§ 2. Kəşf hüququnun rəsmiləşdirilməsi
Kəşf hüququnun rəsmiləşdirilməsi müəyyən bir proses
deməkdir. Bu prosesi şərti olaraq üç m ərhələyə bölmək
olar: iddia sənədinin tərtib olunması və verilməsi mərhə
ləsi; iddia sənədinə baxılması mərhələsi; kəşfə görə dip
lom verilməsi mərhələsi.
Elm və texnikanın inkişafı üçün kəşfin müstəsna rolunu və son dərəcə va
cib əhəmiyyətini nəzərə alaraq sovet dövləti dünyaya ilk dəfə olaraq kəşfin
dövlət tərəfindən yoxlanması və qeydiyyata alınması qaydasını müəyyənləş
dirdi. Bunun nəticəsində doğrudanmı kəşf edilməsi, onun müəllifinin kim olma
sı və kəşf olunmasında ilkinliyin (birinciliyin) müəllifə məxsus olması kimi mə
sələlər müəyyənləşdirilir. Bu qayda ilə həm də kəşfdə dövlət ilkinliyi (birinciliyi)
təmin edilir. Yeri gəlmişkən qeyd edək ki, göstərilən qaydanı, yəni qeydiyyat sis
temini elmi dünya tanımır. O, yalnız sayı az olan bir neçə dövlətə məlumdur.
Kəşf diplomla rəsmiləşdirilir ki, onu səlahiyyətli dövlət orqanı verir. Kəşfin
rəsmiləşdirilməsi qaydası əsasnamə ilə müəyyən edilir.
Kəşfə görə diplom almaq üçün səlahiyyətli dövlət orqanına hər b ir kəşf
510
İddia sənədinin
tərtib olunması
və verilməsi
üçün ayrıca olaraq tərtib olunmuş iddia sənədi verilir. Bununla kəşf hüqu
qunun rəsmiləşdirilməsi prosesi başlayır.
Kəşf üçün diplom almaq məqsədilə səlahiyyətli orqana iddia sənədi müəlli
fin özü tərəfindən verilir. Əgər müəllif ölmüş olarsa, onda iddia sənədini onun
vərəsələri verirlər. İddia sənədinin müəllifin tapşırığı ilə onun işlədiyi müəssisə
(təşkilat) tərəfindən də verilməsi mümkündür.
İddia sənədi ibarətdir’ :
• kəşfə görə diplom verilməsi barədə ərizədən;
• kəşfin təsviri;
• zəruri olarsa, materiallar (fotoşəkillər, qrafiklər, sxemlər, çertyojlar və s.);
• kəşfin ilkinliyini təsdiq edən sənədlər.
Ərizədə müəllif barədə məlumat göstərilir və kəşf üçün diplom verilməsi
barədə xahiş ifadə olunur.
Kəşfin tə s v iri iddia sənədinə daxil olan əsas sənəd sayılır. Ona görə ki,
burada kəşfin düsturu verilir. Kəşfin düsturunda iddiaçının aşkar etdiyi maddi
aləmin qanunauyğunluğu, xassəsi və ya təzahürünün mahiyyəti ifadə edilir.
Bundan əlavə, təsvirdə kəşfin həqiqi və doğru olmasını təsdiqləyən sübutlar
da göstərilməlidir1
2.
İddia sənədinə
baxılması
İddia sənədi səlahiyyətli orqana verildikdən sonra kəşf hü
ququnun rəsmiləşdirilməsinin ikinci mərhələsi başlayır. Bu
mərhələnin mahiyyəti ekspertiza apanlmasından ibarətdir.
İki forma ekspertiza fərqləndirilir: formal (ilkin) ekspertiza; elmi ekspertiza.
Form al (ilkin ) ekspertiza iddia sənədi üzrə aparılır. Buna görə də ona id
dia sənədi üzrə formal (ilkin) ekspertiza deyilir. Formal (ilkin) ekspertiza elə bir
yoxlamadır ki, bunun nəticəsində iddia sənədinin qanunvericiliyin formal tələb
lərinə uyğunluğu, iddia sənədinin tam olması və onun tərkibinə daxil olan ayrı-
ayrı sənədlərin düzgün tərtib edilməsi, habelə kəşf kimi təklif olunan elmi müd
dəanın (elmi nəticənin) ilkinliyi məsələsi müəyyən edilir. Əgər yoxlamanın nəti
cəsi, yəni formal (ilkin) ekspertizanın nəticəsi müsbət olarsa, yəni iddia sənədi
tələb olunan bütün formal tələblərə cavab verərsə, onda iddia sənədi mahiy
yətcə baxılmaq üçün qəbul edilir. Bu barədə iddiaçıya xüsusi arayış verilir.
Əgər formal (ilkin) ekspertizanın nəticəsi mənfi olarsa (iddia sənədində aradan
qaldınlması mümkün olmayan qüsurlar olarsa və ya təklif olunan nailiyyət açıq-
aşkar kəşfə aid olmazsa, ekspertizanın nəticəsi mənfi olur), iddia sənədinin qəbul
olunmasından imtina edilir. Buna görə də iddia sənədinə mahiyyətcə baxılmır.
Müsbət nəticə ilə başa çatmış formal (ilkin) ekspertizadan sonra eksperti
zanın digər forması - elmi ekspertiza həyata keçirilir. Elmi ekspertiza da iddia
sənədi üzrə aparılır.
Elmi ekspertiza mahiyyətcə ekspertizadır. Onun əsas məqsədi təklif olunan
elmi müddəanın (nəticənin) kəşf olmasının müəyyənləşdirməkdən ibarətdir.
İddia sənədini qəbul etmiş orqan onu təklif olunan elmi müddəanın məzmu
1 İddia sənədinin tərkibi müəyyən e dilir: Указание по составлению заявок на открытие, утверж
денных Гос. ком. изобретений СССР. 3 декабря 1981 г.
2 K əşfin düsturu barədə bax:
Колотушкина С.П., Лекас В.А.
и др. Структура формулы научного
открытия//Вопросы изобретательства. 1979, № 7.
511
nundan asılı olaraq müvafiq elmi təşkilatlara (Elmlər Akademiyasına, elmi-təd
qiqat institutlarına, ali təhsil məktəblərinə və s.) göndərir. Həmin təşkilatlar
kəşf edilməsini müəyyənləşdirmək üçün rəy verməlidir. Rəyi ekspertlər hazır
layır. Ekspert kimi bir qayda olaraq, elm və texnikanın müvafiq sahəsində apa
rıcı alimlər təyin olunurlar. Əgər təklif olunan elmi müddəada kəşfin əlamətləri
müəyyən olunarsa, kəşfin olması (edilməsi) barədə ekspertlər rəy hazırlayır.
Bundan sonra səlahiyyətli orqan təklif olunmuş elmi müddəanın (elmi nəticə
nin) kəşf kim i tanınm ası barədə qərar qəbul edir.
к sf ücün
Təklif olunmuş elmi müddəanın kəşf kimi tanınması barədə
d İ D İ o m
qərar əsasında kəşf dövlət kə şflə r reye strin d ə qeydə alınır
verilməsi
və 1311 haqda məlumat dərc edilir. Əgər qeydiyyatdan bir il
müddətində şikayət verilməzsə (mübahisə yaranmazsa), sə
lahiyyətli orqan müəllifə kəşf üçün (şərik müəlliflər olduqda isə digər müəlliflər
göstərilməklə hər müəllifə ayrılıqda) diplom verir.
Diplom k o n s titu tiv (hüquqyaradıcı) əhəm iyyətə m alik olan rəsm i sə
nəddir. Belə ki, diplom kəşf müəllifi üçün müəyyən hüquqlar yaradır. Diplom
digər tərəfdən tə sd iq e d ici sənəddir. Belə ki, o, təsdiq edir:
• təklif olunmuş müddəanın dövlət tərəfindən kəşf kimi tanınmasını:
• kəşfin ilkinliyini (birinciliyini);
• kəşfə müəllifliyi (kəşfin həqiqi müəllifini);
• müəllifin hüquqlarını.
§ 3. Kəşfin müəllifinin hüquqları
Kəşfin m üəllifinin
Müəllif kəşf edilməsi ilə bağlı olaraq bir sıra hüquqlar
səxsi qevri-əmlak
ə'clə edlr' <->nlarl iki Уегэ bölmək olar: şəxsi qeyri-əm-
hüquqları
lak hüquqlarına; əmlak hüquqlarına.
