsasını müəyyən edir: qanun;
vəsiyyət; qarışıq əsas (qanun və vəsiyyət birlikdə). Buna uyğun olaraq vərəsə
liyin üç növü fərqləndirilir: qanun üzrə vərəsəlik; vəsiyyət üzrə vərəsəlik; qarı
şıq əsas üzrə vərəsəlik. Demək olar ki, bütün xarici hüquq sistemləri də vəsiy
yət və qanunu vərəsəliyin əsası hesab edir4.
Bəzi xarici ölkələrin qanunvericiliyi vərəsəliyin qanun üzrə vərəsəlik və və
siyyət üzrə vərəsəlik kimi əsaslarından savayı, vərəsəlik müqaviləsi adlı di
gər əsas da nəzərdə tutur. Vərəsəlik müqaviləsi kimi konstruksiya, hər şey
dən əvvəl, Almaniya vərəsəlik hüququna məlumdur5. Almaniya Mülki Qanun-
naməsinin «Vərəsəlik hüququ» adlı V kitabının dördüncü bölməsində («Vərə
səlik haqqında müqavilə» bölməsində) ifadə olunan normalar həmin müqavilə
nin tənzimlənməsinə həsr edilmişdir6. Vərəsəlik haqqında müqaviləyə görə,
miras qoyan öldüyü halda öz əmlakını digər tərəfdə (müqavilə iştirakçısında)
və ya üçüncü şəxsdə saxlamağı öhdəsinə götürür. Vərəsəlik haqqında müqa
vilə konstruksiyası İsveçrə qanunvericiliyinə də məlumdur. Bizim ölkə qanun- * 2
3
4
5
6
’ Bəzi m ü ə lliflə r dönm əzlik və şərtsizliyi (miras əmlakın şərtsiz - qeydsiz qəbul edilməsini) də
və rə səliyin əsas xüsusiyyətlərindən b iri kim i qələmə a lırlar (
Толстой В.
Принятие наследства и отказ
его принятия
//
Советская юстиция. 1966, №13, с. 21-22;
Широкова И.Г.
Наследственное право.
К о нспе кт лекций. М ., 2001, с. 7).
2 Саломатова ТВ.
Наследование на завещанию и по закону. М ., 2002, с. 260.
3 Иоффе О С.
Правоотношение по советскому гражданскому праву.
Л.,
1949
И
В книге:
Иоффе О.С.
Гражданское право. Избранные труды. М., 2000, с. 642.
4 Гражданское и торговое право капиталистических государств. Учебник. Часть 2 / Под рсд.
Р.Л. Наришкина.
M ., ! 984, с. 280.
5 Синайский
В.
И
Г.- сское гражданское право. М ., 2002, с. 557.
6 Основные институты гражданского права зарубежных стран. М ., 1999, с. 6
529
vericiliyi bu cür hüquqi konstruksiya tanımır.
Fiziki şəxsin ölümü vərəsəlik hüquq münasibətinin yaranma-
Miras əmlak
s|n) şərtləndirir1. Hər bir mülki hüquq münasibəti kimi vərə-
(miras)
səlik hüquq münasibətinin də özünün müəyyən obyekti
(predmeti) vardır. Obyektsiz hər hansı bir mülki hüquq münasibətinin möv
cudluğundan və yaranmasından söhbət gedə bilməz.
Fiziki şəxsin onun ölümü ilə xitam olunmayan bütün əmlak hüquq və vəzi
fələri qanunda - vərəsəlik hüquq normalarında nəzərdə tutulan qaydada və
rəsələrə keçir. Həmin hüquq və vəzifələrin m əcm usu və rə sə lik hüquq m ü
nasibətinin ob ye ktini (predm etini) tə şkil edir. Onlara vərəsəliyin obyekti
(predmeti)2 və ya vərəsəlik hüququnun obyekti3 də deyilir. Vərəsəlik hüquq
m ünasibətinin və ya vərəsəliyin obyekti (predm eti) mülki qanunvericilikdə
və sivilistika doktrinasında miras əmlak (miras, miras kütləsi) anlayışı ilə əhatə
olunur4. Deməli, ölmüş şəxsin hüquq və vəzifələri tərkibində vərəsələrə qa
nunda (vərəsəlik hüquq normalarında) nəzərdə tutulan məcmu (kompleks) ha
lında müəyyən hüquq və vəzifələr keçir ki, onlara vərəsəlik hüquq münasibəti
nin obyekti - miras əmlak (miras) deyilir. Miras əmlak (miras) ölmüş şəxsin
vərəsəlik qaydasında keçən əmlakından - əmlak hüquq və vəzifələrin məcmu
sundan ibarətdir.