M üə lliflik hüququ əsas şəxsi qeyri-əmlak hüququ
dur. Müəlliflik hüququ dedikdə, kəşf edən şəxsin kəşfin müəllifi kimi tanınmaq
imkanı başa düşülür.
Müəlliflik hüququ həm m üstəsna, həm də m ütləq hüquqdur. Müəllifin
sağlığında o, özgəninkiləşdirilmir. Şəxsi hüquq olduğuna görə müəlliflik hüqu
qu müəllifin ölümü ilə ləğv edilir. Buna görə o, vərəsəlik qaydasında keçmir.
Kəşfə müəlliflik hüququ bir şəxsə (müəllifə) və ya bir neçə şəxsə (şərik mü
əlliflərə) məxsus ola bilər.
Ad hüququ, kəşfə müəllifin adını və ya xüsusi ad vermək hüququ və s. mü
əllifin şəxsi qeyri-əmlak hüquqlarına aiddir.
Kəşf m üəllifinin
Kəşf rT|həllifi həm də əm lak hüquqlarına malikdir. Belə
əmlak hüquqları
hüquqlar onun əmlak mənafeyini təmin edən, iqtisadi
(maddi) məzmunu olan hüquqlardır.
Haqq almaq hüququ kəşf müəllifinin əsas əmlak hüququ sayılır. Haqq kəşf
üçün diplom verilən zaman ödənilir. Həvəsləndirmə xarakteri daşıyan belə haqq
birdəfəlik ödəniş şəklində səlahiyyətli dövlət orqanı tərəfindən verilir.
Bundan əlavə, kəşf müəllifi gəlir vergisi üzrə güzəşt hüququna, mənzil sa
həsi almaq hüququna və s. malikdir. Hesab edirik ki, indiki şəraitdə bu kimi
güzəşt və üstünlüklər öz əhəmiyyətini itirmişdir.
512
Müəllif etdiyi kəşfi namizədlik və doktorluq dissertasiyası kimi təqdim edə bilər.
Qeyd etmək lazımdır ki, müəllifin kəşfə müstəsna hüququ (kəşfdən isti
fadəyə m üstəsna hüququ) yaranmır'. Bu səbəbdən müstəsna kəşf hüququ
barədə danışmaq olmaz. Məsələ burasındadır ki, kəşf dərc edildiyi andan o,
ictimai varidata keçir, cəmiyyətin ümumi istifadəsinə verilir və ümumxalq malı
sayılır. Buna görə də hər bir şəxs müəllifin icazəsi olmadan kəşfdən elmi təd
qiqat aparmaq, tədris prosesini həyata keçirmək və digər məqsədlər üçün sər
bəst şəkildə istifadə edə bilər. Odur ki, kəşf barəsində patent inhisarı, müstəs
na hüquq istifadə rejimi müəyyənləşdirmək olmaz2.
§ 4. Kəşf müəllifinin hüquqlarının müdafiəsi
Kəşf müəllifinin hüquqları həm məhkəmə qaydasında, həm də inzibati qay
dada müdafiə olunur. Aşağıdakı məsələlər haqqında mübahisələr məhkəmə
qaydasında həll edilir
• kəşfə müəlliflik haqqında;
• kəşfə şərikli müəlliflik haqqında;
•şərik müəlliflər arasında haqqın bölüşdürülməsi;
Elmi-texniki xarakterli mübahisələr isə inzibati qaydada həll edilir: Belə
mübahisələrə aiddir:
• təklif olunmuş elmi müddəanın kəşf kimi tanınması barədə mübahisə;
• kəşfin ilkinliyi haqqında mübahisə;
• kəşfin yenilik əlaməti barədə mübahisə;
• kəşfin düsturu barədə mübahisə;
• kəşfin həqiqi və doğru olması barədə mübahisə;
• elmi müddəanın mahiyyəti barədə mübahisə;
• haqq barədə mübahisə;
• kəşfə müəllifin adının və ya xüsusi adın verilməsi barədə mübahisə.
Kəşf müəllifinin hüquqlarının müdafiəsi zamanı aşağıdakı mülki-hüquqi
üsullardan istifadə oluna bilər:
• hüququn tanınması (məsələn, kəşfə müəlliflik hüququ barədə mübahisə
yarandıqda müəllifin hüququnun tanınması barədə iddia verilir);
• pozulm uş hüququn bərpa edilməsi (məsələn, ad hüququ pozulduqda
pozulmuş hüququn bərpa edilməsi barədə iddia verilir);
• hüquqları pozan hərəkətlərin qarşısını almaq və ya dayandırmaq.
Tövsiyə olunan əlavə ədəbiyyat
Сергеев А.П. Право интеллектуальной собственности в Российской
Федерации. Учебник. М., 1999 (гл.20);
Гражданское право. Учебник. Часть 3 /Под ред. А.П.Сергеева,
Ю .К.Толстого. М., 1998 (гл. 55, параграф 3);
Гуев А.Н. Гражданское право. Учебник. Том 3. М., 2003 (гл.10);
Allahverdiyev S.S. Əqli mülkiyyət hüququ. Dərs vəsaiti. Bakı. 2006 (fəsil 9). 1
1 Советское гражданское право. Учебник// Отв. ред.
О.Н.Садиков.
М ., 1983, с. 358.
'
Городов О.А.
Патентное право. Учебное пособие. М ., 2005, с. 115.
513
XII FƏSİL
VƏRƏSƏLİK HÜQUQU MÜLKİ HÜQUQUN
YARIMSAHƏSİ KİMİ
§ 1. Vərəsəlik hüququnun anlayışı,
onun əsas xüsusiyyətləri və mənbələri
Hüquq sahəsində, o cümlədən mülki hüquq
sahəsində yarımsahənin ayrılması üçün mü
əyyən şərtlərin (tələblərin) olması gərəkdir:
• birincisi, yarımsahənin özünün ayrıca niza
masalma (tənzim ləm ə) predm eti olmalıdır;
• ikincisi, yarımsahənin özünün ayrıca niza
masalma (tənzim ləm ə) m etodu olmalıdır;
• üçüncüsü, yarımsahə özünəxas m üəyyən p rin s ip lə rə malik olmalıdır;
• dördüncüsü, yarımsahə bir-biri ilə qarşılıqlı əlaqədə olan e y n ic in s li b ir
neçə hüquq in s titu tun d a n ibarət olmalıdır.
Vərəsəlik hüququ göstərilən hər dörd şərtə (tələbə) cavab verir. Belə ki, b i
rincisi, fiziki şəxsin ölməsi ilə onun əmlakı (mülki hüquq və vəzifələri) vərəsə
lik qaydasında vərəsələrə keçir. Bunun nəticəsində müəyyən ictimai münasi
bətlər yaranır ki, onlar vərəsəlik münasibətləri adlanır. Həmin münasibətlər də
məhz vərəsəlik hüququnun nizamasalma (tənzimləmə) predmetini təşkil edir.
Mülki hüququn hər hansı digər bölməsi bu münasibətləri nizama salmaq iqti
darında deyildir.
İkincisi, fiziki şəxs ölən halda vərəsələrə onun ayrı-ayrı hər hansı mülki
(əmlak) hüquq və vəzifəsi yox, onların bütün kompleksi keçir. Bu isə onu gös
tərir ki, ölmüş fiziki şəxsin əmlakının (mülki hüquq və vəzifələrinin) onun vərə
sələrə keçməsi universal hüquq varisliyidir. Universal hüquq varisliyi isə vərə
səlik hüququnda istifadə olunan əsas və başlıca metoddur1. Deməli, vərəsəlik
hüququ ayrıca olaraq öz nizamasalma metoduna malikdir.
Üçüncüsü, vərəsəlik hüququ özünəxas müvafiq prinsiplərə malikdir. Söh
bət mülki hüququn sahədaxili prinsiplərindən gedir. Həmin prinsiplərə aiddir:
vərəsəliyin yalnız universal hüquq varisliyi olması prinsipi; vəsiyyət azadlığı
prinsipi; məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi prinsipi;
miras əmlakın qorunması (mühafizəsi) prinsipi və s. Bu prinsiplər mülki hüqu
qun xüsusi (sahəvi) prinsiplərinin konkret ifadə (təzahür) formaları olub, vərə
səlik hüququnun mahiyyətini və sosial təyinatını müəyyənləşdirir. Məhz onların
sayəsində vərəsəlik hüququ mülki hüququn tərkibində yarımsahə kimi ayrıl
maq şansı qazanır. Əgər göstərilən prinsiplər olmasaydı, onda mülki hüququn 1
1
Широкова И .Г
Наследственное право. Ко нспе кт лекций. М ., 2001, с. 5; Гражданское право.
Учебник. Часть 1 / Под ред.
А.П. Сергеева, Ю.К.Толстого.
М ., 1998, с. 25.
514
Vərəsəlik hüququ mülki
hüququn yarımsahəsi
kimi. Vərəsəlik hüququnun
milli (dövlətdaxili) hüquq
sistemində tutduğu yer
yarımsahəsi kimi vərəsəlik hüququndan söhbət gedə bilməzdi.
D ördüncüsü, vərəsəlik hüququ bir-biri ilə qarşılıqlı əlaqədə olan eynicinsli
müxtəlif hüquq institutlarından ibarətdir. Bu institutların əsas təyinatı vərəsəlik
münasibətlərinin ayrı-ayrı sahələrini, tərəflərini və fraqmentlərini tənzimləmək
dən ibarətdir. Həmin institutların məcmusu və sistemi isə vərəsəlik hüququnu
əmələ gətirir. Əgər göstərilən institutlar olmazdısa, vərəsəlik hüququ yarımsa-
hə statusu əldə edə bilməzdi. Onlara aiddir:
• qanun üzrə vərəsəlik institutu;
• vəsiyyət üzrə vərəsəlik institutu;
• mirasda məcburi pay institutu;
• mirasın qəbul edilməsi və ondan imtina olunması institutu;
• mirasın bölüşdürülməsi institutu;
• mirasın qorunması institutu.
Beləliklə, vərəsəlik hüququ mülki hüququn struktur bölməsi olub, yarımsa-
hə kimi onun tərkib hissəsini təşkil edir. Zənn edirik ki, bu cür fikir söyləmək
üçün biz, kifayət qədər tutarlı arqumentlər gətirdik.
..
...
Vərəsəlik hüququ çoxmənalı anlayışdır. O, dörd məna
. ..
ifadə e d ir :
anla sı
• obyektiv mənada vərəsəlik hüququ;
5
• subyektiv mənada vərəsəlik hüququ;
• vərəsəlik qanunvericiliyi mənasında;
• tədris fənni (kursu) mənasında.
O byektiv mənada vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki
şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçi
nin bəzi qeyri-əm lak hüquqlarının digər şəxslərə keçməsi zamanı yara
nan ictim ai m ünasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibət
ləri tənzim ləyən hüquq normalarının məcmusu başa düşülür. O, ölən
şəxsin hüquq və vəzifələrinin onun vərəsələrinə keçməsi qaydasını, şərtlərini
və hədlərini nizama salan hüquq normalarının sistemindən ibarətdir.
Obyektiv mənada vərəsəlik hüququ mülki hüququn yarımsahəsi kimi çı
xış edir. Bu baxımdan o, mülki hüququn struktur bölməsi, tərkib hissəsi sayılır.
Belə ki, ölən şəxsin hüquq və vəzifələri başqa şəxslərə (vərəsələrə) keçir. Bu
cür keçmənin qaydaları, prosedurası və hədləri hüquq normaları ilə müəyyən
edilir. Həmin normaların məcmusu isə obyektiv mənada vərəsəlik hüququnu -
mülki hüququn yarımsahələrinden birini əmələ gətirir.
S ubyektiv mənada vərəsəlik hüququ dedikdə, konkret şəxsin vərəsə ki
mi mümkün olan davranış ölçüsü başa düşülür. Söhbət konkret şəxsin vərəsə
olmaq, vərəsəliyə çağırılmaq hüququndan, bir sözlə, ölən şəxsin əmlakını əldə 1
1
M ü ə lliflə r əsasən vərəsəlik hüququnu obyektiv və subyektiv mənalarda işlədirlər. Məsələn, bax:
Синайский В. И.
Русское гражданское право (по изданию 1915 г.), М., 2002, с.546;
Никитюк. П С
Наследственное право и наследственный процесс. Кишинев, 1973, с. 24;
Антимонов Б.С.. Граве
К.А.
Советское наследственное право. М ., 1955, с. 46-47; Советское гражданское право. Учебник.
Том 2 / Под ред.
О.А. Красавчикова.
М ., 1985, с. 520; Гражданское право. Учебник. Том I / Под
ред.
Е.А. Суханова.
М ., 1998, с. 534;
Широкова И.Г.
Наследственное право. Конспект лекций. М ,
2001, с. 6.
515
XII FƏSİL
VƏRƏSƏLİK HÜQUQU MÜLKİ HÜQUQUN
YARIMSAHƏSİ KİMİ
§ 1. Vərəsəlik hüququnun anlayışı,
onun əsas xüsusiyyətləri və mənbələri
Hüquq sahəsində, o cümlədən mülki hüquq
sahəsində yarımsahənin ayrılması üçün mü
əyyən şərtlərin (tələblərin) olması gərəkdir:
• birincisi, yarımsahənin özünün ayrıca niza
masalma (tənzim ləm ə) predm eti olmalıdır;
• ikincisi, yarımsahənin özünün ayrıca niza
masalma (tənzimləmə) metodu olmalıdır;
• üçüncüsü, yarımsahə özünəxas m üəyyən p rin s ip lə rə malik olmalıdır;
• dördüncüsü, yarımsahə bir-biri ilə qarşılıqlı əlaqədə olan e y n ic in s li bir
neçə hüquq institutundan ibarət olmalıdır.
Vərəsəlik hüququ göstərilən hər dörd şərtə (tələbə) cavab verir. Belə ki, b i
rincisi, fiziki şəxsin ölməsi ilə onun əmlakı (mülki hüquq və vəzifələri) vərəsə
lik qaydasında vərəsələrə keçir. Bunun nəticəsində müəyyən ictimai münasi
bətlər yaranır ki, onlar vərəsəlik münasibətləri adlanır. Həmin münasibətlər də
məhz vərəsəlik hüququnun nizamasalma (tənzimləmə) predmetini təşkil edir.
Mülki hüququn hər hansı digər bölməsi bu münasibətləri nizama salmaq iqti
darında deyildir.
İkincisi, fiziki şəxs ölən halda vərəsələrə onun ayrı-ayrı hər hansı mülki
(əmlak) hüquq və vəzifəsi yox, onların bütün kompleksi keçir. Bu isə onu gös
tərir ki, ölmüş fiziki şəxsin əmlakının (mülki hüquq və vəzifələrinin) onun vərə
sələrə keçməsi universal hüquq varisliyidir. Universal hüquq varisliyi isə vərə
səlik hüququnda istifadə olunan əsas və başlıca metoddur1. Deməli, vərəsəlik
hüququ ayrıca olaraq öz nizamasalma metoduna malikdir.
Üçüncüsü, vərəsəlik hüququ özünəxas müvafiq prinsiplərə malikdir. Söh
bət mülki hüququn sahədaxili prinsiplərindən gedir. Həmin prinsiplərə aiddir:
vərəsəliyin yalnız universal hüquq varisliyi olması prinsipi; vəsiyyət azadlığı
prinsipi; məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi prinsipi;
miras əmlakın qorunması (mühafizəsi) prinsipi və s. Bu prinsiplər mülki hüqu
qun xüsusi (sahəvi) prinsiplərinin konkret ifadə (təzahür) formaları olub, vərə
səlik hüququnun mahiyyətini və sosial təyinatını müəyyənləşdirir. Məhz onların
sayəsində vərəsəlik hüququ mülki hüququn tərkibində yarımsahə kimi ayrıl
maq şansı qazanır. Əgər göstərilən prinsiplər olmasaydı, onda mülki hüququn 1
Vərəsəlik hüququ mülki
hüququn yarımsahəsi
kimi. Vərəsəlik hüququnun
milli (dövlətdaxili) hüquq
sistemində tutduğu yer
1
Широкова И .Г
Наследственное право. Конспект лекций. М ., 2 0 0 1, с. 5; Гражданское право.