Miras əmlak (m iras) dedikdə, ölən fiz ik i şəxsin (m iras qoyanın) qanun
la (vərəsəlik hüquq norm aları ilə) m üəyyənləşdirilən qaydada vərəsələrə
keçən əm lak hüquq və vəzifələrinin m əcm usu başa d ü ş ü lü r. Özü də bu
radaca dərhal qeyd etməliyik ki, ölmüş şəxsin vərəsələrə yalnız mülki hüquq
və vəzifələri keçə bilər ki, onlar əmlak xarakterlidir. Öz məzmununa görə mülki
(əmlak) xarakterə malik olmayan hüquq və vəzifələrin (məsələn, inzibati, döv
lət, yəni konstitusiya, əmək, sosial təminat və s. hüquq münasibətlərindən irəli
gələn hüquq və vəzifələrin) vərəsəlik əsasında keçməsi mümkün deyil. Bu, is
tisna olunur. Digər tərəfdən vərəsəlik qaydasında o əmlak keçə bilər ki, həmin
əmlak qanuni əsaslarla miras qoyana məxsus olsun. Qanun cinayət yolu ilə
əldə edilmiş əmlakın vərəsəlik üzrə verilməsini yasaqlayır.
Miras tərkibcə kifayət qədər geniş və əhatəli anlayışdır. Oraya daxildir:
• əmlak hüquqları;
• əmlak vəzifələri;
• bəzi şəxsi qeyri-əmlak hüquqları.
Əmlak hüquqlarının məcmusuna m iras a ktivi deyilir. Əmlak vəzifələrinin
məcmusu isə m iras passivi adlanır. Passiv miras qoyanın öldüyü məqama
dək icra etməyə borclu olduğu öhdəliklərdir, ödəməli olduğu borclardır. Demə
li, m iras aktiv və passivin m əcm usundan ibarətdir. Mülki qanunvericilik mi
rasa məhz bu cür leqal anlayış verir (MM-in 1151-ci maddəsinin 1-ci bəndi).
Miras aktivi geniş anlayış olub, özündə miras qoyanın öldüyü məqamadək
1
Иоффе О С.
Советское гражданское право (курс лекций). Л ., 1965, часть, 3, с. 295.
Антимонов Б.С., Граве К.А.
Советское наследственное право. М ., 1955, с. 48;
Никитюк П.С.
Наследственное право и наследственный процесс. Киш инев. 1973, с. 24.
Г
ордон М.В.
Наследование по закону и по завещанию. М ., 1967.
Широкова И Г.
Наследственное право. Ко нспе кт лекций. М ., 2001, с. 24.
530
malik olduğu aşağıdakı əmlak hüquqlarını birləşdirir:
• əşya hüquqlarını;
• öhdəlik hüquqlarını;
• əqli mülkiyyət hüquqlarını (müstəsna hüquqları);
• korporativ hüquqları’ .
Mirasın tərkibində əşya hüquqları müəyyən yer tutur. Söhbət hər şeydən
əvvəl, əşya hüququnun m ülkiyyət hüququ kimi növündən gedir. Müxtəlif əş
yalar (mənzil, bağ evi, qaraj, minik avtomobili və s.) üzərində mülkiyyət hüqu
qu mirasın tərkibinə daxildir. Tikintisi hələ başa çatmayan (tikilməkdə olan)
evə olan əm lak hüququ da vərəsəlik qaydasında keçə bilər. Amma miras
qoyan tərəfindən ucaldılan özbaşına tikinti mirasın tərkibinə daxil edilmir. Qa
nuna görə özbaşına ucaldılan tikiliyə şəxsin mülkiyyət hüququ yaranmır (MM-
in 180-ci maddəsinin 2-ci bəndi). Məhz bu səbəbdən onun barəsində sərən
cam vermək (satmaq, bağışlamaq, icarəyə vermək və s.), o cümlədən vərəsə
lik üzrə vermək olmaz. Məhkəmə praktikası da bu mövqedə durur: özbaşına
tikilmiş tikililər miras əmlaka daxil edilmir1
2.