Учебник. Часть I / Под рсд.
А.П. Сергеева, Ю.К.Толстого.
M ., I998, с. 25.
514
yarımsahəsi kimi vərəsəlik hüququndan söhbət gedə bilməzdi.
Dördüncüsü, vərəsəlik hüququ bir-biri ilə qarşılıqlı əlaqədə olan eynicinsli
müxtəlif hüquq institutlarından ibarətdir. Bu institutların əsas təyinatı vərəsəlik
münasibətlərinin ayrı-ayrı sahələrini, tərəflərini və fraqmentlərini tənzimləmək
dən ibarətdir. Həmin institutların məcmusu və sistemi isə vərəsəlik hüququnu
əmələ gətirir. Əgər göstərilən institutlar olmazdısa, vərəsəlik hüququ yarımsa-
hə statusu əldə edə bilməzdi. Onlara aiddir:
• qanun üzrə vərəsəlik institutu;
• vəsiyyət üzrə vərəsəlik institutu;
• mirasda məcburi pay institutu;
• mirasın qəbul edilməsi və ondan imtina olunması institutu;
• mirasın bölüşdürülməsi institutu;
• mirasın qorunması institutu.
Beləliklə, vərəsəlik hüququ mülki hüququn struktur bölməsi olub, yarımsa-
hə kimi onun tərkib hissəsini təşkil edir. Zənn edirik ki, bu cür fikir söyləmək
üçün biz, kifayət qədər tutarlı arqumentlər gətirdik.
..
...
Vərəsəlik hüququ çoxmənalı anlayışdır. O, dörd məna
hüququnun
lfadə e d lr:
anlavısı
* °byekliv mənada vərəsəlik hüququ;
• subyektiv mənada vərəsəlik hüququ;
• vərəsəlik qanunvericiliyi mənasında;
• tədris fənni (kursu) mənasında.
O byektiv mənada vərəsəlik hüququ dedikdə, ölümündən sonra fiziki
şəxsin başqa şəxslərə verilə bilən əmlak hüquq və vəzifələrinin, həmçi
nin bəzi qeyri-əm lak hüquqlarının digər şəxslərə keçməsi zamanı yara
nan ictim a i m ünasibətləri, habelə vərəsəliklə bağlı olan digər münasibət
ləri tənzim ləyən hüquq normalarının məcmusu başa düşülür. O, ölən
şəxsin hüquq və vəzifələrinin onun vərəsələrinə keçməsi qaydasını, şərtlərini
və hədlərini nizama salan hüquq normalarının sistemindən ibarətdir.
Obyektiv mənada vərəsəlik hüququ m ülki hüququn yarımsahəsi kimi çı
xış edir. Bu baxımdan o, mülki hüququn struktur bölməsi, tərkib hissəsi sayılır.
Belə ki, ölən şəxsin hüquq və vəzifələri başqa şəxslərə (vərəsələrə) keçir. Bu
cür keçmənin qaydaları, prosedurası və hədləri hüquq normaları ilə müəyyən
edilir. Həmin normaların məcmusu isə obyektiv mənada vərəsəlik hüququnu -
mülki hüququn yarımsahələrindən birini əmələ gətirir.
S ubyektiv mənada vərəsəlik hüququ dedikdə, konkret şəxsin vərəsə ki
mi mümkün olan davranış ölçüsü başa düşülür. Söhbət konkret şəxsin vərəsə
olmaq, vərəsəliyə çağırılmaq hüququndan, bir sözlə, ölən şəxsin əmlakını əldə 1
1 M ü ə lliflə r əsasən vərəsəlik hüququnu obyektiv və subyektiv mənalarda işlədirlər. Məsələn. bax:
Синайский В.И.
Русское гражданское право (по изданию 1915 г.), М., 2002, с.546;
Никитюк. П С.
Наследственное право и наследственный процесс. Кишинев, 1973, с. 24;
Антимонов Б.С., Граве
К.А.
Советское наследственное право. М ., 1955, с. 46-47; Советское гражданское право. Учебник.
Том 2 / Под ред.
О.А. Красавчикова.
М.. 1985, с. 520; Гражданское право. Учебник. Том 1 / Пол
ред.
ЕЛ. Суханова.
М ., 1998, с. 534;
Широкова II. Г.
Наследственное право. Конспект лекций. М .
2001, с. 6. "
515
etmək hüququndan gedir. Bu hüquq isə vərəsənin hüquqi vəziyyətini müəy
yənləşdirir1.
Subyektiv mənada vərəsəlik hüququ su byektiv vərəsəlik.hüququ demək
dir. Subyektiv vərəsəlik hüququ isə subyektiv mülki hüququn bir növü hesab
edilir. Buna görə o, subyektiv mülki hüquq kimi məzmuna malik olub, müəy
yən səlahiyyətlərdən (hüquqi imkanlardan) ibarətdir. Bu səlahiyyətlərin (hüqu
qi imkanların) məcmusu subyektiv vərəsəlik hüququnun məzmununu təşkil
edir. Onlara aiddir:
• ölən şəxsin əmlakını qəbul etmək səlahiyyəti (hüquqi imkanı);
• ölən şəxsin əmlakını qəbul etməkdən imtina etmək səlahiyyəti (hüquqi
imkanı);
• ölən şəxsin əmlakını bölüşdürmək səlahiyyəti (hüquqi imkanı);
• ölən şəxsin əmlakını qorumaq səlahiyyəti (hüquqi imkanı);
• vərəsəlik hüququnu müdafiə etmək səlahiyyəti (hüquqi imkanı).
Göstərilən səlahiyyətlərin məcmusu su b ye ktiv və rə sə lik hüququnun
(subyektiv mənada vərəsəlik hüququnun) m əzm ununu tə şkil edir.
Üçüncü mənada vərəsəlik hüququ vərəsəlik qanunvericiliyi mənasında işlə
dilir. Vərəsəlik q a n un ve riciliyi və ya vərəsəlik haqqında q a n un ve ricilik
dedikdə, vərəsəlik münasibətlərini, eləcə də vərəsəliklə bağlı olan digər müna
sibətləri tənzimləyən normativ hüquqi aktların məcmusu başa düşülür. Bu akt
ların tənzimlədiyi münasibətlərin dairəsi kifayət qədər genişdir. Həmin münasi
bətləri üç yerə bölmək olar:
• fiziki şəxsin ölməsi anına kimi yaranan münasibətlər (məsələn, fiziki şəx
sin notariat kontorunda vəsiyyətnamə yazması);
• fiziki şəxsin ölməsi ilə əlaqədar yaranan münasibətlər (məsələn, vərəsə
nin notariat kontoruna ölən şəxsin əmlakının qəbul edilməsi barədə ərizə
verməsi);
• fiziki şəxsin ölümündən sonra yaranan münasibətlər (ölən şəxsin əmlakı
nın vərəsələr arasında bölüşdürülməsi, vərəsəlik hüququnun həyata ke
çirilməsi və rəsmiləşdirilməsi, vərəsəlik hüququnun müdafiəsi, əmlakın
qorunması, vərəsəlik şəhadətnaməsinin alınması və s.).
Vərəsəlik haqqında qanunvericilik müəyyən xüsusiyyətlərə malikdir. Əsas
və başlıca xüsusiyyət ondan ibarətdir ki, vərəsəlik qanunvericiliyi kom pleks
(qarışıq) xarakter daşıyır. Bu, o deməkdir ki, vərəsəlik qanunvericiliyinə daxil
olan normativ aktlar özündə hüququn müxtəlif sahələrinə aid olan normaları
(məsələn, mülki hüquq normaları, maliyyə hüquq normaları, mülki-prosessual
hüquq normaları, torpaq hüquq normaları və s.) birləşdirir. Amma bu normalar
içərisində mülki hüquq normalarının xüsusi çəkisi daha çoxdur.
Əgər normativ hüquqi aktlar (qanunlar, prezident fərmanları, hökumət qə
rarları və s.) özündə vərəsəliyə aid olan qayda və müddəalar müəyyənləşdi
rərsə, onda həmin aktlar vərəsəlik qanunvericiliyinə daxil edilir. Məhz bu sə
bəbdən özündə vərəsəlik haqqında norm alar ifadə edən nəqliyyat, bank,
torpaq, ailə, sığorta, m ü ə lliflik və digər q a n u n ve ricilik sahələri vərəsəlik
516
Синайский В.И.
Русское гражданское право. М ., 2002, с. 546-547.
q a n u n ve riciliyin in tə rkib hissələri sayılır. Bu isə onu göstərir ki, vərəsəlik
hüquq normaları müxtəlif səviyyəli çoxsaylı hüquqi aktlarda səpələnmiş halda
yerləşmişdir. Ona görə də həmin normaların tətbiqi xeyli çətinlik törədir.
Vərəsəlik qanunvericiliyinə daxil olan qanunlar köhnəlir, dəyişir və yenisi ilə
əvəz olunur. Yeni qanun vərəsəlik münasibətlərini tənzimləyən aktlara hər
hansı dəyişiklik və ona əlavələr edə bilər. Bu cür hallarda həmin qanun yalnız
özünün qüvvəyə minməsindən sonra əmələ gələn hüquq və vəzifələrə tətbiq
edilir. Ona görə ki vərəsəlik hüquq münasibətləri, bir qayda olaraq, davamedici
xarakterə malik olur1.
Vərəsəlik qanunvericiliyinə daxil olan normativ aktlara çoxlu misallar çəkə
bilərik: «Sahibkarlıq fəaliyyəti haqqında» qanun1
2; «İcarə haqqında qanun»3;
«Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında» qa
nun4; «Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanun5; «Sığorta haq
qında» qanun6 və s.
Dördüncü mənada vərəsəlik hüququ dedikdə, tədris fənni (kursu) başa dü
şülür7. T ədris fənni (kursu) kim i vərəsəlik hüququ mülki hüququn yanmsa-
həsi olan vərəsəlik hüququnu, bu hüquq barədə konsepsiyaları, nəzəriyyələri,
doktrinal (elmi) fikirləri, təlimləri öyrədir. Onun əsas vəzifəsi vərəsəlik münasi
bətlərini tənzimləyən hüquq normalannı (vərəsəlik hüquq normalannı) və bu
normaların tətbiqi təcrübəsini öyrətməkdən, təlim etməkdən ibarətdir. Digər tə
rəfdən tədris kursu (fənni) kimi vərəsəlik hüququ tələbələrdə praktiki iş bacarı
ğı və vərdişləri yaradır ki, bu, vərəsəlik qanunvericiliyinin real həyatda yaranan
ayn-ayrı hallara düzgün tətbiqi ilə bağlıdır.
Vərəsəlik
Mülki hüqbqun hər bir yarımsahəsinin özünün aynca nizama-
hüququnun
salma predmeti vardır. Məhz nizamasalma predmeti bu ya-
predmeti
rımsahələri bir-birindən ayırmağa və fərqləndirməyə imkan
verir.
Vərəsəlik hüququnun nizamasalma predmeti dedikdə, onun tənzimlədiyi
ictimai münasibətlər başa düşülür. O, belə bir suala cavab verir: vərəsəlik hü
ququ nəyi tənzimləyir və nizama salır?
Fiziki şəxs sağlığında öz yaşayışının maddi təminatı üçün mənzil, minik av
tomobili, ev avadanlıqları, məişət predmetləri və digər lazımi əşyalar əldə edir.
Məlum məsələdir ki, onun həyatı cismən, fiziki cəhətdən əbədi və daimi deyil
dir. Bir gün həyata gəldiyi kimi, bir gün də o, həyatı tərk edir, necə deyərlər,
həyatdan köçür. Belə halda fiziki şəxsin malik olduğu əşyalann hüquqi taleyi
1 Гражданское право. У чебник. Часть 3 / Под ред.
Л.Л.Сергеева. Ю.К.Толстого.
М., 1998, с.
529.
2 A R Q K , I k ita b , s. 8 21 .
3 A R Q K , I k ita b , s. 433.
4 A R Q K , II kita b, s. 33.
5 A R Q K , III k ita b , s. 177.
6 Biznesmenin bülleteni, 1999, 3 I (255).
7 Tədris fənni (kursu) k im i vərəsəlik hüququ barədə bax:
Широкова И.Г.
Наследственное право.
Ко нспе кт лекций. М ., 2001;
Гущин В.В.
Наследственное право. Учебное пособие. М.. 2003:
Власов
Ю Н .. Калинин В.В.
Наследственное право Российской Федерации. Учебное пособие. М., 2002:
Корнеева И.Л.
Наследственное право Российской Федерации. Учебное пособие. М ., 2003.
517
və müqəddəratı necə olur? Həmin əşyalara olan mülkiyyət hüququ və digər
əmlak hüquqları, ümumiyyətlə, ləğv edilir, yoxsa, başqa şəxslərə keçir? Şəx
sin malik olduğu əmlak hüquqları öhdəlik (tələb) hüquqları növündə də ola bi
lər. Məsələn, həmin şəxs ölməmişdən qabaq, sağ ikən öz qonşusuna xeyli
məbləğdə borc pul verir. Belə halda onun qonşudan borcun qaytarılmasını tə
ləb etmək hüququ kimi öhdəlik hüququ yaranır.
Şəxsin malik olduğu hüquq qeyri-əmlak xarakterli də ola bilər. Məsələn, o,
ölməmişdən qabaq ixtira edir; bunun nəticəsində onun müvafiq səlahiyyətli
dövlət orqanlarından ixtiraya patent (hüquqi mühafizə sənədi) almaq hüququ
yaranır.
Bundan əlavə, həmin şəxsin sağlığında hər hansı əmlak vəzifəsi də yarana
bilər. Məsələn, öz qonşusundan aldığı borcu qaytarmaq öhdəliyi bu cür vəzifə
yə misal ola bilər.
Göstərilən əmlak hüquqları da, əmlak vəzifəsi də, habelə qeyri-əmlak xa
rakterli hüquq da və digərləri ləğv edilmir, onlara xitam verilmir. Həmin hüquq
və vəzifələr ölən şəxsin yaxın qohumlarına (valideynlərinə, övladlarına, ər və
ya arvadına və s.) keçir. Bununla əlaqədar müəyyən ictimai münasibətlər
əmələ gəlir ki, həmin münasibətlər vərəsəlik münasibətləri adlanır. Bax, bu
münasibətlər vərəsəlik hüququnun nizamasalma predmetini təşkil edir.
Vərəsəlik münasibətləri geniş anlayışdır. Bu münasibətlər, hər şeydən əv
vəl, fiziki şəxsin ölməsi nəticəsində m irasın açılm ası ilə bağlı olaraq yara
nan m ünasibətlərdir. Fiziki şəxsin ölməsi həmin şəxsin əmlakını almaq hü
ququ olan şəxslərin vərəsəliyə çağırılmasına səbəb olur. Vərəsəliyə çağırıl
maq isə vərəsəlik münasibətini yaradır.
Vərəsəlik münasibətləri, ikincisi, vərəsəlik h ü q uqunun həyata k e çirilm ə
si və rəsm iləşdirilm əsi ilə bağlı olaraq yaranan m ü n a sib ə tlə rdir. Söhbət
ölmüş şəxsin əmlakını əldə etmək hüququ olan şəxslərin həmin əmlakı qəbul
etmələri və onların notariat kontorundan vərəsəlik şəhadətnaməsi almaları ilə
əlaqədar yaranan əlaqələrdən gedir. Bu əlaqələr vərəsəlik hüququnun niza
masalma predmetinə daxildir.
Vərəsəlik münasibətləri, üçüncüsü, vərə sə lik h ü q uq u n u n m üdafiəsi ilə
bağlı olaraq yaranan m ünasibətlərdir. Ölmüş şəxsin əmlakını həmin əmlakı
əldə etməyə ixtiyarı olmayan hər hansı şəxs ələ keçirə bilər. Belə halda əmlakı
həqiqətən əldə etməyə hüququ olan şəxs həmin şəxsə (tanış olmayan şəxsə)
əmlakın qaytarılması barədə iddia verir1. Bu cür münasibətlər də vərəsəlik hü
ququnun nizamasalma predmetinə aid edilir.
Deməli, vərəsəlik m ünasibətləri dedikdə, fiz ik i şə xsin ölm əsi ilə m ira
sın açılması, vərəsəlik hüquqlarının həyata ke çirilm ə si və rə s m ilə ş d iril
məsi, habelə m üdafiə edilm əsi ilə bağlı olaraq yaranan ictim a i m ünasi
bətlər başa düşülür.