Bəzən əşyalara mülkiyyət hüququnu rəsmiləşdirməyə macal tapmamış, mi
ras qoyan ölür. Məsələn, miras qoyan mənzilin özəlləşdirilməsi üçün lazım
olan sənədləri verir, amma mənzilin verilməsi barədə müqavilə bağlanana ki
mi ölür. Bu cür mənzil mirasa daxil edilir3. Belə ki, vərəsə miras qoyan tərəfin
dən başlanmış özəlləşdirmə prosesini başa çatdıraraq mənzilin mülkiyyətçisi
ola bilər. Bu qayda RF Ali Məhkəməsinin qərarında ifadə olunmuşdur4.
Məhdud dövriyyə qabiliyyətli əşyalara (məsələn, mülki silaha5, narkotik və
psixotrop vasitələrə, zəhərli maddələrə və s.) olan mülkiyyət hüququ da mira
sa aid edilə bilər. Lakin bu cür əşyaların qəbul edilməsi üçün hər hansı bir xü
susi icazənin alınması tələb olunmur. Bu cür əşyaları qəbul etdikdən sonra və
rəsə onlara mülkiyyət hüququ əldə etmək üçün müvafiq orqanlardan xüsusi
icazə almalıdır. Axı, bu cür əşyaların mülkiyyət hüququ əsasında əldə edilmə
sinə xüsusi icazə tələb olunur. Əgər vərəsəyə belə icazənin verilməsindən im
tina edilərsə, onda bu əşya bir il ərzində özgəninkiləşdirilməlidir. Vərəsə nə
1 Sovet dövrünün tanınmış a lim i M .M .A qa rko v aktivə yalnız əşya və ö hdəlik hüquqlarını daxil edir.
Bununla o, a k tiv i məhdud mənada müəyyən edir. A k tiv isə göstərilən hüquqlardan savayı, digər əmlak
hüquqlarını da özündə b irlə ş d irir
(Агарков M.M.
Обязательство по советскому гражданскому праву.
М „ 1940, с. 24-25).
2 Azərbaycan Respublikası A li M əhkəməsi Plenumunun «M əhkəm ələr tərəfindən vərəsəlik
qanununun tətbiq edilm əsinin bəzi məsələləri haqqında» 28 sentyabr 1979-cu il tarixli 5 saylı qərarının
5-ci bəndi.
3
Саломатова ТВ.
Наследование по завещанию и по закону. М ., 2002, с. 13.
4 Вах: п.8 постановления Пленума Верховного РФ от 24 августа 1993 г. №8 «О некоторых
вопросах применения судами закона РФ «О привитизации жилищного фонда РФ»
И
Сборник
постановлений Пленумов Верховных Судов СССР и РСФСР (Российской Федерации) по
гражданским делам. М ., 1995, с.336.
5 « X id m ə ti və m ü lk i silah» haqqında qanun m ülki silahın vərəsəlik üzrə əldə edilməsi barədə
göstəriş ifadə e dir (14-cü maddə). Vərəsənin vəıəsəlik əsasında ona keçmiş silahı əldə etmək üçün
icazəsi yoxdursa, o, üç ay ərzində D a xili İşlər Nazirliyindən həmin icazəni almalıdır. Əgər vərəsə
icazəni alınaq istəm- -sə və ya bu cür icazə verilməzsə, o, bir ay müddətində
həmin silahı ya
bağışlamalı, ya D İN -n ə tə h v il ve nnəli və ya satmalıdır (A R Q K , V kitab, s. 210).
531
zərdə tutulan müddətdə əşyanı özgəninkiləşdirmədikdə, əşya dövlət orqanının
ərizəsi üzrə məhkəmə qərarına əsasən məcburi surətdə satılır. Satış pulu və
rəsəyə verilir. Vərəsəyə keçmiş əşya dövlət mülkiyyətinə də verilə bilər. Belə
halda onun dəyəri vərəsəyə ödənilir (MM-in 206-cı maddəsinin 1-ci, 2-ci və 3-
cü bəndləri).
Torpaq üzərində m ülkiyyət hüququ mirasa daxildir. Torpaq qanunvericili
yinə görə, vərəsəlik torpaq üzərində xüsusi mülkiyyət hüququnun əldə edilmə
si üsullarından biridir1.
Dostları ilə paylaş: |