Bundan əlavə, vərəsəliklə bağlı olan digər münasibətlər də vərəsəlik hüqu
qunun nizamasalma predmetini təşkil edir. Bəzən həmin münasibətlər fiziki
şəxs ölməmişdən əvvəl yaranır. Məsələn, şəxs hər hansı notariat kontoruna
518
Серебровский В.И.
Очерки советского наследственного права. М ., 1953, с. 226.
gəlir və vəsiyyətnamə yazır. Bu cür münasibətlər də vərəsəliklə bağlı olduğu
na görə vərəsəlik hüququnun nizamasalma predmetinə daxil olur.
Ölm üş şəxsin əmlakının qorunması da vərəsəliklə bağlı olan münasibətdir
(MM-in 1317-ci maddəsi). Notariat orqanı qorumaq üçün həmin əmlakı siyahıya
alır, saxlanmaq üçün müvafiq şəxslərə verir, vərəsələrin axtanlması üçün tədbir
lər görür, lazım gəldikdə əmlak idarəçisi təyin edir. Söz yox ki, bu cür münasi
bətlər də vərəsəlik hüququnun nizamasalma predmetinə daxil olunur.
Ölən şəxsin kred ito r və borcluları ilə vərəsələr arasındakı münasibət
lər də vərəsəliklə bağlı olan münasibətlərdir. Məsələn, vərəsə ölən şəxsin
borcunu kreditora ödəyir. Bu münasibətlər vərəsəlik hüququnun nizamasalma
predmetinə daxildir.
Beləliklə, vərəsəlik münasibətləri, eləcə də vərəsəliklə bağlı olan digər mü
nasibətlər vərəsəlik hüququnun predmetini təşkil edir.
Vərəsəl'k
Vərəsəlik münasibətlərini tənzimləyən hüquq normaları (və-
hüaımunun
rəsəlik hüquq normaları) xaricən müvafiq normativ aktlarda
mənbələri
'fadə °^unur- Söhbət qanunlardan, qanun qüvvəli normativ
aktlardan, yəni prezident fərmanları və hökumət qərarların
dan, habelə digər aktlardan gedir. Bu aktlar vərəsəlik hüququnun xarici (ob-
yektivləşmiş) formaları olub, özlərində vərəsəlik hüquq normaları ifadə edirlər.
Həmin formalar vərəsəlik hüququnun mənbələri hesab edilir. Deməli, vərəsə
lik hüququnun m ənbələri dedikdə, onun elə bir xarici obyektivləşmiş fo r
maları başa d ü ş ü lü r ki, bu form alar özündə vərəsəlik münasibətlərini
tənzim ləyən hüquq normaları ifadə edir.
Vərəsəlik hüquq normaları, bir qayda olaraq, xaricən vərəsəlik haqqında
qanunvericiliyə daxil olan normativ aktlarda ifadə olunur. Bu aktlar içərisində
isə qanunların xüsusi çəkisi olduqca böyükdür. Əsas qanun sayılan Konsti
tu siyada vərəsəliyə aid həddən ziyadə və son dərəcə qısaca müddəa formula
edilir: dövlət vərəsəlik hüququna təminat verir (Konstitusiyanın 29-cu maddə
sinin 5-ci hissəsi). Bundan əlavə, vərəsəlik münasibətlərinin qaydaya salınma
sında Konstitusiyada ifadə olunan belə bir hüquqi göstərişin mühüm əhəmiy
yəti vardır: mülkiyyətçi əmlak barəsində sərəncam verə bilər (Konstitusiyanın
29-cu maddəsinin 3-cü hissəsi). Əmlak barəsində sərəncam vermək anlayışı
geniş məzmuna malik olub, həm də vəsiyyət sərəncamı mənasını ifadə edir.
Vərəsəliyə aid olan norma Konstitusiyanın mülkiyyət hüququnu təsbit edən
29-cu maddəsində yerləşdirilmişdir. Bu isə təsadüfi deyildir. Belə ki, vərəsəlik
müəyyən hüquq sistemi üçün xarakterik olan mülkiyyət hüququ, onun tipləri
və ümumi əlamət və xüsusiyyətləri ilə bilavasitə bağlıdır1.
Vərəsəlik münasibətlərini tənzimləyən əsas və başlıca qanun Azərbaycan
R espublikasının yeni Mülki Məcəlləsidir. Bu məcəllələşdirilmiş qanunun
«Vərəsəlik hüququ» adlı onuncu bölməsi bütövlükdə vərəsəlik məsələlərinin
tənzimlənməsinə həsr edilmişdir. Həmin bölmə 13 fəsildən (62-74-cü fəsillər
dən) və 200-ə yaxın maddədən (1133-1325-ci maddələrdən) ibarətdir. Maddə
lərin kifayət qədər çoxluğu Azərbaycan Respublikasının mülki hüququnun tər
1
Лнпишонов Б.С.. Граве К.А.
Советское наследственное право. М ., 1955, с. 5.
519
kibində yarımsahə kimi vərəsəlik hüququnun ayrılmasına əsas verir. Yeni Mül
ki Məcəllə köhnə 1964-cü il Mülki Məcəlləsinə nisbətən qanun üzrə vərəsələ
rin dairəsini xeyli genişləndirmişdir. Belə ki, 1964-cü il MM-İ qanun üzrə iki
növbə vərəsələr müəyyənləşdirirdi. Yeni MM isə bu növbələrin sayını artıraraq
beşə çatdırmışdır. Başqa sözlə desək, yeni MM-ə görə şəxslər qanun üzrə
beş növbə vərəsə ola bilərlər, yəni beş növbədə vərəsəliyə çağırıla bilərlər
(MM-in 1159-cu maddəsi). Bununla yeni MM ədaləti bərpa edərək, ailənin mə
nafeyini nəzərə alır və onun gücləndirilməsini təmin edir. Belə ki, qanun vərə
sələr dairəsinə ölən şəxslə ailə və qan qohumluğu münasibətində olan şəxs
ləri daxil edir.
Bundan əlavə, yeni MM-ə görə hüquqi şəxslər qanun üzrə vərəsə ola bi
lər. Məsələn, əgər miras qoyan şəxs qocalar, əlillər üçün müəssisələrin, müa
licə, tərbiyə və sosial təminat müəssisələrinin təminatında olmuşdursa, miras
onların mülkiyyətinə keçir (MM-in 1165-ci il maddəsinin 1-ci bəndi). Bu hüquqi
göstəriş yeni MM-də novelladır. Belə ki, köhnə MM-ə görə hüquqi şəxs qanun
üzrə vərəsə ola bilməzdi. O, yalnız vəsiyyət üzrə vərəsə ola bilərdi.
MM-in «Vərəsəlik hüququ» adlı 10-cu bölməsinə daxil olmayan normalar
dan vərəsəlik münasibətlərinin tənzimlənməsində istifadə oluna bilər. Bu nor
malar hər şeydən əvvəl, kommersiya təşkilatlarının müxtəlif növlərində (tam
ortaqlıqlarda, səhmdar cəmiyyətində, kooperativlərdə və s.) payın vərəsəliyə
keçməsini müəyyənləşdirir. Məsələn, kooperativin üzvü öldükdə onun vərəsə
ləri kooperativ üzvlüyünə qəbul edilə bilərlər (MM-in 112-ci maddəsinin 4-cü
bəndi). Başqa bir misalda məhdud məsuliyyətli cəmiyyətin nizamnamə kapita
lında paylar cəmiyyətin iştirakçısı olan fiziki şəxslərin vərəsələrinə keçə bilər
(MM-in 93-cü maddəsinin 6-cı bəndi).
«Sahibkarlıq fə a liyyə ti haqqında» qanunda (1992) vərəsəlik hüququna
toxunan normalara rast gəlinir. Bu qanunun 17-ci maddəsinin 3-cü bəndində
belə bir qayda nəzərdə tutulur: sahibkar vəfat etdikdə onun əmlakı mülki qa
nunvericilikdə nəzərdə tutulmuş qaydada onun varisinə keçir.
«Vətəndaşların pensiya təm inatı haqqında» qanunda (1992) vərəsəlik
münasibətlərini qaydaya salan müəyyən normalar vardır. Bu qanunun 110-cu
maddəsində ifadə edilən belə bir göstərişin vərəsəlik hüququ baxımından mü
hüm əhəmiyyəti vardır: pensiyaçıya verilməli olan və onun ölümü ilə əlaqədar
alınmamış pensiya məbləğləri mirasın tərkibinə daxil edilmir. Həmin məbləğlər
vərəsəlik üzrə keçmir.
Vərəsəlik hüquq normaları «İcarə haqqında» qanunda da (1992) ifadə
olunmuşdur. Həmin qanunun 13-cü maddəsinin 6-cı bəndində nəzərdə tutul
muş hüquqi göstərişin vacib əhəmiyyəti vardır: icarəçi vəfat etdikdə icarə mü
qaviləsi üzrə onun hüquqları onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərin
dən birinə keçir, bir şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.
Vərəsəlik münasibətlərini rəsmiləşdirən normalar «Azərbaycan R espubli
kasında mənzil fo n du n u n özəlləşdirilm əsi haqqında» qanunda da (1993)
nəzərdə tutulmuşdur. Qanunun 12-ci maddəsi mülkiyyətçinin özəlləşdirilmiş
mənzilləri (evləri) vəsiyyət etmək hüququna malik olmasını müəyyənləşdirir.
«Azərbaycan Respublikasının konsul nizam nam əsi» adlı qanun (1994)
520
vərəsəlik hüququnun mənbələri arasında mühüm yer tutur. Konsulun ixtiyan
var ki, o, Azərbaycan Respublikası vətəndaşının ölümündən sonra onun Azər
baycan Respublikasının hüdudlarından kənarda qalmış əmlakının mühafizəsi
üçün zəruri tədbirlər görsün (qanunun 34-cü maddəsi). Əgər həmin əmlak xa
rab ola bilən əmlakdırsa və ya onun saxlanması çox baha başa gələrsə, kon
sul həmin əmlakı sata və satışdan əldə edilmiş pulu aidiyyəti üzrə göndərə bi
lər. Konsulun hüququ çatır ki, ölmüş vətəndaşın əmlakını Azərbaycan Respub
likasında yaşayan vərəsələrə vermək üçün müvafiq qərar qəbul etsin (qanu
nun 35-ci maddəsi). Bundan əlavə, konsul vəsiyyətnamələri təsdiq etmək, öl
müş vətəndaşın əmlakının qorunması üçün tədbirlər görmək, habelə vərəsəlik
şəhadətnaməsi vermək kimi notarial əməliyyatlar apara bilər.
«Valyuta tənzim i haqqında» qanun (1994) valyuta sərvətlərinin vərəsəli-
yin predmeti (obyekti) ola bilməsi haqqında göstəriş ifadə edir. Qanunun 4-cü
maddəsində göstərilir ki, rezidentlər mülkiyyətçi kimi valyuta sərvətləri barə
sində hər hansı əqd, o cümlədən vəsiyyət əqdi bağlaya bilərlər, bir şərtlə ki,
Azərbaycan Respublikasının qanunvericiliyinə zidd olmasın.
«M üəlliflik hüququ və əlaqəli hüquqlar haqqında» qanunu (1996) vərə
səlik hüququnun əsas mənbələrindən biri hesab etmək olar. Qanunun 28-ci
maddəsi müəlliflik hüquqlarının vərəsəlik qaydasında keçməsi haqqında mü
hüm əhəmiyyətə malik olan norma ifadə edir. Qanuna görə, müəlliflik hüquq
ları həm vəsiyyət yolu ilə, həm də qanun əsasında vərəsələrə keçə bilər. Am
ma həmin akt müəllifin şəxsi hüquqlarının (əsərin müəllifi kimi tanınmaq hüqu
qunun, ad hüququnun və s.) vərəsəlik üzrə keçməsinə yol vermir. Müəllif öl
dükdən sonra onun yalnız əmlak (iqtisadi) hüquqları vərəsələrə keçir.
«Patent haqqında» (1997) qanun vərəsəlik hüququna aid bir sıra normalar
müəyyən edir. Qanuna əsasən sənaye mülkiyyət obyektlərinə (ixtiralara, sə
naye nümunələrinə, faydalı modellərə) patent almaq hüququ, o cümlədən pa
tent (patent hüququ) vərəsəlik qaydasında keçə bilər. Amma sənaye mülkiy
yətini yaradan şəxsin (müəllifin) müəlliflik hüququ vərəsəlik əsasında verilə bil
məz (qanunun 11-12-ci, 17-ci maddələri).
«Xidm əti və m ülki silah haqqında» qanun (1997) mülki silahın vərəsəlik
üzrə əldə edilməsinə icazə verir. Həmin qanuna görə, vətəndaş qanuni əsas
larla mülkiyyətində olan mülki silahı Daxili İşlər Nazirliyini əvvəlcədən xəbər
dar etməklə vəsiyyət edə bilər, bu şərtlə ki, vəsiyyət olunan şəxsin mülki silahı
əldə etmək üçün müvafiq icazəsi olsun. Vəsiyyət olmadıqda, mülki silah qa
nun üzrə vərəsəlik yolu ilə vərəsəyə keçir. Əgər mülki silahı əldə etmiş vərə
sənin mülki silahı əldə etmək üçün müvafiq icazəsi yoxdursa, onda o, üç ay
ərzində həmin icazəni almalıdır. Vərəsəyə bu cür icazə verilməzsə və ya vərə
sə vərəsəlik qaydasında ona keçmiş mülki silahı əldə etmək üçün müvafiq ica
zəni almaq istəməzsə, o, bir ay müddətində ya mülki silahı bağışlamalıdır; ya
mülki silahı Daxili İşlər Nazirliyinə təhvil verməlidir; ya da mülki silahı satmalı
dır (qanunun 14-cü maddəsi).
«Sığorta haqqında» qanunda (1999) vərəsəlik münasibətlərinə toxunan
normalara rast gəlirik. Qanun müəyyən edir ki, əmlak sığortası müqaviləsini
bağlamış sığortalı vəfat etdikdə onun hüquq və vəzifələri vərəsəlik qaydasında
521
bu əmlakı qəbul edən şəxsə keçir (qanunun 36-cı maddəsinin 1-ci bəndi).
Bundan əlavə, qanunun digər maddələrində də vərəsəliyə aid müvafiq qay
dalar müəyyənləşdirilməsinin şahidi oluruq.
«Notariat haqqında» qanun (1999) vərəsəlik hüququnun mənbələri ara
sında xüsusi yer tutur. Bu qanunun vərəsəlik məsələlərinin tənzimlənməsində
rolu kifayət qədər böyükdür. Qanunun 47-ci maddəsi vəsiyyətnamələrin təsdiq
edilməsi, 48-ci maddəsi isə vəsiyyətnamələrin ləğv edilməsi və dəyişdirilməsi
qaydası haqqında vacib normalar ifadə edir. Həmin qanunun 7-ci fəsli (51-56-
cı maddələr) bütövlükdə miras əmlakın mühafizə edilməsi və qorunması mə
sələsinə həsr edilmişdir. Vərəsəlik şəhadətnaməsi verilməsi barədə qaydalar
isə qanunun 8-ci fəslinə daxil olan normalarda (57-60-cı maddələr) nəzərdə
tutulmuşdur. Bundan əlavə, qanun Azərbaycan Respublikası konsulluqlarının
səlahiyyətli vəzifəli şəxslərinin vərəsəliyə aid notariat hərəkətlər aparmaq hü
ququnu müəyyənləşdirir. Həmin şəxslərin ixtiyarı çatır ki, vəsiyyətnamələri təs
diq etsin, miras əmlakının mühafizəsi üçün tədbirlər görsün və müvafiq şəxslə
rə vərəsəlik şəhadətnaməsi versinlər (qanunun 19-cu maddəsi).
Vərəsəlik münasibətlərinin tənzimlənməsində T orpaq M əcəlləsinin (1999)
rolu böyükdür. Məcəlləyə görə, mülkiyyətçinin torpaq barəsində vəsiyyət sə
rəncamı etmək hüququ vardır. Burada müəyyən edilir ki, vərəsəlik torpaq üzə
rində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququnun əmələ gəlməsi
üsullarından (əsaslarından) biridir. Torpaq Məcəlləsi torpaq sahələrinin xarici
hüquqi və fiziki şəxslərə vərəsəlik yolu ilə keçməsinin mümkünlüyünü nəzər
də tutur. Amma bu cür hallarda, həmin şəxslər torpaq sahələri üzərində mül
kiyyət hüququnu bir il müddətinə özgəninkiləşdirməlidir. Ona görə ki, torpaq
qanunvericiliyi xarici hüquqi və fiziki şəxsləri Azərbaycan Respublikasında
torpağın mülkiyyətçisi olmaq hüququndan məhrum edir. Əgər həmin şəxslər
vərəsəlik yolu ilə onlara keçmiş torpaq sahələrini özgəninkiləşməsələr, onda
torpaq sahələri müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən
məcburi qaydada satın alınır (TM-in 49-cu maddəsinin 4-cü bəndi).
Torpaq Məcəlləsinin 92-ci maddəsinə görə, mülkiyyətçi öldükdə ona məx
sus olan torpaq sahəsinin hamısı və ya onun bir hissəsi üzərində mülkiyyət
hüququ vərəsəlik qaydasında (həm vəsiyyət üzrə, həm də qanun üzrə) vərə
sələrə keçir. Vərəsələr olmadıqda və ya vərəsələr mirasdan imtina etdikdə tor
paq sahəsi bələdiyyələrin ehtiyat torpaq fonduna verilir.
Vərəsəliyə aid olan normalar A ilə M əcəlləsində də ifadə olunmuşdur. Bu
məcəllə müəyyən edir ki, vərəsəlik qaydasında əldə etdikləri əmlak ər-arvadın
ümumi əmlakı sayılmır və onların hər birinin ayrıca mülkiyyəti hesab olunur
(AM-in 34-cü maddəsinin 1-ci bəndi). Ailə Mə-cəlləsinin ifadə etdiyi belə bir
hüquqi göstərişin vərəsəlik hüququ üçün mühüm əhəmiyyəti vardır: nikah
müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sa
yılır (AM-in 32-ci maddəsinin 1-ci bəndi); ər-arvadın ümumi əmlakının bölün
məsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir, bir şərtlə ki, ər-arvad
arasındakı müqavilədə başqa hal nəzərdə tutulmasın (AM-in 37-ci maddəsinin
1-ci bəndi); ər-arvaddan biri onların ümumi birgə mülkiyyətində olan daşınmaz
əmlak barəsində vəsiyyət əqdi bağlayarsa, ərin (və ya arvadın) notariat qay-
522
daşında təsdiq edilmiş razılığı lazımdır (AM-in 33-cü maddəsinin 4-cü bəndi).
Vərəsəlik münasibətlərini tənzimləyən aktlar içərisində qanun qüvvəli akt
ların da adını çəkmək lazımdır. Söhbət prezident fərmanlarından, Nazirlər Ka
binetinin (hökumətin) qərarlarından gedir. Bu cür aktlara Nazirlər Kabinetinin
11 sentyabr 2000-ci il tarixli 167 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan
Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında
təlim atı» misal göstərmək olar. Bu təlimatın III fəsli vəsiyyətnamə təsdiq edil
məsi, ləğv olunması və dəyişdirilməsi, V fəsli miras əmlakın mühafizəsi üçün
tədbirlər görülməsi, VI fəsli isə vərəsəlik şəhadətnaməsinin verilməsi qayda
larını müəyyənləşdirir. Bundan əlavə, Nazirlər Kabinetinin 2000-ci il 10 iyul ta
rixli 116 nömrəli qərarı ilə təsdiq edilmiş «Notariat qaydasında təsdiq edil
m iş sənədlərə bərabər tutulan sənədlərin müvafiq vəzifəli şəxslər tərə
findən tə sd iq edilm əsi qaydası» kimi hüquqi sənədin vacib əhəmiyyəti var
dır. Həmin sənəd xüsusi formalı vəsiyyətnamələrin tənzimlənməsində mühüm
rol oynayır. Nazirlər Kabinetinin 2002-ci il 18 aprel tarixli 69 nömrəli qərarı ilə
təsdiq edilmiş Əsasnamə isə vərəsəlik qaydasında dövlət mülkiyyətinə keçən
əmlakın uçotu, qiymətləndirilməsi, saxlanılması, istifadəsi və satışı məsələləri
ni nizama salır1.
Vərəsəlik hüququnun mənbəyi kimi beynəlxalq müqavilə və konvensiya
ların rolu böyükdür. Bu beynəlxalq hüquqi sənədlərdə vərəsəliyə aid normala
ra rast gəlmək mümkündür. Söhbət o beynəlxalq konvensiyalardan (müqavilə
lərdən) gedir ki, Azərbaycan Respublikası həmin konvensiyalara (müqavilələ
rə) qoşulsun və onlara tərəfdar çıxmış olsun. «Mülki, ailə və cinayət işləri
üzrə hü q uq i yardım və hüquq m ünasibətləri barədə konvensiya» (2002,
Kişinyov) bu cür konvensiyalara misal ola bilər. Konvensiyanın ayrıca hissəsi
vərəsəlik hüququna həsr edilmişdir. Həmin fəsil 7 maddədən (44-50-ci mad
dələrdən) ibarətdir. Bu maddələrdə vərəsəlik hüququ, ölmüş şəxsin əmlakının
dövlətə keçməsi, vəsiyyət, əmlakın qorunması və digər məsələlər barədə mü
vafiq qaydalar nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının tərəfdar çıxdığı «Ədəbi və bədii əsərlərin qo
runm ası haqqında Bern konvensiyası»nın müəyyən etdiyi bəzi qaydaların
vərəsəlik hüququna aidiyyəti vardır. Xüsusən də belə bir hüquqi göstəriş vacib
əhəmiyyətə malikdir: müəlliflik hüququ müəllifin bütün ömrü boyu və onun ölü
mündən sonra 50 il müddətində qüvvədə qalır (konvensiyanın 7-ci maddəsi)
Müəllifin ölümü isə onun əm-lak (iqtisadi) hüquqlarının vərəsəlik qaydasında
vərəsələrə keçməsinə səbəb olur ki, bu qaydanın vərəsəlik hüququ üçün əhə
miyyəti vardır.
Ali Məhkəmə Plenumu qərarfannı biz, mülki hüququn mənbəyi kimi qəbul etmi
rik. Buna görə də həmin qərarlar həm də vərəsəlik hüququnun mənbəyi hesab olu
na bilməz. Amma onlar vərəsəlik haqqında məhkəmə mübahisələrinin düzgün həllin
də və vərəsəlik qanunvericiliyinin tətbiqində mühüm əhəmiyyət kəsb edir.
Zənn edirik ki, SSRİ Ali Məhkəməsi Plenumunun iki qərarı indi də öz əhə-
' «M üsadirə edilm iş, sahibsiz qalmış, vərəsəlik hüququ əsasında dövlət m ülkiyyətinə keçən əmla
kın və d ə fin ə lə rin uçotu, q iym ə tlən d irilm əsi, saxlanılması, istifadəsi və satışı barədə Əsasnamə»
523
miyyətini saxlayır və aktuallığını itirməmişdir. «Vərəsəlik işləri üzrə məhkəmə
praktikası barədə» 1 iyul 1966-cı il tarixli 6 saylı qərar'; «Hüquqi əhəmiyyəti
olan faktların müəyyən edilməsi barədə işlər üzrə məhkəmə praktikası haqqın
da» 21 iyun 1985-ci il tarixli 9 saylı qərar5.
Bundan əlavə, vərəsəlik mübahisələrinin həllində RF-in Ali Məhkəməsi Ple
numunun «Vərəsəlik işləri üzrə məhkəmələrdə yaranan bəzi məsələlər barə
də» 23 aprel 1991-ci il tarixli 2 saylı qərarından istifadə oluna bilər3.
Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun vərəsəliyə aid qərarı
mühüm rola malikdir. 28 sentyabr 1979-cu il tarixli 5 saylı qərarda müəyyən
ləşdirilən qaydalar indi də
ö z
əhəmiyyətini itirməmişdir4. Göstərilən plenum
qərarlarının bir sıra müddəaları yeni vərəsəlik qanunvericiliyinin qüvvədə oldu
ğu şəraitdə öz aktuallığını saxlayır.
Dostları ilə paylaş: |